www.ehlibeyt-aka.com
52
əlavə, rəvayət və hədislər də bu mənaya dəlalət edir. Deməli, kimliyindən
asılı olmayaraq, hətta peyğəmbər və imam olsa belə, Allahdan baĢqası
üçün səcdə edə bilməz.
Ġmamiyyə Ģiəsinin əhli-beyt imamlarının qəbirlərinə səcdə etməsi
məsələsinə gəlincə isə bu məsələ tamamilə iftira və böhtandır. Allah-taala
Qiyamət günündə hər iki tərəfi toplayıb öz hökmünü verəcəkdir. Çünki O,
hakimlərin hakimidir.
ġiə ümmətinə böhtan atanlar bu məsələdə daha da mübaliğə edərək onlara
daha alçaq iftira yapıĢdırmıĢlar. Belə ki bəziləri iddia edirlər ki, Ģiə ümməti
öz imamlarının qəbirlərindən torpaq götürüb ona səcdə edirlər. Pak və
münəzzəh olan Allaha bu böhtandan pənah aparıram.
Budur, bu da Ģiə kitabları, istər qədim, istərsə də müasir, istər çap
olunmuĢ, istərsə də əlyazması olsun, hamısı yekdilliklə Allahdan baĢqasına
olan səcdəni haram edir. Onlara torpağa sitayiĢ etdiklərini deyən Ģəxslər ya
bilərəkdən böhtan atır, ya da hər hansı bir Ģeyə vasitə olaraq səcdə etməklə
həmin Ģeyi sitayiĢ obyekti bilmək arasında fərqi görmür.
ġiələr namazda üzərinə səcdə edilən Ģeyin torpaq, yəni daĢ, kəsək,
qum, çınqıl, həmçinin yeyilməyən və geyilməyən yerdən çıxan hər hansı
bir Ģey olmasını Ģərt bilir. Lakin bu deyilənlər içərisində torpağa edilən
səcdə daha üstün, bundan da üstünü isə Kərbəla türbətinə edilən səcdədir.
Bu məsələdə onlar öz məzhəblərinin məsum imamlarına tabe olmuĢlarsa,
onda Ģiələri necə müĢrik hesab etmək olar?!
Kərbəla türbəti nəinki Peyğəmbər üçün səcdəgah və tahur (paklayıcı)
qərar verilmiĢ bir torpaqdır, hətta məqam və Ģərəf cəhətdən digər
torpaqlardan ən üstünüdür. Çünki Kərbəla torpağı aləmlərin ağası,
Peyğəmbərin risalətini diriltmək üçün özünü, əhli-beytini və səhabələrini
qurban vermiĢ Ġmam Hüseyni (ə) ağuĢuna almıĢdır.
www.ehlibeyt-aka.com
53
Sünni və Ģiə qaynaqlarına əsasən, Kərbəla türbətinin fəzilətinə dəlalət
edən hədislər nəql olmuĢdur. Tutaq ki, bu türbətin fəzilətinə dəlalət edən
hədislər gəlməmiĢdir, məgər yaxĢı olmazmı ki, müsəlman bu torpağa
hörmətlə yanaĢıb, namazın səcdəsində alnını onun üzərinə qoysun?!
Bu türbətə səcdənin səhih olmasından əlavə, onda din və
müsəlmanların islahı yolunda qətlə yetirilmiĢ Ģəxsə iĢarə vardır.
3)
Bu türbətə səcdənin daha fəzilətli olması:
Bu türbətə səcdə etməyin daha fəzilətli olması məsələsinə gəlincə isə
nəql olunan hədislərin açıq-aĢkar dəlaləti bu mənaya iĢarə edir. Həmin
hədislərdən ikisini qeyd edək:
1)
ġeyx Tusi “Misbah” kitabında Müaviyə ibn Əmmardan nəql edir ki,
Ġmam Sadiqin (ə) yaĢıl ipəkdən bir kisəsi var idi. Onun içində Ġmam
Hüseynin (ə) türbətini saxlayardı. Namaz vaxtı yetiĢən kimi həmin
türbəti səccadəsinin üzərinə tökərək alnını səcdədə onun üzərinə
qoyardı. Ġmam Sadiq (ə) belə buyurardı: “Ġmam Hüseynin (ə)
türbətinə səcdə etmək yeddi maneə olan pərdəni yarır.”
84
2)
Ġbn Babəveyh Ġmam Sadiqdən (ə) rəvayət edərək belə yazır: “Ġmam
Hüseynin (ə) qəbrinin torpağına səcdə etmək yerin yeddi qatını
nurlandırır və kimin bu türbətdən təsbehi olsa, zikr etməsə belə, zikr
edənlərdən hesab edilər.”
85
Deməli, Allaha yaxınlaĢmaq, əməllərin və duaların qəbul olunmasında
bu türbət digər torpaqlara nisbətən necə də fəzilətli olmasın?! Bir halda ki,
bu məzmuna dəlalət edən hədislər onu əhatə etmiĢdir.
Heç də təsadüfi deyildir ki, Ġmam Hüseyn (ə) Ģərafətli Kərbəla
çölündə Allah-taalaya üz tutaraq dualar etmiĢdir. Bu həmin torpaqdır ki,
84
Şeyx Tusinin “Əlmisbah” kitabı, səh.677
85
Şeyx Səduqun “Mən la yahzuruhul fəqih” kitabı, cild 1, səh. 288
www.ehlibeyt-aka.com
54
Allah-taala onu Ģərəfləndirərək möminlərin onun dərgahına yaxınlaĢması
üçün mövqe qərar vermiĢdir.
KeçmiĢ peyğəmbər, rəsul və vəsilər arasında bir gün ərzində oruc,
namaz, zəkat, malik olduğu hər bir Ģeyi – övlad, qardaĢ, yaxınlar və
səhabələri Allah yolunda sədəqə vermək adəti olmamıĢdır. Bütün bunları
Ġmam Hüseyn (ə) Kərbəla adlı məkanda, AĢura günündə Allah dərgahına
təqdim etmiĢdir.
DÖRDÜNCÜ
BƏHS:
ƏRƏB
ƏDƏBĠYYATINDA
KƏRBƏLA
TÜRBƏTĠNĠN MƏKANA XAS XÜSUSĠYYƏTLƏRĠ
Bəzi ədiblər Kərbəla səhnəsi mövzusunda cəlbedici, qəlbi cilalayan
və zövqlərin müxtəlifliyinə baxmayaraq, ruhu sehirləyən sətirlər qoĢmadan
keçmək istəməmiĢlər. Yazarların əbədiyyətlə bağlı olan Kərbəla türbətinin
qəhrəmanlığından söz açan ədəbi səhifələrində yaratdıqları sətirlər dünya
durduqca qalacaq və gələcək nəsillərə səmadan nazil olan ali dəyərləri
hekayət edəcəkdir. Həqiqətən, Kərbəla türbəti insanın insanlığa dəlalət
etməsi üçün kompasdır.
BĠRĠNCĠ MƏTLƏB: nəsr üslubunda yazılanlar
Misir ədəbiyyatĢünası, filosof Abbas Mahmud Əqqad Kərbəla
torpağının xüsusiyyətindən danıĢaraq yazır: “...Bu gün o, müsəlmanların
göz yaĢı və xatirə üçün ziyarət etdikləri bir hərəm, qeyri müsəlmanların isə
ziyarət etdikləri bir mənzərədir. Lakin Kərbəlaya öz haqqı olan əbədiyyət
verilsə, onda həmin torpaq onun qüdsiyyət və fəzilətini anlayan hər bir
Adəm övladının məzarına çevrilər. Çünki biz, uca dəyər və ali fəzilətlərlə
Dostları ilə paylaş: |