Damğalar, rəmzlər… mənimsəmələr
- 29 -
üçün bəzən onu üzüaşağı şəkildə təqdim etməkdən də çəkinmirlər. Lakin
belə olan təqdirdə də işarə yenə də ortaq türk damğası olaraq qalır və Göy-
türk əlifbasında və damğa təsnifatında «ev» anlamını verən işarəyə çevrilir.
Bu işarənin Azərbaycanla bilavasitə əlaqəsini sübut edən amillərdən biri də
onun Abxaziyada hökmranlıq etmiş məşhur Şervaşidze knyaz sülaləsinin
damğası olmasıdır. Təqribən 700 il yaşı olan bu sülalənin nümayəndələri
bu gün də özlərini Şirvanşahlar dövləti hökmdarları nəslinin davamçıları
hesab edirlər.
19
Bakı xalçaçılıq məktəbi nümunəsi üzərində bəzi ortaq türk damğa
işarələri
və qoç rəmzləri
Qədim türk damğa işarələri sırasında Humay Ananın rəmzlərindən sayı-
lan «tumar», «tumarça», «bitik»
(pitik – qədim türkcə «yazı») anlamını verən
digər işarə və onun çoxsaylı variantlarının, məsələn,
qədim adları dəyişərək müasir xalçaçılıq sənətində «tilsim», «nəzərlik»
kimi qalmışdır. Bu işarə və onun çoxsaylı bədii variantları Mərkəzi Asiyada
«kos tumarşa»
(qoşa tumar), Anadoluda isə həm damğa, həm də xalça or-
19 «
Род князей Шервашидзе (историко-генеалогическое исследование)», http://www.nplg.gov.ge/
dlibrary/collect/0001/000263/KNIGA-SHERVASHIDZE-1.pdf
Damğalar, rəmzlər… mənimsəmələr
- 30 -
namenti kimi «saçbağı», müasir anlamda desək, «qız-gəlinlərin hörüklərinin
ucuna vurulan bant» adlanır. Azərbaycan və Anadolu xalçaçılıq sənətində
bu rəmz Cənnət bağını simvolizə edir. Vaxtilə əski türk inanclarında Tenqri
xanı və Humay Ananı simvolizə edən, sonralar Hun dövlətinin bayraqlarını
bəzəyən bərabərtərəfli «aça» və ya «haça» işarəsi də islam dini-
nin yayılmasından sonra ilkin semantikasını itirmiş, Azərbaycan xalçaçılığın-
da «nəzərlik», «göl» elementinə, Qazaxıstanda isə hətta «dördqulaq» adlandı-
rılan ornamentə çevrilmişdir. «Əli belində» kimi tanınan tərtibat elementi
və onun stilizə edilmiş variantlarının kökündə, əslinə qalsa, həm damğa,
həm də Göytürk əlifasında «ər» qrafemi kimi tanınan işarə dayanır. Bun-
dan başqa, «Ay-Günəş»
(Ay-ulduz) rəmzi
Mərkəzi Asiyada
«balalı Ay» naxışına, bəzi oğuz və qıpçaq tayfalarının tanınma-fərqləndirmə
nişanı olan işarəsi milli xalçaçılıqda «bərəkəti, bolluğu və gücü ifadə edən
heyvan motivinə» transformasiya olunmuş «ikibaşlı qartal»
(dünyəvi və
dini hakimiyyətin birliyi) mifologeminin təcəssümü olan işarəsi isə
damğa
nişanı kimi «qazan» və «qumquma»
(döyüşçünün kəmərindən və ya çiyindən
asılan dəri su qabı) adlarını qazanmışdır.
Başqa bir misal. Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid
edilən xovlu xalçaların «hərsin» adlanan ornamentinin müxtəlif variantla-
rına, məsələn, işarələrinə Ön və Mərkəzi Asiyada, Şimali Qafqaz-
da, Sibirdə, Krımda və Şərqi Avropada aşkar olunmuş qədim və orta əsr türk
damğaları arasında, xalça, keçə və zərgərlik məmulatında geniş rast gəlinir.
Bu işarə eyni zamanda Krımda məskunlaşmış onqurların
tanınma-
fərqləndirmə nişanları
20
və Kuşan hökmdarı I Kadfizin damğası ilə yaxın
təsvirə və eyni semantikaya malikdir.
21
Bir sıra nüfuzlu türkoloq və qafqaz-
şünaslar, o cümlədən Vitali Butba onqurları mənşə baxımından türk
- «uy-
ğur tayfaları və ya onlarla eyni etnik kökə malik tayfalar» adlandırır.
22
Bu damğa iki seqmentdən – «Kitabi-Dədə Qorqud» eposunda «Qaba Ağac»,
Altaylarda «Töz Ağac», Mərkəzi Asiyada «Bayterek»
(Baş Ağac, Baş Dirək
və s.) adlanan Dirilik Ağacı rəmzindən və əski Şumer simvolizmində
«gəmi», «qayıq», türk rəmzləri içərisində
«ikibaşlı qartal» işarəsindən
20 3.Мифтахов. «Первые булгарские
государственные образования,
Курс лекций по истории
татарского народа», Государственный
Педагогический Университет, Казань, 2002.
21
А.Akishev. «Art and mythology of sakas», Kazakh SSR, Alma-Ata, 1984
22 В.Бутба. «Труды»,
Академия Наук Абхазии, Абхазский Институт Гуманитарных Исследований
им. Д .И . Гулиа, Сухуми, 2005
Damğalar, rəmzlər… mənimsəmələr
- 31 -
və «Ay», «yay», «açılmış qartal qanadları» anlamlarını verən Tanrı nişa-
nından
ibarətdir. Bütövlükdə həmin işarə nəslin və ya tayfanın Tanrı
mühafizəsində, Dirilik Ağacının nəzərində olması yozumunu verir.
Qarabağ xalçalarında (Cəbrayıl qrupu) «hərsin» adlanan ornament; Duz torbası (yun,
xovsuz. Ordubad rayonu, Gənzə kəndi 1910-cu il) üzərində «baltavar», «xan damğası», iki-
başlı qartal» işarəsi
23
Qeyd olunduğu kimi,
damğa işarələrinin aparıcı funksiyalarından biri on-
ların paralel olaraq qədim dövlətçilik rəmzlərini
ifadə etməsidir. Rusiyalı alim
Valeri Olxovskinin də fikrincə, tarixi dövrlərin və bu dövrlərdə cərəyan et-
miş ictimai-siyasi və etnik proseslərin müəyyən olunmasında, dövlətlərin
və tayfa birliklərinin
(konfederasiyaların) yaranması və süqutu səbəblərinin
öyrənilməsində damğaların əhəmiyyətli rolu vardır. V.Olxovski yazır ki,
«hətta
qədim sənədlərə, daş kitabələrə, metal pullara və s. möhür kimi vurulan bu
işarələr vasitəsilə ayrı-ayrı tarixi şəxsiyyətlərin (hökmdarların, sülalələrin)
hakimiyyət illərinin də olduğu müddəti dəqiqləşdirmək mümkündür».
24
Onu da əlavə edə bilərik ki, araşdırma obyekti olan damğa işarələri tayfalar
və nəsillər arasında dominant-vassal münasibətlərinin, miqrasiya prseslərinin,
hərbi-siyasi ittifaqların tədqiqində, aparıcı etnosun, inancın, etnomədəniyyətin
və dilin müəyyənləşdirilməsində mühüm vasitələrdəndir. Belə ki, bəzən kon-
ket tayfanın, nəslin müxtəlif dövrlərdə istifadə etdiyi damğalar ayrı-ayrı tarixi
dövrlərdə baş verən hərbi, ictimai-siyasi və mədəni hadisələrdən asılı olaraq
dəyişir, ilkin tanınma-fərqləndirmə nişanlarında seçilən işarələrlə əvəzlənir, ya
da yeni məzmun kəsb edən seqmentlərlə zənginləşir. Digər tərəfdən, Azərbaycan,
23
http://ordubad.ucoz.com/news/ordubad_xalcalari/2013-11-05-71
24 В. Ольховский «Тамга (к функции знака)», Историко-археологический альманах, No 7, Армавир, 2001