Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

 
89 
uĢaqlarla  loqopedik  iĢ  təcrübəsində  (Ġ.Q.Viqotskaya,  E.Ġ.Polinqer, 
Ġ.P.Uspenskaya)  oyunlar,  oyun  priyomları  loqopedik  təsirin 
mərhələlərinə  uyğun  zəiflədici  çalıĢmaların  keçirilməsində  istifadə 
edilir. Məsələn: nisbi susma rejimi; düzgün nitq tələffüzünün tərbiyəsi; 
qısa 
ibarələrlə 
danıĢma; 
geniĢ 
cümlələrin 
fəallaĢdırılması; 
səhnələĢdirilmə; sərbəst nitq ünsiyyəti.  
Beləliklə də,  məktəbəqədər  yaĢ  dövründə uĢaqlarda  kəkələmənin 
aradan  qaldırılması  üçün  loqopedik  iĢ  zamanı  istifadə  edilən 
təkmilləĢmiĢ  metodikalar  XX  əsrin  80-ci  illərində  qavranmıĢdır. 
Loqopedik  məĢğələlərdə  nitq  material  məktəbəqədər  yaĢlı  uĢaqlar 
tərəfindən  nitqin  mərhələlərlə  tərbiyəsi  Ģəraitində  mənimsənilir:  birgə 
tələffüzdən  tanıĢ  Ģəkillərin  təsviri,  eĢidilmiĢlərin  nəql  olunması,  Ģəkil 
üzrə  sual-cavablar,  uĢağın  öz  həyatından  epizodların  danıĢdırılmasına 
qədər müstəqil nitqin inkiĢaf etdirilməsi.  
Sözsüz,  loqopedik  təcrübə  zamanı  hər  bir  loqopedin  öz  iĢini 
yaradıcı qurmağa hüququ var və o bunu etməlidir. Kəkələyən uĢaqların 
kontingentindən  və  onların  fərdi  psixoloji  xüsusiyyətlərindən  asılı 
olaraq  məlum  olan  metodikalardan  istifadə  edərkən  o  buna  yaradıcı 
yanaĢmalıdır.  
Kəkələyən  uĢaqlara  göstərilən  loqopedik  təsir  metodları  «UĢaq 
bağçasında  uĢaqların  təlim  və  tərbiyə  proqramı»na  uyğun  Ģəkildə 
iĢlənilib hazırlanmıĢdır. Bu proqram istər kütləvi uĢaq bağçalarında nitq 
qrupları  üçün  əsas  sənəd  olub  uĢaqlarla  aparılan  bütün  iĢlər  ona 
uyğunlaĢdırılmalıdır.  «UĢaq  bağçasında  uĢaqların  təlim  və  tərbiyəsi» 
proqramı çərçivəsində qurulmuĢ metodlar kəkələyən uĢağa düzgün nitq 
vərdiĢlərini  aĢılamağa,  proqrama  uyğun  bilik,  bacarıqlar  qazanılmağa, 
kəkələyən uĢağın sosial adaptasiyasını təĢkil etməyə kömək edir.  
Xüsusi  körpələr  evi  və  uĢaq  bağçalarında  kəkələyən  uĢaqların 
nitqinin  sağlamlaĢdırmaq  tədbirlərindən  biri  ətrafdakıların,  yəni 
müəssisə heyətinin düzgün nitq Ģəraitidir. Müəssisənin sakit abu-havası, 
uĢaqlara sakit və mehriban münasibət, ümumi fiziki sağlamlaĢdırma ilə 
loqoped  bacarıqlı  iĢi,  gün  rejiminin  dəqiq  yerinə  yetirilməsi  onlara 
müsbət  təsir  göstərir.  Demək  lazımdır  ki,  kəkələyən  kiçik  yaĢlı 
uĢaqlarda  qüsurun  aradan  qaldırılması  valideyn  və  tərbiyəçilərin 
loqopedin rəhbərliyi altında gördükləri iĢin səmərəliliyindən çox asılıdır. 
Kəkələyən  uĢaqlar  çılğın  və  çox  mütəhərrik  olduqlarından  çox  zaman 
valideynlər  onların  günorta  yuxusunu  təĢkil  edə  bilmirlər.  Yadda 
saxlamaq  lazımdır  ki,  kəkələyən  kiçik  yaĢlı  uĢaq  üçün  axĢam  yuxusu 
mütləq 10-11 saat, günorta yuxusu isə 2 saat olmalıdır. Bu anlarda sinir 


 
90 
sistemini  möhkəmləndirən  və  onları  məĢğələlərdə  fəal  iĢtiraka 
hazırlayan  amildir.  MəĢğələlərdə  loqopedin  rəhbərliyi  ilə  uĢaqlar 
fasiləsiz və dili dolaĢmadan danıĢırlar. Bu vərdiĢin möhkəmləndirilməsi 
və bütün qalan saatlarla mühafizə edilməsi üçün valideyn və tərbiyəçilər 
çox  diqqətli  olmalıdır.  Onlar  (valideyn  və  tərbiyəçilər)  uĢağın  nitqi 
üzərində 
həmiĢə 
iĢləməli, 
uĢaqların 
bütün 
danıĢıqlarını 
məhdudlaĢdırmamalı,  onlara  sual  verməməli,  səhv  nitqi  kəkələməklə 
danıĢmağa baĢlarsa, o dəqiqə ona kbmək etmək, onun əvəzində söz və 
ifadələri demək lazımdır.  
UĢaq  bağçasında  və  evdə  ilk  aylarda  «susmaq  rejimi»nə  riayət 
etmək kiçik yaĢlı uĢaqlar üçün çox çətin olur. Bu hamı tərəfindən qəbul 
edilmiĢ  termin  Ģərti  xarakter  daĢıyaraq,  uĢaqların  tam  susmasına  iĢarə 
etmir.  «Susmaq  rejimi»ndə  uĢağa  çox  az  danıĢmaq  və  danıĢarkən 
pıçıltıdan istifadə etməyə icazə verilir. Bunun nəticəsində də, loqopedik 
məĢğələlərdə  düzgün  danıĢmaq  vərdiĢinin  formalaĢması,  evdə  isə 
«susmaq  rejimi»  proseslərində  nitq  aktının  baĢ  verməsinin  təsiri  ilə 
normal  nitqə  davamlı  refleks  yaranır.  UĢağın  iĢtirak  etdiyi  yerdə  onun 
kəkələməsi  haqqında  danıĢmaq  və  ya  onun  qüsurunu  baĢqalarına 
nümayiĢ  etdirmək  qəti  qadağandır.  Valideynlər,  yaxın  adamlar, 
tərbiyəçilər  və  loqoped  öz  Ģəxsi  nitqi  ilə  uĢaqlar  üçün  nümunə  olmalı, 
onlarda  sakit,  düzgün,  rəvan  danıĢmaq  bacarığı  öyrədilməlidir.  Evdə 
hökmən  uĢaq  üçün  sakit  Ģərait  yaradılmalı,  onları  qıcıqlandıran, 
əsəbiləĢdirən və həyəcanlandıran amillər aradan qaldırılmalıdır. Bütün il 
boyu  uĢağın  yanında  qonaq  qəbul  etmək  və  ya  onunla  qonaq  getmək 
olmaz.  Bu  məktəbəqədər  yaĢlı  uĢağı  həyəcanlandırıb  düzgün  olmayan 
nitqə təhrik edə bilər. UĢaqlarda kəkələməni aradan qaldırdıqdan sonra 
yaxĢı  olar  ki,  onunla  bir  neçə  ay  müddətinə  Ģəhərdən  çıxıb  sakit  yerə 
gedilsin. Belə uĢaq vaxtının çox böyük hissəsini onunla mehriban, sakit 
və təmkinli olan yaxın  adamların biri ilə keçirməlidir. YaxĢı olar ki, bu 
zaman  uĢaq  özündən  kiçik  olan  uĢaqla  yoldaĢlıq  etsin.  UĢağı  günəĢ 
altında  çox  saxlamaq,  həyəcanlandırıcı  oyunlarda  iĢtirak  etməsinə  yol 
vermək  olmaz.  Məktəbəqədər  yaĢlı  uĢaqlarda  kəkələmənin  aradan 
qaldırılması  iĢi  onun  profilaktikası  ilə  sıx  bağlıdır.  UĢaqları 
kəkələmədən qorumaq üçün böyüklərin, valideyn, ailə, körpələr evi və 
bağçalarda məqsədyönlü profilaktika iĢi təĢkil edilməlidir. Körpənin lap 
erkən 
yaĢlarından 
nitqinin 
inkiĢafı 
yaĢlıların 
nitqini 
fəal 
yamsılamasından meydana gəlir. Lakin bunu da nəzərə almaq lazımdır 
ki, yamsılama nitqin inkiĢafında ən böyük amil olmaqla bərabər, həm də 
ən  böyük  təhlükədir.  Belə  ki,  körpənin  nitqinin  formalaĢması  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə