Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


                   Ümumxalq Azərbaycan dilinin tərkib hissələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   69

 
17 
                 Ümumxalq Azərbaycan dilinin tərkib hissələri 
 
Hər xalqın və millətin ancaq bir dili olur. Həmin dil o xalq 
və  ya  millətin  ümumi  dili  olduğu  üçün  ümumxalq  dili  deyilir. 
Məsələn,  Azərbaycan  ümumxalq  dili,  rus  ümumxalq  dili,  türk-
mən ümumxalq dili, qazax ümumxalq dili və s. 
Ümumxalq dili çox geniş anlayışdır. Belə ki, ümumxalq dili 
dedikdə xalqın bütün dil vasitə və formalarının məcmusu nəzərdə 
tutulur.  Dildə  hər  nə  varsa,  bunların  hamısını  ümumxalq  dili 
əhatə edir. 
Öz  inkişafının  müəyyən  mərhələsinədək  Azərbaycan  dili 
vahid  tərkibli  ümumxalq  dili  formasında  olmuşdur.  Lakin  son-
ralar bu dilin tərkibində bir-birindən az-çox fərqlənə bilən qollar 
əmələ  gəlmişdir.  Bu  qollar,  başlıca  olaraq,  cəmiyyət  üzvlərinin 
dildən nə dərəcədə istifadə edə bilməsi ilə əlaqədar yaranmışdır. 
Məlumdur  ki,  hər  bir  xalq  və  ya  millətin  bütün  üzvləri 
ümumxalq  dilindən  eyni  şəkildə,  eyni  qaydada  istifadə  edə  bil-
mirlər. Məsələn, ziyalılar, xüsusən alim və yazıçılar dildən daha 
məharətlə  istifadə  etməyə  meyl  göstərirlər.  Onlar  ümumxalq 
dilinin söz və ifadələrini, qayda-qaynunlarını daha da cilalayır və 
daha mükəmməl şəklə salırlar. Lakin savadsız və azsavadlılar isə 
dildən bir növ ―xam‖ şəkildə istifadə edirlər. 
Bu deyilənlərə görədir ki, müasir Azərbaycan ümumxalq dili, 
tərkibcə 2 qola ayrılır: 1) ədəbi danışıq, yaxud ədəbi dil, 2) qeyri-
ədəbi danışıq, yaxud danışıq dili. 
Bu şərti bölgüdə ―ədəbi dil‖ və ―danışıq dili‖ məfhumlarını, 
eyni zamanda, dilin ―tərkib tərəfləri‖ də adlandırmaq olar. 
Ümumxalq  dilinin  iki  qola  ayrıldığını  M.Qorki  çox  gözəl 
şərh etmişdir: ―Dilin ədəbi və xalq dili deyə ikiyə bölünməsi yal-
nız onu göstərir ki, necə deyərlər, bir ―xam‖ dil var, bir də sənət-
karlar tərəfindən işlənilmiş dil‖. 
Ümumxalq  dilinin  iki  qola  ayrılmasını  şərti  mənada  başa 


 
18 
düşmək  lazımdır,  çünki  yuxarıda  qeyd  edildiyi  kimi,  hər  xalqın 
bir neçə deyil, ancaq bir dili olur.Buna görə də Azərbaycan ədəbi 
dili  dedikdə  bir  dili,  Azərbaycan  danışıq  dili  dedikdə  isə  başqa 
dili düşünmək olmaz. Bunların hər ikisinin əsası eynidir. 
 
                                  Azərbaycan ədəbi dili 
 
Ümumxalq  dilinin  cilalanmış,  müəyyən  normalara  salınmış 
qoluna ədəbi dil deyilir. Ədəbi dil ictimai müəssisə və idarələrdə, 
nəşriyyat və  mətbuatda, kino  və teatrlarda, radio və televizorda, 
maarif və mədəniyyət ocaqlarında və s. istifadə olunan dildir. 
Hər bir ədəbi dil həm şifahi, həm də yazılı formalara, eyni za-
manda  zəngin  üslubi  rəngarəngliyə  malik  olur.  Ədəbi  dilin  hamı 
üçün aydın və ümumi olması onun əsas əlamətlərini təşkil edir. 
Ədəbi dil mədəni və tarixi hadisədir. Bu dil cəmiyyətin mə-
dəni tələbatı əsasında və müəyyən zərurət nəticəsində şifahi yolla 
yaranır. 
Azərbaycan ədəbi dili ümumxalq dili əsasında şifahi forma-
da  təşəkkül  tapmağa  başlamışdır.  Ədəbi  dilimiz  formalaşmağa 
başladığı dövrdən ümumxalq dilinin mövcud vasitə və material-
larına  əsaslanmış,  onların  müəyyən  hissəsini  seçib  qəbul  etmiş-
dir. Bu zaman ümumxalq dilinin ancaq bir sahəsi deyil, onun bü-
tün  quruluşu, yəni  səs sistemi,  lüğət tərkibi  və qrammatik  quru-
luşu nəzərə alınmış və seçmə əməliyyatı aparılmışdır. Bu seçmə 
əməliyyatı, təxminən, aşağıdakı formalarda olmuşdur: 
1) ümumxalq dilinin səs sistemindəki fonemlərdən, eləcə də 
fonetik qayda və hadisələrdən daha ümumi və səciyyəvi olanları 
götürülmüşdür; 
2) ümumxalq dilinin lüğət tərkibindən hamı üçün ümumi olan, 
aydın mənalı, mədəni səciyyəli, sözlər seçilib qəbul edilmişdir; 
3)  qrammatik  quruluşdan  isə  müxtəlif  variantlı  şəkilçilər  və 
digər qrammatik qanunlar üzərində seçmə əməliyyatı aparılmışdır. 


 
19 
Bütün bunlarla bərabər, ədəbi dilin formalaşmasında ümum-
xalq dili dialektlərinin də xüsusi rolu olmuşdur. Belə ki, bu və ya 
digər  ədəbi  dil  ümumxalq  dilinin  müəyyən  dialekti  əsasında 
yaranıb inkişaf edir. 
Lakin  bu  dil  müxtəlif  dövrlərdə  əsasını  təşkil  etdiyi  dialekt 
çərçivəsindən kənara çıxır və ümumxalq dilinin başqa vasitələrin-
dən də istifadə edir. Məhz Azərbaycan ədəbi dili də belə bir tarixi 
proses keçmiş və buna görə ədəbi dilimiz hazırkı heç bir dialektin 
eyni  deyildir.  İndiki  ədəbi  dilimiz  bütün  dialektlərin  yaxşı 
cəhətlərini özündə əks etdirərək onların hamısından fərqlənir. 
Müasir Azərbaycan ədəbi dili özünəməxsus daxili qaydalara və 
ədəbi  normalara  malikdir.  Normativlik  ədəbi  dildə  başlıca  şərtdir. 
Ümumi normalar olmadan ədəbi dil də ola bilməz. Ədəbi normalar 
fikrin aydın, dəqiq ifadə olunmasına, hamı tərəfindən eyni formada 
anlaşılmasına, düzgün və vahid nitq yaratmağa kömək edir. 
Ədəbi dilin normaları dilin bütün sahələrinə aid olur; məsə-
lən: 1) fonetik normalar; 2) orfoepik normalar; 3) orfoqrafik nor-
malar;  4)  qrammatik  normalar;  5)  üslubi  normalar;  6)  semantik 
normalar; 7) leksik normalar. 
Nümunə  üçün  bunlardan  leksik  normaların  tələbinə  nəzər 
salaq.  Ədəbi  dilin  leksik  normalarına  kobud,  loru  və  söyüş  xa-
rakterli  sözləri  ədəbi  dildə  işlətmək  olmaz.  Müasir  leksik  nor-
malara əsasən çətin ərəb və fars sözləri dilimizdə işlənmir. 
Yuxarıda qeyd olunan normalardan hər birinin özünəməxsus 
çoxlu qaydaları vardır. 
Ədəbi dilin  normaları  daimi deyildir. Bunlar  dilin inkişafı  ilə 
bağlı  olaraq  zaman  keçdikcə  təkmilləşir,  dəyişir  və  zənginləşir. 
Müasir  dövrün  tələblərini  ödəyə  bilməyən  normalar  sıradan  çıxır. 
Yeni tələblər əsasında yaranan zəruri normalar isə dilə daxil olur. 
Hər bir yeni ədəbi norma xalqın ruhuna uyğun yaradılır. Bu prin-
sipə müvafiq düzəlməmiş normalar dildə yaşaya bilmir və tez sıra-
dan çıxır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə