Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə30/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   216

1909-

 

cu  ildə  İrana  getməyə  məcbur  olmuş  M.Ə.Rəsulzadə 



xalqımızın  milli  qəhrəmanlan  Səltarxanla,  Bağırxanla  tanış  olmuş  və 

Təbrizin inqilabi hərəkatında iştirak etmişdi. Çar hökumətinin tələbindən 

sonra  buradan  İstanbula  gedən  M.Ə.Rəsulzadə  orada  Əhməd  bəy 

Ağayev, Əli bəy Hüseynzadə, Yusif bəy Akçuraoğlu və türk dünyasının 

mütəfəkkirlərindən  biri  olan  Ziya  Göyalpla  birgə  işləməli  oldu. 

M.Ə.Rəsulzadə vətənə qayıtdıqdan sonra «Müsavat» partiyasının ideya 

istiqaməti və qayəsi tamamilə yeniləşdi. O, Əli bəy Hüseynzadənin hələ 

1904-cü ildə irəli sürdüyü «türkləşmək, islamlaşmaq və müasirləş- məb> 

haqqındakı məşhur şüarını başlıca istiqamət kimi irəli sürdü. 

Azərbaycandan  başqa  Qafqazın  və  müsəlmanlar  yaşayan  digər 

bölgələrin  iri  şəhərlərində  «Müsavat»  partiyasının  şöbələri  yaradıldı. 

Belə şöbələr azərbaycanlıların təhsil aldığı mərkəzi şəhərlərin ali təhsil 

ocaqlannda da təşkil edilirdi. Sonralar partiyanın Kiyev universitetində 

Yusif Vəzir Çəmənzəminlinin rəhbərliyi ilə yaradılmış şöbəsinin işində 

Şəfi bəy Rüstəmbəyov və başqaları fəal iştirak edirdilər. 

Balkan müharibələri dövründə partiyanın yaydığı bəyanat Qafqazda 

böyük əks-səda doğurdu. Bəyannamədə türk xalqlarına müraciət edərək 

onları Türkiyəyə yardım etməyə çağırırdı. Orada deyilirdi: «Dindaşlar! 

Bilin  və  agah  olun  ki,  yeganə  ümidimiz  və  nicat  çarəmiz  Türkiyənin 

istiqlal və tərəqqisindədir». Çağınş çar hökumətini çox narahat etmişdi. 

1913-cü  ildə  Romanovlar  sülaləsinin  300  illiyi  ilə  əlaqədar  verilmiş 

əfvi-ümumidən  sonra  Vətənə  qayıtmış  M.Ə.Rəsulzadə  «Müsavat»ın 

daimi liderinə çevrildi. 

1915-


 

ci  ilin  sentyabrında  böyük  knyaz  Nikolay  Nikolayeviç 

Qafqaz  canişini  təyin  edildi.  Azərbaycandan  keçərək  Tiflisə  gedən 

canişin Bi- ləcəridə Bakı şəhəri başçılarına və qabaqcıl ziyalılara vəd etdi 

ki,  xalqa  lazımi  azadlıqlar  veriləcəkdir.  Mətbuat  sahəsində  verilmiş 

güzəştlərlə yanaşı, canişin «Açıq söz» qəzetinin nəşrinə şəxsən özü icazə 

vermişdi.  «Gündəlik  türk  qozeti»ndə  oktyabr  ayından  Mirzə  Bala 

Məmmədzadə və başqaları əməkdaşlığa başladılar. Qəzet səhifələrində 

M.Ə.Rəsulzadə və onun əqidə dostlannın Azərbaycanın ictimai həyatının 

müxtəlif məsələlərinə dair məqalələri çap olunurdu. 



75 


III

 

F Ə S İ L  



CƏNUBİ AZƏRBAYCAN 1905-1911-ci ÖLLƏR 

İRAN İNQİLABINDA 

§ 1. Cənubi Azərbaycan inqilab ərəfəsində 

və başlanğıcında 

İnqüab ərəfəsində XX əsrin başlanğıcında Cənubi Azərbaycanda 

sosial-siyasi gərgin sosial-siyasi vəziyyət yaranmışdı: kəndlər- vəzıyj'ət

 

feodal istisman şiddətlənmiş, o cümlədən döv 



lət  vergilərinin  həcmi  çoxalmış,  İranın  Rusiya  və  İngiltərə  kimi 

dövlətlərdən asılı olması və onların yanmmüstəmləkəsi halına düşməsilə 

əlaqədar  sosial  tarazlığı  pozulmuş,  rüşvətxorluq  və  ədalətsizlik  artmış, 

möhtəkirlik bütün ölkəni bürümüş, maliyyə sistemi acınacaqlı vəziyyətə 

düşmüşdü.  Bu  durum  inqilab  ərəfəsində  İranda,  o  cümlədən  Cənubi 

Azərbaycanda  hakim  dairələrin  daxili  və  xarici  siyasətindən  narazı 

qüvvələrin  sayı  və  əhatə  dairəsini  xeyli  genişləndirmişdi.  İnqilab 

ərəfəsində  Cənubi  Azərbaycandan,  başlıca  olaraq  kəndlərdən  qazanc 

dalınca  təkcə  Rusiyaya  getməyə  məcbur  olan  300  minlik  kəsbkar  bu 

narazı qüvvələrin kiçik bir dəstəsi idi. 

Cəmiyyətin narazı sosial təbəqələri içərisində yaranmaqda olan yeni 

təbəqə ~ burjuaziya da xüsusi seçilirdi. Ticarət sahəsində, sənaye ocaqlan 

yaradılmasında  fəaliyyət  göstərən  burjuaziya  həmin  fəaliyyətin 

qorunması üçün ölkədə qanun-qayda yaradılmasına, ilk növbədə xüsusi 

mülkiyyətin toxunulmazlığının hüquqi cəhətdən təmin olunmasına, vahid 

daxili  bazar  yaranmasına  çalışırdı.  Burjuaziya,  eyni  zamanda  onun 

fəaliyyətinə, xüsusilə sənaye müəssisələri yaratmasına qəti surətdə mane 

olan xarici kapitala, hər şeydən əvvəl, İrandakı ingilis şahənşah bankı və 

rus kredit borc bankı kimi alətlərinə qarşı mübarizə aparırdı. 

Xaricdən  sənaye  mallanmn  axım  nəticəsində  müflisləşərək 

dözülməz əmək şəraitində qismən fəhlə kimi çalışmağa məcbur olan, qis 

76 



mən  isə  şəhər  yoxsulları  cərgəsinə  keçən  sənətkarlar  və  xırda  tacirlər 

şəhər əhalisinin ən çox narazı olan hissəsini təşkil edirdilər. 

Bütün  bunlar  əyalətlərdə  də  mübariz  ab-hava  doğurur,  geniş  kütlə 

içərisində inqilabçı buıjua meyillərinin artmasına şərait yaradırdı. İranda 

ayn-ayn millətlərin, ilk növbədə farslarla yanaşı, Azərbaycan türklərinin 

bir  millət  kimi  təşəkkül  tapmağa  başlaması  prosesi  də  inqilabçı  burjua 

əhvalının yayılmasına səbəb olurdu, qonşu Rusiya vasitəsilə Avropanın 

demokratik  ideyalannın  daha  çox  təsir  etdiyi  Cənubi  Azərbaycanda  - 

iqtisadi cəhətdən İranın digər yerlərinə nisbətən daha çox inkişaf etmiş bu 

əyalətdə burjua milliyyətçiliyi ideyalan da yaranır və formalaşırdı. 

ölkədə  yaranmaqda  olan  bir  sıra  maarifçi  və  gizli  siyasi təşkilatlar 

həmin  yeni  burjua  məfkurəsinə  istinad  edirdi.  Bu  təşkilatlar  ölkədə 

müstəbid  şah  idarəçiliyinin  məhdud  monarxiya  ilə  əvəz  olunması, 

qanunverici  orqan,  ədalətli  idarə  üsulunun  yaranması  və  digər  tələblər 

irəli  sürürdülər.  Bu  kimi  maarifçi  və  gizli  siyasi  qruplar  Təbrizdə  də 

fəaliyyət göstərirdi. Bunlardan bəziləri öz məqsədlərini kütlələr arasında 

gizli vərəqlər vasitəsilə yayırdı. 

XX  əsrin  ilk  illərində  şah  sarayının  xarici  dövlətlərdən  (başlıca 

olaraq  Rusiyadan)  aldığı  borclar,  bu  borcların  ölkəyə  və  xalqa  heç  bir 

xeyir vermədən şah və saray xadimləri tərəfindən xərclənməsi, xaricilərlə 

ölkə  üçün  sərfəli  olmayan  müqavilələrin  bağlanması  və  gömrük  tarifi 

sisteminin xaricilərin ixtiyarına verilməsi Azərbaycanda da şiddətli etiraz 

və həyəcanlara səbəb oldu. Cənubi Azərbaycanın Təbriz, Zəncan, Ərdəbil 

şəhərləri  narazılıq  mərkəzinə  çevrildi.  Artıq  1905-ci  ildə həyəcanlar  az 

qala bütün İranı bürümüşdü. Təbrizdə və bir sıra başqa şəhərlərdə çıxışlar 

baş verirdi. 

Tehran  çıxışlarının 

İranda  bütün  bu  həyəcan  və  etirazların  siyasi 

Cənub! 

Azərbaycan- 



partlayışa  çevrilməsi  bir  qığılcıma  bənd  idi.  1905-ci 

da 


əks-sədası 

dekabrın  12-də  Tehranda  baş  vermiş  hadisə  -  baş  nazir 

Eynüddövlənin  qəndin  qiymətinin  bahalanmasmı  bəhanə  edərək 

paytaxtda 17 taciri həbs etdirərək döydürməsi bu qığılcım rolunu oynadı. 

Bu təhqiramiz hərəkətə cavab olaraq şəhərdə bütün bazar bağlandı. Tacir 

və  sənətkarların,  milli  burjuaziya  nümayəndələrinin,  demokratik  ruhlu 

ruhanilərin,  görkəmli  din  xadimlərinin  evlərində,  müqəddəs  yerlərdə 

bəstə oturması ilə İranda inqilab başlandı. 

Tehranla yanaşı, Təbrizdə, Ərdəbildə, Xoyda, Zəncanda və Cənubi 

Azərbaycanın  digər  şəhərlərində  də  bazar  və  dükanlar  bağlandı,  etiraz 

nümayişləri, çıxışlar başlandı. 

77 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə