Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə53/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   61

 
168 
görə  də,  Nizamülmülk  öz  əsərində  türk  qadınlarının  ictimai-siyasi 
həyatdakı  və  xüsusilə  dövlət  işlərindəki  rolunun  əleyhinə  getmiş, 
türk  gələnəyinə  qarşı  çıxaraq  islam  və  xristian  dünyasında  rastlan-
mayan  bu  vəziyyətlə  bağlı  Məlik  şaha  hökmdar  «Hicab  əhli»  olan 
qadınların  dövlət  işlərində  söz  sahibi  olmalarına  imkan  vermə-
məsini məsləhət görmüşdür. 
Nizamümülkə görə, qadınların ağlı kamil deyidir və onlar nəs-
li davam etdirmək üçündür. Nizamülmülk belə hesab edirdi ki, Şah 
arvadları    hadisələrin  öz  gözləri  ilə  görmədən,  yanlarında  işləyən 
xadimə,  sahib  və  xadimlərin  dedikləri  sözlərə  əsasən  əmr  verərlər. 
Belə fərmanlar həqiqətin əksinə olar, şahın şan-şövkətinə xələl gələr, 
əhalinin malı tələf olar, dövlətə və dinə ziyan dəyər. 
Araşdırmalar  göstərir  ki,  Səlcuqlu  xanədanına  qəbul  olunan 
xatunlar istər sultanla sarayda yaşasın, istərsə də ondan ayrı, bu za-
man onun əlində çox kiçik sayda da olsa bir təşkilat olurdu. Sultan-
ların qanuni həyat yoldaşlarının sayı çox məhduddur. Alp Arslanın 
və Məlik şahın üç qanuni həyat  yoldaşı olmuşdur. Sultan səfərə çı-
xan  zaman  onlardan  sadəcə  birini,  yəqin  ki,  ən  qiymətli  saydığını 
özü ilə aparardı. Bundan əlavə sultan sayı yüzlərlə olan cariyəyə sa-
hib idi. Onların dəqiq sayı verilməsə də, onlar da xatunlar kimi sul-
tana çox sədaqətli və sadiq idilər. 
Xatunlar təkcə saray həyatında deyil, dövlətin idarə həyatında 
da böyük rol oynayırdılar. Onların nüfuzundan vəzirlər, yüksək rüt-
bəli dövlət məmurları, vassal hökmdarlar istifadə edirdilər. 
Sarayın  özünəməxsus  adət-ənənələri  və  mərasimləri  olmuş-
dur.  Hökmdarın  taxta  çıxması  xüsusi  mərasimlə  həyata  keçirilirdi. 
Buna Səlcuqlu dövründə cülus mərasimi deyirdilər. Taxta çıxan za-
man böyük bir şənlik (şölən) təşkil edilirdi və bütün dövlət adamla-
rına xələtlər paylanırdı. Taxta çıxma ərəfəsində qədim türk ənənəsi 
dövründən gələn-ov  ətinin  qanı,  buğda,  arpa  dənələrinin  yerə  sə-
pilməsi,  Səlcuqlarda  dinarlar,  dirhəmlər,  daş-qaşların  yerə  səpil-
məsi ilə müşahidə olunmuşdur. Yerə səpilən qızıl və gümüşü məra-
simə  qatılanlar  yığmaq  üçün  bir-birilə  yarışırdılar.  Buna  saçı 
deyilirdi.  Bundan  sonra  orduya  mənsub  olan  şəxslər  öz  aralarında 


 
169 
qədim  türk  adətinə  uyğun  olaraq  əyləncələr  təşkil  edir,  rəqs  edir, 
mahnılar oxuyurdular. 
Hökmdarın  taxta  çıxması  eyni  zamanda  dövlətin  yenidən  ni-
zamlanması demək idi. Taxta yeni çıxan hökmdar bütün dövlət təş-
kilatı  məmurlarına  yenidən  təyin  fərmanları  verir,  lazım  bilmədiyi 
şəxsləri işlərindən azad edirdi. Hökmdarın taxta çıxması ilə ümumi 
əfv elan olunur və məhkumların çoxu sərbəstlik alırdılar. Taxta çı-
xış  münasibətilə  Səlcuqlu  dövlətinin  əlaqədə  olduğu  dövlətlərə  və 
xüsusi olaraq Abbasi  xəlifəliyinə  xəbər  göndərilirdi.  Xəbər vermə-
nin bir neçə mənası var idi. Bu məna xəbər veriləcək dövlətin Səl-
cuqlu imperiyası ilə hansı münasibətdə olmasına uyğun olaraq dəyi-
şirdi.  Əgər  xəbər  veriləcək  dövlət  müstəqil  idisə  məqsəd  həmin 
hökmdara öz dövlətini yenidən tanıtmaq idi. 
Bütün dövlətlər tarix boyunca münasibətlərini qarşılıqlı olaraq 
göndərdikləri  elçilər  vasitəsi  ilə  qurmuşlar.
 
Nizamülmülk  elçinin 
göndərilməsi,  qəbul  edilməsi  məsələsinə  çox  ciddi  yanaşmış  və 
göstərmişdi ki, şah elçi göndərərkən yalnız yazdığı məktubla kiyafa-
yətlənməməli,  onlara  yüzlərlə  kiçik  və  gizli  iş  tapşırmalıdır.  Gön-
dərilən elçi yolların və keçidlərin yerini, su və otlaqların vəziyyətini, 
ordunun  hansı  yoldan  keçib-keçə  bilmədiyini,  valilərin  kimliyini, 
ölkədəki qoşunun vəziyyətini, silahları, idarə edənlərin xalqla rəftarı, 
zülm və ədalətsizlikləri, ölkənin xarab və ya abad olduğunu, əhalinin 
varlı  və  ya  yoxsul  yaşadığını,  vəzirlərin  layiqli  və  ya  layiqsiz 
olduğunu, sərkərdələrin təcrübəli, sınaqdan çıxmış, nədimlərinin alim 
olub-olmadığını, nəyi  sevib-sevmədiklərini, bir sözlə, ölkə  haqqında 
hər şeyi öyrənib öz şahına bildirməlidir ki, lazım gəldikdə vəziyyətə 
uyğun hərəkət edilsin, lazımı tədbirlər görülsün. 
Hökmdarlar  münasibətlərini  əsasən  hədiyyələrin  alınıb  veril-
məsi ilə nizama salırdılar. Hədiyyələr müxtəlif məqsədlər üçün veri-
lirdi.  Xələtlər,  evlənmələr  zamanı  verilən  cehizlər,  iqtalar  hədiyyə-
lər sırasına daxildir. 
Sultan  sarayları  matəm  mərasimlərinin  şahidi  olmuşdur.  Ma-
təm elan olunduqdan sonra bazarlar, dükanlar bağlanır, şəhərdə hə-
yat  iflic  olurdu.  Matəm  üç  gün,  bəzən  də  yeddi  gün  davam  edirdi. 


 
170 
Bu zaman həmin yerin ən yüksək rütbəli məmuru, vassal dövlətlər-
də vassal hökmdarın özü baş sağlıqlarını qəbul edirdi. Bu hadisəyə 
«əza»  ya  oturmaq  deyilirdi.  Məsələn,  Sultan  Toğrul  bəyin  ölüm 
xəbəri  Xəlifəyə  çatan  kimi  qaydaya  uyğun  olaraq  xəlifənin  vəziri 
sultan üçün əzaya oturub baş sağlıqlarını qəbul etmişdir. 
Qədim  türk  ənənələrindən  olan  atın  yalını  kəsmək,  yəhərini 
tərs qoymaq, qadınların yüksək səslə ağlaması, başlarını açıb tor-
paq  səpmələri,  bütün  şənliklərin  təxirə  salınması  Səlcuqlarda  da 
davam etmişdir. Sultan Məlik şahın oğlu Davudun İsfahanda ölmə-
sindən sonra (1082, may/ Zilhiccə 474) sultan çox kədərlənmiş, hət-
ta  özünü  öldürməyə  çalışmış,  hökmdar  sarayında  toplanan  dövlət 
adamları  saçlarını  yolmuş,  həyat  yoldaşları    onlar  kimi  hərəkət  et-
miş, atları qara rənglə rəngləmiş, qadınlar qara geyinmiş, 7 gün da-
vam edən matəmə bütün şəhər əhalisi qatılmışdı. 
Hökmdar öldükdən sonra matəm mərasimləri adətən yeni sul-
tanın  taxta  çıxmasına  qədər  davam  edirdi.  Bundan  sonra  «xeyir  və 
şər əkizdir» ənənəsinə əsasən yeni hökmdarın şərəfinə şənliklər baş-
layır, tədbirlər keçirilirdi. 
Müşahidə olunan adətlərdən biri də, vəfat etmiş hökmdarların 
türbələrinin ziyarət edilməsidir. Böyük Səlcuqlarda ilk məzar ziya-
rətini  Sultan  Alp  Arslan  həyata  keçirmişdir.  O,  taxta  çıxdıqdan  bir 
qədər  sonra  (1065)  Üstyurd  və  Manqışlaq  səfəri  əsnasında  ulu  ba-
bası Səlcuqun qəbrini ziyarət etmək üçün Sırdərya sahilindəki Cənd 
şəhərinə gəlmişdir. 
Müasir  mərhələdə  dövlətin  idarə  edilməsində  tətbiq  edilən 
üsullar,  dövlət  təşkilatlarının  idarəçilik  funksiyaları  və  hakimiyyət 
rəmzlərini  təhlil  edərkən  türk  ənənəsinin  davam  etdiyinin  şahidi 
oluruq. 
Müharibələr  səlcuqlu  dövlətinin  si-
yasətinin  tərkib  hissəsi  idi.  Buna  səbəb 
1040-cı  ildə  Mərv  yaxınlığında  Dəndə-
nəkan adlanan  yerdə  Qəznəvilər  üzərində  qazanılan mühüm qələbə 
oldu.  Sonralar  səlcuqlar  dəfələrlə  zəbt  etdikləri  əraziləri  müdafiə 
Ordu quruculuğu 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə