Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə8/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------28------------------------------------ 
 
intensivliyini kəskin  şəkildə  artırır.  Belə  ki, hər  addımda 
yeni keyfiyyət dəyişikliyinin  meydana  çıxması  üçün  daha 
az vaxt tələb olunur. Bu isə o deməkdir ki, düşünən alət, 
başqa  sözlə, sökülüb-yığılan  şüur  daha  intensiv 
dəyişikliklər törədib,  insanın  əbədi-əzəli  arzularını 
görünməmiş böyük sürətlə reallaşdıracaqdır. 
Bugün tam məsuliyyətlə  təsdiq etmək olar ki, 
düşünən alət, sökülüb-yığılan  şüur  üçün  lazımi  şərait və 
minimal  mövcudluq  mühiti  yaranmaqdadır  (Компьютер 
становится 
полноценным 
живым 
существом. 
«Техника-молодежи»,  октябрь,  1999  г.  c.15). Lakin 
həm  şərait, həm də  minimal mövcudluq mühiti dinamik 
xarakterlidir. Odur ki, sökülüb-yığılan şüur bugün-sabahın 
yarada biləcəyi  şəkildə  yaranmaya da bilər. Lakin yeni 
şəraitə uyğunlaşmaq imkanları tükənmədikcə, qlobal süni 
intellekt tez-gec  mümkün  olan  şəkildə  və  münasib 
biçimdə meydana çıxacaqdır. 
Bundan  əlavə, enerji mühiti olan sahədən  düşünən 
alətə, sökülüb-yığılan  şüura  qədərki məntiqi mülahizələr 
heç də  o demək deyildir ki, bu proses biristiqamətli, 
birbaşa,  sadədən mürəkkəbə, ibtidaidən aliyə  keçid 
prosesidir.  Xeyr!  Yuxarıda  təsvir etdiyimiz prosesin hər 
mərhələsində  geriyə  qayıdış  baş  verir.  Belə  ki, enerji 
sıxlığı  intensivliyi  artaraq  müəyyən həddi keçib plazma 
yaratdığı  andan  plazmanın  sönməsi prosesi də  başlanır. 
Bu prosesin qanuni nəticəsi  kimi  meydana  çıxan  qaz 
yarandığı  məqamdan öz  yekcinsliyini və  maddəsini 
itirməyə başlayır, nəticədə qazın biri digərində yanıb suya 
çevrilir. Su da yaranan andan həm reduksiyaya məruz 
qalır,  yenidən hidrogen və  oksigenə  parçalanır,  həm də 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------29------------------------------------ 
 
torpağın meydana  gəlməsində iştirak edərək, sərf olunur 
və  s.  Odur ki, bütövlükdə  varlıq  ümumi kütləsi dəyişməz 
olan enerjinin müxtəlif  sıxlıqlarla  və  daimi dəyişmələrdə 
mövcud olmaq xassəsinin təzahürü kimi meydana çıxır.  
Lakin fəlsəfə  tarixində  heç də  həmişə  İnsanın 
mahiyyətinə  bioloji, sosial və  mənəvi-psixoloji  amillərin 
vəhdəti  kimi  baxılmamışdır.  Antik  fəlsəfə  insanı  “mikro-
kosm”  adlandıraraq  ona  kainatın  bir  hissəciyi kimi 
baxmışdır.  İslam,  xristian  və  digər dini fəlsəfədə  insana 
ruh və  bədənin vəhdəti kimi münasibət bəsləmişlər. 
İdealist  fəlsəfə  bütünlükdə  insana ideal, ruhi, mənəvi 
tamlıq  kimi  baxmışdır.  Materialist  fəlsəfə  isə  insana 
biopsixo-sosial  varlıq  kimi  baxır,  onu  bəşər cəmiyyətinin 
yaratdığı ən qiymətli sərvət hesab edir [71, s.167]. 
Gördüyümüz  kimi,  insanın  gah  bu,  gah  da  digər 
cəhəti qabardılır, ön plana çəkilir. Buna görə də insan bir 
bütöv  olaraq  olduğu  kimi  təsvir  edilmir.  Odur  ki,  İnsan 
problemi öz bitkin həllini gözləməkdədir. 
İnsan  kimdir?  Dünyada  onun  yeri  və  məqsədi, 
cəmiyyətdə borcu və vəzifələri nədən ibarətdir? Dünyanın 
ən böyük müdrikləri  insanı  gah  ağıllı  varlıq  (“homo 
sapiens”), gah yaradıcı varlıq (“homo faber”), gah şüurlu 
fəaliyyət göstərən  varlıq  (“homo  agens”),  gah  emosiyalı, 
təbəssümlü  varlıq  (“homo  ludens”),  gah  da  əxlaqlı  varlıq 
(“homo moralis”) və  s.  adlandırmışlar.  Yunan  sofisti 
Protaqorun fikrincə,  ”bütün  şeylərin  meyarı  insandır”. 
Sokrata görə  insan “xeyri dərk edən və  yaradandır”. 
Demokrit  hesab  edir  ki,  “İnsana  lazım  olan  nə  varsa 
hamısını  insan  təbiətdə  və  özündə  tapmalıdır”.  Platona 
görə  insan ruhla bədənin vəhdətidir,  lakin bunlar bir-



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------30------------------------------------ 
 
birinə  ziddir: ruh insanidir, yüksəkdir, bədən isə  yalnız 
aşağı  və  ruha  düşmən  olan  materiyadır.  Aristotelin 
təsəvvüründə insan bu dünyaya təbiətlə vəhdətdə, onunla 
daxilən bağlı olan vücud kimi gəlir və vahid üzvi təbiətin 
inkişafı  prosesində  cismani-mənəvi təkamül yolu ilə 
irəliləyir. Aristotelə  görə  insanı  ruhu,  təfəkkürü,  yaddaşı, 
dərk  edilmiş  iradəsi və  incəsənətə  meyli fərqləndirir. 
Aristotel  insanı  ictimai  heyvan  sayır.  İnsan  özünə 
cəmiyyət və dövlət yaradıb, orada yaşayır. Lamerti: “insan 
maşındır”-  fikrindədir.  Hobbs  insanı  “zəkaya malik 
heyvan” hesab edir. C.Lokkun fikrincə, insan “mənəvi və 
ictimai  heyvandır”.  Holbaxa  (1723-1789)  görə, “insan 
özünü mühafizəyə  və  səadətə  səy edəndir”.  Fransız 
materialistlərinin fikrincə, “insan yalnız 
duyğu 
məcmusudur”. Helvetsi (1715-1771)  göstərir ki, “fiziki 
həssaslıq  insanın  özüdür,  insan  nədirsə,  onun  hamısının 
mənbəyidir”. Hegelə görə insan cəmiyyəti, bəşəriyyət əsil 
”ruh səltənətidir”. Feyerbax (1804-1872) inanır ki, insanın 
həqiqi  varlığı  onun məhəbbətidir,  qarşılıqlı  münasibətidir, 
işidir,  əməlidir.  Fransız  materialistləri  insanın  həqiqi 
varlığını  əsasını  hissi  həzz təşkil  edən zövqdə  görürdülər 
[71, s.175]. 
Bizim fikrimizcə,  İnsan  təbiətin alt sistemi olmaqla, 
təbii resursları maddi və mənəvi sərvətlərə çevirən böyük, 
mürəkkəb, dinamik, idarəediləbilən, təbiət tərəfindən 
müəyyən bir məqsədə  doğru  yönəldilən fiziki, bioloji, 
sosial,  ehtimallı,  dövri  (dönərli), qeyri-xətti, mükəmməl, 
etibarlı,  açıq,  özü-özünü tənzimləyən, öyrədən, təşkil 
edən, təkmilləşdirən inteqrasiya edilmiş fəal bir sistemdir 
[89, s.22-23]. 
 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə