Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Vərəm əleyhinə I sıra dərman vasitələrinə aşağıdakılardan hansı aid deyil?



Yüklə 2,35 Mb.
səhifə5/24
tarix17.11.2017
ölçüsü2,35 Mb.
#10730
1   2   3   4   5   6   7   8   9   ...   24

267) Vərəm əleyhinə I sıra dərman vasitələrinə aşağıdakılardan hansı aid deyil?
A) Streptomisin

B) Etambutol

C) Pirazinamid

D) Kanamisin

E) İzoniazid
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
268) Vərəm əleyhinə II sıra dərman vasitələrinə aşağıdakılardan hansı aiddir?
A) İzoniazid

B) Etionamid

C) Klaritromisin

D) Rifampisin

E) Amoksasillin/klavulon turşusu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
269) Vərəm əleyhinə III sıra dərman vasitələrinə aşağıdakılardan hansı aiddir?
A) Etionamid

B) Kanamisin

C) Amoksasillin/klavulon turşusu

D) PAST


E) Sikloserin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
270) Aşağıdakı reseptorların hansının oyanması nəticəsində böyrək damarlarında dilatasiya baş verir?
A) α1 adrenoreseptorların

B) β1 adrenoreseptorların

C) Dopamin D2 reseptorların

D) α2 adrenoreseptorların

E) Dopamin D1 reseptorların
Ədəbiyyat: -TUS Deneme sınavı-2011 yaz dönemi
271) 61 yaşı dializə gedən kişidə Pseudomonas aeruginosa seprisemiyası inkişaf edir. Bu xəstəyə yalnız aerob Gram neqativ bakteriyalara qarşı təsirli olan, Gram müsbət bakteriyalara təsir etməyən bir antibiotik təyin edilmişdir. Bu xəstənin müalicəsində hansı antibiotik təyin edilmişdir?
A) Aztreonam

B) Sefaleksin

C) İmipenem

D) Gentamisin

E) Sefrtiakson
Ədəbiyyat: -TUS Deneme sınavı-2011 yaz dönemi
272) Hansı sırada klaritromisinin eritromisindən fərqi duzgün göstərilməyib?
A) Toxumalarda daha yüksək konsentrasiyası yaranır

B) 6 aylığa qədər uşaqlara təyin olunmur

C) H.pylori-yə və atipik mikobakteriyalara münasibətdə daha aktivdir

D) Hamiləlik və laktasiya dövründə istifadə edilir

E) Daxilə qəbul zamanı biomənimsənilməsi yaxşıdır
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
273) Azitromisin daxilə necə qəbul edilməlidir?
A) Yeməkdən 1 saat sonra

B) Yeməklə heç bir əlaqəsi yoxdur

C) Yemək vaxtı

D) Yeməkdən 20 dəqiqə sonra

E) Yeməkdən 1 saat əvvəl
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
274) 1 aydan 12 yaşa qədər olan uşaqlara amoksisillin daxilə necə təyin olunmalıdır?
A) 15-20 mq/kq/gün 2 dəfə qəbul

B) 5-10 mq/kq/gün 2 dəfə qəbul

C) 25-35 mq/kq/gün 4 dəfə qəbul

D) 60-70 mq/kq/gün 3 dəfə qəbul

E) 30-60 mq/kq/gün 3 dəfə qəbul
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
275) Benzilpenisillin 1 aydan 12 yaşa qədər olan uşaqlara parenteral necə təyin olunur?
A) 100-200 TV/kq/gün 4 dəfə

B) 50-100 TV/kq/gün 3 dəfə

C) 50-100 TV/kq/gün 2 dəfə

D) 250-300 TV/kq/gün 1 dəfə

E) 50-150 TV/kq/gün 4 dəfə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
276) Nə üçün yaşlı şəxslərə aminoqlizkozidlərin təyini arzuolunmazdır?
A) Nefrotoksik və ototoksik təsirinin olmasına görə

B) Bakteriostatik təsirə malik olmasına görə

C) Yüksək neyrtropeniya yartmasına görə

D) Hemolitik anemiya yaratmasına görə

E) Ağız boşluğunun kandidozuna səbəb olmasına görə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
277) Ko-trimoksazol sulfametoksazol və trimetopriminin hansı nisbətdə kombinasiyasından ibarətdir?
A) 5/1

B) 2/3


C) 2/1

D) 3/2


E) 10/4
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
278) Ko-trimoksazol necə qəbul olunmalıdır?
A) yemək vaxtı 0.5 stəkan su ilə

B) acqarına 1 stəkan su ilə

C) acqarına 1 stəkan süd ilə

D) yeməkdən 10 dəqiqə sonra 25ml su ilə

E) yeməkdən 25 dəqiqə sonra 1 stəkan turş meyvə şirəsi ilə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
279) Furazolidon yetkin şəxslərə necə təyin olunmalıdır?
A) 0.1 qr 6saatdan bir

B) 1 qr 2 saatdan bir

C) 3 qr 5 saatdan bir

D) 0.001 qr 4 saatdan bir

E) 5 qr 6 saatdan bir
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
280) Aşağıdakılardan hansı əzələ daxili yeridilən peyvəndlərə aid deyil?
A) Pnevmokoka qarşı peyvənd

B) Poliomielitə qarşı peyvənd

C) Hepatit B-yə qarşı peyvənd

D) AGDT qarşı peyvənd

E) Antirabik peyvənd
Ədəbiyyat: -TUS Deneme sınavı-2011 yaz dönemi
281) Aşağıda hansı antibiotik və onun əlavə təsiri düzgün göstərilməyib?
A) Amikasin-aplastik anemiya

B) Klindamisin-Psevdomembranoz enterokolit

C) Doksisiklin-Psevdotumor cerebri

D) Xloramfenikol-“boz bəbək” sindromu

E) Eritromisin-Xoleostatik hepatit
Ədəbiyyat: -TUS Deneme sınavı-2011 yaz dönemi
282) Tetrasiklin təyin olunması üçün uşağın ən az neçə yaşı olmalıdır?
A) 8

B) 4


C) 1

D) 10


E) 3
Ədəbiyyat: -TUS Deneme sınavı-2011 yaz dönemi
283) Aşağıdakılardan hansı per os yolla alınan dərmanın biomənimsənilməsinə təsir etmir?
A) Bağırsaqlardan sorulan maddə miqdarı

B) Dərmanın farmasevtik şəkli

C) Böyrəklərdən atılan miqdarı

D) Dərmanın bağırsaqda və bağırsaq divarında metobolizmə uğraması

E) Dərmanın portal yolla və ya karaciyərdə metobolizmə uğraması
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
284) Bakterial meningitlərin müalicəsində penisillinin (Na) duzu hansı dozada və neçə gün müddətinə təyin olnur?
A) 5 mln TV/gündə 4 dəfə-10 gün

B) 4 mln TV/gündə 6 dəfə-14 gün

C) 3mln TV/gündə 3 dəfə-5 gün

D) 10 mln TV/gündə 3 dəfə-7 gün

E) 20 mln TV/gündə 6 dəfə-3 gün
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
285) Streptococcus agalactiae mənşəli bakterial meningit neçə gün antibakterial preparatlarla müalicə edilməlidir?
A) 14-21

B) 10-14


C) 3-5

D) 7


E) 21
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
286) Xəstədə döş sümüyü arxasında və döş qəfəsinin sol yarısında uzun müddət davam edən intensiv xarakterli ağrı əmələ gəlmiş və arterial təzyiqin səviyyəsi kəskin enmişdir. Bu vəziyyət aşağıdakılardan hansı üçün xarakterik deyil?
A) Kardiogen şok

B) Ağciyər arteriyasının tromboemboliyası

C) Aortanın laylanan anevrizması

D) Bayılma

E) Kəskin miokard infarktı
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
287) Aşağıdakı hansı vəziyyətdə sistolik küy eşidilir?
A) Pulmonar çatmamazlıq

B) Aortal çatışmazlıq

C) Aortal stenoz

D) Trikuspidal stenoz

E) Mitral stenoz
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
288) Aşağıdakı hansı vəziyyətdə sistolik küy eşidilir?
A) Mədəciklər arası çəpərin defekti (ağciyər hipertenziyası ilə)

B) Aortanın laylanması

C) Mitral stenoz

D) Qulaqcığın şişləri

E) Aortal çatışmazlıq
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
289) Aşağıdakı hansı vəziyyətdə sistolik küy eşidilir?
A) Ağ ciyər arteriyası qapaqlarının çatmamazlığında

B) Trikuspidal stenoz

C) Aortal çatışmazlıq

D) Aortit

E) Aortanın laylanması
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
290) Aşağıdakı hansı vəziyyətdə sistolik küy eşidilir?
A) Mitral stenoz

B) Pulmonal arteriya qapaqlarının çatmamazlığı

C) Pulmonal stenoz

D) Trikuspidal stenoz

E) Aortal çatışmazlıq
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
291) Aşağıdakı hansı vəziyyətdə sistolik küy eşidilir?
A) Pulmonal arteriya qapaqlarının çatmamazlığı

B) Trikuspidal stenoz

C) Qulaqcığın şişləri

D) Aorta qapağının çatışmazlığı

E) Mitral qapağın prolapsı
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
292) Aşağıdakı hansı vəziyyətdə diastolik küy eşidilir?
A) Aortanın koarktasiyası

B) Aortal qapaq çatmamazlığında

C) Aortit

D) Kəskin mitral requrgitasiya

E) Mədəciklər arası çəpərin defekti
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
293) Aşağıdakı hansı vəziyyətdə diastolik küy eşidilir?
A) Aortal stenoz

B) Qulaqcığın şişlərində

C) Mitral çatışmazlıq

D) Trikuspidal çatışmazlıq

E) Ağciyər arteriyası dəliyinin daralması
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
294) Aşağıdakı hansı vəziyyətdə diastolik küy eşidilir?
A) Aortal stenoz

B) Mitral qapağın prolapsı

C) Aortanın koarktasiyası

D) Mitral stenoz

E) Trikuspidal çatışmazlıq
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
295) Sağ qulaqcığın hipertrofiyası və dilatasiyası hansı patologiya üçün xarakterik deyil?
A) Ağciyər ürəyi

B) Ağciyər hipertenziyası

C) Trikuspidal stenoz

D) Üç taylı qapağın çatışmazlığı

E) Aortal çatışmazlıq
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
296) Sol qulaqcığın hipertrofiyası və dilatasiyası hansı patologiya üçün xarakterik deyil?
A) Trikuspidal stenoz

B) Trikuspidal çatışmazlıq

C) Mitral stenoz

D) Mitral çatışmazlıq

E) Pulmonar arteriya qapaqlarının çatmamazlığı
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
297) Sol mədəciyin hipertrofiyasının EKQ əlamətinə aid deyil?
A) Rv5-6 >26 mm

B) Sv1 +Rv5 >35 mm

C) RAvL >11 mm

D) RI+SIII >25 mm

E) Rv1 >7 mm
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
298) Sağ mədəciyin hipertrofiyasının EKQ əlamətinə aid deyil?
A) Rv1 >7 mm

B) Rv5-6 <26 mm

C) Sv5-6 >7 mm

D) Rv1 +Sv5-6 >10,5 mm

E) RavF >11 mm
Ədəbiyyat: Ж.Д. Кобалава, , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
299) Hansı aparmalarda (-) T dişinin olması sol mədəciyin aşağı divarının işemiyasını göstərir?
A) I, AVL, V1-3

B) I, AVL, V5-6

C) I, AVL, V3-4

D) II, III, AVF

E) II, AVL, V1-3
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
300) T dişinin (-) olması yaxud amplitudasının azalması nə zaman müşahidə edilmir?
A) Qara dərililərdə

B) Normada uşaqlarda

C) Perikarditlərdə

D) Qadınlarda hiperventilyasiya zamanı

E) Hiperkaliemiyada
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
301) T dişinin (-) olması yaxud amplitudasının azalması nə zaman müşahidə edilmir?
A) Vaqotoniyada

B) Miokarditdə

C) Miksedemada

D) Kardiomiopatiyada

E) Amiodaron qəbulu fonunda
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
302) T dişinin amplitudasının artması nə zaman qeyd edilir?
A) His dəstəsi sol qulaqcığının blokadası zamanı

B) Taxikardiyadan sonra (postaxikardial sindrom)

C) Hipotireozda

D) Hipokaliemiyada

E) Miokardın subendokardial işemiyasında
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
303) ST seqmentinin elevasiyası nə zaman müşahidə edilmir?
A) Azan siniri tonusu artan zaman

B) Kəskin perikarditdə

C) Döş qəfəsinin deformasiyası zamanı

D) Hipokaliemiyada

E) Q dişli kəskin infarktda
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
304) ST seqmentinin elevasiyası nə zaman müşahidə edilmir?
A) Ağciyərin emboliyası

B) Hipotermiyada

C) Bruqada sindromunda

D) Aritmogen sağ mədəcik kardiomiopatiyasında

E) Hipokaliemiyada
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
305) ST seqmentinin elevasiyası nə zaman müşahidə edilmir?
A) Sol tərəfli pnevmotoraksda

B) Bruqada sindromunda

C) Kokain intoksikasiyasında

D) Hipotireozda

E) Aortanın laylanan anevrizmasında
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
306) ST seqmentinin depressiyası hansı patologiya üçün daha xarakterikdir ?
A) Ağciyərin emboliyasının

B) Kəskin perikarditin

C) Miokardın işemiyasının

D) Aritmogen sağ mədəcik kardiomiopatiyasının

E) Azan sinirin tonusunun artmasının
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
307) Aşağıda göstərilən patologiyalardan hansında patoloji Q dişi qeyd edilmir?
A) Ağciyərin emboliyasında

B) Kəskin diffuz miokarditdə

C) ST seqmentinin elevasiyası olmayan infarktda

D) Kəskin koronar sindrom abortiv infarktla

E) Takosubo sindromunda
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.189.
308) Tredmil sınağının nə zaman aparılması məsləhət görülmür?
A) His dəstəsi sağ ayaqcığının blokadası zamanı

B) Sol mədəciyin hipertrofiyası əlamətləri və ST seqmentinin 1 mm-dən az depressiyası olanlarda

C) Sakitlikdə ST seqmentinin 1 mm-dən az depressiyası zamanı

D) Kardiostimulyatorlu xəstələrdə

E) Vazospastik stenokardiyada
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.191.
309) Tredmil sınağının nə zaman aparılması məsləhət görülür?
A) Dilatasion kardiomiopatiyalarda

B) Ürək çatışmazlığının dekompensasiyası zamanı

C) Aritmiyalarda

D) Ağır yanaşı patologiyalar zamanı

E) Miokardın keçici işemiyası zamanı
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.190, 191.
310) Tredmil müayinəsi nə zamana qədər davam etdirilə bilər?
A) Mədəcik tipli aritmiyalar əmələ gəldikdə

B) AV blokadalar əmələ gəldikdə

C) Hiss dəstəsi ayaqcıqlarının blokadası əmələ gəldikdə

D) AT və ÜDS- nin submaksimal göstəricilərinə çatana qədər işemiyanın kliniki və EKQ əlamətləri qeyd edilməzsə

E) Yükün artırılması zamanı AT-nin >20 mm c.süt. enməsi zamanı
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.190, 191.
311) Aşağıda sadalanan patologiyalardan hansının əmələ gəlməsində genetik dəyişikliklər qeyd edilmir?
A) Aritmogen sağ mədəcik kardiomiopatiyasında

B) QT intervalının uzanması zamanı

C) Hipertrofik kardiomiopatiyada

D) Bruqada sindromunda

E) İnfeksion endokarditdə
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.196.
312) Aşağıda sadalanan patologiyalardan hansının əmələ gəlməsində genetik dəyişikliklər aşkar edilmir?
A) Polimorf mədəcik taxikardiyasında

B) Nunan sindromunda

C) Ailəvi qulaqcıq fibrilyasiyasında

D) Sinus düyünü zəifliyi sindromunun bəzi hallarında

E) Stenokardiyada
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.196.
313) Aşağıda sadalanan preparatlardan hansı xroniki ürək çatışmazlığının əmələ gəlməsinə şərait yaratmır?
A) Qeyri dihidropridin, kalsium antoqanistləri

B) Qlikokortikoidlər

C) Angiotenzin II reseptorların antaqonistləri

D) Hormonal preparatlar (estrogenlər, androgenlər)

E) Qeyri-steroid iltihab əleyhinə preparatlar
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.198.
314) Aşağıda sadalanan preparatlardan hansı xroniki ürək çatışmazlığının əmələ gəlməsinə şərait yaratmır?
A) Karboanhidrazanın inhibitoru

B) Oral kontraseptivlər

C) Trisiklik antidepressantlar

D) Ca antaqonistləri (verapamil, diltiazem)

E) Antiaritmik preparatlar (amiodarondan başqa)
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.198.
315) Xroniki ürək çatışmazlığının əmələ gəlməsində hansı proses baş vermir?
A) Parasimpatik sinir sistemi aktivliyinin artması

B) Qulaqcıq natriuretik peptidin sintezinin artması

C) Kallikrein-kinin-prostaqlandin sistemi aktivliyinin azalması

D) Renin-angiotenzin-aldosteron sisteminin aktivləşməsi

E) Vazopressinin sintezinin artması
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.198.
316) Ürək atımı hansı xəstəlikdə azalır?
A) Beri-beri xəstəliyində

B) Anemiyada

C) Dilatasion kardiomiopatiyada

D) Xroniki ağciyər ürəyində

E) Hipertireozda
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.199.
317) Xroniki ürək çatışmazlığının proqressivləşməsinə aşağıdakılardan hansı şərait yarada bilməz?
A) Kəskin infeksiya

B) Xörək duzunun qəbulunun azaldılması (≤ 3q/gün)

C) Tromboemboliya

D) Fiziki aktivliyin artması

E) Aritmiyalar
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.199.
318) Çapma ritmi nədir?
A) Sistolo-diastolik küydür

B) Patoloji III və ya IV tonu əmələ gəlməsi

C) Bu ritm sistola zamanı əmələ gəlir

D) I tonun güclənməsi

E) II tonun güclənməsi
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.199.
319) I funksional sinif xroniki ürək çatışmazlığında xörək duzunun istifadəsi gün ərzində neçə qram olmalıdır?
A) Məhdudiyyət qoymaq lazım deyil

B) 5q/ gündən az

C) 3-5q gündə

D) 5-10q/gündə

E) 3q/gündən az
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.202.
320) II funksional sinif xroniki ürək çatışmazlığında xörək duzunun istifadəsi neçə qram olmalıdır?
A) 5-10q/gün NaCl

B) <1,5 q/gün(az) NaCl

C) 3-5 NaCl

D) 1,5-3q/gün NaCl

E) 5q/gün NaCl
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.202.
321) III funksional sinif xroniki ürək çatışmazlığında xörək duzunun istifadəsi neçə qram olmalıdır?
A) 1-3q/gün NaCl

B) <1q/gün (az) NaCl

C) 5-6q/gün NaCl

D) 3-5q/gün NaCl

E) 7 q/günNaCl
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.202.
322) Aşağıdakılardan hansı əlamət angiotenzin çevirici fermentin inhibitorunun (AÇFİ) yanaşı təsirinə aid deyil?
A) Öskürək

B) Hipokaliemiya

C) Hiperkaliemiya

D) Hipotenziya

E) Kreatinin konsentrasiyasının artması
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.203.
323) Xroniki ürək çatışmazlığının müalicəsində aşağıdakı β-adrenoblokatorlardan hansının istifadəsi məsləhət görülmür?
A) Nebivolol

B) Bisoprolol

C) Atenolol

D) Karvedilol

E) Metoprolol
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.203.
324) β - adrenoblokatorlar hansı qrup antiaritmik preparatlar sırasına aiddir?
A) III

B) I a


C) I c

D) IV


E) II
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.204.
325) Xroniki ürək çatışmazlığının müalicəsində bisoprololun maksimal gündəlik dozası nə qədər ola bilər?
A) 10 mq/gün

B) 2,5 mq/gün

C) 7,5 mq/gün

D) 5 mq/gün

E) 3,75 mq/gün
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.204.
326) Xroniki ürək çatışmazlığının müalicəsində nebivololun maksimal gündəlik dozası nə qədər ola bilər?
A) 7,5 mq/gün

B) 5-7,5 mq/gün

C) 5 mq/gün

D) 2,5-5 mq/gün

E) 10 mq/gün
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.204.
327) Aşağıdakılardan hansı xroniki ürək çatışmazlığının müalicəsində beta adrenoblokatorların təyinatına əks-göstəriş deyil?
A) Simptom hipotenziya (sistolik arterial təzyiq <85 mm c.süt.)

B) Ağciyərlərin ağır xroniki obstruktiv xəstəliyi

C) Obliterasiya edici endarteriit

D) Bradikardiya (ürək yığılmalarının sayı <50 vurğu/dəq)

E) I dərəcəli atrioventrikulyar blokada
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.204.
328) Xroniki ürək çatışmazlığının müalicəsində ürək qlikozidlərinin istifadəsi nə zaman əks-göstəriş hesab edilir?
A) Atma fraksiyası <25% olan sinus ritmli xəstələrdə

B) Sistolik disfunksiya ilə müşayiət olunan dilatasion kardiomiopatiyada

C) Arterial hipotenziya və ciddi sistolik disfunksiya ilə müşayiət olunan xroniki ürək çatışmazlığında

D) Xroniki ürək çatışmamazlığı səyrici aritmiya ilə ağırlaşdıqda

E) WPW (Volf-Parkinson-Uayt) sindromu zamanı
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.204.
329) Hidroxlortiazid hansı qrup diuretiklərə aiddir?
A) Aldosteronun antaqonistlərinə

B) İlgək diuretikləri qrupuna

C) Osmotik diuretiklərə

D) Karboanhidrazanın inhibitorlarına

E) Tiazid qrupuna
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.205.
330) Furosemid hansı qrup diuretiklərə aiddir?
A) İlgək diuretiklərinə

B) Aldosteronun antaqonistlərinə

C) Osmotik diuretiklərə

D) Karboanhidrazanın inhibitorlarına

E) Tiazid diuretiklərinə
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.205.
331) Asetazolamid (diakarb) hansı qrup diuretiklərə aiddir?
A) Osmotik diuretikə

B) İlgək diuretikinə

C) Tiazid diuretikinə

D) Karboanhidrazanın inhibitorlarına

E) Aldosteronun antaqonistinə
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.205.


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə