Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Astma tutması zamanı sürətli təsirə malik inhalyasion β2 аqonistlər effekt vermirsə, hansı preparatlar istifadə olunmalıdır?



Yüklə 2,35 Mb.
səhifə2/24
tarix17.11.2017
ölçüsü2,35 Mb.
#10730
1   2   3   4   5   6   7   8   9   ...   24

66) Astma tutması zamanı sürətli təsirə malik inhalyasion β2 аqonistlər effekt vermirsə, hansı preparatlar istifadə olunmalıdır?
A) İnhalyasion xolinolitiklər

B) İnhlyasion kortikosteroidlər

C) Uzunmüddətli təsirə malik β2 аqonistlər

D) Аntibiotiklər

E) Peroral kortikosteroidlər
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
67) Ağciyər ödeminə hansı aid deyil?
A) Ağciyərlərin kardiogen ödemi

B) Fibrozlaşan alveolit

C) Nevrogen ağciyər ödemi

D) Kəskin respirator distress - sindrom

E) Qeyri - kardiogen ağciyər ödemi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
68) Ağciyər ödeminin müalicəsində ən effektiv diuretik hansıdır?
A) Amilorid

B) Hipotiazid

C) Mannitol

D) Veroşpiron

E) Furosemid
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
69) İdiopatik ağciyər fibrozunun müalicəsində istifadə edilən dərmanlar hansılardır?
A) Vitaminlər + immunokorrektorlar

B) Antibiotiklər + immunostimulyatorlar

C) Diuretiklər + antibiotiklər

D) Diuretiklər + antifunqal preparatlar

E) Kortikosteroidlər + sitostatiklər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
70) Ağciyərlərin interstisial xəstəliklərində antioksidant terapiya məqsədilə nə istifadə olunur?
A) Nikotinamid

B) N - asetilsistein

C) Kokarboksilaza

D) Askorbin turşusu

E) Sadalananların hamısı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
71) Bronxial astmanın müalicəsində oksigen nə vaxt təyin edilir?
A) Hər boğulma tutması zamanı

B) Oksigen saturasiyası 90% aşağı olduqda

C) Daimi

D) Xəstəliyin hər kəskinləşməsi zamanı

E) Oksigen saturasiyası 90% yuxarı olanda
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
72) Əl barmaqlarının “nağara çubuqları”na bənzər deformasiyası hansı xəstəliklər zamanı rast gəlinir?
A) Bronxoektaziya xəstəliyi zamanı

B) Sadalananların hamısı zamanı

C) Qeyri-spesifik interstisial pnevmoniya zamanı

D) Emfizema zamanı

E) İdiopatik ağciyər fibrozu zamanı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
73) Qeyri - spesifik interstisial pnevmoniyaların əsas rentgenoloji əlaməti hansıdır?
A) Bronxoektazların olması

B) Ağciyər şəklinin güclənməsi

C) Durğunluq iltihab əlamətlərinin olması

D) “Buzlu şüşə” simptomu

E) Atelektazların olması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
74) Qırmızı qurdeşənəyi zamanı adətən hansı tip ağciyər zədələnməsi müşahidə olunmur?
A) İdiopatik fibrozlaşan alveolit

B) Ağciyər arteriyası şaxələrinin tromboemboliyası

C) Plevrit

D) Xroniki interstisial pnevmonit

E) Obliterəedici bronxiolit
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
75) Sarkoidoz zamanı hansı orqanlar zədələnə bilər?
A) Ağciyərlər

B) Gözlər

C) Bütün orqan və sistemlər

D) Qaraciyər

E) Dəri
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
76) Sarkoidoz xəstəliyinin sinonimi hansıdır?
A) Xodjkin limfoması

B) Bexçet xəstəliyi

C) Qudpasçer sindromu

D) Xammen-Riç sindromu

E) Benye-Bek-Şaumann sindromu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
77) Sarkoidoz hansı qrup xəstəliklərə aiddir?
A) İnterstisial xəstəliklərə

B) Onkoloji xəstəliklərə

C) İnfeksion xəstəliklərə

D) Qranulomatoz xəstəliklərə

E) Birləşdirici toxumanın sistem xəstəliklərinə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
78) Sarkoidoz xəstəliyinin I - ci mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

B) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

C) Geri dönməyən ağciyər fibrozu

D) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

E) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünləri böyüməyib
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
79) Sarkoidoz xəstəliyinin II - ci mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

B) Geri dönməyən ağciyər fibrozu

C) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

D) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

E) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
80) Sarkoidoz xəstəliyinin III - cü mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

B) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

C) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

D) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

E) Geri dönməyən ağciyər fibrozu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
81) Sarkoidoz xəstəliyinin IV - cü mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

B) Geri dönməyən ağciyər fibrozu

C) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

D) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

E) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
82) Sarkoidozun yüngül formalarında hansı dərman preparatının istifadəsi tövsiyyə olunur?
A) Prednizolon

B) Vitamin E

C) Xloroxin

D) Azatioprin

E) Metotreksat
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
83) Sarkoidozun müalicəsində nə zaman kortikosteroidlərin istifadəsi tövsiyyə olunur?
A) Yalnız limfa düyünlərinin böyüməsi zamanı

B) Xəstəliyin profilaktikası üçün

C) Xəstəliyin proqressivləşməsində və ağciyərdən kənar zədələnmələrin yaranması zamanı

D) Yalnız ağciyər zədələnməsi mövcud olduqda

E) Yalnız ağciyərdən kənar zədələnmələrin müalicəsində
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
84) Sarkoidozun müalicəsində kortikosteroidlər optimal olaraq hansı müddət ərzində təyin edilməlidir?
A) 2 - 4 aya qədər

B) 1 - 2 aya qədər

C) 2 həftə - 1 aya qədər

D) daimi


E) 6 - 9 aya qədər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
85) Əgər sakoidozlu xəstə hər hansı bir vacib səbəbdən kortikosteroid qəbul edə bilmirsə hansı müalicə üsullarını və/və ya dərmanları istifadə etmək olar?
A) Siklosporin A

B) Azatioprin

C) Vitamin E

D) Sadalananların hamısı

E) Plazmaferez
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
86) Ağciyərlərin hansı nadir xəstəliyində orqan və toxumalarda Langerhans hüceyrələrinin proliferasiyası müşahidə olunur?
A) Vegener qranulyomatozu

B) Ağciyər proteinozu

C) Lupus pnevmoniti

D) Ağciyərlərin limfangioleyomiomatozu

E) Histiositoz X
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
87) Histiositoz X xəstəliyi ağciyərdən başqa nəyi daha çox zədələyir?
A) Dəri və selikli qişaları

B) Əzələləri

C) Mədə - bağırsaq sistemi orqanlarını

D) Sümükləri

E) Ürək-qan-damar sistemini
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
88) Qudpasçer sindromunu nə xarakterizə edir?
A) Ağciyər fibrozu və qlomerulonefrit

B) Ağciyər hemosiderozu və pielonefrit

C) Ağciyər hemosiderozu və splenit

D) Ağciyər hemosiderozu və qlomerulonefrit

E) Ağ ciyər ödemi və hepato-splenomeqaliya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
89) Qudpasçer sindromunun əsas kliniki simptomu nədir?
A) İshal

B) Döş qəfəsində güclü ağrı

C) Təngnəfəslik

D) İrinli bəlğəmlə öskürək

E) Qanhayxırma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
90) Qudpasçer sindromunun müalicəsi hansı preparatlarla aparılır?
A) Simptomatik müalicə

B) Kimyəvi və radioterapiya

C) Hemostatiklər və dəmir preparatları

D) Kortikosteroidlər və immunodepressantlar

E) Antibiotiklər və vitaminlər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
91) Qudpasçer sindromunun proqnozu necədir?
A) Uzunmüddətli remissiya əldə etmək olur

B) Orta yaşam müddəti 2 - 13 aydır

C) Xəstəliyə proqnoz vermək mümkün deyil

D) Orta yaşam müddəti 5 - 10 ildir

E) Tam sağalan xəstəlikdir
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
92) Aşağıdakılardan hansı ağciyər eozinofiliyalarının nozoloji növünə aid deyil?
A) Culian - Barr sindromu

B) Hipereozinofil sindrom

C) Kəskin eozinofil pnevmoniya

D) Çerc - Stross sindromu

E) Lyoffler sindromu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
93) Sadə ağciyər eozinofiliyanın (Lyoffler sindromunun) yaranması nə ilə əlaqəli deyil??
A) Bitki və qida allergenlərinə sensibilizasiya ilə

B) Mikozlarla

C) Dərman vasitələri ilə

D) Helmintozlarla

E) Viruslarla
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
94) Ağciyərlərin limfangioleyomiomatozu adətən rast gəlinir:
A) 15 yaşadək qızlarda

B) Kişilərdə

C) 15 yaşadək oğlanlarda

D) Qadınlarda

E) 65 yaşdan yuxarı şəxslərdə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
95) Ağciyərlərin limfangioleyomiomatozunun nə ilə müalicəsi effektlidir?
A) İmmunosupresantlarla

B) Kortikosteroidlərlə

C) Şüa terapiyası ilə

D) Estrogenlərlə

E) Ağciyərlərin limfangioleyomiomatozunun effektli müalicə üsulu hal hazırda yoxdur
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
96) Ağciyər proteinozunun effektiv müalicəsinə nə daxildir?
A) İmmunosupresantlar

B) Bronxoalveolyar lavaj

C) Kortikosteroidlər

D) Fizioterapiya

E) Plazmoferez
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
97) Ağciyər proteinozunun etiologiyası :
A) Viruslar

B) Etiologiyası məlum deyil

C) Bakteriyalar

D) Mikozlar

E) İmmunosupressiv vəziyyətlər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
98) Hansı dərman tənəffüs orqanlarını ciddi zədələmir?
A) Streptomisin

B) Prednizolon

C) Azatioprin

D) İnterferon

E) Amiodaron
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
99) Ağciyərlərin dərman zədələnməsinin variantına aşağıdadkılardan hansı aid deyil?
A) Ağciyər vaskulopatiyaları

B) Ağciyərlərin interstisial xəstəliyi

C) Bronxoektazlar

D) Eozinofil infiltratlar

E) Ağciyər ödemi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
100) Bronxial astmalı xəstələrdə yanaşı hipertoniya varsa, hansı preparatlardan istifadə etmək olmaz?
A) Spazmolitiklər

B) AÇF (angiotenzin çevirici fermentin) inhibitorları

C) β - blokatorlar

D) Diuretiklər

E) Ca kanallarının blokatorları
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
101) Aspirin triadası hansı xəstəliklə əlaqəlidir?
A) Sarkoidoz

B) Mukovissidoz

C) Bronxoektaziya xəstəliyi

D) Ağciyərərin xroniki obstruktiv xəstəliyi

E) Bronxial astma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
102) Hansı dərman vasitələri öskürək səbəbi ola bilərlər?
A) Diuretiklər

B) Ca kanallarının blokatorları

C) Metilksantinlər

D) Antihistamin preparatları

E) AÇF (angiotenzin çevirici fermentin) inhibitorları
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
103) Dərman mənşəli ağır interstisial pnevmoniti və kəskin respirator distress - sindromu ən əsas yaradan preparat hansıdır?
A) Metotreksat

B) Penisillin

C) Aspirin

D) Amiodaron

E) Azatioprin
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
104) Plevral maye hansı xəstəliklər zamanı transudat xarakterli olur?
A) Parazitar infeksiyalarda

B) Durğunluq ürək çatışmazlığı zamanı

C) Ağciyər arteriyasının tromboemboliyası zamanı

D) Vərəm zamanı

E) Plevranın şişləri zamanı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
105) Plevral maye hansı xəstəliklər zamanı ekssudat xarakterli olur?
A) Qara ciyər sirrozu

B) Nefrotik sindrom

C) Metastatik plevrit (bədxassəli)

D) Peritoneal dializ

E) Miksedema
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
106) Plevral ekssudatın xüsusiyyəti deyil?
A) Plevral mayedə zülalın miqdarı 30q/l – dən az olması

B) Plevral mayedə və plazmada LDQ konsentrasiyasının nisbəti 0,6 - dən yuxarı olması

C) Plevral mayedə zülalın miqdarı 30q/l - dən çox olması

D) Rivalt sınağının müsbət olması

E) Plevral mayedə və plazmada zülal konsentrasiyasının nisbəti 0,5 - dən yuxarı olması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
107) Ekssudativ plevritlərdə torakosentez zamanı bir dəfəyə maksimal nə qədər maye xaric etmək tövsiyə olunur?
A) 500 ml

B) 3000 ml

C) 2000 ml

D) 1000 ml

E) 1500 ml
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
108) Empiyema nədir?
A) İrinli plevrit

B) Parapnevmonik plevrit

C) Adgeziv plevrit

D) Transudativ plevrit

E) Hidrotoraks
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
109) Ekssudativ plevritlərdə torakosentez nəyə əsasən aparılmalıdır?
A) Rentgenoloji maye 7 - ci qabırğa səviyyəsinə kimi olduqda

B) Auskultativ plevranın sürtünmə küyü eşidildikdə

C) Rentgen lateral pozisiyada mayenin dərinliyi 10 mm - dən az olduqda

D) Plevral mayenin səviyyəsi bilinmədikdə

E) Rentgen lateral pozisiyada mayenin dərinliyi 10 mm - dən artıq olduqda
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
110) Ekssudativ plevritlərdə rentgenoloji maye səviyyəsi nə zaman üfuqi olur?
A) Hemotoraksda

B) Hidro(pio)pnevmotoraksda

C) Xilotoraksda

D) Kisələşmiş plevritlərdə

E) Adi ekssudativ plevritdə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
111) Empiyemada plevral ekssudatın xarakterinə aşağıdakılardan hansı aid deyil?
A) İrinli

B) Seroz


C) Seroz - irinli

D) Seroz - fibrinoz

E) Fibrinoz
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
112) Empiyema törədicilərin xarakterinə aid deyil?

A) Qeyri - spesifikdir

B) Spesifikdir

C) Aseptikdir

D) Aerobdur

E) Anaerobdur


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
113) Empiyemanın cərrahi müalicəsinə göstəriş deyil?
A) 2 aylıq effektsiz müalicə

B) Bronxoplevral fistullada qalıq boşluğun empiyeması

C) Total empiyema

D) Kəskin empiyema

E) Ağciyərin əhəmiyyətli kollapsı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
114) Hansı mənşəli ekssudativ plevritdə maye “şokolad sousuna” bənzəyir?
A) Exinokokkozda

B) Paraqonimozda

C) Amöbiozda

D) Vərəmdə

E) Pnevmoniyada
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
115) Gərgin pnevmotoraks nə zaman yaranır?
A) Qapalı pnevmotoraksda

B) Açıq pnevmotoraksda

C) Piopnevmotoraksda

D) Hemopnevmotoraksda

E) Klapanlı pnevmotoraksda
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
116) Spontan pnevmotoraksda zədələnmiş tərəfdə auskultasiyada nə eşidilir?
A) Plevranın sürtünmə küyü

B) Quru xırıltılar

C) Tənəffüs küyləri eşidilmir

D) Krepitasiyalar

E) Sərt tənəffüs
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
117) İnterstisial pnevmoniyaların əsas auskultativ əlaməti nədir?
A) Bronxial tənəffüs

B) Vezikulyar tənəffüs

C) Krepitasiyalar

D) Quru xırıltılar

E) Yaş xırıltılar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
118) Hemotoraks daha çox nəyin nəticəsi olur?
A) Ağ ciyər arteriyasının tromboemboliyası

B) Krupoz pnevmoniya

C) Travma

D) Metastazlar

E) Plevranın infeksion xəstəlikləri
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
119) Xilotoraksda ekssudatın xarakteri necə olur?
A) Seroz maye

B) Limfa


C) Qan

D) Seroz - hemorragik maye

E) İrin
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
120) Xilotoraks hansı xəstəlikdə yaranmır?
A) Vərəm mənşəli limfangit

B) Kəskin pnevmoniya

C) Qeyri - spesifik mediastinit

D) Filyarioz

E) Ağciyər limfangiomatozu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
121) Xilotoraks hansı vəziyyətlərdə yaranmır?
A) Boyunun radikal limfodisseksiyası

B) Torakal cərrahi müdaxilələr

C) Ezofaqoskopiya

D) Fəqərəarası protruziyalar

E) Travma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
122) Fibrotoraks nədir?
A) Qanlı plevrit

B) İrinli plevrit

C) Plevra üzərində fibroz qatın yaranması

D) Travmatik plevrit

E) Plevra boşluğunda fibrinli ekssudat
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
123) Plevranın bədxassəli mezoteliomasının yaranmasında təxminən 90% hallarda nə səbəb olur?
A) Nikel

B) Berillium

C) Asbest

D) Duru parafin

E) Mis
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
124) Metastatik plevrit hansı xəstəlik zamanı müşahidə olunmur?
A) Süd vəzi xərçəngi

B) Mədə - bağırsaq orqanlarının şişləri

C) Ağciyər xərçəngi

D) Kazeoz pnevmoniya

E) Sidik - ifrazat orqanlarının şişləri
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
125) Obsrtuktiv yuxu apnoe səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Ağız - qırtlaq səviyyəsində yuxarı tənəffüs yollarının oklüziyası

B) Traxeya və iri bronxların oklüziyası

C) Orta tənəffüs yollarının oklüziyası

D) Tənəffüs əzələlərinə sinir impulslarının çatdırılmasının dayanması

E) Aşağı tənəffüs yollarının oklüziyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
126) Yuxu apnoe sindromu hansı xəstəliklərdə və ya patoloji hallarda müşahidə adətən müşahidə edilmir?
A) Ağciyər kistasında

B) Arterial hipertenziyada

C) Faringeal limfoid toxumanın hiperplaziyaları

D) Ağciyərlərin xroniki obstruktiv xəstəliyi

E) Qırtlağın şiş və kistalarında
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
127) Tənəffüs çatızmazlığının təsnifatı nəyə əsaslanımır?
A) İnkişaf sürətinə

B) Anatomik prinsipə

C) Yaş və cinsiyyətə

D) Patogenezə

E) Ağırlıq dərəcəsinə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
128) Hiperkapnik (ventilyasion) tənəffüs çatışmazlığı əsasən hansı patologiyada müşahidə olunur?
A) İdiopatik ağciyər fibrozu

B) Ağciyərlərin xroniki obstruktiv xəstəliyi

C) Kəskin respirator distress - sindrom

D) Ağciyər ödemi

E) Pnevmoniya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
129) Tənəffüs çatışmazlığının ağırlıq dərəcəsinə görə təsnifatı nəyə əsaslanır?
A) Qazometriya göstəricilərinə

B) Yaranma müddətinə

C) Spirometriya göstəricilərinə

D) Kliniki simptomlara

E) 1 dəqiqədə tənəffüs sayına
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
130) Hansı ağciyər zədələnmələrində Kəskin respirator distress-sindrom yaratmır?
A) Suda boğulma

B) Ağır torakal travma

C) ACXOX ( ağciyərlərin xroniki obstruktiv xəstəliyi)

D) Diffuz ağciyər infeksiyası

E) Toksik qazların inqalyasiyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
131) Hansı ağciyərdən kənar vəziyyətlər Kəskin respirator distress - sindrom yaranmasında rol oynamır?
A) Kəskin xolesistit

B) Massiv hemotransfuziya

C) Hipovolemik şok

D) Kəskin pankreatit

E) Ağır sepsis
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
132) Sağlam, yaşayan donordan ağciyər payını adətən hansı xəstəliyi olan insana transplantasiya edirlər?
A) Histiositoz X

B) Mukovissidoz

C) Limfangioleyomiomatoz

D) Sarkoidoz

E) Bronxoalveolyar xərçəng
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
133) Atrovent preparatı hansı qrup dərmanlara aiddir?
A) Antixolinergik preparatlara

B) Uzunmüddətli təsirə malik β2 - aqonistlərə

C) Qısamüddətli təsirə malik β2 - aqonistlərə

D) İnhalyasion qlükokortikosteroidlərə

E) Kromonlara
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
134) Antileykotriyen preparatlarına hansı aiddir?
A) Ketotifen

B) Loratadin

C) Motelukast

D) Telfast

E) Aminofillin
Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə