Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə18/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   216

1907-

 

ci  il  ölkəmizdə  tətil  hərəkatının  güclənməsi  ilə 



förqlənirdi.  İlin  birinci  yansında  Bakı  fəhlələrinin  82%-dən  çoxu  tətil 

etmişdi. Təkcə Bakıda deyil, Şuşada, Gəncədə, Nuxada, Gədəbəydə, Kür 

çayı sahillərindəki Bankə qəsəbəsində və digər yerlərdə də tətil hərəkatı 

geniş vüsət alımşdı. 

Fevralda  ipəkçi  fəhlələrin,  metalçılann  və  mədənçilərin  əzəmətli 

tətili  baş  verdi.  İqtisadi  və  siyasi  tələblər  irəli  sürülmüşdü.  Mayın 

sonu-iyunun  əvvəllərində  tətil  hərəkatı  yenidən  gücləndi.  Fəhlələrin  tə- 

ləbnamələrinə  8  saatlıq  iş  günü,  əməkhaqqının  artırılması  və  bir  çox 

başqa tələblər daxil edilmişdi. Nuxada və Şuşada tətilçilərin sayı 2 min 

nəfəri ötmüşdü. İyunda Nuxa və Şuşa fəhlələrinin yeni tətili oldu. Bakı 

neftçilərinin  və  Gədəbəy  metalçılannm  tətilləri  də  ara  vermirdi.  Xəzər 

ticarət donanması dənizçilərinin əzəmətli mart-aprel çıxışlan may ayında 

bütün balıq sənaye fəhlələrini ayağa qaldırdı. 

Bu  dövrdə  Azərbaycanda  milli-azadlıq  hərəkatının  tərkib 

hissələrindən  biri  də  kəndli  hərəkatı  idi.  Kəndli  hərəkatı  Gəncə 

quberniyasında daha kəskin şəkildə gedirdi. 1905-ci ilin fevralında Dəllər 

və  Alabaşlı  kəndlərinin  camaatı  qolçomaqlann  mülklərini  dağıtdılar. 

Bunun  əvəzinə  kəndlər  top  atəşinə  tutuldu,  evlər  dağıdıldı.  Qaradolaq 

kəndində  Abasqulu  bəy.  Hacı  Süleyman  bəy  və  Rəhim  bəyin  silahlı 

dəstələri ilə kəndlilər arasında silahlı toqquşma baş verdi. Kəndlilərin bir 

neçə  nəfəri  öldürüldü.  Avqust  ayında  Cavad  qəzasında  kəndlilər 

Əbdürrəhman bəy Kərim bəy oğlunu öldürüb naxınnı və qoyun sürüsünü 

ələ  keçirdilər.  Yenə  həmin  qəzada  800  nəfər  kəndli  mülkədarlardan 

Cavad  oğlu  və  Surxay  İsmayılbəylinin  malikanələrini  dağıtdı.  Payızda 

Qazax  qəzasında  Haqverdibəyli  kəndinin  kəndliləri  mülkədann 

torpaqlannm  bir  hissəsini  tutdular.  Bəyin  silahlı  dəstəsinə  ciddi 

müqavimət göstərildi. Şuşa və Qaryagin qəzalannda kəndli hərəkatı geniş 

miqyas almışdı. Zaqatala dairəsində də kəndli çıxışlan güclü idi. Burada 

aqrar  hərəkatın  mərkəzi  olan  Qabaqçöldə  kəndlilər  hökumət 

nümayəndələrinə  və  sahibkarlara  daha  ciddi  müqavimət  göstərirdilər. 

Qabaqçöl kəndliləri toplarla silahlanmış hökumət hissələrinin \*ə torpaq 

sahiblərinin  həmlələrini  böyük  mərdliklə  dəf  edirdilər.  Şamaxıda, 

Qubada,  Lənkəranda,  Göyçayda,  Ağdaşda  və  digər  qəzalarda  kəndlilər 

bəylərə,  qolçomaqlara  və  mülkədarlara  qarşı  daha  inadla  mübarizə 

apanrdılar. 

1905-ci  ildə  Azərbaycanın  hər  yerində  xalq  intiqamçılanmn  - 

qaçaqların hərəkatı geniş miqyas almışdı. İmperiyanın hər yerində olduğu 

kimi, Azərbaycanda da kəndli hərəkatının ənənəvi mübarizə formala- 



45 


rmdan:  hökumətin  sərəncamını  yerinə  yetirməkdən  boyun  qaçırmaq, 

xəzinəyə  vergi  verməkdən,  mülkədann  xeyrinə  mükəlləfiyyətləri  yerinə 

yetirməkdən imtina etmək, mülkədar malikanələrini yandırmaq, meşələri 

qırmaq,  çar  məmurlarına,  kazaklara  və  bəylərə  silahlı  müqavimət 

göstərmək və s. istifadə edilirdi. XX əsrin ilk 5 ilində Bakı quberniyasında 

kəndlilər 2650 və Gəncə quberniyasında 2450 dəfə yanğın törətmişdilər. 

1906-

 

1907-ci  illərdə  Şuşa  qəzasında  ən  böyük  kəndli 



çıxışlarından biri Bahadur bəy Qalabəyovun mülklərinin dağıdılması ilə 

başladı.  Bir  müddət  sonra  bu  çıxışın  təsiri  ilə  qonşu  qəzalarda  da 

kəndlilərin  mülkədar-bəylərə  və  çar  məmurlarına  qarşı  mübarizəsi 

genişləndi. 

İnqilab dövründə Azərbaycanda qaçaq hərəkatı geniş vüsət almışdı. 

Qaçaq  hərəkatının  görkəmli  rəhbərləri  Kərəm,  Dəli  Alı,  Məşədi  Yusif, 

Məşədi Qədir, Qandal Nağı, Qaçaq Zahid və onlarca başqalarına rəsmi 

dairələrdə böhtanlar, iftiralar atılır, onlan yolkəsən quldur, qa- rətçi kimi 

qələmə  verməyə,  gözdən  və  nüfuzdan  salmağa  çalışırdılar.  Əslində 

qaçaqlar  mənsub  olduğu  xalqın  təəssübünü,  qeyrətini  çəkən  namuslu, 

qorxmaz  və  igid  adamlar  idilər.  Onlar  müstəmləkəçi  çar  məmurlarının, 

harmlamış  mülkədarlann  və  bəylərin  özbaşınalığına,  acgözlüyünə, 

ədalətsizliyinə qarşı mübarizə apanrdılar və xalqı qoruyurdular. Ona görə 

də  xalq  qaçaqları  sevir,  onlan  himayə  edir  və  saxlayırdılar.  Əslində 

qaçaqlann  gücü  xalqa  arxalanmalannda  idi.  Göyçay  və  Şamaxı 

qəzalannda  qaçaq  Zahidin,  Zaqatala  dairəsində  Yusifin,  Gəncə  və 

Qazaxda  Qandal  Nağının  və  Həsən  Ləzgi  oğlunun  dəstəsi  daha  böyük 

şöhrət qazanmışdı. Dəfələrlə sürgündən qaçan və xalq arasında «Qandal» 

ləqəbi  qazanan  Nağı  təkcə  mülkədarlan,  bəyləri  deyil,  pristavı  və  çar 

məmurlanm  da  vahiməyə  salmışdı.  Döyüşlər  zamanı  pristavı  və  onun 

strajniklərini öldürmüş və yaralamışdı. Qaçaqlıq yolunu seçənlərin hamısı 

cəsur adamlar idi. Bütün müsbət cəhətlərinə baxmayaraq, kəndli çıxışlan 

və qaçaq hərəkatı ölkəmizdə özünü müstəqil və mütəşəkkil qüvvə kimi 

göstərə  bilmədi.  Muğandakı  rus  kəndliləri  istisna  olmaqla,  başqa 

qəzalarda  yaşayan  azərbaycanlı  kəndlilər  içərisində  sosial-demokrat  işi 

yox dərəcəsində idi. Bolşevik ideologiyası isə onlann ruhuna yad idi. 

ölkənin siyasi həyatında baş verən hadisələr əsgərlərin də əhvalına 

təsir  göstərirdi.  İnqilabi  hərəkatın  genişləndiyi  şəraitdə  Bakıda  və 

Gəncədə  hərbi  dəstələr  içərisində  iqtisadi  və  siyasi  tələblər  irəli  sürən 

nümayişlər və mitinqlər baş verirdi. 1905-ci il iyunun 18-də Gəncədə 



46 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə