Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə15/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
47 
Yerdə  oksigenin  əsas  yaradıcıları  okean  səthinin  yaşıl 
yosunları  (60%)  və  qurunun  tropik  meşələridir  (30%). 
Amazonkanın  tropik  meşələrini  tropik  meşələrini  Yerin  ciyərləri 
adlandırırlar.  Əvvəllər  ədəbiyyatda  belə  fikir  söylənilirdi  ki, 
faydalı  yanacağın  yanması  ilə  əlaqədar  olaraq  Yerdə  oksigenin 
miqdarı  azalacaqdır.  Lakin,  hesablamalar  göstərir  ki,  insanın 
istifadə  edə  biləcəyi  kömür,  neft  və  təbii  qaz  yataqları  havadakı 
oksigenin  miqdarını  0,15%-dən  çox  olmayaraq  azaldacaqdır 
(20,95%-dən  20,80  %-dək).  Digər  problem  –  meşələrin  qırılması 
nəticəsində  oksigen  “parazitlərinin”  –  başqalarının  oksigeni 
hesabına  yaşayan  ölkələrin  yaranmasıdır.  Məsələn,  ABŞ  özünün 
bitkiləri  hesabına  cəmi  45%,  İsveçrə  isə  25%  oksigenə 
malikdirlər. 
Ozon  (O
3
).  Ozon  stratosferin  yuxarı  qatlarında  və 
mezosferin  aşağı  qatlarında  aşağıdakı  reaksiyaların  baş  verməsi 
nəticəsində yaranır: 
 
,
)
240
(
2
O
O
nm
h
O





                      (2.2) 
,
2
M
O
O


                                                 (2.3) 
 
burada  M  –  atmosferin  müxtəlif  tərkib  hissəsidir,  məsələn 
oksigen və ya azot. 
Ozon  və  oksigen  atomu  oksigenli  atmosferdə  aşağıdakı 
reaksiyalara uyğun olaraq reaksiya verə bilər: 
 
,
)
380
(
2
2
O
O
nm
h
O






                    (2.4) 
,
2
2
3
O
O
O


                                                     (2.5) 
.
2
M
O
M
O
O




                                       (2.6) 
 
Bu  reaksiyalar  Çepmen  dövrünü  yaradır.  Ozonun  ümumi 
miqdarı  bəzən  bütün  en  dairələri,  uzunluqları  və  hündürlükləri 
üzrə  molekulların  sayının  toplanması  ilə  ifadə  olunur.  Bu 
günümüz  üçün  bu  miqdar  təqribən  4∙10
37
  ozon  molekullarından 
ibarətdir.  Atmosferdə  ozonun  ən  geniş  yayılmış  kəmiyyət 


             
     Ekoloji təhlükəsizlik 
 
48 
göstəricisi ozon qatının qalınlığıdır. X  – normal şəraitə gətirilmiş 
ozon  qatının  qalınlığıdır  ki,  mövsümdən,  en  və  uzunluq 
dairəsindən  asılı  olaraq  nisbi  mm-lə  2,5-5  arasında  dəyişir. 
Atmosferdə ozonun 40-50% azalmış olan sahələri “ozon dəlikləri” 
adlandırılır. 
Ozonun  90%-i  stratosferdə  yerləşir.  Uzun  müddət  hesab 
edilirdi  ki,    ozon  qatının  azalmasının  əsas  səbəbi  kosmik 
gəmilərin, səsdən sürətli təyyarələrin uçuşu, həmçinin, vulkanların 
püskürməsi və digər təbii hadisələrdir. 
Xlorftorkarbon  birləşmələrinin  (XFK)  strastosfer  qatına 
dağıdıcı təsiri 1974-cü  ildə amerikan alimləri  – atmosferin kimya 
sahəsindəki mütəxəssisləri Ş.Roulend və M.Molin tərəfindən kəşf 
olunmuşdur  (1996-cı  ildə  onlara  bu  sahədəki  kəşfə  görə  Nobel 
mükafatı  verilmişdir).  O  vaxtdan  dəfələrlə  atmosferə  XFK-nin 
tullanmasının  qarşısı  alınma  cəhdləri  göstərilmişdir,  lakin  hal-
hazırda  bütün  dünyada  təxminən  milyon  tona  yaxın  qazabənzər 
maddələr istehsal olunur ki, onlar ozon qatını dağıda bilər. 
XFK  tədricən  atmosferin  yüksək  yuxarı  qatlarına  qalxır  və 
ozon  qatını  dağıdır.  Ozon  qatı  UB  şüalardan  xilas  edən  atmosfer 
sipəridir.  Ən  təhlükəli  freonlar  olan  F-11  və  F-12-nin  yaşama 
müddəti  70-100  il  arasındadır.  Bu  kifayət  qədərdir  ki,  yaxın 
gələcəkdə  bu  günki  ekoloji  savadsızlığın  nəticələrini  öz 
üzərimizdə  hiss  edək.  Əgər  XFK-nin  atmosferə  bu  günki  tullantı 
miqdarı  saxlanılarsa,  onda  yaxın  70  ildə  stratosferdə  ozonun 
miqdarı 90% azalacaqdır. Bu halda çox ehtimal ki: 
  Dəri xərçəngi xəstəliyi epidemik xarakter alacaqdır; 
  Okeandakı planktonun miqdarı kəskin azalacaqdır; 
  Heyvanların əksər növləri itəcəkdir; 
  UB şüalanma kənd təsərrüfatı bitkilərinə pis təsir göstərəcək. 
Bütün  bunlar  Yerin  bir  çox  ekosistemlərinin  tarazlığını 
pozacaq,  fotokimyəvi  smoq  nəticəsində  atmosferin  ümumi 
vəziyyəti pisləşəcək, “parnik effekti” güclənəcəkdir. 
XFK  –  yüksək  stabil  birləşmələrdir  və  onlar  uzundalğalı 
Günəş  şüalanmasını  udmadığından  atmosferin  aşağı  qatlarında 
onun  təsirinə  məruz  qalmırlar,  lakin  mühafizə  qatını  keçərək, 
atmosferdə yuxarı qalxır və qısadalğalı şüalanma onlardan xlorun 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
49 
sərbəst  atomlarını  çıxardır.  Xlorun  sərbəst  atomları  sonrada 
ozonla reaksiyaya girirlər: 
 
,
2
3
O
ClO
O
Cl



                                (2.7) 
.
2
O
Cl
O
ClO



                                    (2.8) 
 
Beləliklə,  Günəş  şüalanması  ilə  XFK-nin  parçalanması 
katalitik  zəncir  reaksiyasını  yaradır  ki,  ona  əsasən  xlorun  bir 
atomu 100000 ozon molekulunu dağıda bilər. Dalğa uzunluğu 320 
nm-dən  az  olan  UB  şüalanma  kanserogen  sayılır.  Gözlənilir  ki, 
ozon  qatının  hər  bir  faiz  azalması  dəri  xərçəngi  xəstəliklərinə 
yoluxmanı 5-6% artıracaqdır. 
Atmosfer  havasının  keyfiyyətinə  olan  əsas  sanitar 
tələblər.  Atmosfer  havasının  keyfiyyətinə  olan  əsas  nəzarət 
kriteriyası  zəhərli  maddələrin  yol  verilən  hədd  konsentrasiyasıdır 
(YVHK). 
Atmosfer 
havasının 
keyfiyyətinin 
sanitar 
qiymətləndirilməsi m
3
 havaya düşən çirkləndirici maddələrin mq-
larla miqdarıdır. Bu konsentrasiyanın ifadəsi qarışıqların istənilən 
aqreqat  vəziyyətinin  halı  üçün  istifadə  edilə  bilər.  Xaricdə, 
məsələn, ABŞ-da digər konsentrasiyadan istifadə edilir: 
 
,
4
,
22
.
ln
/
1
3
M
m
m
mq



 
burada M – çirkləndiricinin molekulyar kütləsi; 22,4- 25C-də və 
760 mm civə sütununda 1 mol qazın litrlərlə həcmidir. 
Müəssisələrin 
ətraf 
mühitə 
təsirinin 
qiymətləndirmə 
kriteriyası  kimi  atmosferdəki  qarışıqların  praktiki  konsentrasiya 
səviyyəsidir  ki,  bu  da  yol  verilən  həddə  nəzərən  tullantıların 
səpələnməsi nəticəsində alınır. 
 
mln.
–1

çirklənmənin həcmi 
 
çirklənmiş havanın 10
6
 həcmi 
 
 
=10 
–4
% (həcmcə) 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə