Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Qaraciyər komasının yaranma ehtimalı olduqda, pəhrizin tərkibində hansı qida növünü məhdudlaşdırmaq lazımdır?



Yüklə 2,35 Mb.
səhifə8/24
tarix17.11.2017
ölçüsü2,35 Mb.
#10730
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

471) Qaraciyər komasının yaranma ehtimalı olduqda, pəhrizin tərkibində hansı qida növünü məhdudlaşdırmaq lazımdır?
A) Yağları

B) Zülalı

C) Karbohidratları

D) Mayeni

E) Mineral duzları
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. «Внутренние болезни» 1999г.
472) Baddi - Kiari sindromunun yaranmasının səbəbi nədir?
A) Bilirubin mübadiləsinin pozulması

B) Qaraciyər hüceyrələrində piyin toplanması

C) Qaraciyər venalarının trombozu

D) Qaraciyər hüceyrələrinin iltihabı

E) Öd kisəsində xolesterin daşlarının əmələ gəlməsi
Ədəbiyyat: Питер Р. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
473) Diaqnostik müayinələrdən hansı xolestazın olmasını təsdiq edir?
A) Leykositoz

B) Qələvi fosfatazanın (QF) və qamma - qlutamin - transferazanın (GGT) artması

C) Trombositopeniya

D) ALT və AST - nın artması

E) EÇS artması
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
474) Qadınlarda kəskin pankreatitin ən çox rast gələn səbəbi nədir?
A) Kortikosteroidlərin qəbulu

B) Alkoqolizm

C) Hamiləlik

D) Qarın travması

E) Öd daşı xəstəliyi
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
475) Kişilərdə kəskin pankreatitin ən çox səbəbi olan faktor hansıdır?
A) Qarnın travması

B) Xroniki xolesistit

C) Alkoqolizm

D) Qaraciyərin sirrozu

E) Kortikosteroidlərin qəbulu
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
476) Xroniki pankreatitdə ağrıkəsicilərdən hansını istifadə etmək olmaz?
A) Analgin

B) Morfi


C) Novokain

D) Baralgin

E) Fentanil
Ədəbiyyat: B. И. Маколкин, С.И.Овчаренко. «Внутренние болезни» 1999 г.
477) Kəskin pankreatitdə ilk saatlarda diaqnozu təsdiq etmək üçün spesifik marker hansıdır?
A) Ximotripsin

B) Lipaza

C) Tripsin

D) Elastaza

E) Amilaza
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
478) Aşağıdakılardan hansı xroniki pankreatitin inkişafına səbəb olmur?

A) Hiperlipidemiya

B) Bəzi dərman preparatları (azatioprin, furosemid və s.)

C) Vitamin C çatışmazlığı

D) İrsi pozğunluqlar,aminoasiduriya və s.

E) Metil spirti ilə zəhərlənmə


Ədəbiyyat: V.Ə.Əzizov " Daxili xəstəliklər" Bakı - 2011 , səh 565
479) Sadalanan simptomlardan hansı xroniki enterit üçün xarakterik deyil?
A) Orqanizmin susuzlaşması

B) Qanın elektrolit tərkibinin pozulması

C) Çəkinin azalması

D) Qəbizlik

E) Həddən artıq köpüklü, açıq rəngli nəcisin ifrazı
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000г.
480) Malabsorbsiya sindromu üçün nə səciyyəvi deyil?
A) Oynaq ağrıları

B) Diareya

C) Qinekomastiya

D) Anemiya

E) Bədən çəkisinin azalması
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
481) Uzunmüddətli xroniki enterokolit üçün hansı simptomlar xarakterik deyildir?
A) Ümumi zəiflik

B) Hipoproteinemiya və anemiya

C) Çəkinin defisiti

D) Hiperalbuminemiya

E) Əmək qabiliyyətinin azalması
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
482) Kron xəstəliyinin müalicəsində əsasən hansı preparatlardan istifadə olunur?
A) Maaloks

B) Sulfasalazin

C) Penisillin

D) De - nol

E) Omeprozol
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
483) Bağırsağın qıcıqlanma sindromunu təyin edən ən dəqiq diaqnostika metodu hansıdır?
A) Laporaskopiya

B) Rentgen

C) Kolonoskopiya

D) Nəcisin analizi

E) Kompyuter tomoqrafiyası
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
484) Bağırsağın qıcıqlanma sindromunda əsas simptomlar hansılardır?
A) Nəcisin rənginin dəyişməsi

B) Qəbizlik və ya qanlı ishal

C) Ağrı, qızdırma, titrətmə

D) Ağrı, qəbizlik və ya ishal

E) Ağrı, çəkinin azalması və iştahasızlıq
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
485) Qeyri - spesifik xoralı kolitdə müalicəni nə ilə başlamaq lazımdır?
A) Ampisillinlə

B) İmuranla

C) Sulfasalazinlə

D) Neomisinlə

E) Levomisetinlə
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко. «Справочник по гастроэнтерологии» 2003г.
486) Yoğun bağırsağın şişinə şübhə olduqda hansı yoxlamanın aparılması daha vacibdir?
A) Qanın və nəcisin ümumi analizini aparmaq

B) İrriqoskopiya etmək

C) Onkomarkerləri yoxlamaq

D) Kolonoskopik biopsiya etmək

E) Rentgenoskopiya etmək
Ədəbiyyat: O. Şirəliyev. “Endoskopiya müayinələri” 2004 il.
487) Dolixokolon nədir?
A) Bağırsağın daralması

B) Bağırsağın genəlməsi

C) Bağırsağın qısalması

D) Bağırsağın uzanması

E) Bağırsağın deşilməsi
Ədəbiyyat: А. С. Логинов, А. И. Парфёнов. «Болезни кишечника» 2000 г.
488) Qastroezofageal reflyuks xəstəliyi zamanı bronx - qida borusu sindromunun əmələgəlmə səbəbi hansıdır?
A) Disfagiya

B) Xəstəliyin uzun müddət davam etməsi

C) Mədə möhtəviyyatının tənəffüs yoluna requrqitasiyası

D) İzafi bədən kütləsi

E) Qida borusunun spazmı
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
489) Kəskin kataral ezofagit hansı ağırlaşmanı verə bilər?
A) Perforasiya

B) Pnevmoniya

C) Mikroqanaxma (diapedez)

D) Stenoz

E) Kəskin qanaxma
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
490) Qida borusunun axalaziyası zamanı kardiodilatasiya üçün göstəriş nədir?
A) Ezofagit

B) Qanaxma

C) Ağciyər ağırlaşmaları

D) Konservativ müalicənin effektsiz olması

E) Hamiləlik
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 s
491) Qida borusunun distal hissəsinin xorasının genezində aşağıdakılardan hansı daha çox aparıcı rol oynayır?
A) Ezofagit

B) Mikrosirkulyasiyanın pozulması

C) Seliyin müdafiə xüsusiyyətinin aşağı düşməsi

D) Regenerasiyanın pozulması

E) Mədə möhtəviyyatının qida borusuna reflyuksu
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
492) Kardiyanın çatmazlığı zamanı çox rast gələn ağırlaşmalar hansıdır?
A) Ezofagit

B) Qida borusunun divertikulu

C) Xroniki pnevmoniya

D) Laringit

E) Xronik bronxit
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
493) Vilson xəstəliyi zamanı hansı məhsullardan imtina etmək vacibdir?
A) Fosfor tərkibli məhsullardan

B) Mis tərkibli məhsullardan

C) Kalsium tərkibli məhsullardan

D) Dəmir tərkibli məhsullardan

E) Karbohidrat tərkibli məhsullardan
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
494) Vilson xəstəliyində hansı fermentin aktivliyinin azalması baş verir?
A) Aminotransferazanın

B) Qlutationperoksidazanın

C) Qələvi fosfatazanın

D) Katalazanın

E) Seruloplazminin
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
495) Badda–Kiari sindromu hansı patologiya ilə bağlıdır?
A) mesenterial damarı ilə

B) aortanın sıxıntısı ilə

C) dalağın damarı ilə

D) qaraciyər damarı ilə

E) aortanın laylanması ilə
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
496) Sadalanan fermentlərin hansı misi 90% özünə birləşdirir?
A) Katalaza

B) Tripsin

C) Qlutationperoksidaza

D) Seruloplazmin

E) Aminotransferaza
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
497) Hansı xəstəlikdə qaraciyər hüceyrələrin apoptozu sürətlənir?
A) Reaktiv hepatitdə

B) Vilson xəstəliyində

C) Xolangitdə

D) Kron xəstəliyində

E) Hepatozda
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
498) Kayser–Fleyzer sindromu hansı xəstəlikdə aşkarlanır?
A) Vilson xəstəliyində

B) Hemoxromatozda

C) Hemolitik anemiyada

D) Jilber xəstəliyində

E) Badda – Kiari xəstəliyində
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
499) Qaraciyəraltı portal hipertenziya ilə nə nəticələnə bilər?
A) Bakterial xolangit

B) Dalaq damarının trombozu

C) Mesenterial damarların trombozu

D) Birincili biliar sirroz

E) Vilson xəstəliyini
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
500) Hansı patoloji vəziyyətdə qələvi fosfatazanın səviyyəsi normada qalır?
A) Qaraciyərə metastazlar

B) İnfeksion mononukleozda

C) Virus hepatiti zamanı

D) Bakterial angioxolitdə

E) Xolestazda
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
501) Parçalanmış hemoqlobinin hansı hissəsindən birləşmiş bilirubin yaranır?
A) qlobindən

B) hemosiderindən

C) hemin porfirin hissəsində

D) ikivalentli dəmirdən

E) ferritindən
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
502) Hansı ferment selendən asılıdır?
A) Superoksiddismutaza

B) Qlutationperoksidaza

C) Aaminotransferaza

D) Qələvi fosfataza

E) Qlutationreduktaza
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
503) Xroniki pankreatit zamanı nəcisin xüsusiyyətləri hansılardır?
A) yağlı, çoxlu nəcis

B) seliktəhər

C) “düyü həlimi” kimi

D) “qoyun qığı” kimi

E) az miqdarda
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
504) Xroniki pankreatinin kəskinləşməsi zamanı müalicədə hansı patogenetik vasitə işlənilir?
A) prebiotiklər

B) qeyri - steroid iltihaba qarşı

C) immunomodulyator preparatlar

D) proteoliz inhibitoru

E) eubiotiklər
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
505) Hansı əlamət xolestaza aiddir?
A) ksantomalar

B) “moruğlu” dil

C) “palmar” eritema

D) tenezmlər

E) “damar ulduzları”
Ədəbiyyat: И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
506) Qastroezofaqal reflyuks xəstəliyinin inkişafında əsas əhəmiyət kəsb edən faktorlara hansı aid deyil?
A) Qida borusu klirensinin güclənməsi

B) Qida borusunun mədə reflyuktantından təmizlənmə qabiliyətinin azalması

C) Mədə daxili təzyiqin artması

D) Qida borusunun aşağı sfinkterinin boşalma epizodlarinin artması

E) Antireflyuks baryerinin azalması
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
507) Qastroezofaqal reflyuks xəstəliyinin ağır hallarında hansı preparatların kombinasiyası daha səmərəlidir?
A) Prokinetiklər və proton pompasının inhibitorları

B) H2 - histamin blokatorları ilə antixelikobkter təsirlı preparatlar

C) H2 - histamin blokatorları ilə prokinetiklər

D) Antasidlər və xolinolitiklər

E) Proton pompasının inhibitorları və antixelikobakter təsirli preparatlar
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроентерология:Рукооволство для врачей. – М.: Медицинское информационное агентсвто, 2004. – 616 с
508) Qastritlərin hansı forması genetik olaraq mədə xorası və ağır formalı pernisioz anemiya ilə əlaqəlidir?
A) Səti qastrit

B) Hipertrofik qastrit

C) Atrofik fundal qastrit

D) Reflyuks-qastrit

E) Antral qastrit
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
509) Helicobacter pylorinin (HP) hansı əsas xüsusiyyəti onu mədənin turş mühitindən qoruyur?
A) Turş mühitdə aktivliyinin artması

B) Mədənin pilorik şöbəsində yerləşməsi

C) Selikaltı qişada yerləşməsi

D) Metaplaziyaya məruz qalmış epiteldə yerləşməsi

E) Ureaza aktivliyinə malik olması
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
510) Hiperprolaktenemiya fonunda keçən qastroezofaqal reflyuks xəstəliyinin kompleksli müalicəsində hansı preparatlar qrupu əks-göstərişdir?
A) Sovrulan antasidlər

B) Kalsium kanallarının antoqonistləri

C) Asetilxolin aqonistləri

D) Dofamin reseptorlarının antoqonistləri

E) H2-histamin reseptorlarının blokatorları
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
511) Aşağıdakı prokinetikləridən hansı öd kisəsinin hərəki aktivliyini gücləndirməklə yanaşı kardiovaskulyar patologiya zamanı proaritmogen təsir göstərir?
A) Serukal

B) Motilium

C) Sizaprid

D) Reqlan

E) Doprokin
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
512) Helikobakter infeksiyasının diaqnostikasında istifadə olunan üsullardan hansı qeyri-invazivdir?
A) Ureaza

B) Seroloji

C) Sitoloji

D) Bakterioloji

E) Histoloji
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
513) Hansı qrup preparatlar xoleolitik təsirə malikdir.
A) Asetilxolin aqonistləri

B) Dofamin reseptorlarının antoqonistləri

C) Xoleretiklər

D) Amantan törəmələri

E) Dezoksixol turşusu törəmələri
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
514) Helicobacter pylori infeksiyasında istifadə olunan antibakterial preparatlara hansı aid deyil?
A) Amikasin

B) Tinidazol

C) Tetrasiklin

D) Amoksisilin

E) Klaritromisin
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
515) Oddi sfinkterinin əsas funksiyalarına hansı aid deyil?
A) Duodenoqastral reflyuksun qarşısının alınması

B) Mədəaltı sekretin 12 barmaq bağırsağa axmasının tənzimlənməsi

C) Ödün öd kisəsində yığılması üçün şəraitin yaradılması

D) 12 barmaq bağırsağa mötəviyatının ümumi öd axarına və pankreas axarına reflyuksu

E) Ödün 12 barmaq bağırsağa axmasının tənzimlənməsi
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
516) Ahıl yaşlarında, bağırsağın hipotoniyası səbəbindən yaranan qəbizlikdə üstünlük hansı preparata verilir?
A) Laktuloza

B) Bisakodil

C) Gənəgerçək yağı

D) Mebeverin

E) Sennade
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
517) Sadalanan preparatlardan hansı ağrı sindromunun üstünlüyü ilə keçən bağırsağın qıcıqlanma sindromunda istifadə olunmur?
A) Quttalaks

B) Disetel

C) Buskopan

D) Dyuspatalin

E) No - şpa forte
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
518) Sadalananlardan hansı mədə və 12 - barmaq bağırsağın selikli qişasına sitoprotektiv təsir göstərir?
A) Vikalin

B) Çaytikanı yağı

C) Qastrosepin

D) Solkoseril

E) Sukralfat
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии(перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
519) 1-cili biliar sirrozun erkən əlamətinə aiddir:
A) Varikoz genişlənmiş venalar

B) Assit


C) Sarılıq

D) Splenomeqaliya

E) Dəri qaşınması
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002
520) Mellori-Veys sindromunun inkişafına gətirib çıxara bilər:
A) Diafraqmanın qida borusu dəliyinin sürüşkən yırtığı

B) Malabsorbsiya sindromu

C) Alkoqolla zəhərlənmə

D) Qeyri-steroid iltihab əleyhinə preparatların istifadə edilməsi

E) Qıcıqlanmış yoğun bağırsaq sindromu
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003
521) 22 yaşlı şəxsdə çoxlu miqdarda alkoqol qəbulundan sonra al qan qarışıqlı qusmalar baş vermişdir. Daha böyük ehtimalla diaqnoz hansıdır?
A) Qida borusunun varikoz genişlənmiş venalarından qanaxma

B) Qanaxma ilə fəsadlaşmış kəskin eroziv qastrit

C) Mellori - Veys sindromu

D) Qanaxma ilə fəsadlaşmış kəskin mədə xorası

E) Qida borusu xərçəngi, qida borusu qanaxması
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
522) Aşağıdakı simptomlardan hansı qastroezofageal reflüks xəstəliyinin əlamətlərinə aid deyil ?
A) Disfagiya

B) Ürəkbulanma

C) Dad hissiyyatının pozulması

D) Ağızdan xoşagəlməz qoxunun gəlməsi

E) Qıcqırma
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр
523) Assitin patogenizində aşağıdakılardan hansı düzgün deyil?
A) Hipoproteinemiya

B) Qaraciyər sinusoidləri daxilində təzyiqin artması

C) Renin-angiotenziv sisteminin aktivləşməsi

D) Orqanizmdə Na və suyun ləngiməsi

E) Hipoaldosteronemiya
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003
524) Xroniki qastritin hansı forması ilk növbədə mədənin cismi və dibini zədələyir?
A) Kimyəvi

B) Helikobacter Pylori mənşəli qastrit

C) Kron xəstəliyi zamanı müşahidə edilən qastrit

D) Kriptogen

E) Autoimmun
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр
525) 45 yaşlı kişinin dərisi insolyasiya olmadığı halda bürünc rəngdə olmuşdur. Müayinə zamanı palpator olaraq sərt qaraciyər və dalaq müəyyən edilmişdir. Hiperqlikemiya, aritmiya vardır. Daha çox ehtimal olunan diaqnozunuz:
A) Vilson xəstəliyi

B) Badda- Kiari sindromu

C) Jilber sndromu

D) Hemoxromatoz

E) Xroniki alkoqolizm
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
526) Qaraciyər çatışmazlığı üçün aşağıdakılardan hansı xarakter deyil:
A) Hipokoaqulyasiya

B) Hiperxolesterinemiya

C) Karbohidrat mübadiləsinin pozulması

D) Hipoalbuminemiya

E) Qanda aromatik amin turşularının artması
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002
527) Aşağıdakılardan hansı xora maliqnizasiyasının tipik əlamətinə aid deyil?
A) ətə qarşı ikrah hissi

B) anemiya

C) arıqlama

D) qıcqırma

E) iştahanın azalması
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
528) Kəskin xolangitin əsas kliniki simptomları hansıdır?
A) tündləşmiş sidik, trombositoz,ALT və AST azalması

B) yağlı qida qəbulu zamanı sağ qabırğaaltı nahiyyədə ağrı və arterial hipertenziya

C) sarılıq,hipertermiya, sağ qabırğaaltı nahiyyədə ağrılar

D) rəngsizləşmiş nəcis, qələvi fosfatazanın səviyyəsinin azalması

E) sağ qabırğaaltı nahiyyədə ağrılar və leykopeniya
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
529) Xroniki xolesistitdə ağrının xarakterik irradiasiyası hansıdır?
A) sağ çiyinə və sağ qola

B) aralığa

C) sol çiyinə və sol qola

D) cinsi orqanlara

E) sağ bud nahiyəsinə
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
530) Enterokolitin müalicəsində istifadə olunan prinsiplər hansıdır?
A) pəhriz 1, novokain, anesteziya

B) pəhriz 5, spazmolitiklər, antasidlər

C) pəhriz 1, xolinolitiklər, antasidlər

D) pəhriz 5, öd qovucu, antibiotiklər

E) pəhriz 4, qısa kurs antibiotiklər, poliferment preparatlar
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
531) Xroniki kolit sindromu üçün nə xarakterikdir?
A) Nəcisin az miqdarda olması

B) Meteorizm

C) Nəcisdə neytral yağların çox miqdarda olması

D) Nəcisdə qanın olması

E) Koproqramda həzm olunmamış əzələ liflərinin olması
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
532) Xroniki enteritdə nəcis nə ilə xarakterizə olunur?
A) Melenanın olması

B) Diareyanın olması

C) Bərk, az miqdarda nəcisin olması

D) Nəcisdə az miqdarda seliyin olması

E) Yeməkdən sonra dərhal tenezmlərin olması
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
533) Xroniki enterit zamanı koproqrammanın təsvirində hansı əlamət xarakterik deyil?
A) qan

B) amiloreya

C) steatoreya

D) həzm olunmamış qida hissəcikləri

E) kreatoreya
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
534) Hansı xəstəlik üçün malabsorbsiya və maldiqestiya sindromları xarakterikdir?
A) Xroniki qastrit

B) Yüngül gedişli xroniki enterit

C) Xroniki kolit

D) Orta və ağır gedişli xroniki enterit

E) Müxtəlif gedişli xroniki enterit
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
535) Xroniki enterit üçün hansı simptom xarakterik deyil?
A) Meteorizm

B) Çox miqdarda lakin tezləşməmiş defekasiya

C) Bədən çəkisinin azalması

D) Əsasən sol qabırğaltı nahiyyədə ağrı

E) Göbək ətrafı ağrılar
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
536) Bağırsağın hansı hissəsində divardaxili həzm prosesi baş verir?
A) Yoğun bağırsağın distal hissəsi

B) Nazik bağırsaq

C) Yoğun bağırsağın proksimal hissəsi

D) Siqmayabənzər bağırsaq

E) Bütün yoğun bağırsaq
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
537) Xroniki enterit və kolitin ən tez rast gəlinən səbəbi hansıdır?
A) kəskin alkoqol intoksikasiya

B) qida allergiyası

C) kəskin və yağlı qidalanma

D) disbakterioz, helmintozlar

E) ağır metalların duzları ilə xroniki zəhərlənmə
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə