Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə24/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   20   21   22   23   24   25   26   27   ...   118

Qədim  türk  yazısı  abidələrinin  dilində  yerlik  hallı  feli 
birləşmələrin birinci tərəfi yerlik halda duran sözlə, ikinci tərəfi 
isə həm təsirli, həm də təsirsiz fellərlə ifadə edilir.
Yerlik  hal  məzmunlu  yerlik  hallı  feli  birləşmələr:  yirdə 
olurıp (КТ c 4) «yerdə oturub», yurtda yatu (KT şm 9) «yurdda 
yataraq»,  yolta  yatu  (KT  şm  9)  «yolda  yataraq»,  To Qa  tigin 
yoğınta  əgirə  (BK  ş  31)  «Tona  tiginin  dəfnində  mühasirə 
edərək»,  tüngər  tağda  təgip  (BK  c  8)  «Tüngər  dağda  hücum 
edib»,  ıda,  taşda  kalmışı  (T  4)  «kolda,  daşda  qalmışı»,  kağan 
elintə fcarıp (KÇ  3) «xaqan elində qocalıb», teQridə bolmış (KT 
c  1)  «tanrıda  olmuş»,  sü/Jüsdə  tutıp  (KÇ  16)  «döyüşdə  tutub», 
anta  olurıp  (MÇ  12)  «orada  oturub»,  töpəsitıtə  tutıp  (KT  ş  11) 
«təpəsində tutub», Besbalıkda sü/Jüsdükdə (UÇ  11) «Beşbalıkda 
döyüşdükdə» və s.
Çıxışlıq  hal  məzmunlu  yerlik  hallı  feli  birləşmələr: 
kağanımda  adıralu  (O  12)  «xaqanımdan  ayrılaraq»,  terjrigə  kut 
bulmış (III Orxon abidəsi) «tanrıdan səadət tapmış» və s.
Çıxışlıq  hallı  feli  birləşmələr.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  çıxışlıq  hal  formalaşma  prosesi  keçirirdi. 
Çıxışlıq hallı feli birləşmələrin  ikinci  tərəfi təsirsiz fellərlə ifadə 
olunur.  Bu  birləşmələrdə  daha  çox  məkan  mənası  ifadə  edilir: 
birinci tərəf hərəkətin başlandığı yeri,  başlanğıc,  çıxış nöqtəsini 
bildirir.  Buna  görə  də  belə  birləşmələrin  birinci  tərəfi  məkan  • 
bildirən  sözlərdən,  ikinci  tərəfi  iş  və  hərəkət  semantikalı 
fellərdən  ibarət  olur.  Qədim  türk  yazısı  abidələrinin  dilində 
çıxışlıq hal şəkilçisi qəbul etmiş bir neçə sözün işlənməsinə rast 
gəlinsə  də  yalnız  iki  təsadüfdə  çıxışlıq  halda  duran  söz  feli 
birləşmə  yaradır,  həm  də  hər  iki  təsadüfdə  eyni  bir  söz  -   sual 
əvəzliyi birinci tərəf kimi, eyni bir feli bağlama ikinci tərəf kimi 
çıxış  edir:  kantarı  kəlip  (KT  ş  23)  «haradan  gəlib»,  kantan 
kəlipən (KT ş 23) «haradan gəlib».
Alət-birgəlik  hallı  feli  birləşmələr.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  alət-birgəlik  halda  işlənən  sözlər  də 
təsriflənməyən  fellərə  qoşulub  feli  söz  birləşmələri  əmələ 
gətirir.  Alət-birgəlik  halı  abidələrin  dilində  -in,  -in  şəkilçisi  ilə 
ifadə  edilir  və  iki  məna  çaları  bildirir:  1)  işin,  həpəkatin  icra
94
edildiyi  aləti  və  2)  işin,  hərəkətin  iki  və  daha  artıq  subyekt 
tərəfindən  icra  edildiyini.  Abidələrin  dilində  alət-birgəlik  hallı 
feli birləşmələrin birinci tərəfi alət-birgəlik halda işlənən sözlə, 
ikinci tərəfi həm təsirli, həm də təsirsiz fellərlə ifadə olunur: a) 
işin,  hərəkətin  icrası  aləti  mənasında  hər  iki  tip  fellə;  b)  işin, 
hərəkətin  birgə  icrası  mənasında təkcə  təsirsiz  fellərlə.  Qədim 
türk yazısı abidələrinin dilində alət-birgəlik halı  iki məna -  alət 
və  birgəlik mənaları  ifadə etdiyi üçün onun əmələ gətirdiyi feli 
birləşmələri də iki məna qrupuna ayırmaq lazımdır:
1.  Alət  məzmunu  ifadə  edən  alət-birgəlik  hallı  feli 
birləşmələr;  məsələn:  közin  körmədük  (BK  şm  11)  «gözü  ilə 
görməyən»,  kulkahn  esidmədük  (BK  şm  11)  «qulağı  ilə 
eşitməyim», yadağın oplayu (KT ş 32) «piyada hücum edərək», 
yadağın ığaç tutunu (T 25) «piyada ağaclardan tutaraq».
2.  Birgəlik  məzmunu  ifadə  edən  alət-birgəlik  hallı  feli 
birləşmələr: ərin təzip (KT ş  34) «döyüşçü ilə qaçıb», kisiligin 
təzip (BK ş 41) «adamla qaçıb», ərin ürtürü (KT ş 40) «döyüşçü 
ilə düzəltdirmək».
Qədim türk  yazısı abidələrinin dilində  ismin  alət-birgəlik 
halmda  işlənən  söz  çoxdur,  ancaq  onların  böyük  əksəriyyəti 
təsriflənən  felərlə  işlənir,  cüzi  bir  hissəsi  felin  təsriflənməyən 
formaları  ilə  işlənib  alət-birgəlik  hallı  feli  birləşmələr  əmələ 
gətirir.
Qoşmalı feli birləşmələr.  Qoşmalı birləşmələr ifadəsi  ilə 
qədim  türk  yazısı  abidələrinin  dilində  işlənən  birinci  tərəfi 
qoşmalı  sözlə,  ikinci  tərəfi təsriflənməyən  fellə  ifadə olunmuş 
feli  birləşmələr  nəzərdə  tutulur.  Belə  birləşmələrin  azı  üç 
ünsürü  olur:  sıraca  birinci  söz  (yaxud:  söz  birləşməsi),  ikinci 
qoşma, üçüncü təsriflənməyən fel durur.
Türk dillərində, o cümlədən qədim türk yazısı abidələrinin 
dilində qoşma köməkçi nitq hissəsi hesab edilsə də, onun leksik 
mənası  olmasa  da,  qoşmalı  feli  birləşmələrdə  birləşmənin 
ümumi  semantik mənasının  formalaşmasında qoşma mühüm rol 
oynayır,  mübaliğəsiz  demək  olar  ki,  feli  birləşmənin  ümumi 
semantik mənasmın formalaşmasında onun əhəmiyyəti müstəqil 
leksik  mənası  olan  komponentlərdən  nəinki  azdır,  bəzi 
birləşmələrdə hətta çoxdur.
95


Qədim  türk  yazısı  abidələrinin  dilində  qoşmalı  feli 
birləşmələr  az  işlənir.  Lakin  hər  haldı  belə  birləşmələrin 
işlənməsinə  təsadüf edilir;  məsələn:  te/jri təg bolmış  (K T  c  1) 
«tanrı kimi... olmuş», yir sayu...  turu,  ölü (КТ c 9) «yer b o y u ... 
əldən düşərək»,  tatıija  tə g i...  körü  (KT c  12,  BK şm  15)  «yad 
adamlara k im i...  görərək»,  Bökli kağanka təgi süləyü (KT ş 8) 
«Böklü  xaqanma  kimi  qoşun  çəkərək»,  Təmir  kapığka  təgi 
süləyü (KT ş  8)  «Dəmir qapıya kimi qoşun çəkərək»,  Kül tigin 
birlə  ölü, yitü (KT ş 27) «Kül tigin  ilə əldən düşərək»,  eki şad 
birlə ölü, yitü (KT ş 27) «iki şad ilə əldən düşərək», tetjri tə g ... 
yaratmış  (BK  ş  1,  c  13)  «tenri  kimi  ...  yaratmış»,  oğuz  bodun 
tokuz  tatar birlə  tirilip (BK ş  34)  «oğuz xalqı  doqquz tatarlarla 
birləşib  (toplanıb)»,  inisi eçisin  təg talinmad.uk (KT  ş  5)  «kiçik 
qardaşı  böyük qardaşı tək olmadığı»,  oğh  katjın  təg kılınmaduk 
(KT ş 5) «oğlu atası kimi olmadığı» və s.
TƏRKİBLƏR
Türk  dillərində  felin  təsriflənməyən  formaları  -  məsdər, 
feli  sifət  və  feli  bağlama  özündən  əvvəl  gələn  sözləri  idarə 
etmək,  özünə  bağlamaq  və  ismi  birləşmələrə  bənzər  feli 
birləşmələr  yaratmaq  qabiliyyətinə  malikdir.  Ümumi  dilçilikdə 
feli  konstruksiyalar  adlanan  belə  sərbəst  söz  birləşmələri 
türkologiyada  tərkiblər  -   məsdər,  feli  sifət  və  feli  bağlama 
tərkibləri adlanır.  İkinci və üçüncü  ismi (təyini) söz birləşmələri 
kimi, məsdər,  feli sifət və feli bağlama tərkibləri də müstəqil və 
vahid  söz  birləşmələridir,  həmin  ismi  birləşmələr  kimi,  bu  feli 
birləşmələr də cümlənin bir üzvü vəzifəsini yerinə yetirir.
Bu  baxımdan  qədim  türk  yazısı  abidələrinin  dili  türk 
dilləri arasında istisna təşkil etmir. Əsas fərq bundadır ki, qədim 
türk  yazısı  abidələrinin  dilində  felin  məsdər  forması  yox 
dərəcəsindədir.  Buna  görə  də  abidələrin  dilində  məsdər 
tərkibləri  işlənmir.  Qədim  türk yazısı  abidələrinin dilində  felin 
təsriflənməyən  formalarından  ikisi  -   feli  sifət  və  feli  bağlama 
mövcuddur.  Abidələrin  dilində  feli  sifət  və  feli  bağlamalar 
onlardan  əvvəl  gələn  və  onlardan  asılı  olan  sözləri  öz  ətrafına
96
toplayaraq,  idarə  edərək  feli  konstruksiyalar  -   feli  sifət  və  feli 
bağlama tərkibləri əmələ gətirir.
FELİ  SİFƏT TƏRKİBLƏRİ
Feli  sifət  tərkiblərində  əsas  söz,  aparıcı  söz  feli  sifətdir. 
Buna  görə  də  feli  sifət  tərkiblərindən  danışarkən  feli  sifət 
yaradan  şəkilçiləri əsas  əlamət kimi  götürmək  lazımdır. Qədim 
türk yazısı  abidələrinin dilində  aşağıdakı  feli  sifət  formaları  feli 
sifət tərkibləri əmələ gətirir.
1. 
-mış,  -miş  (-mis,  -mis)  şəkilçili  feli  sifətlərin  əmələ 
gətirdiyi  tərkiblər.  Qədim  türk  yazısı  abidələrinin  dilində  bu 
şəkilçinin,  bir-iki  təsadüfü  çıxsaq,  yalnız  dodaqlanmayan  saitli 
variantı  işlənir,  -mış  şəkilçisi  qədim  türk  yazısı  abidələrinin 
dilində üç məqamda işlənir:
1.  Fellərə  artırılıb  nəqli  keçmiş  zamanı  əmələ  gətirir, 
predikativlik bildirir və cümlənin xəbəri vəzifəsində işlənir.
2.  Əsas  hərəkətə  yardımçı  olan  hərəkəti  bildirən və  əsas 
hərəkəti  keçmiş  zamana  bağlayan,  ona  keçmiş  zaman  çaları 
verən köməkçi hərəkəti ifadə edən fellərə qoşulur,  feli bağlama 
əmələ gətirir.
3.  Fellərə qoşulub  həmin  fellərdən  sonra  gələn  adlan  tə­
yin  etdikdə,  yaxud  fellərə  qoşulub  onlan  susbtanlivləşdirdikdə 
feli sifət yaradır.
-mış  şəkilçisi  qədim  türk  yazısı  abidələrinin  dilində 
keçmiş zaman çalarlı feli sifət yaradır.
Qədim  türk  yazısı  abidələrinin  dilində  bu  şəkilçinin  -mış 
və  -mıs  variantları  arasında  qrammatik  məna  fərqi  yoxdur,  bu 
şəkilçilər identikdir.
Müasir  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin  dilində  də  -mış,  -miş  şəkilçisi  nisbi  keçmiş  zaman 
məfhumu əmələ gətirir; onun yaratdığı feli sifətlər keçmişdə baş 
vermiş  və  artıq  bitmiş  hərəkətin  əlaməti  çaları  ifadə  edir; 
məsələn:  yeti  yüz  ər  bolıp  elsirəmiş,  kağansıramış  bodumğ, 
kü Qədmiş,  kuladmış bodumğ türk törüsin ışğmmış bodumğ eçim, 
apam törüsinçə yaratmış,  boşğurmış (KT ş  13) «Yeddi yüz igid 
olub  elsizləşmiş,  xaqansızlaşmış  xalqı,  kəniz  olmuş,  qul  olmuş
97


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə