11
Səngəçal terminalı: BP-nin Xəzərdə əməliyyatçısı olduğu bütün obyektlər üçün strateji mərkəz
Səngəçal terminalı
Səngəçal terminalı dənizdən gələn nefti və
qazı ixracdan əvvəl texnoloji emaldan keçirən
bir mərkəzdir. Terminal Xəzər hövzəsində
BP tərəfindən işlədilən bütün mövcud dəniz
yataqlarından hasil edilən məhsulu texnoloji emal
etmək üçün nəzərdə tutulub və genişləndirilmək
imkanı var. Terminala neft və qazı texnoloji emal
edən qurğular, Bakı-Tbilisi-Ceyhan (BTC) boru
kəmərinin birinci nasos stansiyası, Cənubi Qafqaz
Boru Kəmərinin (CQBK) kompressor stansiyası və
digər qurğular daxildir.
2012-ci ildə terminal 282,9 milyon barel neft ixrac
etdi. Bunun 246,4 milyon bareli BTC ilə, təxminən
29,1 milyon bareli Qərb İxrac Boru Kəməri (QİBK)
marşrutu ilə, təxminən 6 milyon bareli dəmir yolu,
1,4 milyon bareli isə kondensat ixrac xətti ilə ixrac
edildi.
2012-ci ildə terminaldan orta hesabla gündə
təxminən 21,1 milyon standart kubmetr (və ya
745,4 milyon standart kubfut) ŞD qazı ixrac olundu.
Qaz CQBK və terminalın qaz emalı qurğularını
Azəriqazın yerli şəbəkə sisteminə birləşdirən
ARDNŞ qaz boru kəməri vasitəsilə ixrac edildi.
İl ərzində Səngəçal terminalının genişləndirilməsi
fəaliyyətləri yolun bərpa və tikintisi, müvəqqəti
Səngəçal terminalı
• Sahəsi: 542 hektar
• Yerləşdiyi ərazi: Bakıdan 55 km cənubda,
Qaradağ rayonu
• Texnoloji emal gücü: gün ərzində 1,2 milyon
barel neft və 41,5 milyon kubmetr qaz (o
cümlədən, 27,4 milyon Şahdəniz və 14,1
milyon kubmetr AÇG qazı)
• Maksimum tutumu: təxminən 4 milyon barel
• İşlək tutumu: təxminən 3,2 milyon barel
obyektlərin və daşqına qarşı bəndin tamamlanması,
sahənin düzlənməsi, boru kəmərinə baxış və
müştərək ofisin tikilməsindən ibarət oldu.
2012-ci ildə terminalda müxtəlif modernləşdirmə
və təkmilləşdirmə işləri aparıldı. ŞD üzrə çıxan
istiliyin utilizasiyası qurğusu istismara verildi, ŞD
üzrə məşəl qazı layihəsinin ikinci mərhələsi başladı,
dövri texniki xidmət (aşağıya baxın) təhlükəsiz
şəkildə başa çatdırıldı və boru kəmərindən parafinin
təmizlənməsi proqramı həyata keçirildi. Yeni
laboratoriyanın tikintisi 2014-cü il üçün iş qrafikimizə
keçirildi.
Şahdəniz platformasının gecə görünüşü.
BP-nin Azərbaycanda fəaliyyəti
BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012
2013-cü il üçün perspektivlər
Terminalın təhlükəsiz, etibarlı və səmərəli gündəlik
işini davam etdirmək 2013-cü ildə əsas prioritetimiz
olaraq qalacaq. Həmçinin Şahdəniz üçün isti yağ
daşıyıcı sistemində filtrasiya blokunun qoyulması,
kondensasiya səviyyəsinə nəzarət qurğularının
etibarlılığının yaxşılaşdırılması, eləcə də Azəri-Çıraq-
Dərinsulu Günəşli (AÇG) Faza 2 boru kəmərinin
parafindən təmizlənməsi proqramını Mərkəzi Azəri
və Şərqi Azəridə başa çatdırmağı nəzərdə tuturuq.
Bu il üçün planlaşdırılmış digər layihələrə
CQBK-nin diaqnostikası proqramına dəstək,
İlkin neft layihəsi çəninə texniki baxış proqramı,
infrastrukturun modernləşdirilməsi və müxtəlif
təmir - tikinti layihələri daxildir. Biz, həmçinin,
təhlükə və istismara yararlılığın araşdırılması planına
başlayacağıq.
Dövri texniki xidmət
2011-ci ildəki geniş əhatəli dövri texniki xidmət
(DTX) proqramımızın ardınca 2012-ci ildə Səngəçal
terminalı (19 gün) və dəniz platformalarında –
Şahdəniz (19 gün) və Dərinsulu Günəşlidə (15 gün)
DTX-ləri – zəruri texniki xidmət, təftiş və ya layihə
işlərinin tamamlanması üçün istismar obyektlərinin
dayandırıldığı dövrləri – başa çatdırdıq.
Səngəçalda sentyabrda həyata keçirdiyimiz DTX
terminalın tarixində ən böyüyü idi, onu təhlükəsiz
şəkildə, uğurla tamamladıq. Buraya çoxlu sayda
iridiametrli klapanların birləşdirilməsi, mövcud
yerüstü məşəl sisteminin təftişi və texniki xidməti,
isti yağ daşıyıcı sistemində mayenin dəyişdirilməsi
daxil idi.
Şahdəniz platformasında DTX terminalla eyni
vaxtda aparıldı. Platformadakı zəruri işlərə yüksək
təzyiqli çənin daxili və struktur təftişi, müxtəlif
buraxıcı klapanların dəyişdirilməsi və dördüncü
xilasetmə qayığının quraşdırılması üçün tələb
olunan altı qaynaq birləşdirməsi daxil idi.
Oktyabrda Dərinsulu Günəşlidəki DTX-yə Çıraq neft
layihəsi üçün mühüm birləşmələrin quraşdırılması,
klapanların dəyişdirilməsi və yüksək təzyiqli
çənlərin daxili təftişi daxil idi. Həm yüksək təzyiqlə,
həm də aşağı təzyiqlə işləyən məşəl ucluqları
dəyişdirildi.
12
25 076
24 982
25 107
25 571
26 309
28 155
28 167
28 694
28 753
32 820
33 780
35 442
36 373
37 242
40 906
43 901
48 885
53 528
53 762
53 792
10 000
20 000
30 000
40 000
50 000
60 000
Trinidad
Avstraliya
Avstraliya
M rk zi Az ri (d)
Avstraliya
Q rbi Az ri (b)
Q rbi Az ri (a)
M rk zi Az ri (c)
Trinidad
Şahd niz (e)
Şahd niz (d)
M rk zi Az ri (b)
Anqola
M rk zi Az ri (a)
Avstraliya
Şahd niz (c)
Şahd niz (b)
Şahd niz (a)
Avstraliya
Avstraliya
Ümumi neft debiti (günd barel neft ekvivalenti)
Neft debiti (günd barel)
Qaz debiti (günd barel neft ekvivalenti)
Səngəçal terminalının vertolyotdan görünüşü.
BP-nin Azərbaycanda fəaliyyəti
BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012
BP-nin 20 ən məhsuldar hasilat quyusu