Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə59/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

 
187 
Səlcuqlar tərəfindən ixtira edilmiş memarlıq tərzi onları qane 
etdiyindən  imperiyanın  süqutuna  qədər  demək  olar  ki,  heç  bir 
dəyişiklik  edilmədi,  əsas diqqət  onun  ayrı-ayrı detallarının daha  da 
təkmiləşdirilməsinə yönəldildi. Memarlıqdakı mühafizəkarlığa görə 
hər hansı bir binanın inşa edildiyi ili onun memarlıq üslubuna görə 
təyin etmək çətindir. Əsas fərqlər tikilinin müxtəlif naxışlarında hiss 
olunur  ki,  bu  da  dövrün  təsirindən  deyil,  coğrafi  faktorlardan  və 
sifarişçinin şəxsi təşəbbüslərindən irəli gəliri. 
Səlcuqlar  dövrünün  qorunub  saxlanılan  erkən  memarlıq  nü-
munələrinin  daha  orijinaları  Böyük  Səlcuqların  yerləşdikləri  İran 
ərazisindədir. 
Səlcuqların Rumelidəki memarlıq üslubu fars-səlcuqların me-
marlıq  üslubundan fərqlənir.  Dövrümüzə  qədər  gələn tikililərin  ək-
səriyyəti  XIII  əsrə,  bir  neçəsi  XII  əsrə  və  çox  az  sayda  olanlar  XI 
əsrə  aiddir.  Araşdırmalar  göstərir  ki,  XI-XII  əsrlərin  tikintilərinin 
heç də hamısı Səlcuqlar tərəfindən ucaldılmamışdır, onların bəziləri 
türk  mənşəli  və  hətta  bəzən  səlcuqlarla  qohum  mənşəli  olmalarına 
baxmayaraq  səlcuqlarla  düşmənçilik  edən  kiçik  knyazlar  və  yuxarı 
Tarixi camilərdən biri 


 
188 
dairələrin  nümayəndələri  tərəfindən  tikilmişdir.  Bunlara  nümunə 
Karput və Malatyanı idarə edən Ortokidlər, Ərzurumda olan Saltuk-
lar, Divriqdə qalan Məngünçlərdən, Qeysəriyyədəki Danişməndlilə-
rin  inşa  etdirdikləri  tikililəri  göstərmək  olar.  Təəccüblü  orasıdır  ki, 
kiçik sülalələr tərəfindən ucaldılan tikililər hakim sülalənin tikililə-
rindən çox az fərqlənir. Əsas fərq istifadə olunmuş bəzəklərin çox-
luğunda və onların növündə özünü göstərir. 
Bu tipli məscidlərə nümunə kimi 1135-ci ildə Danişməndlilər 
tərəfindən Qeysəriyyədə ucaldılan məscidi, görkəmi dəyişdirilən ca-
mini,  eləcə  də  1179-cu  ildə  Saltuklar  tərəfindən  Ərzurumda  inşa 
edilən camini göstərmək olar. 
Erkən  dövlərdəki  məs-
cidlər  tirlərdən  hazırlanmış, 
arasındakı  boşluqları  torpaqla 
doldurulan düz  damlara  malik 
olurdular. Yağış və əriyən qar 
sularının tökülməsi üçün dam-
da xüsusi oyuqlar açırdılar. İlk 
künbəzlərin əksəriyyəti kərpic 
dən  tikilmiş,  üzəri  qurğuşun 
laylar  və  ya  suvanmış  plitə-
lərlə  örtülmüşdür.  Üçbu  caqlı 
formada  olan  künbəzləri  içə-
ridən  yelkənlər  və  tromplar 
saxlayırdı. Belə konstruksiya ilk dəfə 1076-cı ildə Məşhəd  yaxınlı-
ğında Rabidə tətbiq edilmişdi. Bu forma Türkiyə üçbucaqları kimi 
tanınır.  Türkiyə  üçbucaqları  adətən  cərgə  ilə  üçbucaqlı  kiçik 
plitələrlə örtülürdü ki, bu da çox vaxt arı pətəyini xatırladırdı. Tür-
kiyə  üçbucaqlarına  Azərbaycanda,  Kiçik  Asiyada,  hətta  Batumda 
rast gəlinir. 
İlk vaxtlarda məscidlərdə sütunların sayı  az olmuş, sonralar 
onların sayı artmağa başlamışdı. Konyada Əlaəddin  məscidində  42 
sütun, Sivasdakı camidə 90 sütun olmuşdur. Ümumiyyətlə, sütunlar 
500 yaşlı caminin qalıqları 
 


 
189 
və tağlar osmanlı üslubu yarananadək səlcuqların memarlıq üslubla-
rını fərqləndirən xarakterik əlamət olaraq qalmışdır. 
Səlcuqlar dövründən  qalan  mavzoleylər-türbələr,  kümbəzlər 
memarların  zövqünü  xatırladır.  Mavzoleylərin  iki  tipi  mövcud  idi: 
birincilər  İranın  şimalında  olan  itilənmiş  qələmə  bənzəyən  enli  və 
alçaq  slindrik  formalı  qüllələr  formasında,  ikinci  tipə  aid  olan 
mavzoleylər  dairəvi,  çoxbucaqlı  olurdular.  Dördkünc  bünövrələr 
türk  üçbucaqları  vasitəsilə  birləşdirilirdi.  Mavzoleylərin  damı  ko-
nusvari  qülləyə bənzəyirdi. Çox təsadüfi hallarda heykəllərlə  bəzə-
dilirdi. Bu tikililərdə böyük ustalıqla hamar hərflərlə yazılmış yazı-
lara da rast gəlinir. Binanın gözəlliyi tikilinin quruluşundan və tikil-
məsindən asılı olurdu.
 
Türbələr  və  künbəzlər  adətən  iki  mərtəbəli  olurdu.  Aşağı 
mərtəbə  dəfnetmə  ibadəti  funksiyasını  yerinə  yetirdiyindən  orada 
vəfat  edən  insanın  cəsədi  olan  daşdan  hazırlanmış  qəbir  yerləşirdi. 
Daş qəbirlərin üzərində çox vaxt yazı olurdu, bəzən onlar şirələnmiş 
keramik  plitələrlə  işlənirdi.  İbadətgahın  mehrab  və  ya  qurbangah 
yerləşən ikinci mərtəbəyə gedən və üzərində vəfat edənin xatirəsinə 
həsr  olunmuş  yazıların  olduğu  pilləkənlər  çöldən  olurdu.  İbadət-
gahın tavanı bir qayda olaraq düz günbəz şəklində olurdu. Bu tikili 
növlərindən ən gözəli 1146-cı ildə Amasiyada Danişməndlilər süla- 
 
Sultan II Qılınc Arslanın 
Konyadakı türbəsi 
 
Səlcuq dövlətinin qurucusu  
Toğrul bəyin türbəsi, Rey 
 


 
190 
ləsi  tərəfindən  xəlifə  Qazi  üçün  tikilmiş  türbədir.  Tokatda  və  Van-
dakı  tikililər  də  xüsusi  memarlıq  üslubuna,  Qırşehirdə  Malik  Qazi 
mavzoleyi (1250), Kayseridəki Dönər günbəzi (1276), Amasiyadakı 
Turumtaya  türbəsi  (1279),  Niqdedəki  Xudavənd-xatun  (1370) 
türbələri bəzək elementlərinə görə fərqlənir. Bu dörd tikilinin fasadı 
möhtəşəm həndəsi ornamentlərlə və bitki mənşəli kəsmə relyeflərlə 
bəzədilmişdi.  Görünür  Səlcuq  memarları  təkcə  tikintidə  deyil,  həm 
də işləmələrdə  mahir idilər. 
 
 
 
 
 
   
 
 
 
 
 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mədrəsələrin tikintisi maraq doğurur. Onların hamısı düzbu-
caqlı planda olub, əksəriyyəti böyük zal-eyvanlara və at nalına bən-
zər tağların altında yerləşən dəhlizdən ibarətdir. Tağların ikisi eyva-
na girişin üstündə, həmin zaldan nisbətən kiçik eyvana aparan digər 
3-cü  isə  3  daxil  divarın  mərkəzində  yerləşirdi.  Eyvanlardan  başqa 
qalan  yerləri  mədrəsələrdə  2-ci  mərtəbədə  yerləşən  otaqlar  təşkil 
edirdi.  Bəzən  eyvanlar  dama  çatacaq  qədər  hündür  olur,  bəzən  də 
onların altında kiçik otaqlar düzəldirdilər. Konyadakı Sırçalı (1242) 
və  Ərzurumdakı  Ciftə  (1253)  mədrəsəsi  2  mərtəbəli  olmuşdur.  İq-
Səlcuqlu memarlığı Xərrəqan türbələri, Qəzvin 
 
 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə