Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   2   3   4   5   6   7   8   9   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 17 -
damğa nişanları əsas etibarilə əmlak, mal-qara üzərində fərdi və ya kollektiv 
mülkiyyət hüququnu ifadə edirdisə, türk xalqlarında, ilk növbədə, etnik və 
nəsil-tayfa mənsubiyyətini, dini və sosial mənşəyi, ayrı-ayrı fərdlərin, nəsil 
və ya tayfanın statusunu və s. bildirir, dövlət rəmzləri olaraq bayraq və tuğ 
başlıqlarını bəzəyirdi. 
Təhlillərə  əsasən,  türk  xalqlarında  damğa  işarələrinin  təyinatı  və 
funksiyaları kifayət qədər geniş olmuşdur. Onlara xalq, tayfa və ya nəsillərin 
dövlətçilik ənənələri, həyat tərzi, təsərrüfat fəaliyyəti, hərb sənəti, inancları ilə 
bağlı müxtəlif yerlərdə rast gəlmək mümkündür. Məsələn: 

döyüş bayraqlarında və hökmdar sancaqlarının başlıqlarında;

zireh, dəbilqə və qalxanlarda, kəsici silahların tiyəsi üzərində;

yasaq ərazilərin və şəxsi sahələrin sərhədlərində;

 xalça və xalça məmulatlarında, keçələrdə, ipək parçalarda;

bəzək əşyalarında;

bədənin əl, qol, bilək, alın hissələrinə vurulan döymə naxışlarda (tatu);

dulusçuluq və zərgərlik məmulatlarında;

baş geyimlərində (papaq və yağmurluqların/araqçınların) üst hissəsində, 
gəlinlik geyimlərinin, uşaq paltarlarının, yapıncıların üzərində;

ev, alaçıq və çadırların divarlarında, qapı çatılarında;

məzar daşlarında;

dini inanc yerlərində;

nəzərlik xarakterli əşyalarda;

iri və xırda buynuzlu ev heyvanlarının, atların və dəvələrin bud, alın, qulaq 
və quyruq hissələrində;

qoşqu vasitələrində (araba, qazalaq və s.);

anbar və tövlələrin giriş hissəsində və s.
Bu  baxımdan,  B.Ögəl,  O.Akçokraklı,  V.Olxovski,  Ə.Canıbəyov, 
L.Lavrov,  K.Əliyev,  V.Flerova,  İ.Baski,  E.Triyarski  və  X.Yaxtaniqov  kimi 
tədqiqatçıların apardıqları araşdırmaların nəticələrini ümumiləşdirsək, ortaq 
türk  damğalarının  tarixşünaslıqda  xüsusi  əhəmiyyət  kəsb  edən  aşağıdakı 
aparıcı funksiyalarını önə  çəkə bilərik: 
  1. Etnik mənsubiyyət göstəricisi. Məlumdur ki, ortaq türk damğaları təkcə 
özünün qədimliyi ilə deyil, həm də spesifik qrafik təsvir üslubları və türk mifik 
təfəkkürü, inancları, yaşam tərzi, hərb sənəti, dövlətçilik ənənələrinə söykənən 
semantikası  ilə  başqa  xalqların  etnik  tanınma-fərqləndirmə  nişanlarından 


Damğalar, rəmzlər… mənimsəmələr
- 18 -
kəskin şəkildə fərqlənir. Belə olan təqdirdə, hər hansı bir qədim xalqın və ya 
tayfanın  etnogenezinin,  məskunlaşma  ərazilərinin  müəyyənləşdirilməsində, 
dövlətçilik tarixinin öyrənilməsinə dair mübahisələrə son qoyulmasında digər 
etnomədəni əlamətlərlə yanaşı damğa işarələrinin də həlledici rolu vardır. O 
da məlumdur ki, saka-skif, sarmat, parf, sasani və s. damğaları içərisində etnik 
türk  damğalarının  da  geniş  yayılması  bu  konfederasiyaların  və  dövlətlərin 
qurulmasında türk tayfalarının fəal iştirakının sübutlarındandır. Bundan başqa, 
damğa  işarələrinin  genezisinin,  yayılma  areallarının  araşdırılması  müxtəlif 
tarixi dövrlərdə türk tayfalarının formalaşması, etnogenezi, məskunlaşma və 
miqrasiya prosesləri barədə qəti elmi fikirlər söyləməyə əsas verir. 
Məsələn, 2012-ci ildə Türkmənistan Elmlər Akademiyası Arxeologiya və 
Etnoqrafiya İnstitutunun ekspedisiyası Göytəpə ətrafı (inzibati-ərazi vahidi) 
Izqand yaşayış məntəqəsi yaxınlığında, Daşlıtəpə adlanan ərazidə qazıntılar 
zamanı antik dövrlərə aid bir sıra maddi-mədəniyyət nümunələri ilə yanaşı, 
üzərində «xan damğası» və ya «baltavar» işarəsi olan 
 saxsı qab parçası 
da  aşkar  etmişdir.  İnstitutun  professoru  Ovez  Gündoğduyev  qədim  və  orta 
əsr  türkmən  tayfaları  arasında  həmin  tanınma-fərqləndirmə  nişanının  geniş 
yayıldığını vurğulayaraq, damğanın Parfiya hökmdarlarından birinə məxsus 
olduğunu bildirir. Alim qənaətini onunla əsaslandırır ki, burada məskunlaşmış 
massaget və sarmat-alan tayfaları sonralar birləşərək qədim oğuzların böyük 
hissəsini  təşkil  etmişlər.  O  yazır:  «
Parfiya  imperiyası  tarixdən  silinsə 
də,  onu  yaradan  xalq  yox  olmamışdır.  Vaxt  ötdükcə  Türkmənistan 
ərazisindəki qədim etnoslar güclü oğuz ittifaqını yaratmışlar. Bu ittifaqın 
iri şəhərlərindən biri də Izqand – Oğuzkənd olmuşdur. Odur ki, «parf 
hökmdarlarının» damğasının burada tapılması təəccüb doğurmamalıdır. 
Bu  işarə  həm  də  oğuzların  kınık  tayfasının  rəmzi  olmaqla  səlcuqların 
sikkələri üzərinə də basılmışdır. Təsadüfi deyildir ki, Mixail Psell (1018-
1078-ci  illərdə  yaşamış  Bizans  tarixçisi  və  filosofu) 
Səlcuq  dövlətinin 
ilk  hökmdarı  olmuş  Məhəmməd  Toğrul  bəyi  «Parfiya  sultanı» 
adlandırmışdır».
5
2. Dominant etnomədəniyyətin təzahürü. Mübaliğəsiz deyə bilərik ki, 
damğa işarələrinin bu funksiyası Kür-Araz mədəniyyətinin, Şimali və Cənubi 
Qafqazda,  Anadoluda  aşkar  olunan  maddi-mədəniyyət  nümunələrinin, 
Qərbi Azərbaycandakı qayaüstü təsvirlərin etnik mənşəyi, Arşakilər, Qafqaz 
5  
О.Гундогдыев. “Знак парфянских царей из селения Ызган”, http://www.turkmenistan.gov.
tm/?id=3103


Damğalar, rəmzlər… mənimsəmələr
- 19 -
Albaniyası,  Səfəvi  dövlətləri  və  s.  ətrafında  yaranan  mübahisələrə  tarixi-
etnoqrafik  baxımdan  son  qoyulması  üçün  əlverişli  imkandır.  Məsələn, 
Dərbənd qala divarlarının hörgü daşları üzərindəki 500-dən çox damğa işarəsi, 
Göytürk əlifbası qrafemləri və ortaq türk damğaları əsasında yaranan Qafqaz 
Albaniyası əlifbasının işarələri, bu dövlətə aid xristian abidələrində tipik türk 
sakral  nişanlarının  həkk  edilməsi,  Alban  hökmdarı  Asfagenin  möhürü  ilə 
Hun, Xəzər, Qızıl Orda rəmzləri arasında heyrətamiz eynilik, «erməni xalça 
naxışları»  adı  altında  tanıdılan  nümunələrin  tamamilə  etnik  türk  tanınma-
fərqləndirmə  nişanlarından  ibarət  olması  və  s.  mənimsəmələrə  qarşı  ciddi 
müqavimət  olmaqla,  bu  ərazilərdə  tarixən  hansı  mədəniyyətin  dominat 
rolunun ifadəçisidir. 
3. Statusun, dominant-vassal münasibətlərinin əlaməti. Damğaların bu 
funksiyasının əhəmiyyəti, məsələn,   «baltavar»,         «yay» və «yay-
ox» işarələri «hakimiyyət», «dominatlıq», onların üzüaşağıya çevrilmiş tipləri  
 
    müstəqillik  hüquqlarının  nisbətən  məhdudlaşdırılmasını  ifadə 
edirdisə, «ox»   və «baltavarın» digər variantı   vassallığı bildirirdi. Orta əsr 
rus knyazlıqlarının bayraqlarındakı həmin etnik türk işarəsinin variasiyaları 
 
   onların həqiqətən də Qızıl Orda dövlətindən asılılıqlarından xəbər 
verir. Krımdakı Kırkör (Qırx yer) bəyliyinin qoşa «baltavar» damğası isə    
onun eyni zamanda həm Krım xanlığının, həm də Osmanlı dövlətinin vassalı 
olmasının  ifadəsidir.  Başqa  bir  misal. Ağqoyunlu  dövlətinin  bayrağında  bu 
sultanlığı təşkil edən bayandur boyunun «zənginlik» anlarmı verən damğası 
 (etnik xalça ornamentlərinə istinadən «yüklü dəvə» kimi yozula bilər) həkk 
olunmuşdu. O da məlumdur ki, müəyyən tarixi dövrlərdə bir tayfanın və ya 
nəslin, bəyliyin, dövlətin öz damğa işarəsini dəyişməsi, başqasının tanınma-
fərqləndirmə nişanını götürməsi onun digərinin tabeliyinə keçməsinin əlaməti 
sayılır.
Burada  kitab  boyu  vurğulanacaq  bir  məsələnin  qısa  anonsunu  vermək 
istərdik. Təhlillər göstərir ki, erməni xalqında tarixən etnik damğa işarələri, o 
cümlədən hər hansı bir milli dövlətçilik rəmzləri olmamışdır. Eyni zamanda, 
erməni dilinin lüğət tərkibində də «damğa» anlamını verən söz və ya ifadə 
yoxdur.  Məsələn,  ornamentlərdən,  dini  rəmzlərdən,  qayaüstü  təsvirlərdəki 
işarələrdən bəhs olunarkən «möhür» mənasında işlədlən «droşm», fars mənşəli 
«nişan» və ya xalis türk sözü olan «bitik» (pitik - «yazı», «yazılı dua», «tilsim») 
kəlməsinin  «pitak»  şəklində  təhrif  olunmuş  variantını  işlədirlər.  Erməni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə