Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   86

 
 
14 
Kitabda  növbə  ilə  gələn  mövzularda  sənaye  müəssi-
səsinin  kadrlarının  tərkibi,  quruluşu  və  təsnifatından, 
müəssisə kadrlarının idarə edilməsindən, əmək məhsuldar-
lığı və onun yüksəldilməsi yollarından, əməyin ödənilmə-
sinin forma və sistemlərindən, əməyin ödənilməsi fondun-
dan,  müəssisənin  əsas  və  dövriyyə  istehsal  fondlarından, 
həmçinin dövriyə vəsaitlərindən və onlardan səmərəli isti-
fadənin  qiymətləndirilməsindən,  istifadənin  yaxşılaşdırıl-
ması  yollarından, sənaye müəssisələrində tikinti-quraşdır-
ma işlərinin təşkili və planlaşdırılmasından, istehsal xərc-
ləri  və  məhsulun  maya  dəyərindən  və  onların  aşağı  salın-
masının xalq təsərrüfatı əhəmiyyətindən, müəssisənin ma-
liyyəsinin  mahiyyətindən,  funksiyalarından,  maliyyə  re-
surslarının  yaranma  mənbələrindən  və  onlardan  istifadə 
istiqamətlərindən, mənfəət və onun artırılmasının əhəmiy-
yətindən,  istehsalın  rentabelliyi  yollarından,  müəssisələ-
rindən geniş şərh edilir. 
Fikrimizcə,  dərs  vəsaitinin  təklif  edilən  məzmunda 
və quruluşda tədrisi bakalavr səviyyəsində hazırlanan iqti-
sadçılara müəssisələrin iqtisadiyyatı haqqında zəruri bilik-
lərin  mənimsənilməsinə  imkan  verəcəkdir.  “Müəssisənin 
iqtisadiyyatı” fənninin tədris olunması tələbələri aşağıdakı 
keyfiyyətlərlə silahlandırmağı nəzərdə tutur: 
a)  milli  iqtisadiyyatın  formalaşmasında  və  Azərbay-
can Respublikasının dünya iqtisadi inteqrasiyasına qovuş-
masında  sənaye  müəssisələrinin  yeri  və  rolunu  müəyyən-
ləşdirmək; 
b)  bazar  iqtisadiyyat  şəraitində  sənaye  müəssisələri-
nin müasir inkişaf meyllərini və inkişafının qanunauyğun-
luqlarını  aşkara  çıxarmaq  və  onlardan  səmərəli  istifadə 
etmək təcrübəsini öyrətmək


 
 
15 
c) sənaye istehsalının ayrı–ayrı istiqamətlərdə inkişaf 
perspektivlərini  müəyyənləşdirmək  və  onların  həyata 
keçirilməsi  üçün  zəruri  təşkilati-texniki  və  iqtisadi–sosial 
tədbirləri işləyib hazırlamaq bacarığını öyrətmək
d)  sənaye  müəssisələrinin  idarəetmə  strukturlarının 
yenidən  qurulması  xüsusiyyətlərini,  idarəetmə  sistemləri, 
metodları və funksiyalarını, idarəetmə qərarlarının işlənib 
hazırlanması,  qəbul  edilməsi  və  icra  olunması  texnologi-
yasını mənimsəmək və ondan istifadə etmək
e)  istehsalın  iqtisadi  səmərəliliyinin  yüksəldilməsi 
ehtiyatlarını  aşkara  çıxarmaq  məqsədilə  analitik  təhlil 
aparmağı  bacarmaq  və  s.,  çünki  hər  hansı  bir  hadisənin, 
prosesin təhlili və araşdırılması müəyyən qayda və metod-
lara əsaslanır. 
 
1.3.
 
Fənnin öyrənilməsi metodologiyası 
 
Sənaye müəssisələrin baş verən hadisə və proseslərin 
düzgün qiymətləndirilməsində, elmi cəhətdən əsaslandırıl-
mış  idarəetmə  qərarlarının işlənib hazırlanmasında, isteh-
salın inkişafının  məqsəd və strategiyasının  müəyyənləşdi-
rilməsində “Müəssisənin iqtisadiyyatı” fənnini öyrənilmə-
si metodologiyasının düzgün seçilməsi mühüm əhəmiyyət 
kəsb edən məsələlərdən biridir. Çünki hər hansı bir prose-
sin (əməliyyatın)  və  ya hadisənin tədqiqi və təhlili  müəy-
yən qayda və metodlara əsaslanır. 
Metod özü də müəyyən metodologiyaya, elmi dünya 
görüşünə  əsaslanır.  Deməli,  metodologiya  intellektual  bir 
vasitədir. Müəyyən metodlar sisteminə əsaslanmadan mü-
əssisə  miqyasında baş verən sosial-iqtisadi proseslər haq-
qında elmi fikir irəli sürmək olmaz, olsa da müsbət nəticə 
əldə  edilməz.  Başqa  elmlərdə  olduğu  kimi  “Müəssisənin 
iqtisadiyyatı”  fənninin  də  istifadə  etdiyi,  əsaslandığı  me-


 
 
16 
todlar  müxtəlif  və  çoxcəhətlidir.  Lakin  bununla  yanaşı, 
istehsal-təsərrüfat  sahəsində  istifadə  edilən  bütün  metod-
ları aşağıdakı iki qrupa ayırmaq olar: 
a)
 
ümumi metodlar   müəssisənin istehsal – təsərrü-
fat  fəaliyyətini  əhatə  edir  və  onların  tədqiqində  istifadə 
olunur. Ümumi metodlara misal olaraq, hadisələrə, proses-
lərə  kompleks  halında  yanaşma  metodunu,  optimallaş-
dırma  metodunu,  müşahidə,  təhlil,  ümumiləşdirmə,  tarixi 
yanaşma,  deduksiya  (deduksiya  –  latın  dilindən  alınan  və 
“hasiletmə”  mənasını  daşıyan  bir sözdür. Bu metod vasi-
təsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumiqti-
sadi  prinsiplər  və  əməli  fəaliyyət  üçün  tövsiyələr  hazırla-
nır.  Beləliklə,  bu  üsulla  nəzəriyyədən  həyatın  faktlarına, 
bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəl-
mək mümkün olur. Bu, həm deduksiya, həm də induksiya 
metodlarının birlikdə tətbiq edilməsi deməkdir) və induk-
siya  (induksiya  –  latınca  “yönəltmə”  mənasını  ifadə  edən 
bir  anlayışdır.  Bu  metod  vasitəsilə  əvvəlcə  iqtisadi  prob-
lemlərə  dair  faktlar  toplanır,  seçilib  sistemləşdirilir.  Bu  iş 
hələ  “iqtisadi  qanun”,  “prinsip”  və  modellər  çıxarmaq 
üçün  kifayət  deyildir.  Bundan  sonra  bu  metodun  vəzifəsi 
toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir), 
mücərrəd təfəkkür metodunu göstərmək olar. 
Yuxarıda  qeyd  olunanlarla  bərabər,  bütün  elmlər 
(fənnlər)  kimi  “Müəssisənin  iqtisadiyyatı”  fənnin  də  özü-
nəməxsus tədqiqat metodları vardır.  
“Müəssisənin  iqtisadiyyatı”  fənnin  tətbiqi  mahiyyət 
daşıması  onun araşdırma  metodlarının  da  məzmunca  em-
pirik  səciyyəli  tədqiqat  metodlarından  istifadəsini  daha 
önəmli edir.  
Müəssisənin iqtisadi məsələlərinin öyrənilməsində sta-
tistik  müşahidə  və  müqayisəli  təhlil  metodları  böyük  əhə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə