75
Ot qarışığı yem məqsədi ilə istifadə olunduqda biçin çiçəklə-
mə fazasının başlanğıcında, quru ot üçün çiçəkləmədən on gün
sonra, toxum məqsədilə isə paxlaların 75-80%-i yetişdikdə həyata
keçirilir.
Çöl noxudunu kövşənlik əkinlərdə istifadə etdikdə əsas bitki-
nin məhsulu yığıldıqdan sonra torpaq sürətlə becərilməli və ot
qarışığı səpilməlidir. Kövşənlik əkinlərin (çöl noxudu + vələmir)
qarışığı hektardan 120-160 sentner yaşıl kütlə məhsulu verir.
Vaxtilə Azərbaycanda çöl noxudunun bir neçə forması:
yaz-
lıq çöl noxudu, ensizyarpaq çöl noxudu, tüklü çöl noxudu və b. be-
cərilirdi.
Təəssüf ki, son zamanlarda Azərbaycanda
çöl noxudunun bü-
tün formalarının əkin saһəsi xeyli azalmışdır və demək olar ki,
yox dərəcəsindədir.
Gürcüstanın yerli sortu olan
Axalkələk çöl noxudu respubli-
kamızın aran və dağətəyi zonaları şəraitində sınaqdan keçirilib be-
cərilirdi.
3. 4. Seradella (quşayağı)
Əhəmiyyəti. Seradellanı qumsal torpaqların üçyarpağı adlan-
dırırlar. Bu dənli bitkilər və kartof üçün çox gözəl sələfdir. Sera-
della otarmağa qarşı dözümlü və əla bal verən bitkidir. Tərkibində
quru maddəyə görə proteinin miqdarı 15,2 %-dir.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Seradella (
Orni-
thopus sativus Broth.) bərk kök sistemi və güclü inkişaf edən yan
köklərdən ibarətdir. Kökləri torpağın 125 sm və daha artıq dərin-
liyinə işləyir, ilk dövrlərdə bitkinin kökü sutkada 7 sm-ə qədər
dərinliyə gedə bilir. Hər bir bitki 5-dən 16-ya qədər nazik, zərif,
şaxələnən hündürlüyü 50-70 sm, payıza qədər qabalaşmayan
sürünən budaqlar əmələ gətirir. yarpağı cütlələkşəkillidir. Çiçək
qrupu salxımdır (qotaz). Çiçəkləri açıq-çəhrayı rənglidir. Meyvəsi
paxladır. Bir hamaşçiçəyin paxlaları quş pəncəsinə oxşayır, ona
görə də seradellaya
quşayağı da deyirlər. Paxlalarının uzunluğu 4
sm-ə qədərdir. Hər bir paxlada 5-6 toxum olur. Toxumu xırda,
bucaqlı, yastı, açıq-darçını yaxud yaşılımtıl rəngdədir (şəkil 24).