Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

 
66 
BRADİLALİYA 
 
Bradilaliya  (yunan  sözüdür,  bradys-zəif,  laliya  –nitq  deməkdir) 
patoloji  zəiflədilmiĢ  nitq  tempidir.  Nitq  tempinin  pozulmalarına  aiddir. 
Bradifraziya, Bradiartriya, bradilogiya.  
Bradilaliya  ayrıca  nitq  tempinin  pozulması  ola  bilər,  eyni 
zamanda  bir  çox  psixi  xəstəliklərdə  müĢahidə  olunur:  oliqofreniya, 
distrofik  və  orqanik  zədələnmələrdə  baĢ  beynin  zədələnməsi  və 
ĢiĢlərində daha çox olur. Adətən bu xəstəlik fleqmatiklərdə, ləng hərəkət 
edən  Ģəxslərdə  olur.  Bradilaliya  Ģimal  ölkələri  sakinlərində  ləng  nitq 
tempi xas olanlarla eyni ola bilər. Etiologiyası: irsilik, ekzogen faktorlar 
(intoksikasiya), psixoloji səbəblər (tərbiyə, bənzətmə və s.) 
Patogenez: oyanma, qıcıqlanma proseslərinə üstün gələn ləngimə 
prosesinin  patoloji  güclənməsi,  simptomlar:  xarici  və  daxili  nitqin 
zəiflədilməsi, oxu və yazı proseslərinin ləngidilməsi (bradileksiya) səsin 
monotonluğu,  sözlər  arasındakı  fasilələrin  uzadılması,  səslərin  uzun 
tələffüz edilməsi.  
Qeyri-nitq  simptomlar:  ümumi  motorika  pozuntuları,  əl, 
barmaqlar,  sifətin  mimik  əzələlərinin  hərəkətində  əks  olunur.  Ümumən 
hərəkətlər  çox  ləng  olur,  sifət  mimikasız.  Bradilaliyanın  yüngül 
formasında  nitq  və  qeyri-nitq  simptomları  uĢaqlar  tərəfindən  hiss 
olunmur.  Ağır  formalarında  nitqin  pozulması  və  onunla  bağlı  psixoloji 
sarsıntılar dərk olunur.  
Bradilaliyalı  uĢaqların  erkən  yaĢlarında  qüsurları  aradan 
qaldırılarsa  sonrakı  nitqin  formalaĢmasına  mənfi  təsiri  istisna  edir, 
həmçinin kəkələmənin profilaktikasına kömək edir.  
Bradilaliya müxtəlif dərəcədə özünü büruzə verir. Onun yüngül və 
orta  dərəcələri  uĢağı  az  narahat  edir.  Ağır  dərəcəsində  isə  ünsiyyət 
prosesi  pozulur  və  nitq  tempi  pozulmaları  pataloji  kimi  müəyyənləĢir. 
Bu nitq pozulmalarında korreksiya metodları da müxtəlif olur.      
Bradilaliya  nitq  tempi  və  ritminin  pozulmasının  öyrənilməsi 
tarixində  somatik,  nevroloji  yaxud  psixi  xəstəlik  sindromunda  təsvir 
edilib.  Hələ  XIX  əsrin  sonundan  L.H.Florenskaya  (1934),  D.Veys 
(1950), M.Zeyeman (1962), M.Xvatsev (1959), irsiliyi, ekzogen amilləri 
(intoksikasiya, astenizasiya), psixoloji səbəbləri (tərbiyə, bənzətmə və s. 
A.Zibmanın  1900,  A.Qutsman  1900,  M.Nadoleçnı  1926,  E.Fresels 
1936) nitq tempinə təsir etdiklərini tədqiq etmiĢlər.  
Bir  sıra  müəlliflərin  fikrincə  bradilaliyanın  patoge-nezində 
oyanma  prosesinin  üstün  olan  tormozlanma  prosesinin  patoloji 


 
67 
güclənməsi  (M.Y.Xvatsev,  Y.A.Flo-renskaya,  B.S.Koçergina),  mərkəzi 
motor pozulmaları (M.Zeyeman), həmçinin kortikal oyanmanın düzgün 
getməməsi (A.Kustmail) böyük əhəmiyyətə malikdir.  
Bradilaliya  ayrıca  nitq  tempinin  pozulması  olduğu  kimi,  bir  sıra 
psixi  xəstəliklərin  klinikasında  da  müĢahidə  oluna  bilər:  oliqofreniya, 
distrofiya,  mərkəzi  sinir  sistemi  xəstəliklərində,  travma,  baĢ  beynin 
ĢiĢində ola bilər.  
Onun  nitq  simptomatikası  müxtəlifdir:  daxili  və  xarici  nitqin 
ləngidilməsi, oxu və yazı zəifliyi. 
 Səslər  və  sözlər  bir-birini  tez-tez  dəyiĢir  və  adi  hallarda 
olduğundan  fərqlənir,  hecalar  qısa  fasilələrlə  ayrılır.  Səslərin 
artikulyasiyası  dəyiĢə  bilər,  lakin  heca  və  sözlərin  koordinasiyası 
pozulmur. Temp və tembrdə dəyiĢiklik müĢahidə olunur.                                   
 
                               


 
68 
TAXİLALİYA 
 
Taxilaliya  (yunan  sözündən  tachus  –tez  və  lalio-nitq)  –  patoloji 
sürətləndirilmiĢ  nitq  tempidir.  Nitq  tempi  pozulmalarına  aiddir. 
Taxifraziya  kimi  sinonimi  var.  Xəstəliyin  yaranma  səbəbləri:  mərkəzi 
nitq 
mexanizminin 
pozulması,  irsilik,  qavramanın  pozulması, 
artikulyasiyanın  kifayət  qədər  olmaması.  Xəstəlik  prosesində  oyanma 
prosesinin  üstünlüyünə  görə  daxili  və  xarici  nitq  tempinin  pozulması 
müĢahidə olunur. Simptomları: fonetik, leksik və qrammatik quruluĢda 
heç bir təhriflər olmadan sürətli nitq tempi (saniyədə 10-12 səs əvəzinə 
20-30 səs)müĢahidə edilir. Qeyri-nitq simptomları: ümumi motorikanın, 
sinir  sisteminin,  psixi  proseslərin  dəyiĢməsi  və  pozulması.  Taxilaliyalı 
insanlarda  ümumi  hərəkət  tempi  pozulur:  hərəkətlər  tez  olur, 
hiperaktivlik  özünü  büruzə  verir.  UĢaqlar  yataqda  çox  narahatçılıq 
keçirir.       
Beləliklə,  taxilaliya-digər  pozğunluğu  olmadan  sürətli  nitqdir. 
Onların  iki  forması  xüsusilə  qeyd  olunur:  Battarizm  və  poltern. 
Taxilaliya  və  onun  qeyd  etdiyimiz  formaları  kəkələmə  ilə  müqayisə 
oluna bilər, lakin bu müxtəlif nitq pozuntularıdır.  
Battarizm  (yunan  sözündən  əmələ  gəlib-battarizmos-kəkələmə)  – 
cümlələrin  düzgün  qurulmaması,  sözlərin  dəqiq  tələffüz  edilməməsi, 
axıra  kimi  deyilməməsi  ilə  müĢahidə  olunan  patoloji  sürətli  nitq 
tempidir.  Ona  yaxın  parafraziyadır.  Onun  yaranma  səbəbləri:  vərdiĢ 
halları,  diqqətin  pozulması,  danıĢmaq  istəyi  ilə  nitq  hərəkəti  imkanları 
arasındakı  uyğunsuzluq,  beyində  baĢ  verən  dəyiĢikliklər.  Xəstəlik 
prosesində  sözlərin,  hecaların  ötürülməsi  və  yerlərinin  dəyiĢdirilməsi, 
nitqin  məntiqsiz  söylənilməsi,  onun  xaotikliyi,  saitlərin  uzadılması, 
sözlərin seçilməsindəki çətinlik, nitqin ümumən təĢkilindəki çətinlliklər 
müĢahidə  olunur.  Fizioloji  iterasiyalar  (iteracio-latın  sözü  olub, 
təkrardır).  UĢaqların  məktəbəqədərki  dövründə  eĢitmə  və  nitq  hərəkəti 
analizatorların formalaĢmaması ilə Ģərtləndirilən bəzi və hecaların təkrar 
edilməsi  özünü  göstərir.  Eyni  zamanda  dayanma  və  təkrarlar.  ġifahi 
nitqin temp və ritm pozuntularına aiddir. Bu cür hallar uĢaqlarda nitqin 
formalaĢması dövründə büruzə verir və 4-5 yaĢına tam aradan qaldırılır. 
UĢaq  nitqindəki  trezasiyalar  baĢ  beyin  qabığında  söz  və  söz 
birləĢmələrinin eĢidilməsinin möhkəmlənməsi nəticəsində yox olan təbii 
qanunauyğun  haldır.  Lakin  uĢağın  sinir  zəifliyində  digər  əlveriĢsiz 
amillər zamanı fizioloji iterasiyalar kəkələməyə çevrilə bilər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə