Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 4,39 Mb.
Pdf görüntüsü
səhifə4/188
tarix06.02.2022
ölçüsü4,39 Mb.
#83510
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   188
ekoloji tehlukesizlik

     Ekoloji təhlükəsizlik 
 

Elmi-texniki  tərəqqi  sayəsində  insan  cəmiyyəti  təbiətə 
təsirin  daha  güclü  vasitələrinə  yiyələnmişdir.  Bu  nailiyyətlər 
insana  mikro  və  makro  aləmə  nüfuz  etməyə,  biosferdə  baş  verən 
təbii  proseslərə  təsir  göstərməyə,  Yerətrafı  kosmik  fəzaya 
müdaxilə etməyə və s. imkan verir. 
Təbiətdə baş verən antropogen dəyişikliklər əksər hallarda 
pozitiv  xarakter  daşıyır.  Lakin,  təbii  proseslərə  müdaxilə  edən 
insan  bir  sıra  hallarda  təbiət  qanunauyğunluqlarını  pozur  və  özü 
üçün 
arzuolunmaz 
fəsadlara 
səbəb 
olur. 
Sivilizasiyanın 
mövcudluğunun  əsaslarını  təhlükə  altına  alan  təzadlardan  ən 
başlıcası  ətraf  mühitin  çirklənməsi  və  təbii  ehtiyatların 
tükənməsidir.  Ona  görə  də,  insan  cəmiyyəti  qarşısında  ekoloji 
böhranın  aradan  qaldırılması,  təbiətin  qorunması  və  təbii 
sərvətlərdən səmərəli istifadənin həyata keçirilməsi vəzifəsi durur. 
Lakin, son zamanlar bəşəriyyətin dünyagörüşünün dəyişməsi 
baş  verir:  insanların çoxuna aydın olur ki,  birincisi,  bioloji  varlıq 
olan  insan  təbiətin  şahı  deyil,  yalnız  onun  bir  hissəsidir,  özü  də 
ümumiyyətlə  biosferin  vəziyyətindən  asılıdır  və  ikincisi,  təbii 
ehtiyatlar  sonludur  və  o  tükənmək  üzrədir.  Təbiətə  olan 
münasibəti  dəyişmək,  bütün  canlılara  qayğı  ilə  yanaşmaq 
lazımdır:  həm  təbiətə,  həm  insanlara.  Təbii  ehtiyatlara  qənaət 
etmək,  tullantıların  emal  edilməsi  bu  gün  adı  ön  plana  çəkilir. 
Biosferin qorunub saxlanılması insan cəmiyyətinin yaşaması üçün 
vacib  şərtdir.  Ekologiya,  təbiət  elmlərindən  müxtəlif  tədris 
fənnlərinin  nəticələrini  cəmləşdirən  və  insanın  ətraf  dünyaya  və 
onun  özünə  qarşı  davranışını  təyin  edən  dünya  elminə  çevrilir. 
Bütün  canlı  aləmə  və  təbii  ehtiyatlara  qayğı  ilə  yanaşmada 
ümumtəhsil  məktəbləri  xüsusi  rol  oynamalıdır.  Məhz  burada 
bəşəriyyətin 
yeni 
nəsili 
ekoloji 
mədəniyyətin 
əsaslarını 
mənimsəməlidirlər. 
Nəzərə  almaq  lazımdır  ki,  elmi-texniki  tərəqqi  insanın 
təbiətdən  asılılığının  bir  formasını  azaltmaqla  bərabər,  bir  çox 
hallarda  bu  asılılığın  daha  çətin  və  təhlükəli  formalarına  səbəb 
olur. 
Rus  alimi  V.İ.Vernadskinin  irəli  sürdüyü  noosfer  ideyası, 
biosferin  müqəddaratı  və  deməli  bəşəriyyətin  gələcəyi  üçün 


                                                   

Yüklə 4,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə