1
Tahir Dövlət oğlu Ağayev
Şahin Əliağa oğlu Əhmədov
Tahir Abuzər oğlu Xəlilov
EKOLOJİ TƏHLÜKƏSİZLİK
DƏRS VƏSAİTİ
Sumqayıt Dövlət Universitetinin
“Kimya və biologiya”fakultəsinin Elmi
şurasının 30.01.2013-cü il tarixli iclasının
qərarı ilə (05 saylı protokol ) dərs vəsaiti
kimi təsdiq edilmişdir
SUMQAYIT - 2013
Ekoloji təhlükəsizlik
2
Elmi redaktor: akademik A.Ş.Mehdiyev
Rəyçilər: c.e.d., prof. T.M.Tatarayev
t.e.d..prof. A.N. Bədəlova
k.e.n., dos. R.R. Əhmədova
k.e.n., dos.M.M. Mustafayev
Sumqayıt şəhəri, nəşriyyatı, 2013 –cü il, 177 səh.
Dərs vəsaitində təbii fəlakətlər: yaranması, nəticələri, proqnozlaşdırılması,
biosferin çirklənmədən mühafizəsi, müharibə zamanı fövqəladə vəziyyət, qlobal ekoloji
təhlükə mənbələri, respublikamızda ekoloji təhlükəsizliyin təmin edilməsi və s.
məsələlərə baxılıb.
Dərs vəsaiti respublikamızın universitetlərinin ekologiya, coğrafiya və həyat
fəaliyyətnin
təhlükəsizliyi
istiqaməti sahəsində ixtisaslaşan
bakalavatlar
və
magistrantlar üçün nəzərdə tutulmuşdur. Ondan elmi-tədqiqat institutları, ekologiya,
coğrafiya və həyat fəaliyyəti sahəsində ixtisaslaşan alimlər və bu sahə ilə maraqlanan
geniş oxucu auditoriyası da istifadə edə bilər
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov
3
Biz atalarımızın torpağının varisləri deyilik.
Biz onu övladlarımızdan borc götürmüşük.
(BMT materiallarından)
GİRİŞ
İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda
olmadan mümkün deyil. İnsanların təlabatını ödəmək və onun
hərtərəfli inkişafını təmin etmək üçün Yerin bərpa olunan və
bərpa olunmayan sərvətlərindən intensiv şəkildə istifadə olunur.
İnsan öz həyatı üçün vacib olan hər şeyi (enerji, qida və s.)
təbiətdən alır. Təbiət insanın estetik təlabatının təminat
mənbəyidir.
XXI əsrin əvvəlində bütün dünyada və bizim ölkənin bir çox
regionlarında ekoloji vəziyyətin pisləşməsi davam edir. İnsan
sivilizasiyasının ətraf mühitə təsir etməsi özünü parnik effektinin
güclənməsində, turşulu yağışların yağmasında, ozon qatının
azalmasında, hidrosferin çirklənməsində, meşələrin və torpaq
örtüyünün məhv edilməsində, biomüxtəlifliyin azalmasında biruzə
verir.
Elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanın
təbiətə təsiri daha güclü xarakter alır. XX əsrdə bu təsir təbii
amillərin təsiri ilə müqayisə edilə biləcək dərəcəyə çatmışdır ki,
bu da insan cəmiyyəti ilə təbiət arasındakı qüvvələr nisbətində
kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olmuşdur.
Sivilizasiyanın təbiətə təsir etməsinin səbəbi ilk növbədə
demoqrafik “partlayış”-dır – XX əsrdə əhali sayının kəskin artımı,
insanın və insan cəmiyyətinin tələbatlarının və bunun nəticəsi
kimi ətraf mühitə təzyiqin artmasıdır. Bizim sivilizasiyanın
istehlakçı xarakteri də az rol oynamır: ilkin təsəvvür kimi təbiət
zəngindir və onun yeganə məqsədi – insanlara xidmət etməkdir və
həm də ilk növbədə inkişaf etmiş ölkələr tərəfindən təbii
ehtiyatlardan həddən artıq istifadə edilməsi və ətraf mühitin
çirklənməsidir.
Ekoloji təhlükəsizlik
4
Elmi-texniki tərəqqi sayəsində insan cəmiyyəti təbiətə
təsirin daha güclü vasitələrinə yiyələnmişdir. Bu nailiyyətlər
insana mikro və makro aləmə nüfuz etməyə, biosferdə baş verən
təbii proseslərə təsir göstərməyə, Yerətrafı kosmik fəzaya
müdaxilə etməyə və s. imkan verir.
Təbiətdə baş verən antropogen dəyişikliklər əksər hallarda
pozitiv xarakter daşıyır. Lakin, təbii proseslərə müdaxilə edən
insan bir sıra hallarda təbiət qanunauyğunluqlarını pozur və özü
üçün
arzuolunmaz
fəsadlara
səbəb
olur.
Sivilizasiyanın
mövcudluğunun əsaslarını təhlükə altına alan təzadlardan ən
başlıcası ətraf mühitin çirklənməsi və təbii ehtiyatların
tükənməsidir. Ona görə də, insan cəmiyyəti qarşısında ekoloji
böhranın aradan qaldırılması, təbiətin qorunması və təbii
sərvətlərdən səmərəli istifadənin həyata keçirilməsi vəzifəsi durur.
Lakin, son zamanlar bəşəriyyətin dünyagörüşünün dəyişməsi
baş verir: insanların çoxuna aydın olur ki, birincisi, bioloji varlıq
olan insan təbiətin şahı deyil, yalnız onun bir hissəsidir, özü də
ümumiyyətlə biosferin vəziyyətindən asılıdır və ikincisi, təbii
ehtiyatlar sonludur və o tükənmək üzrədir. Təbiətə olan
münasibəti dəyişmək, bütün canlılara qayğı ilə yanaşmaq
lazımdır: həm təbiətə, həm insanlara. Təbii ehtiyatlara qənaət
etmək, tullantıların emal edilməsi bu gün adı ön plana çəkilir.
Biosferin qorunub saxlanılması insan cəmiyyətinin yaşaması üçün
vacib şərtdir. Ekologiya, təbiət elmlərindən müxtəlif tədris
fənnlərinin nəticələrini cəmləşdirən və insanın ətraf dünyaya və
onun özünə qarşı davranışını təyin edən dünya elminə çevrilir.
Bütün canlı aləmə və təbii ehtiyatlara qayğı ilə yanaşmada
ümumtəhsil məktəbləri xüsusi rol oynamalıdır. Məhz burada
bəşəriyyətin
yeni
nəsili
ekoloji
mədəniyyətin
əsaslarını
mənimsəməlidirlər.
Nəzərə almaq lazımdır ki, elmi-texniki tərəqqi insanın
təbiətdən asılılığının bir formasını azaltmaqla bərabər, bir çox
hallarda bu asılılığın daha çətin və təhlükəli formalarına səbəb
olur.
Rus alimi V.İ.Vernadskinin irəli sürdüyü noosfer ideyası,
biosferin müqəddaratı və deməli bəşəriyyətin gələcəyi üçün
Dostları ilə paylaş: |