Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə1/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
  1   2   3   4   5   6   7   8   9   ...   118
11459

Ə bülfəz  R əcəb li
QƏDİM  TÜRK YAZISI 
ABİDƏLƏRİNİN  DİLİ
II
Universitetlərin filologiya 
fakültələri üçün dərs vəsaiti
BAKI  -   NURLAN  -  2 0 0 6


Elmi redaktoru: 
E.İ.Əzizov
filologiya elmləri doktoru, 
professor
Rəyçilər: 
M.D.Novruzov
filologiya elmləri doktoru, dosent
t.D. Vəliyev
filologiya elmləri namizədi, dosent
Ə.Rəcəbli.  Qədim türk yazısı abidələrinin  dili. II  hissə.  Bakı, 
Nurlan,  2006, 480 s.
«Qədim  türk  yazısı  abidələrinin  dili»  adlı  əsərdə  göytürk 
və  qədim  uyğur  əlifbası  ilə  yazılmış  kitabələrin  dili  araşdırılır. 
Kitabda  bu  abidələrin  öyrənilməsi  tarixi,  onların  dilinin  fonetik 
quruluşu,  leksikası  məsələləri,  morfoloji  və  sintaktik  quruluşu 
araşdırılır.  Kitabın  sonunda  qədim  türk  yazısı  kitabələrindən 
mətnlər  və  bu  mətnlərə  aid  qədim  türkcə  -  azərbaycanca  lüğət 
təqdim edilir.
Kitab  universitetlərin  filologiya  fakültələrinin  tələbələri, 
magistrlər,  aspirantlar,  dilçilər  və  qədim  türk  dilləri  ilə 
maraqlananlar üçün nəzərdə tutulmuşdur.
4602000000 -  4.12 
/V  -  098  -  2006
Qrifli nəşr
©Ə.Rəcəbli,  2006
S  İ  N  T  А  К  S  İ  S
«Sintaksis»  yunan  dilindən  alınmış  sözdür,  «birləşmə», 
«tərtibat» deməkdir.  Dilçilikdə qrammatikanın söz birləşmələri 
və  cümlələrdən  bəhs  edən  sahəsi  bu  terminlə  adlandırılır. 
Sintaksis sözlərin  söz birləşmələri  və cümlələr kimi birləşməsi 
qaydalarını  öyrənir.  Buradan  da  sintaksisin  iki  bəhsi  meydana 
çıxır: söz birləşmələri və cümlə.
Sintaksis  sözlərin  hər  cür  birləşməsini  yox,  təkcə 
müəyyən  qaydalar  üzrə  birləşməsini  öyrənir.  Məsələn,  bəzən 
iki və ya daha çox söz birləşir. Sözlər müstəqil vurğularını itirir, 
tam  birikir və  bir  məfhum  ifadə edir.  Sözlərin  belə  birləşməsi 
mürəkkəb  söz  yaradır;  mürəkkəb  sözlər  sintaksisin  tədqiqat 
obyektinə  daxil  olmur,  onları  dilçiliyin  söz  yaradıcılığı  (bəzən 
morfologiya,  bəzən  də  leksika)  bəhsində  öyrənirlər.  Elə  hallar 
olur ki, birləşən sözlərin biri, yaxud hər ikisi öz leksik-semantik 
mənasını itirir və ya dəyişir, məcazi mənada işlənir, lakin sözlər 
tam  birikmir.  Bu  məqamda da birləşən  sözlər bir  sözün məna­
sına  uyğun  məna,  bir  məfhum  ifadə  edir,  lakin  bir  sözə  çev­
rilmir.  Sözlərin bu cür. birləşməsi də sintaksisin söz birləşmələri 
bəhsində araşdırılmır;  sözlərin belə birləşmələrini dilçiliyin fia- 
zeologiya  bəhsində  öyrənirlər.  Sintaksis  sözlərin  elə  birləş­
mələrini  öyrənir  ki,  birləşən  sözlərin  müstəqil  leksik-semantik 
mənası olsun, bu sözlər birləşmə daxilində də öz əvvəlki leksik- 
semantik  mənalarını  qorusun  və  nəhayət,  birləşən  sözlər 
arasında  müəyyən  qrammatik,  daha  doğrusu,  sintaktik  əlaqə 
mövcud olsun. Buna görə də qrammatikanın sintaksis hissəsində 
söz birləşmələri və cümlə bəhsləri araşdırılmazdan əvvəl  sözlər 
arasında mövcud olan sintaktik əlaqələr öyrənilir.
Söz  birləşməsi  hələ  nitq  -   insan  dili  demək  deyildir. 
Ünsiyyətin, nitqin,  insan dilinin ən kiçik vahidi cümlədir.1
1 Dilçilik ədəbiyyatında cümlə ən  böyük dil vahidi adlandırılır.  Burada cümlə ən kiçik 
ünsiyyət,  nitq,  insan  dili  vahidi  adlandırıldı.  Bununla fimemin  ən  kiçik  dil  vahidi 
olması  inkar  edilmir.  Lakin  ünsiyyət  üçün  fonem  ən  kiçik  di!  vahidi  kimi  götürülə 
bilməz.  Ünsiyyətin  ən  kiçik  vahidi cümlədir;  böyümək  istiqamətində  cümlədən sonra 
fraza  (ibarə), fovqəlfraza  (fövqəlibarə),  söyləm və mətn gəlir.
3


Həcminə  görə  cümlə  söz birləşməsindən  böyük  də,  kiçik 
də,  bir  leksik-semantik  mənalı  sözdən  də,  leksik-semantik  mə­
nası olmayan sözdən  də,  hətta bir  fonemdən  də  ibarət  ola bilər. 
Buna  görə  də  cümləyə  verilən  klassik  tərif -   bitmiş  bir  fikri 
ifadə  edən  bir  sözə  və  ya  bir  neçə  sözün  birləşməsinə  cümlə 
deyilir  -   butun  hallarda,  bütün  dövrlərdə,  bütün  dillərdə  öz 
gücünü saxlayır.
Sintaksisin  ikinci  bölməsi  sözlərin  birləşib  cümlə  yarat­
ması  qaydalarını,  cümlənin  müxtəlif  baxımdan  (intonasiya, 
bitkinlik,  modallıq,  cümlə  üzvlərinin  iştirakı,  sadəlik,  mü­
rəkkəblik  və  s.)  tiplərini,  cümlə  üzvləri  və  onlar  arasındakı 
əlaqə və münasibətləri və bir sıra digər məsələləri öyrənir. İstər 
sözlərin  birləşib  cümlə  əmələ  gətirməsində,  istərsə  cümlə 
üzvləri  arasındakı  münasibətlərdə,  istərsə  də  mürəkkəb 
cümlənin  komponentləri  arasındakı  münasibətlərin  yaran­
masında sintaktik əlaqələr mühüm rol  oynayır.  Belə çıxır ki,  bir 
tərəfdən,  söz  birləşmələrini  təşkil  edən  sözlər  arasında,  digər 
tərəfdən,  cümlə  üzvləri  və  mürəkkəb  cümlənin  komponentləri 
arasında  təzahür  edən  müxtəlif münasibətləri  araşdırmaq  üçün 
ilk növbədə sintaktik əlaqələri öyrənmək lazımdır.
Qədim  türk  yazısı  abidələrinin  dili  zəngin  qrammatik 
quruluşa  malikdir.  Mürəkkəb  cümlə  məsələsini  istisna  etsək, 
qədim  türk  yaxası  abidələrinin  dilinin  sintaksisi  öz  inkişafına 
görə  müasir  türk  dillərindən  heç  də  zəif  deyildir.  Bu  dildə 
zəngin  ismi  və  feli  söz  birləşmələri  işlənmişdir.  Qədim  türk 
yazısı  abidələrinin  dilində  işlənən  söz  birləşmələrini,  xüsusən 
təyini  söz  birləşmələrini  müasir  türk  dillərinin  eyni  tipli  söz 
birləşmələri ilə müqayisə etdikdə qədim türk yazısı abidələrinin 
dilində,  üçüncü  növ  təyini  söz  birləşmələrini  çıxsaq,  az  qala, 
indiki  türk  dillərindəki  kimi  zəngin  söz  birləşmələrinin 
işlənməsinə  təəccüb  edirsən.  Qədim  türk  yazısı  abidələrinin 
dilində  işlənən  təyini  söz birləşmələri  ifadə  vasitələri  və  məna 
çalarları  baxımından  indiki  türk  dillərinin  çoxundan  (bəlkə  də 
əksəriyyətindən)  daha  zəngin  və  rəngarəngdir.  Qədim  türk 
yazısı  abidələri  dilinin  sintaksisinin  bu  qədər  yüksək  inkişafı 
onu  göstərir  ki,  qədim  türk  qəbilələrinin  dili  həmin  dövr  üçün
4
min  illər  boyu  formalaşma  prosesi  keçirmiş  və  həmin  dövrdə 
sintaktik quruluşca zəngin bir dil şəklində təzahür etmişdir.
X  FƏSİL
SİNTAKTİK ƏLAQƏLƏR
Sözlərin  birləşməsi  və  cümlə  əmələ  gətirməsi  üçün 
onların  arasında  müəyyən  əlaqələr  olmalıdır.  Adətən,  sözlər 
arasmdakı  bu  əlaqələri  iki  tipə  ayırırlar:  1)  daxili,  yaxud  məna 
əlaqəsi; 2) xarici (formal), yaxud qrammatik (sintaktik) əlaqə.
Sözlər  arasındakı  məna  əlaqələri  təbiətdə  mövcud  olan 
obyektiv  əlaqələrdir.  Bu  əlaqələr  əşyalar,  yaxud  əşya  və 
hadisələr  arasındakı  obyektiv  münasibətləri  göstərir.  Əşyalar, 
yaxud  hadisələr  arasında  münasibətlər  rəngarəng  olduğu  üçün 
sözlər  arasındakı  məna  əlaqələri  də  müxtəlif və  rəngarəngdir. 
Əşyalar  və  hadisələr  arasında  əlamət,  kəmiyyət,  zaman, 
istiqamət,  səbəb,  məqsəd,  tam  -   hissə  və  s.  məna  əlaqələri 
mövcuddur.  Həmin  məna  əlaqələri  sözlərlə  ifadə edildiyi  üçün 
onlar əşya və  hadisələrin  adları olan sözlər arasmda da təzahür 
edir.  Əşya  və  hadisələr  arasındakı  belə  obyektiv  məna 
əlaqələrinin  sözlər  arasında  baş  verən  təzahürünü  iki  tipə 
ayırırlar:  1) predikativ əlaqələr; 2) qcyri-predikativ əlaqələr.
1. 
Qədim türk yazısı abidələrinin dilində prcdikatiıv əlaqə 
mübtəda  və  xəbər  arasındakı  əlaqəni  bildirir.  Predikativ  əlaqə 
felin  şəkil,  zaman  və  şəxs  kateqoriyalarında,  adlann  xəbərlik, 
şəxs  və  kəmiyyət  kateqoriyalarında  təzahür  edir.  Elə  buradaca 
qeyd  edilməlidir  ki,  adlar  arasındakı  predikativ  əlaqə  üçüncü 
şəxsdə  (həm  təkdə,  həm  də  cəmdə)  formal  əlamətlərə  malik 
deyildir  (qədim  türk  yazısı  abidələrinin  dilində  adlar  arasında 
predikativ əlaqə çox az işlənir); ol amtı apığ yok (КТ c 3) «indi 
iğtişaş yoxdur»; iltə buQyok (КТ c 3) «eldə dərd yoxdur». Nadir 
hallarda  üçüncü  şəxs  təkdə  şəxs  əvəzliyi  şəxs  şəkilçisi  kimi 
çıxış  edir;  məsələn:  Bilgə  Тоуикик  apığ  ol  (T  34)  «Müdrik 
Tonyukuk  hiyləgərdir».  Edgü  ol  (Ш  5)  «Yaxşıdır».  Yablak  ol 
(IB  13) «Pisdir».
5


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə