Bu dəfə də qurultayın iclaslanmn əksəriyyətinə Ə.Topçubaşov sədrlik
etdi. Bu, türk ziyalıları içərisində onun nüfuz və mövqeyinin yüksək
olduğunu göstərirdi.
Qurultayda vacib siyasi problemlərlə yanaşı, türklər yaşayan
bölgələrdə yenitipli məktəblərin yaradılması, ibtidai icbari təhsilə
keçilməsi, təhsilin ana dilində apaniması, rus dilində təhsil alan müsəlman
gənclərə ana dili və şəriət təlimi, mədrəsələrin yenidən təşkili, milli
kadrlar hazırlamaq üçün Bakıda, Kazanda və Baxçasarayda pedaqoji
institutların açılması, milli ənənələrə diqqətin artınlması və s. məsələlər
də müzakirə edildi.
özündən əvvəlki qurultaylann prinsiplərini davam və inkişaf etdirən
in
qurultay
Rusiya
türklərinin
birliyinin
yaradılması
və
möhkəmləndirilməsi sahəsində faydalı iş gördü. Məhz bu qurultaylann
təsiri nəticəsində türk bölgələrində məktəblər şəbəkəsi genişləndirilmişdi.
Milli mətbuat çoxalmışdı. Lakin Rusiyada baş verən hərbi-siyasi
hadisələr nəzərdə tutulan məsələlərin çoxunu həyata keçirməyə imkan
vermədi.
Kommunist partiyası sənədlərində və xeyli tarix ədəbiyyatında
Azərbaycan milli burjuaziyasının inqilab dövründə milli hərəkatda
iştirakı tamamilə təhrif edilmişdir. O dövrə həsr edilmiş əsərlərdə ticarət
və sənaye burjuaziyasının başda Hacı Zc)malabdin Tağıyev olmaqla,
çoxsaylı nümayəndələrinin müstəqil mübarizəyə qadir olmadıqlan və
xalqın milli-azadlıq hərəkatından yalnız öz məqsədləri üçün istifadə
edərək çardan bir sıra islahat keçirməsini tələb etdikləri göstərilir ki,
bunlann hamısı həqiqətdən uzaqdır.
Bütün həyatı boyu xalqının yaxşı yaşamasına səy göstərmiş, qeyrətli,
səxavətli, xeyirxah H.Z.Tağıyev və onun həmkarları haqqında belə
fikirlər söyləmək ən azı ədalətsizlikdir. Onlar milli burjuaziyanın
nümayəndələri kimi mənsub olduqlan millətin qarşısında vicdani
borclannı imkan daxilində yerinə yetirirdilər.
Mütləqiyyət quruluşunu lərzəyə salmış 1905-1907-ci illər inqilabı
Azərbaycanda milli-azadlıq hərəkatını gücləndirmişdi.
Bu dövrdə milli burjuaziyanın nümayəndələri və ziyalılar xalqı
maarifləndirmək və milli şüuru inkişaf etdirmək məqsədilə xeyriyyə
cəmiyyətləri təşkil edir, məktəblər açır, qəzetlər nəşr edir, istedadlı
gəncləri öz xərcləri hesabına Rusiyanın və Avropanın ali təhsil ocaqla-
nna oxumağa göndərirdilər. Təəssüflər olsun ki, belə xeyirxah əməllərin
sahiblərinin adlan iftixarla çəkilməyə layiq olduğu halda, onlar sonrab
nəsillərə xalqın düşməni bmi təqdim edilmişlər.
65
Milli kadrlann təşəkkülündə mətbu sözün qüdrətini yaxşı başa düşən
ziyalılar ana dilində qəzet nəşri məsələlərini dəfələrlə rəsmi dairələr
qarşısında qoymuşdular. l905-ci ilin İ3oınunda ana dilində nəşr edilən
«Həyat» qəzeti işıq üzü gördü. Elə ilk nömrəsində qəzet yazırdı ki, biz
müsəlman olduğumuz üçün iqtisadi və siyasi tərəqqi istəyirik. Biz
müsəlman olduğumuza görə, dünyanın hansı guşəsində yaşamasından
asılı olmayaraq, din qardaşlanmıza tərəqqi arzu edirik. Biz türkük və ona
görə də bütün türklərə hər yerdə və daima firavanlıq və xoşbəxt həyat
diləyirik.
1905-
ci ilin payızında «Müsəlman Cəmiyyəti-xeyriyyə» və
«Müdafiə cəmiyyəti, müsəlman kübarlan, ziyalılannın və ali müsəlman
təbəqələrinin ittifaqı» təsis edildi. Birinci cəmiyyətin maarifin
yayılmasında böyük xidməti olmuşdur. İkinci cəmiyyət üzvləri Bakı
şəhərinin adlı-sanlı adamlanna müraciətdə hökumət əleyhinə çevrilmiş
milli- azadlıq hərəkatını müdafiə etdiklərini bildirirdilər.
1906-
cı ildə H.Z.Tağıyev və M.Muxtarovun xe3niyyəçiliyi ilə
təşkil edilmiş «Nəşri maarif», eləcə də «NicaD> maarif cəmiyyətləri
əhalinin maariflənməsində, milli şüurun oyanmasında və milli-azadlıq
hərəkatının güclənməsində böyük xidmətlər göstərmişdilər.
Milli hərəkatın inkişafında demokratik ziyalılann da rolu az deyildi.
Onlann qabaqcıl nümayəndələrindən C.Məmmədquluzadə, M.Ə.Sabir,
M.S.Ordubadi, Ə.Qəmküsar, Ə.Əzimzadə və başqaları «Molla
Nəsrəddin» jurnalının ətrafında birləşməklə milli-müstəmləkə zülmünə,
ictimai ədalətsizliyə qarşı çıxır, xalqımıza siyasi azadlıqlar və milli hüquq
bərabərliyi tələb edirdilər.
H.Zərdabi, Ü.Hacıbəyov, F.Köçərli və başqalan publisist yazılan ilə
xalqı milli intibaha səsləyirdilər.
Milli hərəkatın tələblərindən biri milli dilin azad inkişafı və təhsilin
ana dilində olması idi. Bu tələbi xalq müəllimləri və ziyalılan təkidlə
müdafiə edirdilər. Azərbaycan müəllimlərinin 1906-cı ilin avqustunda
keçirilmiş I qurultayının əsas qayələrindən birini məhz bu tələb təşkil
edirdi.
Qurultayda rus-tatar məktəblərində Azərbaycan dilinin icbari fənn
kimi keçilməsi, yeni dərs proqramlannin tərtibi, müəllimlərin həyat
şəraitinin yaxşılaşdırılması, müəllim seminariyalarının təşkili kimi
cəsarətli tələblər irəli sürülmüşdü.
İnqilabın məğlubiyyətindən sonra Azərbaycanda milli-azadlıq hə-
rəkatmın nümayəndələri ciddi təzyiqə məruz qaldılar. Azadlıq ideyala-
66
nnı təbliğ etdiklərinə görə bəzi qəzet və jurnallar «zərərli istiqamətlərinə»
görə bağlanıldı. Bolşevik mətbuatında isə milli-azadlıq hərəkatının
layiqli nümayəndələrinə qara yaxılmağa başlanıldı. Məhəmməd Əmin
Rəsulzadə, Məmməd Həsən Hacınski, Qara Qarabəyov, Əhməd bəy
Ağayev, Əli bəy Hüseynzadə və bir çox başqalarının milli-azadlıq
hərəkatının inkişafındakı xidmətləri saxtalaşdırılırdı. Çox təəssüf ki,
bəzən tarixşünaslıqda da belə təhrif və saxtakarlığa haqq qazandırılır.
1910-
cu ildən ölkədə tətil və kəndli hərəkatının yeni dalğası
başlandı. Birinci Dünya müharibəsi ərəfəsində milli münasibətlər
yenidən pisləşdi. İmperiyanın müstəmləkələrində milli istiqlal uğrunda
hərəkat geniş vüsət aldı.
§ 5. Milli partiyaların yaranması və fəaliyyəti
Rusiya imperiyasının siyasi həyatında baş verən təlatümlü hadisələr
onun müstəmləkə ucqarlarında əksini tapırdı. Birinci Rus inqilabı belə
hadisələrdən idi.
Azərbaycanda xalqın milli şüurunun oyanmasında və milli
ideologiyanın formalaşmasında inqilabın təsiri şəksizdir. Qabaqcıl milli
ziyalılar tarixin yaratdığı şansı düzgün dərk edirdilər. Əhalini birləşdirib
təşkilatlandırmaq üçün siyasi partiyalann yaradılmasını vacib bilirdilər.
İmperiyanın müstəmləkə buxovlarından azad olmaq məqsədilə ilk
gizli siyasi təşkilatların yaradılmasına başlanılmışdı. Bakı texniki
məktəbinin 17 yaşlı şagirdi, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin
yaradıcılanndan olmuş Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə
1902-
ci ildə «Müsəlman gənclik təşkilatı» yaradıldı. Az sonra həmin
təşkilat «Müsəlman demokratik «Müsavat» cəmiyyəti»nə çevrildi. Gizli
fəaliyyət göstərən cəmiyyətin xeyli üzvü vardı. Cəmiyyətin yığıncaqla-
nnda vacib məsələlərə aid qızğın və işgüzar müzakirələr gedirdi.
Bakıdakı nümayişlərdə və kütləvi tətillərdə müsəlman fəhlələrinin
fealhğı tədricən hiss edilməkdə idi. Babnın neft mədənlərində, mexaniki
istehsalda, başqa sənaye sahələrində, eləcə də dəmiryolu və dəniz
limanında çalışan fəhlələrin böyük əksəriyyətini müsəlmanlar təşkil
edirdilər. Bundan əlavə, qəzalardakı sənaye sahələrində çalışan on
minlərlə fəhlənin, demək olar ki, hamısı azərbaycanlılardan ibarət idi.
Onlann çoxu savadsız və azsavadlı kəndlilərdən ibarət idilər. Əslində ana
dilində nə kifayət qədər mətbuat orqanı, nə də ədəbiyyat vardı. Belə bir
vəziyyətdə fəhlələrin milli şüurunun oyadılması istiqamətində
67
Dostları ilə paylaş: |