BP-nin
Azərbaycanda fəaliyyəti
BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012
3
Biz Azərbaycanın neft və qaz ehtiyatlarının işlənməsində dəyərli,
etibarlı və uzunmüddətli bir tərəfdaş olmağa çalışırıq.
BP-nin Azərbaycanda fəaliyyəti
Hədəflərimiz
Tərəfdaşlarımızla birlikdə
gələcək bir çox illər ərzində
AÇG-dən hasilatın səmərəli
şəkildə idarə olunması üçün
planlar hazırladıq və hasilatla
bağlı prioritet istiqamətləri
razılaşdırdıq.
Qərbi Çıraq platforması üçün
dayaq bloku tamamlandı və üst
modulların 2013-cü ilin üçüncü
rübündə yatağa daşınması
istiqamətində işlərimiz
planlaşdırıldığı kimi davam edir.
Bu bölümdə
2,1
milyard
barel Azəri-Çıraq-Dərinsulu
Günəşlidən 1997-2012-ci
illərdə hasil olunmuş neftin
ümumi həcmidir.
7,73
milyard
kubmetr (təxminən 273
milyard kubfut) qaz 2012-ci
ildə Şahdənizdən hasil
olunub.
Qərbi Çıraq platformasının tikintisi
İlk dəfədir ki, dünya səviyyəli tikinti-quraşdırma
layihəsi bütovlükdə Azərbaycanda həyata keçirilir.
BP-nin Azərbaycanda fəaliyyəti
BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012
4
Aprel 2008
Dərinsulu Günəşlidən ilk neft hasil olundu
Mart 2009
BTC-nin ötürmə qabiliyyəti gündə 1,2 milyon
barelədək artırıldı
Mart 2010
Çıraq neft layihəsi üçün 6 milyard dollar sərmayə
qoyulmasına sanksiya verildi
Sentyabr 2010
BTC boru kəməri ilə xam neftin milyardıncı bareli
nəql edildi
Oktyabr 2010
Şəfəq-Asiman strukturunun birgə kəşfiyyatı və
işlənməsi üzrə ARDNŞ ilə HPBS imzalandı
Dekabr 2010
Şahdəniz HPBS-nin 2031-ci ildən 2036-cı ilədək beş
il müddətinə uzadılması haqqında saziş imzalandı
May 2011
Şəfəq-Asiman strukturu üzrə yeni HPBS
Azərbaycan parlamenti tərəfindən ratifikasiya
olundu
Oktyabr 2011
Türkiyədə Şahdəniz qaz satışı və tranziti sazişləri
imzalandı
Noyabr 2011
Şəfəq-Asiman strukturunun üçölçülü seysmik
tədqiqatı başladı
Sentyabr 1994
BP, onun tərəfdaşları və Azərbaycan hökuməti
arasında Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) üzrə
hasilatın pay bölgüsü sazişi (HPBS) imzalandı
Fevral 1995
Azərbaycan Beynəlxalq ӘƏməliyyat Şirkəti (ABƏŞ)
təsis edildi
İyun 1996
Şahdəniz üzrə HPBS imzalandı
Noyabr 1997
Çıraq yatağından ilk neft hasil edildi
Dekabr 1998
Qərb İxrac Boru Kəməri marşrutunun istismarına
başlandı
Avqust 2001
AÇG Faza 1 layihəsinə sanksiya verildi
Sentyabr 2002
AÇG Faza 2 layihəsinə sanksiya verildi
Fevral 2003
Şahdəniz Mərhələ 1 layihəsinə sanksiya verildi
Aprel 2003
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin inşasına
başlandı
Sentyabr 2004
AÇG Faza 3 layihəsinə sanksiya verildi
Oktyabr 2004
Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşasına
başlandı
Fevral 2005
Mərkəzi Azəridə hasilat başladı
May 2005
BTC boru kəmərinin Azərbaycandakı hissəsinin
açılışı oldu
Dekabr 2005
Qərbi Azəridə hasilat başladı
May 2006
CQBK-yə ilk qaz vuruldu
İyun 2006
Ceyhan dəniz terminalında ilk tanker Xəzər nefti ilə
yükləndi
İyul 2006
BTC boru kəmərinin Türkiyədəki hissəsinin, Ceyhan
terminalının və BTC boru kəməri ixrac sisteminin
təntənəli açılışı oldu
Noyabr 2006
Şərqi Azəridə birinci mənfəət nefti hasil edildi
Dekabr 2006
Şahdəniz Mərhələ 1-dən ilk qaz hasil edildi
Mart 2007
BTC-nin ötürmə qabiliyyəti gündə 1 milyon barelə
çatdırıldı
İyul 2007
Şahdəniz yatağından Türkiyəyə ilk qaz çatdırıldı
Noyabr 2007
Xəzər dənizində rekord 7 300 metrdən artıq
dərinlikdə quyunun qazılması nəticəsində Şahdəniz
yatağında böyük qaz-kondensat ehtiyatı kəşf
olundu
Tarixi ekskurs
Biz Bakıdakı ilk ofisimizi 1992-ci ildə açdıq, iki il sonra isə BP
Azərbaycan hökuməti ilə tarixi “Əsrin müqaviləsi”ni imazaladı.
5
BP-nin Azərbaycanda fəaliyyəti
BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012
2012
Yanvar 2012
Şəfəq-Asimanda ilk üçölçülü seysmik tədqiqat başa
çatdı
May 2012
AÇG ilk neftin əldə edilməsindən bəri hasil
olunmuş 2 milyardıncı bareli qeyd etdi
Oktyabr 2012
BTC Ceyhanda 2 000-ci tankerin yüklənməsini
qeyd etdi
Oktyabr 2012
Şahdəniz gündəlik qaz hasilatında 966 milyon
kubfut səviyyəsinə nail oldu
Oktyabr 2012
Qərbi Çıraq platfroması üçün dayaq blokunun Bakı
Dərin Özüllər Zavodunda tikintisi başa çatdı
Noyabr 2012
Çıraq ilk neftin əldə edilməsindən bəri uğurlu
hasilatın 15-ci ildönümünü qeyd etdi
Bu bölümdə BP-nin 2012-ci ildə Azərbaycanda əldə etdiyi mühüm
nailiyyətlərin və qarşılaşdığı çətinliklərin xülasəsini veririk.
Nailiyyətlər və çətinliklər
Nailiyyətlər
Əməliyyatlar_və_biznesin_inkişafı'>Əməliyyatlar və biznesin inkişafı
2012-ci il yanvarın 4-də Şəfəq-Asiman perspektiv
strukturunda planlaşdırılmış üçölçülü seysmik
tədqiqatı tamamlandı.
2012-ci il mayın 18-də AÇG istismara verildiyi 1997-
ci ildən bəri 2 milyard barel neft hasilatına nail oldu.
Oktyabrda Qərbi Çıraq platformasının dayaq bloku
iş qrafikinə uyğun olaraq tamamlandı.
2012-ci ilin axırına Şahdəniz hasilatın ən yüksək
sabit səviyyəsinə – hasilat obyektlərinin maksimum
gücü ilə işləyərək bazarda tələbat olduqca gündə
27,3 milyon standart kubmetr (966 milyon standart
kubfut) qaz və gündə təxminən 55 000 barel
kondensat hasil etdiyi bir səviyyəyə çatdı. May
ayında Şahdəniz ilk dəfə olaraq beş quyudan
hasilata başladı.
2012-ci ildə BP-nin dünyada ümumi neft debitinə
görə 20 ən məhsuldar hasilat quyusundan 11-i
Azərbaycanda idi. Şahdənizdəki beş quyunun
hamısı buraya daxildir.
Dekabrın 18-də Şahdəniz konsorsiumu ilə ARDNŞ
arasında 2013-cü ilə planlaşdırılmış Şahdəniz
Mərhələ 2 layihəsi üzrə Yekun İnvestisiya Qərarının
qəbul edilməsi üçün təməl yaradan silsilə sazişlər
imzalandı.
Əməyin təhlükəsizliyi
İşlənilmiş saatların 8%-dən çox artması
şəraitində biz qeydiyyata alınan xəsarətlərin tezliyi
göstəricimizin yaxşılaşmasına nail olduq.
Əməkdaşlarımız
Bizim yüksək vəzifələrdə işləyən əməkdaşlarmızın
sayı il ərzində 13% artdı və 2006-cı ilin sonundakı
40 nəfərlə müqayisədə 2012-ci ilin sonunda 168
nəfərə çatdı.
Sahibkarlığın inkişafı
BP və tərəfdaşlarının yalnız yerli təchizatçılar
vasitəsilə davamlı ölkədaxili sırf əməliyyat xərcləri
artaraq təqribən 1,2 milyard dollar – 2011-ci
ildəkindən 29% çox oldu. Xərclərin cəminə 89%
artımla bizim inkişaf layihələrimizin əsas hədəf
auditoriyası olan yerli kiçik və orta müəssisələr
vasitəsilə birbaşa çəkilmiş 481 milyon dollar
daxil idi.
Çətinliklər
Əməliyyatlar
1997-ci ildən bəri neft hasilatında davam edən sabit
artımdan sonra 2011-12-ci illərdə azalma ilə üzləşdik.
Buna mövcud quyularda məhsuldarlığın aşağı
düşməsi, yeni quyuların qazılmasında çətinliklər
və kollektorun geoloji mürəkkəbliyi kimi bir çox
amillərin birləşməsi səbəb oldu.
Əməyin təhlükəsizliyi
Ağır qəza hadisələrinin sayı 2011-ci ilə nisbətən
üç dəfə az olsa da, yol-nəqliyyat qəzalarının
ümumi səviyyəsi 2011-ci illə müqayisədə 18%
artdı. Hadisələr aşağı sürətdə baş verdiyindən
dəyən zərər minimal oldu. Nəqliyyat vasitələrinin
təhlükəsiz idarə olunması bütün il boyu diqqət
mərkəzində duran əsas məsələ olaraq qaldı.
Ətraf mühit
2011-ci ildə dənizdə çirkab su emalı qurğularının
17 dayanması ilə müqayisədə 2012-ci ildə 44 belə
dayanma halı qeydə alınıb.
Sentyabr ayında, Mərkəzi Azəri platformasında
quyunun sementləmə işləri zamanı kəmər
quyruğunu lüləyə endirmə alətində meydana
çıxmış nasazlıq nəticəsində qazma məhlulunun
nəzərdə tutulmamış dağılması baş verdi.
Şahdəniz platforması.