Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə11/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
73 
 
NĠZAMĠ SARAÇLI ĠLƏ  
DEYĠġMƏ 
 
 
Nizami Saraçlı: 
 
Yetmişində qumru kimi ötən yar
Fikir vermə bu dünyada yaşa sən. 
Bel bükülməz, diz titrəməz, əl əsməz, 
Bundan belə yetmiş il də yaşasan. 
 
Hüseyn Saraçlı: 

 
Oğul,  bunu  yaman  tutmusan,  rəhmətliklər  ġair  Nəbi  və 
AĢıq  ġenlik  də  bir-birinə  “yar”  deyə  müraciət  edərdilər.  Burda 
söhbət  o  yardan  getmir,  bu  ustadlar  bir-birinə  “yar”  deyəndə 
pərvərdiyarı  nəzərdə  tuturdular.  Yəni,  biri  o  birinə  demək  istə-
yirdi ki, sən mənim qüdrətimsən. O ki qaldı birinci sözün (bəndin) 
cavabına,  qulaq as: 
 
Bağban gülər bağçasıyla, bağıyla, 
Borclu qalma ömürə sən, yada sən. 
Zülmü boğdum çarığımın bağıyla, 
Dərdim yoxdur yetmiş il də yaşasam. 
 
Nizami Saraçlı: 
 
Ötən günə çox deyibsən qar, a qar, 
Dağ başında mehman olub qara qar. 
Baxtımıza qoy yağmasın qara qar, 
Bu sinnində dözəmməzsən yaşa sən. 
 
 
 


Hüseyn Saraçlı 
 
 
74 
Hüseyn Saraçlı: 
 
–  A  bala,  məni  nə  tez  yudun,  kəfənlədin,  hələ  gözlərim 
açıqdı, barı heç olmasa gözlərimi qapasana.  
 
Mən itirdim tər yanağı, tər gülü
Əvəzində çiçək açdı dərd gülü... 
Bax, qoxla, asta-asta dər gülü, 
Bənzəyirik quruya mən, yaşa sən. 
 
Nizami Saraçlı: 
 
Sən itirdin, mən də tapdım, yarıyıq, 
İkimiz də bu torpağın yarıyıq... 
Olanını yarı topla, yarı yığ, 
Şairi də qocaldacaq yaş asan... 
 
Hüseyn Saraçlı: 
 
Ay  oğul,  hələ  qocalmağa  tələsmə,  ömür  öz  sözünü  vaxtı 
gələndə  deyəcək.  Sən  çalıĢ  təbini  qoru,  qoy  həmiĢə  yəhərli-
yüyənli  at  kimi  könlündə  Ģahə  qalxsın.  Yola  rəvan  olanda  da  su 
kimi axsın durula-durula... Ġndi al cavabını.  
 
Saraçlıyam, könlün mənə imrəndi, 
İmrən, bala, imrən, quzum, imrən di. 
Məndə bu saz, səndə qələm imrəndi, 
Mən qocaldım, bundan belə yaşa sən. 
 
1985 
 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
75 
 
NƏĞMƏLĠ SINƏMDƏ YÜZ DASTAN YATIR 
 
(H.Saraçlının dastan repertuarından seçmələr) 
 
AġIQ ġENLĠYĠN BORÇALI SƏFƏRĠ
1
  
 
Bəli, sizə hardan xavar verim. Qasımlı Səməd bəydən, Səməd 
bəyə  Niqalay  padşah  on  iki  il  iş  verif  əyğinə,  əlinə  qandal  vuruf 
Sibirə, katorquya sürdü. Ancax o, Sibirdən sinəsinə yatan iyiddər-
dən  götürüf  qaçıf  gəlifdi  Boşşalıya.  Boşşalıda  harda  dəli-dlou, 
qaçaq-qoçax varsa, başına yığıf başdef qaçaqlığa. Niqalaya xavar 
çatıf  ki,  Qasımlı  Səməd  bəy  qaçıf.  Yüz  əlli-iki  yüz  qazağı  arxa-
sıncax salıf, başdeflar vuruşa-vuruşa Səməd bəyi gəzməyə. Onnar 
da ki, qazaxı qırıf qoyluyuflar, dalı gəlir, azalmax bilmirdi.  
Bəli, beləjə vaxt keşdi. Payız düşdü. Səməd bəy dedi ki, uşax-
lar,  qavaxdan  yağı  kimi  qış  gəler.  Sarı  qazax  qoymuyajax  rahat 
çörəh yəəh, çünki çuyğul ölmüyüf. Gəlin Türkiyəyə keçək. Yazı-
na  genə  burya  gələrih.  Qıymatda  ağır,  vəzndə  yunul  nə  varsa, 
xurcunnara  təpif  yola  düşdülər.  Keçdilər  Çıldır  mahalına.  Çıldır 
mahalının Şamdıra deyilən bir balaja kəndinə gəldilər. Soruşdular 
ki,  bu  kəndin  başçısı,  qonaqçı  kimdi?  Dedilər,  Bavakişi  oğludu. 
Gəlif  Bavakişi  oğluna  qonax  tüşdülər.  Səməd  bəyin  başında  da 
kimlər oluf: Avdallı Kor İsmeyil, Darvazdı Mehralı, Kor İsmeyi-
lin  qardaşı  Hasanbala,  bayısı  oğlu  İsabalı  Mahmud  oğlu,  kişmiş 
təpəli  Çoyuşun  oğlu  Osman,  daa  kimilər...  Bu  kənd  oluf-qopan 
otuz-otuz beş öy oluf. Düzdü, Bavakişi oğluna ki, qonax oldular, 
ancax burda, ədətiydi, birinin öynə qonax gəlsə, hamı qonax apa-
rırdı:  savax  biri,  günorta  biri,  axşam  da  o  biri.  Amma  tüşərgə 
yerrəri  biriydi.  Camaat  baxdı  ki,  qavaxdan  qış  gəlir,  bunnar  da 
gedəsi qonağa oxşamıllar. Deyəllər, o adamın öyü dağılsın ki, qo-
                                                 
1
 Dastan AĢıq Hüseyn Saraçlının dilindən professor Mürsəl Həkimov 
tərəfindən yazıya alınıb. 


Hüseyn Saraçlı 
 
 
76 
nax  istəməsin,  o  qonağın  da  öyü  dağılsın  ki,  axşam  gəlsə,  savax 
duruf  getməsin.  Qonax  bir  gün  olar,  iki  gün olar,  daa həfteynən, 
aynan yox.  
Ağsaqqal,  qarasaqqal  yığılıf  tədbir  tökdülər,  dedilər:  qonax 
var pendir-çörək qonağıdı, qonax var, bir töyüx, ya bir cüceynən 
yola düşər, qonax da var ki, erkəhnən də yola tüşmür, gərəh tuncu 
mal  olsun.  Bunnar  on  səkkiz  adamdı,  on  səkkiz  atdı.  On  səkkiz 
ata gündə otuz altı çanax arpa lazımdı. Özdərinə üç öynə yeməh, 
o  da  quzu  ətinnən  ploy.  Buna  bizim  tağımız  olmuyajax.  Doqquz 
ay da ki, qışımız var. Bə neyliyək?  
Bavakişi oğlu dedi: musafiri qoylamax olurmu ya? Nə edək? 
Toplaşannar dedi ki, Bavakişi oğlu, sən de, bizdə elə qüvvə yox-
du. Yer qaraykən, yanı qar yağmamış başıyın çarasını qıl.  
– Elə demək olurmu?  
– Niyə olmur? Xəjələt olmaqdansa, demək yaxşıdı.  
Bavakişi oğlu bir axşam qonaxların yanına gəlif dedi:  
– Əzizim Səməd bəy, incimeyin, bir söz dəəjəm.  
Bəy dedi:  
– Buyurun.  
–  Bəyim,  bizim  doqquz  ay  qışımız  var,  sizi  saxlıya  bilmi-
yəjiyik. Yer qaraykən başıyın fikrini çək.  
–  Əfəndim,  biz  sarı  qazağın  əlinnən  qaçdıx.  Burda  bir  quş 
gəlif budağa sığınan kimiyik. Siz qoyluyanda harya gedək?  
–  Sağ  olmuş,  sizi  qoylamırıx  ki,  adın  dünüyü  tutuf  –  Səməd 
bəy belə gəldi, Səməd bəy elə getdi, kəndində hünər varsa, bu tə-
rəfdə,  Ağrı  dağının  dalında  Calalı  kürdlər  var.  Bir  mahaldı,  nə 
İrana  xarc  verif,  nə  Osmanlıya.  Get onu  çal-çap gəti,  sən  də  ye, 
biz də yəəh.  
Səməd bəy dedi:  
– Uşaxlar, atdarı hazırreyın. 
– Əfəndim, bizə bələdçi ver. Biz oruyu tanımerıx.  
–  Bəy  sağ  olsun,  bələdçi  mən  özüm.  Bavakişi  oğlu  bələdçi 
oldu.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə