Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə13/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
81 
Oydu ki, camaat təmiz dağıldı. On səkkiz qaçaxdan başqa heç 
kim qalmadı. bir də Aşıx Şennih. Səməd bəy əmr verdi ki, aşpaz 
qazannarını  gətirin!  Dedilər  ki,  bəy  sağ  olsun,  burdan  salamat 
çıxajeyıxmı ki, sən hələ yemək gəterdersən?  

 
Canım, işinizə baxın, öləndə də tox öləh. Aj niyə ölürük?  
Qərəz, yaxşı yedilər. Səməd bəy bığlarını eşdi, dedi:  

 
Uşaxlar, atdarı hazırreyn.  
Ona kimi işıxlandı Səməd bəy dedi:  
–  Aşıx  Şennih,  bağışda,  işimiz  tələsik  oldu.  Burdan  salamat 
qurtarsax,  səni  Boşşalıya  gətirdərəm,  dünya  malınnan  qane  edə-
rəm. İndi bu sağ civimnən baxtına nə çıxsa, sənindi.  
Əlini arxalığın civinə saldı. 25 tümən qızıl pul çıxdı. Aşıx öz-
özünə dedi:  
– Öldürməsələr, ölümə də bəsdi, dirimə də.  
Səməd bəy dedi:  
–  Aşıx  Şennih,  dava-atış  kəsəndə  Bənöyşə  dağına  bax,  gör 
neçəmiz ölmüşüh, neçəmiz qamışıh.  
İsmeyil irəli duruf dedi:  
– Əziz bəyim, sana bir sözüm var.  
– Buyur, İsmeyil!  
–  Bəyim,  sənnən  çox  yoldaşlıx  elləmişik,  qıyamat  ayrılığıdı, 
axirət haqqını halal ellə!... Köyrəldi, gözü doldu...  
Səməd  bəy  dedi:  “İsmeyil,  heç  belə  olmamışdım.  Sana 
nooluf?”  
İsmeyil dedi:  
– Bəyim, bu xına ayrı xınadı. Əsgər həyət oylusuna gözdüyür. 
Gün də bir çatı boyu qalxıf.  
– İsmeyil, qorxma. Şahmarı irəli salajam, dalımcax durna ki-
mi  gəlin,  çox  dağılmayın.  Qaçağa  qaç  deyiflər,  qaçıf.  Çıxmağa 
baxın.  
İsmeyil dedi:  
–  Bəy,  bir  xahişim  var,  qoy  qavaxcax  mən  çıxım,  məni 
vursunlar, sənin ölümünü görmüyüm.  


Hüseyn Saraçlı 
 
 
82 
– İsmeyil, onda mana nə dəəllər? Dəəjəhlər ki, qorxudan özü 
çıxmadı.  
– Səni and verrəm ağan Daşdəmirrin başına, qoy mən çıxım!  
–  Çıx,  ancax  bir  sözüm  var:  olmuya-olmuya  bir  əsgər  vura-
san,  qoyun,  qanımız  burda  tökülsün,  bir  də  sarı  qazağın  üzünü 
görmüyək.  Uşaxlar,  xurcunnarda  yemək  də  götürün,  ağayana 
gedin.  
– Burdan salamat qurtarajıyıxmı?  
–  Aya,  işinizdə  olun,  baxın,  ölən  öləjək,  qalan  gənə  yemək 
yeyəjək.  
Sonra Səməd bəy üzünü Şennihə tutuf dedi:  
– Aşıx, salamat ol, sən qorxma! Deynən məni eşqiya Səməd 
bəy zornan gətirdi.  
Oydu ki, atışma başladı, amma havıya. On səkkizi də sağ-sa-
lamat  aradan  çıxdı.  Aşıx  Şennih  gəldi  ki,  görüm  vurulan  varsa, 
içəri çəkim. Baxdı ki, aynalının patronu oğlax kimi məliyir. Barı-
dın tüstüsü çən kimi hər yeri bürüyüf. Tez özünü içəri verdi. Bir 
azdan atışma kəsdi. Aşıx Şennih eşiyə çıxıf gördü ki, qaçaxların 
on  səkkizi  də  Bənöyşə  dağının  döşünnən  dırmaşıllar.  Hamısı  səf 
durdu. Allah, sana şükür dedi. Səməd bəy Şahmarı sürüf atın yed-
di  oynunu  oynatdı,  üzəngiyə  qalxdılar.  Papaxları  qılınca  keçirif 
üç dəfə baş əydilər. Aşıx elə bildi ki, ona baş əyillər. Bir də gördü 
ki, Qazı Əfəndi o yanda durub əhsən deyir. Tez özünü içəri saldı. 
Dalınnan iyirmi iki əsgər içəri girdi:  
– Olan, xana sahibisən?  
– Xeyr.  
Biri sazı görüf dedi:  
– Olan, bu həndəm kimin ola? 
– Bənimdi.  
– Olan, eşqıyalara çünbuş yapan sənmisən?  
– Əvət, bənəm. 
Biri aşığın qolunu tutdu, o biri dedi:  
– Get, Qazı Əfəndidən əmr istə, görəh neçə zopa vurax?  
 Bu yerdə paşa gəldi.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
83 
– Olan, bu, xana sahibidimi?  
– Xeyr, bu eşqiyalara çünbuş yapandı, yanşaxdı.  
–  Xınzır,  açın  bunun  qollarını.  Heç  yanşağın  qolu  da  bağla-
narmı?  
Qolunu açdırıf dedi:  
–  Oğlum,  nasıl  oldu,  sən  buraya  gəldin?  Duymadınmı,  eşqı-
yalara çünbuş yapmaq yasaqdı?  
– Nə edim paşam, əmr etdilər, gətirdilər. 
– Olan, deyə bilərsənmi onnar nasıl igiddilər?  
– Paşam izn versə, həndəmnən dəərəm, nasıl igidilər.  
Səfil  Şennih  başdadı  Osmannı  dilinnən  “Koroğlu  bozuğu” 
havasında oxumağa:   
 
Səməd bəynən Ġsmeyilin seyrinə vardım,  
Bu diyarı gəzə-gəzə, Əfəndim!  
Səməd bəy namında bir iyid gördüm
Vəsfini qaldırdım saza, Əfəndim!  
 
Mahmud oğlu deylən bir ətdən qala, 
Mehralı da bənzər Rüstəmi-Zala.  
Ġsmeyil baĢ əyməz yeddi krala, 
Nə düĢdün onnarnan bəsə, Əfəndim!  
 
Paşa dedi:  
– Bunnarın böyüyü hansı oldu?  
Aldı Aşıx Şennih:  
 
Səməd bəy deyiləndi onnarın baĢı, 
ÇoyĢoğlu Ģahların alıcı quĢu.  
Yanında vardı çox iyid yoldaĢı, 
Onnarı da Koroğlu say, Əfəndim!  
 
–  Olan,  yanşax,  onnar  tüşmən  əlinnən  qaçıf,  yoxsa  hökumət 
əlinnən?  


Hüseyn Saraçlı 
 
 
84 
– Paşam, qoy deyem:  
 
Bir vaxt göndərdilər Sibir yerinə
Yüz min bala gəldi onun sərinə.  
Fərmansız xan oldu qılınc zoruna, 
Hökm edirdi divan-kəsə, Əfəndim!  
 
–  Olan,  yanşax,  onnarın  iyidliyi  yalqız  rus  torpağındadı, 
yoxsa ayrı diyarda da bilinyormu?  
– İcazə ver, deyem:  
 
Alosman elinə talan saldılar,  
Calalı Kürdüyə qılınc çaldılar.  
Ġran ölkəsinnən xarac aldılar,  
ġahı da saldılar yasa, Əfəndim!  
 
– Oğlan, nə yaman kötü danışdın, bəs nasıl oldu ki, heç əsgər 
vurmadılar?   
– Paşam, qoy onu da deyem:  
 
Ġsmeyilin bir baxıĢı yağıdı,   
Bəy əmr etsə, min qazağı dağıdı.  
Sarı qazax onlar üçün yağıdı, 
Qıymadılar qızıl fəsə, Əfəndim!  
 
– Yoxsa elə qırardılar biriniz də qalmazdınız, – dedi.  
– Olan, saza, sözə nasıldılar? Sevərlər, yoxsa nasıl?  
 
Səməd bəy əmr etsə, min qazağı calallar,  
Onnarı görənlər məəttəl qalallar.  
Ustaddardan əhli-mərfət alallar, 
MüĢdahdılar saza, sözə, Əfəndim!  
 
– Olan, yanşax, deyə bilorsun, səxavət əlləri nasıl?  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə