Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 4,39 Mb.
Pdf görüntüsü
səhifə18/188
tarix06.02.2022
ölçüsü4,39 Mb.
#83510
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   188
ekoloji tehlukesizlik

     Ekoloji təhlükəsizlik 
 
14 
meydana  çıxmasını,  yeni  texnologiyaların  inkişafını  şərtləndirir. 
İqtisadi  inkişaf  bir  sıra  xarakteristikaları  (əmək  şəraiti, 
yoxsulluğun  azalması,  cəmiyyətin  maddi  və  mənəvi  səviyyəsinin 
yüksəlməsi  və s.)  yaxşılaşdırsa da, təbii  materiyadan, onun  bütün 
ehtiyatlarından 
istifadəni 
intensivləşdirir, 
ətraf 
mühitin 
çirklənməsini  gücləndirir.  Deməli,  sürətli  iqtisadi  inkişaf  təbii 
mühit  üçün  çoxsaylı  problemlər  doğurur  ki,  bunlara  da  laqeydlik 
göstərilməsi  yolverilməzdir.  Ancaq  mənfəətə,  qüdrətə  və  nüfuza 
istiqamətlənmiş 
istehsal 
təbiətin 
müvazinətinin 
başlıca 
pozulmalarını şərtləndirən mühüm səbəblərdən biridir. 
3.  İnsanın,  cəmiyyətin  fəaliyyəti  nəticəsində  təbii  mühitin 
çirklənməsi.  İntensiv  çirklənmə  prosesi  sənayeləşmə  ilə  başlanır, 
lokal hüdudları ötüb keçir və zaman keçdikcə universal problemə 
çevrilir.  Etiraf  edilməlidir  ki,  XX  əsrin  ikinci  yarısına  qədər  bu 
problemə  xüsusi  diqqət  yetirilməmişdir.  50  –  ci  illərdən 
başlayaraq  ətraf  mühitin çirklənməsi  həyat üçün təhlükəli  miqyas 
almış  və  onun  zərərli  təsirinə  diqqət  güclənmişdir.  Buna 
baxmayaraq,  çirkləndiricilərin  sayı  və  növləri  artmaqda  davam 
edir.  Qeyd  edilməlidir  ki,  havanın,  suyun,  torpağın  çirklənməsi, 
habelə hədsiz istilik ayrılması və radioaktiv şüalanma mahiyyətcə 
sərhəd  tanımır  və  müasir  cəmiyyətin  qlobal  problemi  kimi  çıxış 
edir. Çirklənmənin müxtəlif təzahürləri bir – birilə sıx bağlıdır. 
4.  Enerji  ilə  təminat  problemi  də  ekoloji  duruma  ciddi  təsir 
göstərən amildir. YUNEP-in məlumatına görə, atmosfer havasının 
çirklənməsi mənbələrində kömürün payı 60%-i, neftin payı 30%-i, 
sənaye  mənşəli digər qazların payı  isə 10% təşkil edir. 1980  – cı 
illərə  doğru  artıq  221  atom  elektrik  stansiyası  (AES)  fəaliyyət 
göstərirdi,  tikintisi  davam  edən  stansiyaların  sayı  286  –  ya 
çatmışdı,  290  AES  -  nın  tikilməsi  isə  planlaşdırılmışdı.  Mötəbər 
mənbələrdən  alınan  məlumatlara  görə  təkcə  bir  ildə  14  ölkənin 
AES  -  lərində  radioaktivliyin  axını  ilə  müşaiyət olunan  150  qəza 
qeydə  alınmışdır.  Bu  stansiyalar  təkcə  qəza  zamanı  yox,  həm  də 
normal  fəaliyyət  göstərdikləri  zaman  da  təbii  mühit  üçün  təhlükə 
mənbələri  olaraq  qalır.  Radioaktiv  tullantılar  həm  insan,  həm  də 
ətraf  mühit üçün uzun  müddət  ərzində təhlükədir. Belə tullantılar 
təkcə  AES  –  lərdə  deyil,  həm  də  sənayenin  digər  sahələrində 


                                                   

Yüklə 4,39 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə