Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə11/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------40------------------------------------ 
 
 Hissi idrak –  dünyanın  dərk edilməsinin  əsas, 
başlanğıc və ilkin mərhələsidir [71, s.185]. Lakin bu, onun 
heç də  tamamilə  zəifliyi demək deyildir. Təkcə  “Koroğlu” 
dastanının  assosiativ  təhlili  sübut  etmişdir  ki,  intuitiv 
duyumlarla  Kainatın  müxtəlif hadisələrini kifayət qədər 
dəqiq və səlis izah etmək imkanı vardır [89].  
Hissi idrak üç əsas formada –  duyğu,  qavrayış  və 
təsəvvür  formalarında  baş  verir.  Duyğu  –  xassənin 
inikasıdır [71, s.185]. Lakin dialektik materializmdən fərqli 
olaraq, bizim fikrimizcə, duyğu yalnız maddi olanın bu və 
ya digər xassəsinin  inikası  deyildir,  o,  həm də  qeyri-
maddinin müəyyən cəhətinin fərdi  inikasıdır.  Duyğu 
obyektiv gerçəkliyin subyektiv obrazıdır [71, s.186]. Lakin 
obyektiv gerçəkliyi  yalnız  maddi  olana  müncər etmək 
naqisdir, çünki subyektdən kənardakıların  hamısı  (maddi 
və  qeyri-maddi)  obyektiv  olandır.  Varlıq  bir  duyğu 
yaradırsa, yoxluq da başqa duyğu yaradır. 
Obraz predmet və hadisənin duyğu nəticəsində əldə 
olunan ilkin, ən sadə inikas formasıdır. Duyğunun köməyi 
ilə  bizim  şüurumuzda  predmet  və  hadisənin  ayrı-ayrı 
xassələri və  həm də  təcrid  olunmuş  şəkildə  əks olunur. 
Həmin predmetlər haqqında bütöv obraz isə hissi idrakın 
nisbətən daha yüksək və mürəkkəb forması olan qavrayış 
vasitəsilə  mümkündür.  Qavrayış  –  müşahidə  nəticəsində 
əldə olunan maddi predmetin hissi bütöv obrazıdır. Lakin 
əslində,  qavrayış  həm də  xəyali  olanın  obrazıdır.  Hissi 
idrak prosesində  həyəcan, ehtiras, qəzəb, qorxu, sevgi, 
nifrət,  simpatiya,  antipatiya,  razılıq, sevinmək və  s. 
şəklində təzahür edən emosiyaların da böyük rolu vardır. 
Emosiyalar  –  insan  hissiyyatının  kompleks  və  mürəkkəb 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------41------------------------------------ 
 
formalarıdır  [71,  s.186-187]. Bizim fikrimizcə, emosiyalar 
insandan əzəlidir və insan kamilləşdikcə emosiyalarının bir 
qismi öz intensivliyini az və ya çox dərəcədə itirmiş, itirir 
və  itirəcəkdir.  Çünki  inkişafın  istiqaməti “ictimai 
heyvan”dan “texniki insan”a, oradan da “insani texnika”ya 
yönəlmişdir. 
Bizim  anlamımızda  alət nə  qədər  ki,  insanın  yaxın 
ətrafındadır,  onu  “texniki  insan”  saymaq  doğru  deyildir. 
Alət insan orqanizminə  nüfuz etdikcə, onun zəruri 
ünsürünə  çevrildikcə, insan texnikiləşir.  Bu  mənada, 
“texniki insan” –  təbii-bioloji və  texniki elementlərin 
inteqrasiyasıdır  [80]. Texniki element dedikdə, insan 
orqanizminə  süni  surətdə  daxil edilən ixtiyari təbiətli 
funksional ünsür nəzərdə tutulur. Beləliklə, “texniki insan” 
“ictimai  heyvan”ın  “element  bazası”nın  süni  elementlər 
hesabına  gücləndirilməsi yolu ilə  meydana  çıxan  daha 
genişimkanlı şüurlu məxluqdur.  
İnsanın  psixik-mənəvi və  sosial mahiyyətinin 
texnikaya köçürülməsi isə  dünyaya ”insani texnika” 
gətirir. Yəni, ”texniki insan”dan fərqli olaraq ”insani 
texnika” yükü bəşəriyyətin nail ola bildiyi qlobal mənəvi 
yükdən ibarət olan xalis texniki sistemdir. Özü də  bu 
proses artıq xeyli vaxtdır ki, başlanmışdır. Belə ki, insanın 
bir  sıra  daxili  orqanlarının  və  ətraf  əzalarının 
protezləşdirilməsi, gen mühəndisliyinin nailiyyətlərindən 
get-gedə daha geniş və səmərəli istifadə edilməsi ”texniki 
insan”a keçidin, günü-gündən daha çox və  daha 
mürəkkəb  zehni  işlərin, beynin daha mürəkkəb 
funksiyalarının  alqoritm  və  proqramlarının  tərtibi yolu ilə 
kompüterlərə  həvalə  edilməsi isə  ”insani texnika”ya 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------42------------------------------------ 
 
keçidin  başlandığını  və  uğurla  davam  etdirildiyini  sübut 
edir. Lakin hələlik həm ”texniki insan”, həm də  ”insani 
texnika” ibtidai inkişaf səviyyəsindədir.  
Göründüyü  kimi,  indi  artıq  klassik  mənada  başa 
düşülən  İnsan  (“homo  sapiens”)  öz  yetirmələri olan 
”texniki insan” və  ”insani texnika” ilə  çiyin-çiyinə 
addımlamaqdadır.  Yəni,  İnsan  özünün  ən  yaxın 
əvəzedicisi kimi dünyaya gətirdiyi övladla yanaşı, həm də 
orta və  uzaq  əvəzediciləri olan ”texniki insan” və  ”insani 
texnika”nın ”beşiyi başında dayanmışdır”.  
 
NANOTEXNOLOGİYA: ”İNSANI TEXNİKA” 
ÜZRƏ AXTARIŞLAR VƏ PERSPEKTİVLƏR 
 
”Kseroks”  firmasının  əməkdaşı  E.Berlin  uzunluğu  1 
sm, diametri 1 mm və zəncirotu toxumuna bənzər açılmış 
çətri olan iynə-miniatür cihaz layihələşdirir. Cihazın içində 
müxtəlif informasiya vericiləri, enerji mənbəyi, 
mikroprosessor və  radiostansiya yerləşdirmək nəzərdə 
tutulur. Çətir həm antenna, həm də  paraşüt  funksiyasını 
yerinə yetirəcək. Təyyarədən  havaya  buraxılan  bu  ”iynə” 
buludcuğazı  saniyədə  3 sm-ə  yaxın  sürətlə  yerə  enəcək-
dir. Bu münvalla 600 metr yüksəklikdən yerə  çatana 
qədər 5 saatdan çox vaxt sərf olunacaq. Həmin müddətdə 
informasiya vericiləri atmosferin tərkibini təhlil edəcək və 
bu  süni  buludcuğazın  komponentləri olan iynələr öz 
aralarında  informasiya  mübadiləsi edərək  verilmiş 
məqamda atmosferin vəziyyəti barədə  ümumi rəy 
yaradacaq, sonra isə alınan nəticəni idarəetmə mərkəzinə 
ötürəcəkdir. 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə