Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə4/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------14------------------------------------ 
 
 
Albert  Eynşteyn  (almanca 
Albert Einstein) 
nəzəriyyəçi fizik, müasir fizika nəzəriyyəsinin 
yaradıcılarından  biri,  Nobel  mükafatı  laureatı,  siyasi 
xadim, humanist insan, 20-dən  çox  aparıcı 
universitetlərin fəxri doktoru, çoxlu sayda Elmlər 
Akademiyasının üzvü.
 
 
Bizim  anlamımızda,  zaman  bir  fəlsəfi kateqoriya 
olaraq mənsəbindən mənbəyinə  doğru  can  atan  çay 
yatağına  bənzəyir. Yəni, zaman bir tərəfdən  formadır  - 
tərsinə də olsa, axar su dolu çay yatağıdır, digər tərəfdən 
isə  prosesi  -  axını  ifadə  edir.  Zamanın  birinci  aspekti 
fəlsəfi, ikinci aspekti isə  fiziki mahiyyət  daşıyır.  Bununla 
yanaşı,  informasiyanın  antipodu  olan  qeyri-müəyyənlik 
problem mühiti olaraq, həm də gerçəklik məkanı kimi çıxış 
etdiyindən, qeyri-müəyyənliyin məkan xassəsinin  olduğu 
da  aydınlaşır.  Bu  da  bir  daha  göstərir  ki,  informasiyanın 
zaman xassəsi mövcuddur. Digər tərəfdən isə, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------15------------------------------------ 
 
informasiya mahiyyətcə, inkar edilən qeyri-müəyyənlikdir. 
Deməli, zaman -  inkar edilən məkandır.  Bu  məntiqlə 
məkan da – inkar edilən zamandır. Yəni, zaman məkanın, 
məkan isə zamanın törəməsidir. 
Zaman  –  kanaldır  (Canalis  -  latınca,  boru,  nov 
deməkdir [7, s.244]).  Çünki  kanal  onda  baş  verən 
dəyişikliyin  məzmununa laqeyddir. Bütün dəyişikliklər, 
yəni hər cür hərəkət  bu  kanalda  baş  verir.  Lakin  kanal 
olaraq zamanın əsas xüsusiyyəti odur ki, bu kanaldakıların 
hərəkəti yalnız geriyə sürüşmədən ibarətdir. Bu baxımdan 
bütövlükdə  Kainat mahiyyətcə  həm də  zamandır.  Kainat 
məhz zaman olduğu üçün məkandır.  
Zaman  kanal  olmaq  etibarı  ilə  çoxnaqillidir. Burada 
naqillərarası  assosiativ  keçidlər, dizyunktiv düyünlər və 
radial  şaxələnmələr mövcuddur. Odur ki, zaman ən 
müxtəlif hərəkətlərin  baş  verməsini mümkün edə  bilir. 
Kanal həm də  mahiyyətcə  təsir ötürücüsüdür. Deməli, 
zaman həm də təsir ötürücüsüdür. Ötürücüdürsə, zaman 
dildir. Dildirsə, zaman informasiya ötürücüsüdür. 
İnformasiya  ötürücüsüdürsə, zaman qeyri-müəyyənlik 
daşıyıcısıdır.  Daşıyıcıdırsa,  zamanın  məkan olmaq xassəsi 
vardır. Odur ki, gerçəklik tədricən, ardıcıl, ziddiyyətli dərk 
edilir.  
Beləliklə, fəlsəfi mənada,  zamanın  sürəti ilə 
zamandakıların  sürətini eyniləşdirmək və  ya  qarışıq 
salmaq yolverilməzdir.  
Mövcud təsəvvürlərə  görə,  İnsan  nə  yaratmışdırsa, 
hamısı  onun  şüurlu  fəaliyyətinin məhsuludur və  bu 
səbəbdən də  ta qədimlərdən  şüur  ilahiləşdirilib, 
mütləqləşdirilib.  Şüura  “ruh”,  “mənəvi  varlıq”,  bədəndən 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------16------------------------------------ 
 
kənarda mövcud olan “gözəgörünməz qüvvə” kimi baxan 
ibtidai insan  ona  sitayiş  etmişdir  [71,  s.150].  Fəlsəfi 
ədəbiyyatda  şüura  materiyanın  -  insan beyninin xassəsi, 
gerçəkliyin ancaq insana məxsus məqsədli  inikası  kimi 
baxılır.  Lakin  artıq  heç  kimə  sirr deyil ki, süni intellekt 
yaratmaq  mümkündür.  Bu,  şüurun  tədricən  insandan 
alətə  keçidi demək  deyilmi?  Axı  şüur  həm də  davranışın 
keyfiyyət göstəricisidir! Bu halda yüksək  davranış 
nümunəsi  nümayiş  etdirə  biləcək  texnikaya  şüursuz 
demək nə dərəcədə məqbul sayıla bilər?  
Bizim fikrimizcə,  şüur  fenomeni  insan  beyninin  bir 
informasiya sistemi olmaqla kəmiyyət dəyişmələrinin 
keyfiyyət dəyişməsinə  keçməsi hadisəsinin  birbaşa 
məhsuludur. Çünki informasiya sistemində  toplanan 
informasiyanın  miqdarı  müəyyən həddi keçdikdə 
informasiya sistemi tamamilə  yeni keyfiyyətlər  nümayiş 
etdirmək qabiliyyəti qazana bilir. Belə  ki,  yaddaş  yalnız 
müəyyən tezaurus səviyyəsinə çatdıqda yaradıcılıq imkanı 
yaranır [89, s.120].  
 
İNSANIN BAŞ MİSSİYASI 
 
Təbiət  insanı  çoxalabilən, lakin “sökülüb-yığıla” 
bilməyən  şəkildə  yaratmışdır.  Bu  sonuncu  onun  ən zəif 
yeridir. Odur ki, təbiət öz səhvini düzəltməyi  İnsanın 
özünə  həvalə  etmiş,  ona  şüur  verib,  alət düzəltmək 
qabiliyyəti  vermişdir.  Alətin  əsas fərqləndirici cəhəti və 
üstünlüyü onun modul prinsipində  qurulanlığı,  başqa 
sözlə, sökülüb-yığılanlığı,  təyinatı  isə  gücləndirici 
olmasıdır.  Ən  sadə  alət üç elementin –  funksional 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------17------------------------------------ 
 
elementin, ötürücünün və birləşdiricinin inteqrasiyası olan 
ağac saplı daş baltadırsa, ən mürəkkəb alət də çoxformalı 
dünyagörüşüdür.  Elm  –  dünyagörüşü  formalarından  biri 
olmaqla, həmin “alət”in ən vacib və ən aktiv elementidir. 
İnsan  sivilizasiyasının  inkişaf  tarixi  primitiv  alətlərin 
(həmçinin,  silahların)  meydana  çıxmasından  ta  nəhəng 
yaşayış  məkanlarına  –  binalara,  şəhərlərə,  dövlətlərə  və 
sairəyədək  olan  süni  yaşayış  mühitinin  yaradılması  və 
təkmilləşdirilməsi ilə sıx bağlıdır. 
Təbiətin  dəyişdirilməsi  yolu  ilə  süni  ətraf  mühitin 
formalaşdırılması  prosesi  bu  və  ya  digər  problemin, 
məsələn, böyük fiziki qüvvə və ya yüksək sürətlə hərəkət 
etmək  tələb  edilən  hallarda  meydana  çıxan  insan 
orqanizminin  bioloji  məhdudluqları  ilə  bağlı  olan 
problemlərin tam və ya qismən həlli üçün nəzərdə tutulan 
obyektlərin - alətlərin, binaların, nəqliyyat vasitələrinin və 
s. yaradılmasından başlamışdır. 
Mexaniki ləvazimatları və mühəndis qurğularını insan 
öz orqanizminin mexaniki imkanlarını genişləndirmək üçün 
yaratmışdır.  Əmək  alətləri  və  silahlar  insan  əllərinin 
funksiyalarını genişləndirirsə, binalar, tikililər, paltar və s. 
də orqanizmin, o cümlədən, dərinin müdafiə qabiliyyətini 
artırır,  skelet  və  əzələlərin  möhkəmliyini  tamamlayır, 
həmçinin  süni  və  təbii  nəqliyyat  vasitələri  isə  orqanizmin 
yerdəyişmə  funksiyasını  gücləndirir,  ayaqların  imkanlarını 
genişləndirir. 
Yaradılmışların  istifadəyə  münasibliyinin  artırılıb 
maksimuma  çatdırılması  üçün  onları  mümkün  qədər 
hərəkətli  (mobil),  yüngül  və  erqonomik  düzəltmişlər. 
Sonra  həmin  qurğular  tədricən  orqanizmə  calaq  edilir: 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə