Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin


T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov



Yüklə 4,39 Mb.
Pdf görüntüsü
səhifə3/188
tarix06.02.2022
ölçüsü4,39 Mb.
#83510
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   188
ekoloji tehlukesizlik

T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 

 
                                                 
Biz atalarımızın torpağının varisləri deyilik. 
                                                 Biz onu övladlarımızdan borc  götürmüşük. 
                                                               (BMT materiallarından) 
 
 
GİRİŞ 
İnsan  cəmiyyətinin  inkişafı  təbiətlə  qarşılıqlı  təmasda 
olmadan  mümkün  deyil.  İnsanların  təlabatını  ödəmək  və  onun 
hərtərəfli  inkişafını  təmin  etmək  üçün  Yerin  bərpa  olunan  və 
bərpa  olunmayan  sərvətlərindən  intensiv  şəkildə  istifadə  olunur. 
İnsan  öz  həyatı  üçün  vacib  olan  hər  şeyi  (enerji,  qida  və  s.) 
təbiətdən  alır.  Təbiət  insanın  estetik  təlabatının  təminat 
mənbəyidir.  
XXI əsrin əvvəlində bütün dünyada və bizim ölkənin bir çox 
regionlarında  ekoloji  vəziyyətin  pisləşməsi  davam  edir.  İnsan 
sivilizasiyasının  ətraf  mühitə  təsir  etməsi  özünü  parnik  effektinin 
güclənməsində,  turşulu  yağışların  yağmasında,  ozon  qatının 
azalmasında,  hidrosferin  çirklənməsində,  meşələrin  və  torpaq 
örtüyünün məhv edilməsində, biomüxtəlifliyin azalmasında biruzə 
verir. 
Elmi-texniki tərəqqinin sürətli inkişafı  ilə əlaqədar insanın 
təbiətə  təsiri  daha  güclü  xarakter  alır.  XX  əsrdə  bu  təsir  təbii 
amillərin  təsiri  ilə  müqayisə  edilə  biləcək  dərəcəyə  çatmışdır  ki, 
bu  da  insan  cəmiyyəti  ilə  təbiət  arasındakı  qüvvələr  nisbətində 
kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olmuşdur. 
Sivilizasiyanın  təbiətə  təsir  etməsinin  səbəbi  ilk  növbədə 
demoqrafik “partlayış”-dır – XX əsrdə əhali sayının kəskin artımı, 
insanın  və  insan  cəmiyyətinin  tələbatlarının  və  bunun  nəticəsi 
kimi  ətraf  mühitə  təzyiqin  artmasıdır.  Bizim  sivilizasiyanın 
istehlakçı  xarakteri  də  az  rol  oynamır:  ilkin  təsəvvür  kimi  təbiət 
zəngindir və onun yeganə məqsədi – insanlara xidmət etməkdir və 
həm  də  ilk  növbədə  inkişaf  etmiş  ölkələr  tərəfindən  təbii 
ehtiyatlardan  həddən  artıq  istifadə  edilməsi  və  ətraf  mühitin 
çirklənməsidir. 


             

Yüklə 4,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə