Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
41 
Kükürd-4  oksidi  SO
2
.  Suda  həll  olduqda  turşulu  yağışlar 
yaradır:  H
2
O+SO
2
=H
2
SO
3 
.  Əsasən  istilik elektrik stansiyalarında 
(İES)-də  boz  kömürün  və  mazutun,  həmçinin  kükürd  tərkibli 
filizlərin  –  PbS,  ZnS,  CuS,  NiS,  MnS  və  s.    yandırılmasında 
atmosferə tullanır. 
Kömürün  və  ya  neftin  yandırılmasında  onlarda  olan  kükürd 
oksidləşir, bu zaman iki birləşmə əmələ gəlir – kükürd dioksidi və 
kükürd  trioksidi.  Yanacağın  ilkin  yanma  prosesində  kükürdün 
3%-dən  azı  kükürd  trioksidə  qədər  oksidləşir.  Turşulu  yağışlar 
bitkiləri  məhv  edir,  torpağı  turşulaşdırır,  göllərin  turşuluğunu 
artırır.  Məsələn,  80-ci  illərdə  Norveçdə  çoxlu  miqdarda  balıq 
məhv  oldu,  bunda  Rusiya  müəssisələrinin  də  böyük  günahı 
olmuşdu 
(Kolski 
yarımadasında 
yerləşən 
“Severonikel” 
kombinatı).  Qərbdən  külli  miqdarda  kükürdün  transsərhəd 
keçməsi  Rusiyada  böyük  həyəcan  doğurur,  bu  ildə  təqribən             
2 mln ton kükürd oksidi, ildə 10 mln ton sulfat təşkil edir. Buna da 
səbəb  Qərbdən  gələn  hava  axınlarının  küləklər  rozasının 
Avropaya  gedən  hava  axınını  7-10  dəfə  üstələməsidir.  Bu  əsasən 
Şərqi  Avropa  ölkələri  və  Ukraynadır  ki,  onların  energetikası 
əsasən boz kömürə əsaslanır. 
Rusiya SO
2
 üzrə konversiyanın üzvüdür və atmosferə atılan 
kükürd  oksidlərinin  azaldılmasının  bütün  proseslərində  iştirak 
edir. Bu əsasən, göstərilən sxem üzrə kükürd turşusu istehsal edən 
zavodların  tikintisidir:  kükürd  dioksidi  –  kükürd  trioksidi  – 
kükürd turşusu. Kükürd oksidlərindən ikinci xammal kimi istifadə 
etməklə,  bəşəriyyət  sənayenin  müxtəlif  sahələrində  lazım  olan 
kükürd  turşusu  istehsal  edərək  Yerin  təkindən  məhdud  kükürd 
ehtiyatlarının çıxarılmasını saxlaya bilərlər. 
Hesablamalar  göstərir  ki,  80-ci  illərdə  bəşəriyyət  üçün  ildə 
təqribən  25  mln  ton  kükürd  turşusunun  alınması  tələb  olunurdu 
(məsələn,  sintetik  yuyucu  vasitələrin  və  digər  məhsulların 
alınması məqsədi ilə), kükürd oksidinin atılması isə 15,6 ton təşkil 
etmişdir. 
Hətta havada kükürd oksidləri bir kubmetrdə 100 mkq təşkil 
etdikdə  belə  –  bu  isə  şəhərlərdə  tez-tez  təsadüf  edilir–  bitkilər 
sarımtıl  rəng  alır.  Qeyd  etmək  lazımdır  ki,  nəfəs  yollarının 


             
     Ekoloji təhlükəsizlik 
 
42 
xəstəlikləri,  məsələn,  bronxit  havada  kükürd  oksidlərinin 
səviyyəsinin artmasında müşahidə olunur. 
Çıxan  tüstü  qazlarından  kükürd  dörd  oksidinin  tutulması 
üçün  müxtəlif  sayda  üsullar  işlənmişdir.  Olduqca  cəlbedici 
skrubber  qurğulardır  ki,  bunlar  da  bazarda  tələbatı  olan  tullantı 
şəklində  məhsullardır:  belə  skrubberlərdən  biri  yüksək  təmizlikli 
kükürd,  digəri  –  qarışdırılmış  kükürd  turşusu  istehsal  edir. 
Sonuncunun  böyük  məsafələrə  daşınması  sərfəli  deyil,  lakin 
yüksək  təmizliyə  malik  kükürd  müalicə  preparatlarının,  sənaye 
reagentlərinin,  gübrələrin  istehsalında  inkişaf  etmiş  ölkələrdə 
geniş tətbiq tapır və xarici istehlakçıları cəlb edir. 
Rusiyada  bu problemi  hələlik  Avropa hissəsində həll etmək 
mümkün  olmuşdur.  Asiya  hissəsində  isə  kükürd  turşusunun 
daşınma  problemini  həll  etmək  çətindir,  məsələn  “Norilsk  nikel” 
kombinatının yüksək tüstü borularından (100 m-ə qədər) buraxılan 
külli  miqdarda  SO
2
  kütlələri  Şimal  qütbü  vasitəsilə  Kanadaya 
çatırlar.  Bu  problem  Rusiyanın  bir  çox  regionlarında  həllini 
tapmalıdır.  Məsələn,  Moskvadakı  Kapotnada  yerləşən  yeganə 
neftemalı  zavodunda  1997-ci  ildən  kükürd  tərkibli  neft 
məhsullarından istifadə edilməsinə qadağan qoyulmuşdur. 
Azot  oksidləri  (N
x
O
y
).  Təbiətdə  azot  oksidləri  meşə 
yanğınları zamanı baş verir. Şəhərlərdə və sənaye müəssisələrinin 
ətrafında azot oksidlərinin yüksək konsentrasiyası insan fəaliyyəti 
ilə  əlaqədardır.  Azot  oksidlərinin  çox  hissəsini  İES  və 
daxiliyanma mühərrikləri verir. Azot oksidləri, həmçinin metalları 
azot turşusu ilə aşındırmasından əmələ gəlir. Partlayıcı maddələrin 
və  azot  turşusunun  istehsalı  atmosferə  atılan  azot  oksidləri 
tullantılarının daha iki mənbəyidir. 
Atmosferi çirkləndirirlər: 
  N
2
O – azot oksidi I (güldürücü qaz) – narkotik xüsusiyyətlərə 
malikdir, cərrahi əməliyyatlarda istifadə edilir; 
  NO – azot oksidi II,  insanın  əsəb sisteminə təsir  edir,  iflic  və 
qıc  olmaya  səbəb  olur,  qanın  hemoqlobinini  qatılaşdırır,  oksigen 
çatışmazlığı yaradır; 
  NO
2
  ,  N
2
O
4
  –  azot  oksidləri  V  (N
2
O

=  2NO
2
)  –  su  ilə 
qarşılıqlı  əlaqədə  olduqda  azot  turşusunu  yaradır                  2NO
2
  + 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
43 
2H
2
O  +  O
2
  =  4HNO
3
  .  Nəfəs  yollarına  təsir  edir  və  ciyərlərin 
şişməsinə səbəb olur. 
Azot  oksidləri  fotokimyəvi  smoqun  yaranmasında  iştirak 
edir.  Fotokimyəvi  proseslərə  peroksiasetilnitratların  (PAN) 
yaranması  prosesləri  aiddir.  PAN-nın  konsentrasiyasının  0,1-0,5 
mq/m
3
  həddə  çatması  gözlərin  selik  qişasının  həyəcanlanmasına 
və  bitkilərin  məhvinə  səbəb  ola  bilər.  Bu  əsasən  cənub  şəhərləri 
üçün xarakterikdir. 
Havanın  fotokimyəvi  çirklənməsinin  səbəbi  avtonəqliyyatın 
hərəkət  rejimi  ilə  sıx  əlaqədədir.  Səhər  və  axşamlar  hərəkətin 
yüksək  intensiv  dövrü  ərzində  atmosferə  atılan  azot  oksidlərinin 
və  karbohidrogenlərin  pikləri  müşahidə  olunur.  Məhz  bu 
birləşmələr  bir-biri  ilə  reaksiyaya  daxil  olaraq,  havanın 
fotokimyəvi çirklənməsinə səbəb olur. 
Azot  oksidlərinin  yüksək  səviyyəli  təsirinə  məruz  qalmış 
əhalidə  yuxarı  nəfəs  yollarının  xəstəlikləri,  N
x
O
y
-in  aşağı 
konsentrasiyalı  təsirinə  məruz  qalmış  insan  qruplarına  nisbətən 
daha  çox  müşahidə  olunur,  halbuki,  digər  çirkləndiricilərin 
səviyyəsi eyni olmuşdur. 
Nəfəs  yollarının  xroniki  xəstəliklərinə  malik  insanlar 
(ciyərlərin 
emifizemi, 
astma), 
həmçinin 
ürək-damar 
xəstəliklərindən əzab çəkənlər azot oksidlərinin birbaşa təsirlərinə 
daha həssasdırlar. 
Dəm 
qazı 
(CO). 
Şəhər 
havasında 
dəm 
qazının 
konsentrasiyası  hər  hansı  bir  digər  çirkləndiricidən  daha  çoxdur. 
Lakin,  bu  qaz  nə  rəngə,  nə  qoxuya,  nə  də  dada  malik 
olmadığından  bizim  hiss  orqanlarımız  onu  aşkar  etməyə  qadir 
deyildir. 
Şəhərlərdə 
ən 
böyük 
karbon 
qazının 
mənbəyi 
avtonəqliyyatdır.  Şəhərlərin  çoxunda  CO-nun  90%-dən  artığı 
aşağıdakı  reaksiya  üzrə  mühərrik  yanacağında  karbonun  tam 
şəkildə yanmaması nəticəsində baş verir:   2C + O
2
 = 2CO. Tam 
yanma nəticəsində son məhsul kimi karbon iki oksidi yaranır: C + 
O
2
 = CO
2

Karbon  qazının  digər  mənbəyi  –  tütün  tüstüsüdür.  Bununla 
təkcə siqaret çəkənlər  deyil,  həm də onların  yaxın  ətrafı rastlaşır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə