Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə19/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   15   16   17   18   19   20   21   22   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
105 
Dəmir Qapı Dərbəndə. Çatıf soruşur ki, Ərəb Paşanın xanəsi ner-
dədi,  hardadı?  Belə  baxıllar  bəli,  bax  filan  yerdədi.  Gedif  bunun 
qapısına, o saat mehtərrər bunun atını tutullar, baxıllar bir aşıxdı. 
Paşıya xəbər verillər ki, bir aşıx gəlib, əmr verdi ki, içəri gətirin. 
İçəri  gəldi.  Bunun  başının  adamlarınnan  barabar  oturublar,  söh-
bətdədilər. Dedi, yaxşı oldu, aşıx gəlib, bizə də bir neçə xanə bəl-
kə oxuya. Amma baxdılar ki, elə bir aşıxdı ki, eni uzunundan bir 
qarış  artıq,  bığlar  pələ  comuş  buynuzu  kimi  süysününnən  aşıb. 
Amma bunun sazı da balaca şeydi, balaca da olanda deyir üstün-
də bir adam bardaş qurub otura bilərdi. Amma Koroğluya elə gö-
rünürdü,  elə  bil  yeddi  telli,  beş  telli  bir  cürədi.  Aşıxsan?  Dedi, 
bəli. Hardansan? Dedi, Qapının o üzünnənəm. Dedi, bizə bir neçə 
türkü söyləyərsənmi? Dedi, baş üstə, söylüyərəm. Götürüb burda 
buna  nə  diyəcək,  istədi  ki,  sazını  düzəltsin,  oxusun,  bu  annan 
eşikdən xəbər gəldi, mehtər gəldi ki, Paşam sağ olsun, aşığın atı 
beyqırı  içəridə  qırx  atı  tələf  etdi.  Koroğlu  tez  qalxıb  gedib  atını 
apardı  bir  ayrı  yerə  bağlayıb  gəldi.  Götürüb  orda  Koroğlu  nə 
diyəcək,  tərəfinnən  ərz  eliyək,  xoşbaxt  olun.  Burda  bir  Koroğlu 
“Misri”sini çalır. 
-
 
Ay aşıx, çox ucadan bağırma, - dedi, qafamızı qaldırırsan 
ulan, nağayrırsan? 
Dedi, nağayırım, paşam sağ olsun, səsim elədi. Nə dedin ə? 
 
Gəl sənə söylüyüm, ay Ərəb PaĢa, 
Yerimi xəbər alsan, Muradbəyliyəm. 
Yağı düĢmannar üzü bəri dursa
Əldə qılınc düĢman bağrını teyliyəm. 
 
Dedi,  əyə,  aşıxsan,  amma  qılışdan,  qannan  danışırsan.  Nətər 
aşıxsan? 
Növbaharda bu seyranə çıxmasan, 
Bağ becərib sən gülünü dərməsən
Bir ilqara gəlmiĢəm, əgər onu verməsən
Çəkib qılıncımı mən də sovluyam. 


Hüseyn Saraçlı 
 
 
106 
 
Nə  ilqara  gəlmisən,  aşıq,  mən  sənin  üzünü  budu  gördüyüm. 
Nə ilqar vermişik sənə. Dedi, bəli. Qulaq as deyəjəm. 
 
Çənlibeldən bu diyara gəlmiĢəm, 
Verdiyiniz o ilqara gəlmiĢəm. 
Koroğluyam, doğru yara gəlmiĢəm, 
Seçib gözəlləri mən də boyluyam. 
  
Koroğlu adını eşidəndə Ərəb Paşanın dünya başına hərrəndi, 
gözünə  qarannıq  endi.  Fikirrəşdi,  böyründə  həzaratdar  oturub, 
vəzir-vəkili, filanı. Dedilər, paşam sağ olsun, niyə durdun? Dedi, 
nağayrım? Dedi, yox desən birimizi qoymuyajax eşiyə çıxmağa. 
Bir qızdı, ver da. Paşa bir az fikirrəşdi, dedi, Qoç Koroğlu, adını 
eşitmişdim, üzünü görməmişdim. Amma üzünü də gördüm. Dedi, 
yaxşı iyidin adını eşit, üzünü görmə. Amma bu şərtnən qızı verə-
jəm sana, gərək özün də burda qalasan, kürəkənim olasan. Koroğ-
lu  bir  az  fikirrəşdi,  dedi  əyə,  indi  mən  Çənlibeli  buraxıb  bir  ar-
vaddan  ötrü  burda  qalım,  mana  dama  girən  deyəjəklər.  Bə 
nağayrım? Dedi, gəl hələlik hə deynən. İndi sabah çıxıb gedəndə 
kim sənin qabağına durajax ə? Bəli, dedi, baş üstə.  
Koroğlunun  toyunu  eliyillər,  qızı  verillər.  Ustaddan  eşitdiyi-
mizə görə, bir rivayətdə deyillər bir üç ay burda qaldı, bir rivayət-
də deyillər bəlkə bir az da artıq. Koroğlu fikirrəşdi ki, ayə, Xotyar 
qızı orda gözdüyür, 7777 dəli, qoçaxlarım orda gözdüyür, mən bir 
qızın  yanında  burda  niyə  dururam?  Dedi,  Mömünəxanım.  Dedi, 
bəli.  Dedi,  mən  gedəsiyəm.  Harıya?  Dedi,  vilayətimə.  Axı,  mən 
Çənlibeldəyəm,  mənim  başımda  7777  dəli  gözdüyür.  Dedi,  bə 
mən?  Dedi,  səni  də  sonra  gəlib  apararam.  Yəni  neçə  gün  çəkər, 
neçə ay çəkər? Dedi, çox çəkməz, çox çəksə 18-20 il. Dedi, yaxşı 
vədə verirsən. Bəs, mən həmiləyəm, mənnən uşax olacax, bə bu-
nu kim saxlasın? Bir bazubəndi var idi, qiymətdi bazubənd, qızıl 
bazubənd.  Götürüb  verdi,  dedi  al  bu  bazubəndi,  qız  olarsa 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
107 
biləyinə bağla, yanında saxla, oğlan olarsa, biləyinə bağla mənim 
dalımcax gəlsin. Gəlsin məni tapsın, əyər gejiksəm. 
Halal-hümmət eliyib burdan yola tüşüb Koroğlu getməkdə ol-
sun, aşıx dili yüyrək olar, gedib çatır Çənlibelə. Böyük bir şaddıx, 
beş yüz öyəc qırıldı. Osmannının narşərabından tökdülər, yemək-
içmək. Niyar xanım dedi, əyə, yaxşı, dörd-beş aydı sən gedifsən, 
niyə boş gəldin? Dedi, ay Niyar xanım, vallah, gətirəmmədim da, 
gətirmədim. Dedim, bəlkə irazı olmursan. Dedi, əyə, bə yaxşı, ne-
jə ayrıla bildin onnan? Dedi, qulaq as, gör nətər ayrıldım. Burda 
götürüf  nə  oxuyur,  tərəfinnən  ərz eliyək,  burda bir  “Kürdü  Kor-
oğlu” deyirik, “Koroğlu gəraylısı” oxuyur. Görək nətər oxuyur: 
 
Sənə deyim, Niyar xanım, 
Ağlar qaldı yar, nə deyim? 
Sənə qurban Ģirin canım, 
Ağlar qaldı yar, nə deyim? 
 
Dedi əyə, nətər ağlar qaldı? Niyə? Ayrılanda nətər oldu? 
 
Ayrılanda məlil oldum, 
Qürbətdikdə zəlil oldum, 
Mömünəyə dəlil oldum, 
Ağlar qaldı yar, nə deyim? 
 
Koroğluyam, cannan oldum
Həmi din-imannan oldum, 
Həmi sultan, xannan oldum, 
Dünya mənə dar, nə deyim? 
 
Doğrudan, orda xannığ idi, xan da ola bilərdim, amma dünya 
mənə dar oldu. Siz burdasınız. Söz cavabını tamam eliyib bunnar 
burda qalmaxda olsun, sizə xəbəri kimnən verəjəm, Mömünə xa-
nımnan.  9  ay,  9  gün,  9  saat,  9  dəqiqə  keçəndə  dünya  üzünə  bir 
oğlu  olur.  Adını  qoyullar  Hasan  bəy.  Bağışdıyın,  burda  bunun 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə