Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 4,39 Mb.
Pdf görüntüsü
səhifə16/188
tarix06.02.2022
ölçüsü4,39 Mb.
#83510
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   188
ekoloji tehlukesizlik

     Ekoloji təhlükəsizlik 
 
12 
Ekoloji  böhranın  xarakteri  barəsində  rəylər  birmənalı 
deyildir.  Bəziləri  belə  hesab  edirlər  ki,  ekoloji  böhran  qlobal 
xarakter daşımır, çünki biosferin əsas prinsipləri fəaliyyətdədir: o, 
özünütənzimləmə 
və 
dinamik 
müvazinət 
qabiliyyətini 
itirməmişdir.  Deməli,  ekoloji  problemlər,  ekoloji  tarazlığın 
pozulması  lokal  xarakter daşıyır. Başqa sözlə, kritik  lokal ekoloji 
situasiyalardan  bəhs  etmək  olar.  Zənnimizcə,  məsələnin  belə 
qoyulması  dəqiq  mövqe  deyildir,  ətraf  mühit  ünsürlərinin  dürüst 
başa  düşülməsinə  əsaslanmır.  Halbuki    ekoloji  böhran  bir  bütöv 
olan  ətraf  mühitin  stabilliyi  üçün  təhlükədir,  ona  görə  də  qlobal 
xarakterə malikdir. 
Canlı  aləmdə  insanın  meydana  gəlməsinə  və  onun  təbiətə 
fəal müdaxiləsinə qədər ahəngdarlıq münasibətləri üstünlük təşkil 
etmişdir.  Onun  meydana  gəlməsi  ilə  ekoloji  ahəngdarlığın, 
dayanıqlılığın  pozulması  prosesi  başlanmışdır.  İnsan  düşünən 
varlıq  kimi  əmək  alətləri  yaratmağa,  yaşayış  vasitələri  istehsal 
etməyə  başlamış,  lakin  biosferə  xas  olan  qanunauyğunluqları  ya 
ümumiyyətlə,  ya  da  kifayət  qədər  nəzərə  almamışdır.  Ən  qədim 
dövrlərdə  əhalinin  azsaylı  olması,  yeni  ərazilərə  köçməsi,əvvəlki 
ərazilərdə  təbiətin  tez  bərpası  sayəsində  təbii  mühitdə  pozulma  o 
qədər  də  əhəmiyyətli  olmamışdır.  Məhsuldar  qüvvələr  inkişaf 
etdikcə,  təbiətə  müdaxilə  daha  böyük  miqyaslar  aldıqca,  əhalinin 
sayı  artdıqca  təbii  mühitin  deqradasiyası  da  güclənir,  bəşəri 
mövcudluq  üçün  təhlükəli  xarakter  kəsb  edir.  Bu  prosesdə 
sənayenin  inkişafı  xüsusilə  fəal  rol  oynayır.  Ətraf  mühitin 
çirklənməsi  və  deqradasiyası  getdikcə  intensivləşir,  ona  görə  də 
həm bərpa olunan təbii ehtiyatlara (meşələr, bitkilər, heyvanlar və 
s.),  həm  də  bərpa  olunmayan  təbii  ehtiyatlara  (yanacaq,  metal  və 
s.) daha ciddi qayğı göstərilməlidir. 
İnsanla  təbiət  arasındakı  qarşılıqlı  münasibətlər  –  ekoloji 
böhranın  müxtəlif  formalarında  təzahür  edən  bu  münasibətlər 
bəşəriyyətin  qlobal  probleminə  çevrilmişdir.  Bu  problem  ayrı  – 
ayrı  ölkələrdə  spesifik  xüsusiyyətlərə  malik  olsa  da,  beynəlxalq 
əməkdaşlığı  zəruri  edir.  Təbiət  və  ictimai  elmlərdə  ekoloji 
tarazlığın  pozulması  səbəblərinin  araşdırılması  XIX  əsrin 


                                                   

Yüklə 4,39 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə