Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

 

LOQOPEDİYA HAQQINDA 
ÜMUMİ MƏLUMAT 
 
Nitq  insanın  ən  vacib  psixi  funksiyalarından  biridir.  Nitqli 
ünsiyyət  insanlar  arasında  sosial  əlaqələri  yaratmaqla  yanaĢı,  həm  də 
idrak  fəaliyyətinin  ali  formalarını  inkiĢaf  etdirir.  UĢaq  nitqə 
yiyələnməklə  ətraf  aləmin  ümumiləĢdirilmiĢ  gerçəkliyini  qavrayır,  öz 
təfəkkürünü  inkiĢaf  etdirmək  bacarığına  malik  olur.  Buna  görə  də 
uĢaqda düzgün nitq tərbiyəsi təkcə estetik əhəmiyyət daĢımayıb, həm də 
onun Ģəxsiyyət kimi kamilliyi, əqli və psixi inkiĢafı üçün çox gərəklidir.  
Nitq və təfəkkür bir-biri ilə arasıkəsilməz əlaqədədir. Nitqin bu və 
ya digər dərəcədə pozulması uĢağın həm əqli, həm də psixi inkiĢafında 
müəyyən  çətinliklər  törədir.  Düzgün  və  səlis  nitqin  olmaması  uĢaqları 
utancaq, özünə qapanmıĢ, aqressiv edir. Məktəbdə belə uĢaq özünü daha 
çox  rahat  hiss  edir.  O  özü  ilə  həmyaĢıdları  arasındakı  fərqi  xüsusi 
kəskinliklə hiss etdiyindən ünsiyyətə girməkdən, kollektivdə olmaqdan 
imtina  edir,  bu  isə  öz  növbəsində  onun  ümumi  inkiĢafına  mənfi  təsir 
göstərir.  Məhz  buna  görə  də  ailə,  uĢaq  müəssisələri  və  məktəb 
qarĢısında duran ən mühüm vəzifələrdən biri uĢaqlarda düzgün və səlis 
nitq  mədəniyyətinin  inkiĢaf  etdirilməsidir.  Bu  vəzifənin  uğurla  həyata 
keçirilməsi  defektologiyanın  mühüm  sahələrindən  biri  olan  loqopediya 
elmi ilə sıx əməkdaĢlıq etməklə mümkündür. UĢaqlarda çox rast gəlinən 
qüsurlardan  biri  nitq  fəaliyyətinin  pozulmasıdır.  Buna  loqopatiya 
deyilir. Loqopatiya loqopediyanın əsas mövzusudur.   
L o q o p e d i y a   –  nitq  inkiĢafı  qüsurları  haqqında  pedaqoji  elm 
olub,  bu  qüsurların  aradan  qaldırılması  və  qarĢısını  almaq  üçün  xüsusi 
təlim-tərbiyə sistemidir.  
Nitq  insana  məxsus  olan  ali  psixi  funksiyadır.  Nitq  ünsiyyəti 
insanlar  arasında  sosial  əlaqəni  spesifik  insani  vasitələrini  yaradıb 
kollektiv əməyini dərk etmək fəaliyyətinin ali formalarını inkiĢaf etdirir. 
Nitq uĢağın bütün psixi həyatında mühüm rol oynayıb, onda əsas idrak 
proseslərinin formalaĢmasına səbəb olur. Tamamilə aydındır ki, uĢağın 
nitq  inkiĢafında  baĢ  verən  pozğunluq  –  onun  bütün  psixi  proseslərinin 
formalaĢmasına  çox  böyük  mənfi  təsir  göstərə  bilər.  Bu  pozulmalar 
nəticəsində  ətraf  mühitlə  ünsiyyət  yaratma  çətinliyi  ilə  yanaĢı,  idrak 
proseslərinin  düzgün  formalaĢmaması,  bilik,  bacarıq  və  vərdiĢlərinin 
qavranılması  kimi  ciddi  qüsurları  uĢağı  ən  vacib  vasitədən  – 
özünütəsirlənmədən  məhrum  edir,  onda  davranıĢ  dəyiĢmələri, 
neqativizm, inamsızlıq yaradır. Nitq qüsurlarının aradan qaldırılması və 


 

qarĢısının  alınması  Ģəxsiyyətin  harmonik  inkiĢafına  kömək  edərək, 
bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır.  
Buna  görə  də  loqopediya  defektologiyanın  bir  sahəsi  olub  eyni 
zamanda ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir.  
Nitq  qüsurları  adı  altında  sözlü  ünsiyyət  vasitələrinin  normal 
formalaĢmadan  sanması  baĢa  düĢülür.  Nitq  inkiĢafı  qüsurları  anlayıĢı 
təkcə Ģifahi nitqlə məhdudlaĢmayıb, onun yazılı formasına da aid edilir. 
Loqopediya  nitqdə  baĢ  verən  dəyiĢmələri  onun  yaĢla  əlaqədar 
dəyiĢmələrdən  fərqləndirmək  lazımdır.  Belə  ki,  müəyyən  yaĢa  qədər 
səslərin  səhv  tələffüzü,  lüğətin  azlığı,  cümlənin  düzgün  qurulmaması, 
dilə  yiyələnmə  prosesində  norma  sayılaraq  fizioloji  hadisə  kimi 
qiymətləndirilir.  Bu  hadisəni  nitq  inkiĢafının  patologiyası  ilə 
qarıĢdırmaq olmaz.  
Loqopediyanın əsas vəzifəsi nitqi qüsurlu uĢaqların xüsusi təlim –
tərbiyə  qanunauyğunluqlarını  təqdim  etməkdir.  Bu  məqsədlə  nitq 
qüsurlarının  yaranması  və  səbəbləri,  xarakter  və  strukturu 
açıqlanmalıdır.  Əldə  edilən  nəticələrdən  nitq  qüsurlarının  müxtəlif 
formalarını  elmi  Ģəkildə  əsaslandırılmıĢ  vasitə  və  üsullarla  aradan 
qaldırmaq yolları iĢləyib hazırlamaq üçün istifadə edilir.  
Loqopediya  məktəbəqədər,  məktəb  və  yaĢlılar  loqopediyası 
hissələrindən  ibarətdir.  Loqopediya  elminin  qarĢısında  aĢağıdakı  əsas 
vəzifələrin həyata keçirilməsi durur.  
1.Nitq  inkiĢafı  pozğunluqları  olan  uĢaqların  xüsusi  təlim-tərbiyə 
qanunauyğunluqlarının öyrənilməsi; 
2.Məktəbəqədər və məktəbyaĢlı uĢaqların nitq qüsurlarını öyrənən 
xüsusi təlim-tərbiyə qanunauyğunluqlarının öyrənilməsi; 
3.Nitq  qüsurlarının  strukturunun,  onun  psixi  inkiĢafa  təsir 
dairəsinin araĢdırılması; 
4.Nitq qüsurlarının diaqnostikası, aradan qaldırılması və qarĢısını 
alma metod və vasitələrini, qüsurların növlərinin öyrənilməsi;  
5.Əhaliyə lazımi loqopedik köməyin təĢkil edilməsi;  
UĢaqlarda nitq patologiyasının pedaqoji cəhətdən araĢdırılmasının 
məzmun  və  istiqaməti  loqopediya  elminin  metodunu  təĢkil  edən 
prinsiplərlə müəyyənləĢir; 
1.ĠnkiĢaf prinsipi.  
2.Sistemli yanaĢma prinsipi. 
3.Nitq  qüsurlarını  psixi  inkiĢafın  digər  tərəfləri  ilə  əlaqəli 
öyrənilməsi prinsipi. 


 

1.ĠnkiĢaf  prinsipi  nitq  qüsurlarının  baĢ  verməsini  təhlil  edərək 
onun  inkiĢaf  xəttini  araĢdırır.  Bu  prinsipə  görə  yalnız  qüsurun  təsvir 
edilməsi  deyil,  həm  də  öyrənilməsi  məqsədə  uyğundur.  Hər  hansı  bir 
qüsurun  düzgün  müəyyənləĢdirilmiĢ  genezisi  üçün  böyük  rus  alimi 
L.S.Viqotskinin  göstərdiyi  kimi  inkiĢafda  baĢ  verən  dəyiĢmələrin 
mənĢəyini,  bu  dəyiĢmələrin  özünü,  onların  yaranma  ardıcıllığını  və  bu 
dəyiĢmələr  arasındakı  səbəb  və  nəticələri  fərqləndirmək  lazımdır. 
Məsələn:  periferik  nitq  aparatının  müəyyən  qüsurları  (xüsusilə 
artikulyasiya 
aparatının)  nəticəsində  nitq  üzvlərinin  hərəkət 
məhdudiyyətləri  özünü  göstərir.  nitq  səslərinin  kifayət  qədər 
artikulyasiya edilməsinin çətinliyi müxtəlif tələffüz qüsurlarını meydana 
gətirir. Artikulyasiyanın qeyri dəqiqliyi sözün səs tərkibinə yiyələnməni 
gecikdirir,  bu  isə  öz  növbəsində  yazılı  nitqdə  aqramatizmə  səbəb  olur. 
Bundan  əlavə,  arikulyasiyanın  qeyri  dəqiqliyi  nitqin  fəallığını  da 
məhdudlaĢdırır.  UĢaq  ətrafdakıların  onu  lağa  qoymasından  çəkinərək 
özünün ünsiyyət dairəsini məhdudlaĢdırır. Bu isə lüğət ehtiyatının həm 
aktiv, həm də passiv tərəfinin azalmasına gətirib çıxarır.  
Sistemli 
yanaĢma 
prinsipi 
nitq 
funksiyasının  mürəkkəb 
strukturunu  əks  edərək,  onun  səs  nitqin  tələffüz  tərəfini,  fonematik 
prosesləri,  leksika  və  qrammatik  quruluĢunu  əhatə  edir.  Nitq  qüsurları 
nitqin  müxtəlif  komponentlərinə  toxuna  bilər.  Bəzi  qüsurlar  yalnız 
tələffüz  proseslərinə  toxunub,  nitqin  heç  bir  müĢayətedici  hallar 
olmadan  aydınlığında  əks  olunur.  Digərləri  dilin  fonematik  sisteminə 
toxunaraq  yalnız  tələffüz  qüsurları  ilə  deyil,  həmçinin  oxu  və  yazı 
pozğunluqlarını  yaradan  sözün    səs  tərkibinə  yiyələnmə  çətinliyi  ilə 
özünü  göstərirdi.  Daha  mürəkkəb  nitq  qüsurları  dilin  həm  fonetika-
fonematik,  həm  də,  leksiko-qrammatik  tərəfini  əhatə  edir  və  nitqin 
ümumi  inkiĢaf  geriliyini  (qığıltıdan  geniĢ  nitqə  qədər,  lakin  müəyyən 
fonetik  və  leksik  -  qrammatik  inkiĢafsızlığı  elementləri  olan)  meydana 
gətirir.  MəĢhur  rus  pedaqoqu  A.E.Levina  nitqin  ümumi  inkiĢaf 
geriliyinin 3 səviyyəsini müəyyən etmiĢdir.  
      Birinci səviyyə tam və ya demək olar ki, tam sözlü ünsiyyət vasitəsi 
olmaması.  Bu  səviyyədə  nitq  inkiĢafının  lüğət  ehtiyatı  əsasən  səs  və 
səstəqlidi  komplekslərindən  ibarət  olub  və  ətrafdakılar  üçün  aydın 
olmayan oksentlərlə müĢayət edilən anlaĢılmayan nitqdir.  
Ġkinci  səviyyə  onunla  xarakterizə  olunur  ki,  uĢaqların  nitq  imkanları 
müəyyən  qədər  çox,  ətraf  mühitlə  ünsiyyət  təkcə  oksent  və  sözlərin 
hecaları ilə deyil, həm də fonetik və qrammatik cəhətdən təhrif olunmuĢ 
nitq parçalarından ibarət olur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə