Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

 
43 
2)
 
Qoşa kar samitlə başlanan sözlərdə. Məsələn: 
Şkaf əvəzinə İşkaf,  
Rast əvəzinə İrast və s. 
Ümumiyyətlə, alınma sözlərin dilimizə uyğunlaşdırılmasında 
səsartımı  hadisəsinin  də  xüsusi  rolu  vardır.Belə  ki,  dilimizdəki 
bir  qrup  sözlər,  o  cümlədən  şəhər,  fikir,  isim  kimi  söz  qrupları 
mənbə dildə şəhr, fikr, ism formasında olduğu halda, bizimdildə 
işlənərkən  onlara  i  saiti  artırılmış  və  beləliklə  də,  həmin  sözlər 
Azərbaycan dilinin fonetik tələblərinə uyğunlaşdırılmışdır. 
 
                                        SəsdüĢümü 
 
Sözdən bu və ya digər səsin düşməsinə səs düşümü (eliziya) 
deyilir.  Səsdüşümü  həm  saitlərdə,  həm  də  samitlərdə  müşahidə 
olunur.  Lakin  saitlərə  nisbətən,  samitlərin  söz  tərkibindən  düş-
məsi azdır.  
Azərbaycan  ədəbi  və  danışıq  dilində  səsdüşümü  hadisəsi 
müxtəlif şəkillərdə təzahür edir. 
Ədəbi  dil  üçün  xarakterik  olan  səsdüşümü  hadisəsi  iki  və-
ziyyətdə  özünü  göstərir:  1)  sözlə  şəkilçilərin  birləşməsi,  2)  söz-
lərin yanaşmasında. 
Sözlə  şəkilçilərin  birləşməsi  zamanı  aşağıdakı  hallarda  səs-
düşümü hadisəsi yaranır. 
1.İkihecalı sözlərə saitlə başlanan şəkilçi əlavə edildikdə sö-
zün ikinci hecasındakı sait düşür; məsələn: 
Fikir – fik(i)r + in – fikrin 
Sinif – sin(i)f + in – sinfin 
Əmir – əm(i)r + in – əmrin və s. 
2.Sonu  saitlə  bitən  miqdar  saylarına  saitlə  başlanan  şəkilçi 
qoşulduqda şəkilçinin əvvəlindəki sait düşür; məsələn: 
İki – iki(i)nci – ikinci 
Altı – altı(ı)ncı – altıncı 


 
44 
Yeddi – yeddi(i)nci – yeddinci və s. 
3.Felin inkar şəkilçisini (ma, mə) qəbul etmiş sözlərə indiki 
zaman şəkilçisi artırıldıqda sait səslər düşür; məsələn: 
Yazma – yazm(a) + (y)ır – yazmır 
Bilmə – bilm(ə) + (y)ir – bilmir 
Gəlmə – gəlm(ə) + (y)ir – gəlmir və s. 
4.Bəzi  sifətlərdən  -ar  şəkilşisi  vasitəsi  ilə  fel  düzəldilərkən 
şəkilçinin saiti düşür; məsələn: 
Qara – qara + (a)rmaq – qararmaq 
5.Sonu  qoşa  samitli  sözlərə  cəm  şəkilçisi  qoşulduqda  qoşa 
samitlərin biri düşür; məsələn: 
Fənn – fən(n) + lər – fənlər 
Xətt – xət(t) + lər – xətlər 
Sirr – sir(r) + lər – sirlər və s
Ayrı-ayrı sözlərin yanaşması əsasında aşağıdakı hallarda səs-
düşümü meydana çıxır. 
1.İki müxtəlif sözün birləşməsi ilə mürəkkəb söz əmələ gəti-
riləndə sözlər arasında yanaşı gələn saitlərin biri düşür; məsələn: 
Mirzə Əli – Mirzəli,  
Ağa Əli – Ağəli,  
Əli Əsgər – Ələsgər,  
Əli İsa – Əlisa və s. 
2.İdi,  imiş,  isə  sözləri  bəzən  başqa  felə  bitişdirildikdə  bun-
ların birinci saiti düşür; məsələn:  
Gəlmiş + idi – gəlmişdi,  
Gəlib + imiş – gəlibmiş,  
Görmüş + isə – görmüşsə və s. 
Sözün  tərkibində  səslərin  bir-biri  ilə  yerini  dəyişməsinə 
yerdəyişmə (metateza) deyilir; məsələn: 
Layihə – lahiyə – (yh – hy) 
Torpaq – topraq – (rp – pr) 
Fərhad – Fəhrad – (rh – hr) 


 
45 
Yanlış – yalnış – (nl – ln) 
Məşhur – məhşur – (şh – hş) və s. 
Yerdəyişmə dilimizdə geniş şəkildə yayılmamışdır. Bu, əsa-
sən,  danışıq  dili  üçün  xarakterikdir.  Dilimizdəki  kirpik  sözü  da-
nışıq dilində kirpik və kiprik formalarında işlənir; məsələn: 
 
Çəkilib bağa divar,  
Üstümə yağa divar. 
Gözün bağ, qaşın bağman,  
Kipriyin bağa divar. 
                            (bayatı) 
Yaxud: 
Atıbdı çoxlar məni,  
Bircə yar yoxlar məni. 
Amandır, elə baxma,  
Kirpiyin oxlar məni.  
                            (bayatı) 
 Ədəbi dil bu formalardan birini (kirpik) götürür. 
 Metateza  bu  və  ya  başqa  bir  dildəki,  yaxud  da  qohum  dil-
lərdəki sözlərin etimologiyasını müəyyənləşdirməkdə xüsusi rola 
malikdir.  Məsələni  aydınlaşdırmaq  üçün  dilimizdəki  göstərmək 
sözünə  fikir  verək.  Bu  söz  vaxtilə,  daha  doğrusu,  keçmiş 
dövrlərdə "görsət" formasında işlənmişdir; məsələn: 
 
Çox nəstə sifətdə zahir olmaz,  
Görsət üzünü bizə nəhani.  
                                 (Xətai) 
 
 Görsət sözü sonradan metateza hadisəsinə uğramışdır. Müa-
sir  göstər  sözünün  tarixində  metateza  hadisəsi  baş  vermiş 
olduğunu  müəyyən  etdikdən  sonra,  həmin  sözün  təşkil  etdiyini 
söyləmək olur. 


 
46 
                                     Səs yerdəyiĢməsi 
 
Sözün  tərkibində  səslərin  bir-biri  ilə  yerini  dəyişməsinə 
(metateza) deyilir, məsələn: 
 
layihə – lahiyə – (yh-hy) 
 
torpaq – topraq – (rp-pr) 
 
Fərhad – Fərhad – (rh-hr) 
 
Məşhur – məhşür – (şh-hş)   
Yerdəyişmə  dilimizdə  geniş  şəkildə  yayılmış,  kirpik  sözü-
danışıq dilində kirpik və kiprik formalarında işlənir. Ədəbi dil bu 
formanın birini (kirpik) götürür. 
 
                                       Ahəng qanunu 
 
Sözdə uyğun səslərin bir-birini izləməsinə ahəng qanunu de-
yilir. Məsələn, quş və gün sözlərini götürək. Quş sözündəki u di-
larxası,  gün  sözündəki  ü  isə  dilönü  saitdir.  Buna  görə  də  həmin 
sözlərə qoşulan şəkilçilərdəki saitlər də uyğun olur; məsələn: quş 
+lar, quş + dan, quş +u, quş + a, gün + dən, gün + lər, gün + ü 
və s. 
Azərbaycan  dili  üçün  ahəng  qanunu  çox  xarakterikdir.  Bu 
qanun həm söz köklərinə, həm də şəkilçilərə aiddir. Lakin ―Azər-
baycan  ədəbi  dilində  ahəng  qanunudaha  çox  sözlərə  bitişən  şə-
kilçilərdə özünü göstərir‖. 
Ahəng  qanunu  dilimizdə  geniş  şəkildə  yayılmışdır.  Burada 
həm saitlərin, həm samitlərin, həm də uyğun saitlərlə samitlərin 
bir-birini izləməsi  müşahidə olunur. Bütün bunlara  əsasən Azər-
baycan  dilində  ahəng  qanununun  üç  növü  olduğu  müəyyənləş-
dirilmişdir: 
1.Saitlərin ahəngi. 
2.Samitlərin ahəngi. 
3.Saitlərdə samitlərin ahəngi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə