Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   5   6   7   8   9   10   11   12   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 24 -
«izdivac» anlamında da işləldilməsi onun məna çalarlarında «nişan», «əlamət» 
məhfumunun dayandığını təsdiqləyir. Məsələn, ulu ozan aşıq Qurbanidən bir 
bəndi yada salaq: 
  
Qurbani der: «Bu dərdləri biləsiz,
   
Qohum-qardaş yığılıban gələsiz,
   
Adna axşamında 
bəlgə qoyasız,
   
Kəsilə qovğası-qalı qızların.
Bütün bunlardan başqa, orta əsrlərdə üzərində hökmdar möhürü (möhrü-
humayun) olan fərmanlara, sənətkarların (nəqqaş, zərgər, silah ustası, bənna, 
xalçaçı  və  s.)  müəlliflik  hüququnu  özündə  əks  etdirən  lakonik  ornamental 
nişanlara, gömrük rüsumuna, pul ilə ödənilən vergilərə də «damğa» deyilir, 
həmin  vəsaitləri  toplayan  məmurlar  isə  «damğaçı»  (orta  əsr  Rusiyasında  - 
tamqaç)  adlandırılırdı.  Bundan  başqa,  hökmdar  saraylarında  «möhrdar» 
vəzifəsi  də  mövcud  idi.  Mahmud  Kaşğariyə  görə,  Səlcuq  dövlətində 
«tuğralığ» (nişan/damğa vuran) adlı məmur vəzifəsi də mövcud olmuşdur.
15
 
Oğuz  yabqu  dövlətində  hökmdarın  möhür  və  fərmanlarına  «tuğrağ»  və  ya 
«tuğra» deyirdilər. Bu söz digər türklərə tanış deyildi. Oğuzlar bu kəlməni 
tarixi Azərbaycan və Anadolu ərazilərinə gətirmişdilər. 
Maraqlıdır  ki,  Çingiz  xanın  özünün  və  ailə  üzvlərinin,  sərkərdələrinin 
damğaları  olsa  da,  o  dövrdə  onların  da  «möhür»  və  ya  «tuğra»  anlayışları 
yox  idi.  Orta  əsr  Çin  mənbələrinə  görə,  xanı  möhür  ilə  əsir  götürdüyü 
uyğur əsilzadəsi Tatatuna tanış etmişdir. Çin dilində yazılmış «Men-da bey-
lu»  salnməsində  bildirilir  ki,  Çingiz  xan  ondan  möhurdən  nə  üçün  istifadə 
olunduğunu soruşmuş və Tatatuna cavab vermişdir: «
Möhür bütün işlərdə, 
vergi yığımında, insanları vəzifəyə təyin edəndə xanın əmrinin həqiqiliyini 
göstərmək üçündür. Çingiz xan bu sözləri bəyənmiş, fərmanlarını möhurlə 
təsdiqləməyi  əmr  etmiş,  Tatatunanı  tuğraçı  kimi  öz  əyanları  cərgəsinə 
qoşmuşdur».
16
 Sonrakı tarixi sənədlərə əsasən, xarəzmşahların «Mühür basdı 
buğdayğa»,  çingizilərin «Tamqa  daruba  buğdayda»  kimi  ideomatik ifdələri 
damğaların paralel olaraq möhür kimi istifadə olunmasına işarə edir.
Qızıl Orda dövlətinin öz ərazilərini Şərqi Avropaya, Qafqaza və Mərkəzi 
Asiyaya doğru genişləndirdiyi dövrdə «damğa» sözünün izahı daha iki anlamla 
– «xan möhuru olan sənəd» və «pul vergisi» yozumları ilə zənginləşmişdir. 
XIII  əsrdən  sonra  Rusiyada  ticarət  sövdələşmələrinin  rüsumu  belə 
15 
 Faruq Sümər. «Oğuzlar». Bakı: “Yazıçı”, 1992.
16  
В.Беляев, С.Сидорович. «Новая интерпретация иерогрифа «бао»  на монетах монгольских улу-
монетах монгольских улу-
сов», Эпиграфика Востока, XXIX, РАН, Институт Востоковедения, Москва, 2011.


Damğalar, rəmzlər… mənimsəmələr
- 25 -
adlandırılırdıMüasir rus dilində «gömrük» anlamı verən 
«таможня» sözü də 
qədim «tamqa» kəlməsindən törəyərək, orta əsrlər Rusiyasında «tacirlərdən 
damğanın (rüsumun) alındığı yer» mənasında işlədilirdi. Şərqşünas Kristian 
Frenin
  (1782-1851)  qənaətinə  görə,  qazax,  qaraqalpaq,  türkmən  dillərində 
«pul»  anlamını  verən  «tanqa»  və  «tenge»  kəlmələri  də  kökünü  «tamqa» 
sözündən götürmüşdür.
17
 XIV əsrdən etibarən «tenge» rus yazılı mənbələrinə 
daxil olmuş, sonralar fonetik təhrifə məruz qalaraq 
«denqi» şəklini almışdır. 
Bu kəlmə əvvəllər nominal dəyəri yarım qəpik olan metal sikkə, sonralar isə, 
ümumiyyətlə, «pul», «əskinas» anlamını vermişdir.
Damğa sahibinə itaət etməyən qulun, əsirin, ağır cinayətlərdə ittiham olunan 
məhkumun  bədəninə  də  vurulurdu.  Bu  söz Azərbaycan  xalq  poeziyasında, 
ideomatik ifadələrdə mənfi çalarlı məcazi məna daşıyaraq, «böhtana məruz 
qalmaq», «şərlənmək», «ləkələnmək» anlamını da verirdi. Ötən əsrin 30-cu 
illərində kütləvi bolşevik repressiyalarının qurbanı olmuş böyük Azərbaycan 
şairi Əhməd Cavad Sibir məhbəslərində qələmə aldığı son şeirində bunları 
yazırdı: 
«Damğa  vurub,  zəncirləyib  tullamışlar  zindana,  Qara-buzlu 
cəhənnəmlər məskən olmuşdur mana».
Damğa tarixi  yaddaş daşıyıcısı kimi
 
Azərbaycanın zəngin etnoqrafik materialları, maddi-mədəni irs nümunələri, 
xüsusilə bu gün «milli ornamentlər» kimi tanıdığımız unikal rəmzləri arasında 
yer alan damğa işarələrinin tədqiqi üçün kifayət qədər mənbə vardır. Lakin 
«rasional» tənqid uzun müddət sosial yaddaşı üstələmiş, bu nişanlar xronoloji, 
tarixi-coğrafi və etnoloji aspektdə kompleks şəkildə araşdırılmamışdır. Tarixi 
məsələlərə, bir qayda olaraq, daha geniş müstəvidə yanaşan rasionallıq üçün 
bu işarələr «xırda təfərrüatlar», əlavə tədqiqat vaxtı tələb edən «əhəmiyyətsiz 
detallar» olmuşlar. Xalq yaddaşı isə sintezə meyillidir, «kiçik təfərrüatları» 
bir  araya  gətirərək  onların  əsasında  tarixi  hadisələrin  ümumi  mənzərəsini 
bərpa  etməyi  bacarır.  Bu  baxımdan,  damğa  və  rəmzlərin  öyrənilməsi  üçün 
rasional  tarixşünaslıqla  xalq  yaddaşının  bir  araya  gəlməsi,  onlar  arasında 
sağlam rabitənin yaradılması olduqca vacibdir. Çünki yuxarıda vurğulandığı 
kimi, əsrlər boyu geniş tətbiq funksiyaları ilə seçilən qədim damğa işarələri 
bu  gün  təkcə  tarixşünaslıq  baxımından  deyil,  xalqımızın  etnogenezinin, 
etnomədəniyyətinin,  etnopsixologiyasının,  onun  ərazi  mənsubiyyətinin, 
17 
 M.Fraehn. «De origine vocabuli rossici - denqi». Kазань, 1815.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə