Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə55/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

 
174 
 
VI FƏSĠL 
 
MƏDƏNĠYYƏT 
 
Səlcuqlu türklərinin Şimali Afrika istisna olmaqla bütün İslam 
dünyasını öz hakimiyyətləri altına almaları İslam xalqlarının ictimai 
fikrinə,  fəlsəfəsinə,  mədəniyyətinə  yeni  bir  qüdrət  və  həyatilik 
gətirdi. Onlar siyasi və hərbi gücün imperatorluğu idarə etməyə ka-
fi  gəlməyəcəyini,  mənəvi  nifaqa,  dini  və  siyasi  sui-qəsdlərə  qarşı 
elm, fikir və məfkurə ilə silahlanmanın gərəkliliyini irəli sürmüş və 
bunu həyata keçirmək üçün «Nizamiyyə» adlı mədrəsələr açmış və 
bütün İslam dünyasına yaymışlar. 
Səlcuqlu sultanları bu mədrəsələrdə çalışan müəllimləri himayə 
edir,  din  və  təriqətlər  üçün  imarətlər  və  zaviyələr,  xalq  və  yolçular 
üçün  xəstəxanalar və karvansaraylar inşa etdirir, tələbələri məccani 
oxudur,  onları  təqaüd,  yataq  və  yeməklə  təmin  edirdi.  Tarixdə  ilk 
dəfə  Səlcuqlu  türkləri  elm  və  mədəniyyəti  dövlət  himayəsinə  almış, 
Türk-İslam mənəvi və ictimai birliyini həyata keçirmişlər. 
Bu gün İslam dünyasının hər tərəfində tarixə şahidlk edən ca-
mi, mədrəsə, xəstəxana, karvansaray, türbə və zaviyə kimi abidələr 
məhz Səlcuqlu türklərinin və onlara tabe olanların əsərləri olub, iq-
tisadi, mədəni və ictimai yüksəlişin maddi və mənəvi dəlilləridir. 
Səlcuqlular elm və mədəniyyətin inkişafını diqqət mərkəzində 
saxlamışlar. Səlcuqlular dövründə elm və din adamlarına dövlət xə-
zinəsindən aylıq maaş ayrıldığından İslam alimləri ömürlərini elmə 
sərf  etmişlər.  Səlcuqlu  sultanları  alim,  şair,  filosof  və  sənətkarları 
himayə  etmiş,  onlar  fikri  və  dini  nifaqların  qarşısını  almaq  üçün 
Səlcuqluların  dini  siyasətinə  və  nizam-intizamına  xidmət  etmiş, 
imanı sarsılmış alim və filosoflara qarşı mübarizə aparmışlar.  
Anadolu  türkləri  müsəlman  olmaqla  bərabər  öz  qədim  adət-
ənənələrini    qopuyub  saxlamışlar.  Qədim  türklərdə  olduğu  kimi 
Anadolu Səlcuqlu türkləri də Tanrıya dua və ibadət edərkən, böyük-
lərin  hüzuruna  çıxarkən,  dini  və  milli  bayram  və  şənliklərdə,  yas 


 
175 
mərasimlərində  sevinc  və  təzim  əlaməti  olaraq  başlarını  açar,  baş 
örtüklərini əllərinə və ya qoltuqlarına alaraq Şamani üsulunu davam 
etdirmişdilər.  Səlcuqlu  sultanları  və  türkmən  bəyləri  cənazə  məra-
simlərində  qədimdə  olduğu  kimi  başlarını  açar,  paltarlarını  tərsinə 
geyər,  saçlarını  kəsər,  atlarının  yəhərlərini  tərsinə  qoyaraq  Şamani 
adətini davam etdirərdilər. Bu adəti din xadimləri də icra etmişdilər. 
Tədqiqatçılar  göstərirlər  ki,  Anadolu  Səlcuqlu  sultanı  Əla-
əddin Keyqubad böyük qardaşı Keykavusun cənazəsi qarşısında bü-
tün  dövlət  ərkanı  ilə  birlikdə  baş  örtüklərini  çıxararaq  qədim  türk 
adətinə əməl etmişdir. Mövlana Cəlaləddin Ruminin vəfatında adət-
ənənələrə sadiq qalınmışdır. 
Qədim Şamani türklər ölünün siyasi və ictimai mövqeyinə gö-
rə  heyvan  kəsər  və  «Yuğ  basan»  adı  verilən  ölü  aşı  verərdilər.  Bu 
ənənəyə Anadolu Səlcuqluları da əməl edirdilər. Tarixi mənbələrdə 
göstərilir  ki,  «Anadolu  Səlcuqlu  sultanı  İzzəddin  I  Keykavus  atası 
üçün kasıblara mal paylamış, Keyqubad Mövlana Cəlaləddin Rumi-
nin atası Bahaəddin Vələdin ölümündə xalqa yemək vermişdi. 
Anadolu Səlcuqlu türkləri İslam dini və mədəniyyəti ilə yanaşı 
yerlilərin dinlərinə və mədəniyyətlərinə də hörmətlə yanaşmış, İslam 
dininin qadağan  etdiyi  rəsm və heykəlləri özləri ilə bərabər Anado-
luya gətirməyə izn vermişlər. Səlcuqlu sultanı I Əlaəddin Keyqubad 
1221-ci  ildə  Konya  divarlarını  inşa  etdirərkən  onları  bir  tərəfdən 
Quran ayələri ilə süslətmiş, memar və rəssamlara qabartma təsvir və 
heykəllər  hazırlanmasını  əmr  etmişdi.  Orta  əsrlərdə  Anadolunu 
ziyarət edən ərəb səyyahları öz əsərlərində  göstərmişlər ki, şəhər di-
varlarında  və  şəhərə  giriş  qapılarında  qoyulmuş  heykəllərin  sənət-
karlıqla işləndiyini qeyd  etmişlər. 
Anadolu Səlcuqlarının paytaxtı Konya və Qubadabad şəhərləri-
nin  saraylarında  Uyğur  üslubunda  çini  üzərində  divar  rəsmləri  işlən-
mişdir. 
Səlcuqlarda  mövləvilk,  mövləviyyə  sünni  təriqəti,  dərviĢ 
ordeni  olmuşdur.  Əsasını  13-cü  əsrdə  sufi  şair  Cəlaləddin  Rumi 
qoymuşdur. Müridləri C.Rumiyə «Mövlanə» (ərəbcə «ağamız») de-


 
176 
yə  müraciət etdiyindən təriqətin adı da  mövləvilik  kimi  tarixə  düş-
müşdür. 
Təriqət Türkiyə ərazisində geniş yayılmışdır. Ordenin əsas xa-
nəgahı  Konya  şəhərində  C.Ruminin  məqbərəsi  yanında  olmuşdu. 
Hündür papaq (gülah) qoymaq, müsiqi sədaları altında oynayaraq 
ucadan  zikr etmək  mövləvi  dərvişləri üçün xarakterik idi. Mövlə-
vilər xristian və yəhudi dinindən olan şəxslərə yaxşı münasibət bəs-
ləyirdilər. Mövləvi  ordeninin  üzvləri  əsasən  yoxsullardan və  sənət-
karlardan ibarət olurdu. 
Türklər  Yaxın  Şərq  və  Anadoluya  bir  çox  milli  mədəniyyət-
ünsürləri, qüdrətli  dövlət təşkilatı, nizam-intizam, ictimai ədaləti və 
yüksək    məfkurə  gətirmişlər.  Anadolu  Səlcuqlu  türklərinin  ictimai 
fikir  tarixində  Mövlanə  Cəlaləddin  Rumi,  Əhməd  Fəqih,  Sultan 
Vələd, Səyyad Həmzə,  Xoca Dəhhani  və Yunus Əmrə  kimi  böyük 
mütəfəkkirlərin xüsusi yeri vardır. 
Tədqiqatçılar göstərirlər ki, Səlcuqların paytaxtı Konyada bö-
yük mütəfəkkir Mövlana Cəlaləddin Ruminin rəsmlərini çəkib dost-
larına hədiyyə edən müridi Eynüddövlə onun ayaq üstə 20-yə qədər 
rəsmini çəkmiş, digər Türk və Rum rəssamları da şeyxlərinin rəsm-
lərini çəkib müridlərinə paylamışdılar. Türkmən bəylərinin sarayla-
rını və hovuzlarını heyvan heykəlləri bəzəyirdi.  
Əldə olunan mənbələrə görə Səlcuqlar dövrü Anadolu türkcəsi-
nin ən qədim şairi Əhməd  Fəqihdir. Xalq arasında geniş şöhrət qa-
zanan  Əhməd  Fəqih  mədrəsə  təhsili  görmüş,  Mövlanə  Cəlaləddin 
Ruminin atası Sultanül Üləma Bahəddin Vələddən fiqh təhsili almış, 
sonra vəcdə tutulub şəhəri tərk edərək dağlara  çəkilmişdir. Xoca Əh-
məd Fəqihin 83 beytlik «Çarxnamə» adlı qəsidə şəklində yazılmış bir 
mənzuməsi  və  399  beytlik  «Kitabi-Əvsafi-Məsacidi-Şərifə»  adlı  bir 
risaləsi  vardır.  Müəllifin  «Çarxnamə»  əsəri  dünyanın  faniliyindən 
bəhs edən, günahlardan qaçmağı nəsihət edən dini-əxlaqi  əsərdir. 
Anadolu Səlcuqluları dövründə yaşayıb yaratmış şairlərdən biri 
də ġəyyad Həmzədir. Dini-təsəvvüfi mövzularda əsərlər yazan şair 
Şəyyad Həmzə Anadolunun şəhər və kəndlərini dolaşmış, getdikləri 
yerlərdə xalqa təsəvvüfi şeirlər söyləmiş, xalq ilə ziyalılar arasında 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə