nində avqust ayında Bakıda ümumi tətil keçirmək qərara alındı.
M.Məmmədyarov, B.Ağayev, S.Yaqubov və başqalarından ibarət tətil
komitəsi yaradıldı. Əvvəlcədən nəzərdə tutulduğu kimi, avqustun 16-da
səhər tezdən zavodlann fit səsi ilə tətil başlandı. Hökumət ənənəvi
fitnəsini işə saldı. Avqustun 16-21-də Şuşada, 20-26-da Bakıda yenidən
qırğın təşkil etdi. Ayın 20-də mədənlərdə yanğınlar və partlayışlar
törədildi. Nəticədə Abşerondakı 3133 buruqdan 1795-i məhv edildi. 68
neftayıran zavoddan 24-ü dayanmışdı. Avqustun 22-də Bakıda mühasirə
vəziyyəti elan edildi. Tətilçilərə qarşı qoşun yeridildi. Sabunçu
xəstəxanasını səngərə çevirmiş fəhlələr mühasirəyə alındı. Kütləvi
həbslər başlandı. Minlərlə adam Bakıdan sürgün edildi.
Oktyabrın 7-do Moskva-Kaz^n dəmiryolunda başlanan və ümum-
imperiya tətilinə çevrilib 2 milyon nəfərdən çox adamı əhatə edən bu
tətilin təsiri ilə oktyabrın 16-da Ağstafa stansiyasında və bütün Cənubi
Qafqaz dəmiryollarında fəhlələr işi dayandırdılar. Azərbaycanın Ağs-
tafadan Bakıya və Xaçmaza qədər iri stansiyalarında tətil komitələri və
döyüş drujinaları yaradıldı. Tətil ayın 24-dək davam etdirildi.
Dəmiryolçulardan başqa Bakının, Gəncənin, Gədəbəyin, Nuxanın,
Şuşanın sənaye müəssisələri və Kür boyundakı balıq vətəgələri fəhlələri
də tətilə qoşuldular. Geri çəkilməyə məcbur olan Çar hökuməti oktyabrın
17-də manifest verərək söz, mətbuat, yığıncaq, ittifaq azadlığı tətbiq
etməyi və qanunverici dumaya seçkilər keçiriləcəyini vəd etdi. Çann ma-
nifestindən sonra «Hümməb> təşkilatının çağırışı ilə oktyabnn 19-da on
minlərlə adamın iştirak etdiyi siyasi nümayiş keçirildi və nümayişçilər
siyasi məhbuslann azad edilməsini tələb etdilər. Bayılda polis və kazak-
lar nümayişçiləri atəşə tutdular, bu zaman 17 nəfər öldürüldü və
yaralandı. Bununla belə, hökumət öz məqsədinə nail ola bilmədi.
Məhbusların bir hissəsini azad etməyə məcbur oldular. Gəncə
nümayişçiləri də məhbus yoldaşlannın bir çoxunu azad edə bildilər.
Azərbaycanda nümayişlər «Rədd olsun mütləqiyyət!», «Yaşasın
azadlıq!» və başqa şüarlarla ayın axınna qədər davam etdirildi. Çar
manifestindən sonra imperiyanın mərkəzində və milli ucqarlarda bir sıra
siyasi partiyalar yarandı.
Oktyabrın axırlarından başlayaraq mədənlərdə, fabriklərdə və
zavodlarda fəhlə komissiyaları təşkil olundu. Bunlar fəhlə deputatları
sovetinin yaranması üçün ilk addımlar idi.
Bakıda mədən-zavod komissiyalanndan seçilmiş nümayəndələrin
1905-
ci il noyabrın 25-də keçirilən iclasında rəsmi olaraq 226 nəfərdən
ibarət Bakı Fəhlə Deputatlan Soveti yaradılması elan edildi. Aym 27-dəki
ilk iclasda menşeviklər sovetdə yerlərin əksəriyyətini tutmağa və
rəhbərliyi ələ keçirməyə müvəffəq oldular. Lev Şendrikov Sovetin sədri
seçildi. Sovetdə sosial-demokratlann azlıqda qalan bolşevik fraksiyasının
tərkibində azərbaycanlı fəhlələrdən M.Məmmədyarov, A.Zərgə- rov,
Q.M.Ağasiyev və başqalan da vardı. Fəhlələrin təşəbbüsü və yardımı ilə
dekabnn 16-dan «Bakı şəhəri Fəhlə Deputatlan Sovetinin əxban» adlı
qəzet buraxıldı. Fəhlələrin təzyiqi ilə Bakı Soveti əhalinin ehtiyaclannı
ödəmək üçün bəzən qərarlar da çıxanrdı. Lakin inqilabın yüksəldiyi
şəraitdə yaranmış Bakı Soveti uzunömürlü olmadı. 1906-cı il yanvann
4-də qəzetin nəşri, fevralın 23-də isə Sovetin fəaliyyəti da- yandınldı.
Bakı qubernatorunun əmri ilə Sovetin bütün üzvləri həbs edildi. Az
yaşamasına baxmayaraq, Sovet fəhlələrinin şüurunda müəyyən iz buraxa
bildi.
Noyabnn sonlarında Nuxadakı ipəkçi fəhlələrin və Ağdamda «Ba-
dior» səhmdar cəmiyyətinin pambıqtəmizləmə zavodunda tətil başlandı.
Xəzər ticarət donanmasında iş dayandı. Dənizçilərin həmkarlar ittifaqı
yarandı.
Dekabnn 7-də Moskvada başlanan silahlı üsyan Azərbaycan
fəhlələrinə güclü təsir göstərdi. Azərbaycanda dekabr tətili də
moskvalılarla həmrəylik bayrağı altında başladı. Ayın 8-də Biləcəri
dəmiryolçulan birinci olaraq tətilə başladılar. Dekabnn 9-da Yevlax
dəmiryol stansiyasında çalışanlar tətilə qoşuldular. Azərbaycan
dəmiıyolçularmm bu tətilləri ayın axınnadək davam etdirildi.
Dekabnn 10-da Cənubi Qafqaz və Şimali Qafqaz dəmiryolçulannın
başladıqlan tətil ayın 24-nə qədər davam etdi. Tətil ölkəmizin yüzlərlə
sənaye müəssisəsini əhatə etmişdi.
Çar hökumətinin təqiblərinə və ağır həyat şəraitinə baxmayaraq,
Azərbaycan fəhlələri mübarizəni davam etdirirdilər. Qanlı yanvann
ildönümündə Bakı və digər şəhərlərdə fəhlələrin tətil mübarizəsi başladı.
Bakı və Gəncə tələbələri bu tətillərdə föal iştirak edirdilər. 1906-cı ilin
yaz-yay aylannda tətil hərəkatı böyük vüsət aldı. Mayda Bakı fəhlələrinin
75%-i işə çıxmadı. Bakı toxuculuq fabrikində iyunun 6-da başlamış tətil
40 gündən çox davam etdi. Tətilçilərin, demək olar ki, hanusı
azərbaycanlılardan ibarət idi. Avqust ayında başlanmış ümumi tətil uzun
sürdü. Noyabr-dekabr aylannda iri inhisarlara məxsus mədən və
müəssisələrin 15 min nəfər fəhləsinin tətil mübarizəsi iki aya qədər
davam etdi.
1906-
cı ildə tətil hərəkatınm nisbətən zəifləməsinə baxmayaraq, il
ərzində bütün tətillərdə 60 min nəfərədək adam iştirak etmişdi.
44