Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Aşağıda sadalanan xəstəliklərdən biri Lefqren və Heerfordt-Valdenstrem sindromları ilə müşahidə oluna bilər



Yüklə 2,35 Mb.
səhifə23/24
tarix17.11.2017
ölçüsü2,35 Mb.
#10730
1   ...   16   17   18   19   20   21   22   23   24

1454) Aşağıda sadalanan xəstəliklərdən biri Lefqren və Heerfordt-Valdenstrem sindromları ilə müşahidə oluna bilər:
A) Limfoqranulomatoz

B) Sarkoidoz

C) Bronxiolit

D) Qistiositoz X

E) Ağ ciyər vaskuliti
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.684
1455) İdiopatik ağciyər fibrozun iltihabəleyhinə müalicəsinə aid deyil
A) QSİƏ preparatları

B) Azatioprin

C) Qlukokortikosteroidlər

D) Tsiklofosfamid

E) Qlukokortikosteroidlər +Azatioprin
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009, стр.
1456) Hansı kliniki vəziyyət kəskin hipoksemik tənəffüs çatışmazlığının səbəbinə aid deyil?
A) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi

B) Kəskin respirator distress - sindrom

C) Pnevmoniya

D) Ağ ciyərlərin kardiogen ödemi

E) Atelektaz
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009 г, стр.871
1457) Hansı kliniki vəziyyət kəskin hiperkapnik tənəffüs çatışmazlığının səbəbinə aid deyil?
A) Piylənmə

B) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin ağır kəskinləşməsi

C) Astmatik status

D) Kifoskolioz

E) Ağ ciyərlərin kardiogen ödemi
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009 г, стр.886
1458) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin kəskinləşməsi zamanı təcili yardım şöbəsinə hospitalizasiyaya göstəriş deyil?
A) Artan hiperkapniya (PaCO2>70 мм рт.ст.)

B) Huşun pozulması

C) İlkin təcili terapiyaya davamlı ağır dispnoe

D) Hərarətin yüksəlməsi

E) Persistəedən və proqressivləşən hipoksemiya (PaO2<50 мм рт.ст.)
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009 г, стр.871
1459) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin kəskinləşməsi fonunda yaranan kəskin tənəffüs çatışmazlığının müalicə prinsiplərinə aid deyil?
A) İnhalyasion β2-aqonistlər

B) Antileykotriyen preparatlar

C) Antixolinergik preparatlar

D) Qlükokortikosteroidlər

E) Oksigenterapiya
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009 г, стр.891
1460) Qeyri kardiogen ağ ciyər ödemi zamanı hansı qrup preparatları istifadə olunmur?
A) Antibiotiklər

B) Surfaktantlar

C) Antioksidantlar

D) Xolinolitiklər

E) Vazopressorlar
Ədəbiyyat: Под ред. А.Г. Чучалина «Пульмонология: национальное руководство», ГЭОТАР-Медиа, 2009 г, стр.578.
1461) Böyük deksametazon sınağı aşağıdakıların hansının differensial diaqnostikasında istifadə olunur?
A) Kuşinq xəstəliyi və sindromu

B) Hipotalamik sindromu və piylənmə

C) Kuşinq sindromu və hipotalamik sindromu

D) Kuşinq sindromu və piylənmə

E) Kuşinq sindromu və norma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев «Эндокринология», Москва-2000
1462) Böyrəküstü vəzilərin qabıq maddəsinin ikitərəfli hiperplaziyası nə ilə xarakterizə olunur?
A) Kortikoliberinin sintezinin çoxalması

B) Somatostatinin sintezinin çoxalması

C) TTH sintezinin çoxalması

D) AKTH sintezinin azalması

E) AKTH sintezinin çoxalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, «Эндокринология, Национальное руководство», Москва-2008
1463) Hipertoniya xəstəliyindən fərqli olaraq aşağıdakılardan hansı feoxromositoma üçün xarakterik deyil?
A) Cavan yaşlarında inkişaf etməsi

B) Hipertonik kriz ilə yanaşı bədən hərarətinin yüksəlməsi

C) Sidikdə katexolaminlərin səviyyəsinin artması

D) Ortostatik hipotenziya

E) Ahıl yaşlarında inkişaf etməsi
Ədəbiyyat: Е.А.Холодова «Справочник по клинической эндокринологии», Минск-2004
1464) İtsenko– Kuşinq xəstəliyində “steroid diabet”in inkişaf etməsinin əsas səbəbi hansıdır?
A) Renin-angiotenzin-aldosteron sisteminin fəallığının azalması

B) Lipolizin stiumulyasiyası

C) Renin-angiotenzin-aldosteron sisteminin fəallaşması

D) Qlyukoneogenezin fəallaşması

E) Qlyukozanın fəallaşması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, «Эндокринология, Национальное руководство», Москва-2008
1465) İtsenko-Kuşinq xəstəliyinin müalicəsində xloditanın optimal terapevtik dozası hansıdır?
A) 0,5 q/sut

B) 12 mq/sut

C) 4-6 q/sut

D) 1,5 q/sut

E) 75 mq/sut
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев «Эндокринология», Москва-2000
1466) Endokrin xəstəliklərinin müalicəsində istifadə olunan dopaminergik reseptorların stimuləedici preparatina hansı aiddir?
A) Deksametazon

B) Merkazolil

C) Bromokriptin

D) Orimeten

E) Xloditan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев «Эндокринология», Москва-2000
1467) Hipofizar nanizmin müalicəsində istifadə olunan somatotrop hormonun dozası nə qədər olmalıdır?
A) 1,5-2 V/həftədə

B) 6-12 V/həftədə

C) 2-4 V/həftədə

D) 40V/həftədə

E) 18 V/həftədə
Ədəbiyyat: Н.Лавин « Эндокринология», Москва-1999
1468) Endogen-konstitusional piylənmə üçün xarakter kliniki simptomlar hansıdır?
A) Piyin bərabər paylanması, hipertenziya

B) Piyin bərabər paylanması, dərinin hiperpiqmentasiyası

C) Displastik piylənmə, dəridə səpgilər

D) Displastik piylənmə, cinsi inkişafın pozulması

E) Displastik piylənmə, əzələ hipotrofiyası
Ədəbiyyat: В.Н.Серов,В.Н.Прилепская,Т.В.Овсянникова «Гинекологическая эндокринология», Москва-2008
1469) Yeniyetmə dispituitarizm üçün xarakter simptomlar hansıdır?
A) Piylənmə, dislipoproteinemiya, hipertenziya

B) Piylənmə, osteoporoz, əzələ hipotrofiyası

C) Piylənmə, striyalar, əzələ hipotrofiyası

D) Piylənmə və cinsi inkişafın pozulması

E) Piylənmə, boyun kiçik olması, hipotenziya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, «Эндокринология, Национальное руководство», Москва-2008
1470) Anoreksogen təsirə malik olan preparat hansıdır?
A) Xlorpropamid

B) Maninil

C) Metipred

D) Fepranon

E) Akarboza
Ədəbiyyat: В.Н.Серов,В.Н.Прилепская,Т.В.Овсянникова «Гинекологическая эндокринология», Москва-2008
1471) Hər üç xəstəlik üçün (Adison xəstəliyi, İtsenko-Kuşinq xəstəliyi və Nelson sindromu) AKTH-un hiperproduksiyası ilə əlaqədar olan xarakter kliniki simptom hansıdır?
A) Dəri striyaları

B) Ortostatik hipotoniya

C) Amenoreya

D) Dərinin hiperpiqmentasiyası

E) Piylənmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, «Эндокринология, Национальное руководство», Москва-2008
1472) Hipopituitarizmin əsas etioloji amili hansıdır?
A) Şiyen-Simmonds sindromu

B) İnfeksiya

C) Nelson sindromu

D) Şişlər

E) Hipoqlikemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, «Эндокринология, Национальное руководство», Москва-2008
1473) Hipopituitarizmin müalicəsində əsas üsul hansıdır?
A) Pəhriz

B) Fizioterapiya

C) Cərrahi müdaxilə

D) Şua terapiyası

E) Əvəzedici hormonal terapiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, «Эндокринология, Национальное руководство», Москва-2008
1474) Hipopituitarizmi aşağıdakı hansı xəstəliklə differensasiya etmək lazımdır?
A) Nelson sindromu

B) Adison xəstəliyi

C) Əsəb anoreksiyası

D) İtsenko-Kuşinq sindromu

E) Akromeqaliya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, «Эндокринология, Национальное руководство», Москва-2008
1475) Simmonds sindromunda inkişaf edən arıqlama hansı hormonun çatışmazlığı ilə əlaqədardır?
A) AKTH

B) Prolaktin

C) Boy hormonu

D) Estrogen

E) TTH
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, «Эндокринология, Национальное руководство», Москва-2008
1476) Adisonik kriz zamanı hansı preparatlar tövsiyyə olunmur?
A) Katexolaminlər

B) Vazodilatatorlar

C) İnfuzion məhlullar

D) Kortikosteroidlər

E) Mineralokortikoidlər
Ədəbiyyat: В.В. Потёмкин, Е.Г. Старостина, «Неотложная эндокринология». Руководство для врачей, 2008 г.
1477) Adisonik krizin müalicəsində birinci sutkada DOKSA-nın dozası nə qədər olmalıdır?
A) 5 mq ə/d 1-2 dəfə/sut.

B) 5 mq ə/d 1 dəfə/sut.

C) 10 mq ə/d 1 dəfə/sut.

D) 10 mq ə/d 2-3 dəfə/sut.

E) 5 mq ə/d 2-3 dəfə/sut.
Ədəbiyyat: В.В. Потёмкин, Е.Г. Старостина, «Неотложная эндокринология». Руководство для врачей, 2008 г.
1478) Tireotoksik krizin əmələ gəlməsində aşağıdakılardan hansı rol oynamır?
A) Radioaktiv yodun yeridilməsi

B) Sinir gərginliyi

C) İnfeksiya

D) Rentgen şuaları

E) Sedativ preparatların qəbulu
Ədəbiyyat: В.В. Потёмкин, Е.Г. Старостина, «Неотложная эндокринология». Руководство для врачей, 2008 г.
1479) Hiperkalsiyemik krizin müalicəsində hansı preparat əks-göstərişdir?
A) Furosemid

B) Kalsitonin

C) Etakrin turşusu

D) Hipotiazid

E) Hidrokortizon
Ədəbiyyat: В.В. Потёмкин, Е.Г. Старостина, «Неотложная эндокринология». Руководство для врачей, 2008 г.
1480) Aşağıdakılardan hansı variant feoxromositoma krizi üçün xarakter deyil?
A) Antihipertenziv müalicənin effektsizliyi

B) Bədxassəli arterial hipertenziya sindromu, polisitemiya

C) Hiperqlikemiya, qlukozuriya, leykositoz, proteinuriya

D) Ətrafların tremoru, taxikardiya, tərləmə, proqressivləşən qusma

E) Antihipertenziv müalicədən sonra A/T tədricən enməsi
Ədəbiyyat: В.В. Потёмкин, Е.Г. Старостина, «Неотложная эндокринология». Руководство для врачей, 2008 г.
1481) İnfeksion endokarditin böyük kriterilərinə nə aiddir?
A) Narkomaniya və toksikomaniya

B) Müsbət revmatoid faktor

C) EXO-KQ-da yeni vegetasiyalar

D) Bədən hərarəti ≥38˚C

E) Ağciyər infarktı
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1482) İnfeksion endokarditin əmələ gəlməsinə təkan verən faktorlara hansı aid deyil?
A) Süni klapanlar

B) Aortanın koarktasiyası

C) Qulaqcıqlararası çəpərin defekti

D) Hipertrofik obstruktiv kardiomiopatiya

E) Damarların kateterizasiyası
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1483) İnfeksion endokarditin ən çox rast gəlinən ağırlaşması hansıdır?
A) Kəskin qaraciyər çatışmazlığı

B) Arterial hipotenziya

C) Arterial hipertenziya

D) Vegetasiyanın fraqmenti ilə emboliya

E) Kardiomiopatiyalar
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1484) Aşağıdakı kardiomiopatiyalardan hansı qazanılmış kardiomiopatiyalara aiddir?
A) Hipertofik kardiomiopatiya

B) Sağ mədəciyin aritmogen kardiomiopatiyası

C) Bruqad sindromu

D) Mitoxondrial miopatiyalar

E) Anaları insulin asılılığı olmayan şəkərli diabetdən əziyyət çəkən körpələr
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1485) Hipertrofik kardiomiopatiyanın müalicəsində durğunluq ürək çatışmazlığı olmayanda fiziki gərginliyə tolerantlığı artırmaq məqsədi ilə istifadə olunan preparatlar hansılardır?
A) Ürək qlikozidləri

B) Kalsium antaqonistləri

C) Diuretiklər

D) AÇF-inhibitorlar

E) β-adrenoblokatorlar və verapamil
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1486) Obstruktiv forma hipertrofik kardiomiopatiyanın müalicəsində birinci sıra preparat hansıdır?
A) AÇF-inhibitorlar

B) β-adrenoblokatorlar

C) Periferik vazodilyatatorlar

D) Diuretiklər

E) Kalsium antaqonistləri
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1487) Verapamil və diltiazem hansı sinif antiaritmik preparatlara aiddir?
A) III sinif

B) Antiaritmik preparatlara aid deyil

C) II sinif

D) I sinif

E) IV sinif
Ədəbiyyat: В.И. Метелица «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств». Москва-2002.
1488) Hansı sinif antiaritmik preparatlar QT intervalını uzadır?
A) IB sinif

B) IV sinif

C) III sinif

D) II sinif

E) IC və II sinif
Ədəbiyyat: В.И. Метелица «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств». Москва-2002.
1489) Etasizin hansı sinif antiaritmik preparatlara aiddir?
A) IC sinif

B) II sinif

C) IV sinif

D) III sinif

E) IA sinif
Ədəbiyyat: В.И. Метелица «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств». Москва-2002.
1490) Etasizinin orta sutkalıq dozası və qəbul qaydası necədir?
A) 12.5 mq sutkada 2 dəfə

B) 25 mq sutkada 1 dəfə

C) 50 mq sutkada 2-3 dəfə

D) 25 mq sutkada 2 dəfə

E) 50 mq sutkada 1 dəfə
Ədəbiyyat: В.И. Метелица «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств». Москва-2002.
1491) Propafenonun orta sutkalıq dozası və qəbul qaydası necədir?
A) 150 mq sutkada 1 dəfə

B) 300 mq sutkada 4 dəfə

C) 150-300 mq sutkada 2-3 dəfə

D) 75 mq sutkada 1 dəfə

E) 75 mq sutkada 2 dəfə
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1492) Ezetimibin orta sutkalıq dozası və qəbul qaydası necədir?
A) 10 mq sutkada 1 dəfə

B) 2.5 mq sutkada 2 dəfə

C) 2.5 mq sutkada 1 dəfə

D) 10 mq sutkada 3 dəfə

E) 5 mq sutkada 1 dəfə
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1493) Sadalananlardan hansı Fallo tetradasına aiddir?
A) Mitral stenoz

B) Sol mədəciyin hipertrofiyası

C) Sağ mədəciyin hipertrofiyası

D) Qulaqcıqlararası çəpərin defekti

E) Mitral çatışmazlıq
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1494) Facies mitralis hansı ürək qüsuru zamanı qeyd olunur?
A) Mitral stenoz

B) Mitral qapağın prolapsı

C) Aortal çatışmazlıq

D) Aortal stenoz

E) Mitral çatışmazlıq
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1495) Flint küyü və Traube tonu hansı ürək qüsuru zamanı qeyd olunur?
A) Aortal çatışmazlıq

B) Aortal stenoz

C) Mitral qapaq çatışmamazlığı

D) Mitral stenoz

E) Fallo tetradası
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1496) Hamilələrdə preeklampsiya zamanı arterial təzyiqin endirilməsi məqsədi ilə istifadə olunan birinci sıra preparat hansıdır?
A) AÇF-inhibitorlar

B) Kalsium antaqonistləri

C) Veroşpiron

D) Furosemid

E) Labetalol
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1497) Kardiopulmonal reanimasiya zamanı hansı preparatın istifadəsi arzuolunmazdır?
A) Atropin

B) Lidokain

C) Vazopressin

D) Plazma əvəzediciləri

E) Adrenalin
Ədəbiyyat: Н.А. Мазур «Практическая кардиология». Москва-2012.
1498) Mikroalbuminuriya diabetik nefropatiyanın hansı mərhələsi üçün xarakterikdir?
A) Böyrək koması

B) Azotemik mərhələ

C) Nefrosklerotik mərhələ

D) Terminal mərhələ

E) Erkən mərhələ
Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. «Дифференциальная диагностика и лечение эндокринных заболеваний», 2002.
1499) Leptin nədir?
A) Piy toxumasının hormonu

B) Bağırsağ hormonu

C) Mədəaltı vəzin hormonu

D) Qaraciyər hüceyrəsi

E) Həzm fermenti
Ədəbiyyat: В.В.Фадаеев «диагностика и лечение эндокринологии», 2010
1500) Orqanizmdə yodun yodid formasında sorulması harada baş verir?
A) Mədədə

B) Yoğun bağırsaqda

C) Ağız boşluğunda

D) Nazik bağırsaqda

E) Mədə-bağırsaqda
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. Национальное руководство 2008.
1501) Tireotrop hormon hansı hormonun sintezini artırır?
A) Kortizolun

B) Adrenalinin

C) Tireoksinin

D) Noradrenalinin

E) Testosteronun
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1502) Tireoid hormonların artıq olması nəyə səbəb ola bilər?
A) Lipidlərin sintezinə təsir göstərmir

B) Lipidlərin sintezinin sürətləndirir

C) Zülalların sintezinin sürətlənməsi

D) Zülalların katabolizminin sürətləndirir

E) Zülal sintezinə təsir göstərmir
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1503) Hipofizin çatışmazlığı necə müalicə olunmalıdır?
A) Periferik endokrin vəzilərinin əvəzedici hormonal terapiyası

B) Vitaminlər

C) Steroid anaboliklər

D) İdman, pəhriz

E) İmmunostimulyatorlar
Ədəbiyyat: В.В.Фадаеев «диагностика и лечение эндокринологии», 2010
1504) Hansı hallarda kalsitoninin səviyyəsi yoxlanılmalıdır?
A) Endemik ur zamanı

B) Diffuz toksiki ur zamanı

C) Hipotireoz zamanı

D) Qalxanvari vəzin medulyar xərçəngində

E) Tireoiditlər zamanı
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002
1505) Miksedematoz komanın klinik əlaməti nədir?
A) Hipoventilyasiya, taxikardiya

B) Hipotermiya, bradikardiya

C) Hipokapniya, bradikardiya

D) Hipoventilyasiya, ödem

E) Taxikardiya, hipoventilyasiya
Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. «Дифференциальная диагностика и лечение эндокринных заболеваний», 2002.
1506) Hipoqlikemiyanın yaranmasına nə səbəb ola bilməz?
A) Alkoqol qəbulu

B) İnsulinin dozasının azadılması

C) Qida rejiminin pozulması, fiziki aktivlik

D) İnsulinin dozasının artırılması

E) Stress
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1507) Biquanidlərin təyini aşağıdakı halların hansında göstərişdir?
A) Toxuma hipoksiyası ilə müşayiət olunan xroniki xəstəliklər

B) Kaxeksiya

C) II tip şəkərli diabet piylənmə ilə birgə və piylənmə

D) Hipoqlikemiya

E) I tip şəkərli diabet
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1508) Şəkərli diabeti olan xəstələrdə miokard infarktının kliniki gedişatının xüsusiyyətləri hansılardır?
A) Mikroinfarktlar, aritmiyalar

B) İnfarktın tipik gedişatı (ağrı ilə)

C) Təkrari infarktın yaranmaması

D) İnfarktın geniş yayılması, tromboemboliyaların yaranması

E) Residivin yaranmaması
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1509) Diffuz toksiki urun müalicəsində qlyukokortikoidlərə göstərişlər hansıdır?
A) Taxikardiya

B) Oftalmopatiya və tireotoksikozun residivi

C) Tireoid anticisimlərin orta titri

D) Kaxeksiya

E) Göz simptomları
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1510) Hipotireozun müalicəsində ömürlük əvəzedici terapiya üçün seçim preparatı hansıdır?
A) Tireokomb

B) L-tiroksin

C) Tireotom

D) Triyodtironin

E) Tireoidin
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1511) Piylənmə bu xəstəliklərdən hansılarla ahənglik təşkil edir?
A) Şəkərli diabet 2 tip

B) Plevrit

C) Vitiliqo

D) Bronxial astma

E) Psoriaz
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1512) Qanda tireoksinin miqdarı artanda nə baş verir?
A) TSH sekresiyasının azalır

B) Tireoliberinin miqdarı dəyişmir

C) Tireoliberinin miqdarı artır

D) TSH səviyyəsi dəyişmir

E) TSHsekresiyasının artır
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004
1513) Tireotoksikozun əsas simptomu hansıdır?
A) Səirici atitmiya

B) Taxikardiya

C) Arıqlama

D) Diffuz hiperhidroz

E) Əzələ zəifliyi
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология. «Медицина», Москва, 2004.
1514) Liraqlutid gündə neçə dəfə istifadə olunur?
A) Günaşırı

B) Gündə 2 dəfə 12 saatdan

C) Gündə 1 dəfə eyni vaxtda

D) Hər yeməkdən əvvəl

E) Şəkərin miqdarından asılı olaraq
Ədəbiyyat: А.С.Аметов «Сахарный диабет 2 типа. Проблемы и решения» 2011
1515) QPP I analoqları hansıdır?
A) Viktoza

B) Qalvus

C) Amaril

D) Novo-norm

E) Yanuviya
Ədəbiyyat: А.С.Аметов «Сахарный диабет 2 типа. Проблемы и решения» 2011
1516) Morbid piylənmə zamanı hansı terapiyadan istifadə olunur?
A) Bariartrik cərrahiyyə

B) Pəhriz

C) Medikamentoz

D) Anorektiklər

E) İdman
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002
1517) Morbid piylənmə zamanı Bədən Kütləsinin İndeksi göstəriciləri hansıdır?
A) >40 kq/sm2

B) >20 kq/sm2

C) >25 kq/sm2

D) >35 kq/sm2

E) >30 kq/sm2
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002


1518) Yoluxucu xəstəliklərdə spesifik laborator müayinə üsulu hansıdır?
A) Histoloji müayinə

B) Bakterioloji müayinə

C) Biokimyəvi müayinə

D) Hemoqramma

E) Urinoqramma
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1519) “Ksantoxromatoz” simptomu aşağıdakı halların hansına deyilir?
A) Kürək nahiyyəsində saralma

B) Döş qəfəsi nahiyyəsində saralma

C) Qarın nahiyyəsində saralma

D) Yuxarı ətrafların dərisinin saralması

E) Ovucun və ayaqaltının dərisinin saralması
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh
1520) “Jilber” sindromunun manifestasiyası nə zaman baş verir?
A) Qarın yatalağı

B) Virus hepatitləri

C) Dizenteriya

D) Mexaniki sarılıq

E) Vəba
Ədəbiyyat: Шлоссберг Д., Шульман И. Дифференциальная диагностика инфекционных болезней. С.-Пб., 1999 – 306 с. Шаханина И.Л. Руководство по эпидемиологии инфекционных болезней , М., Медицина, 1993, т.1, 192 с
1521) “Kurvuazye” simptomu hansı halda müsbət olur?
A) A virus hepatiti

B) Dizenteriya

C) Mexaniki sarılıq

D) Qarın yatalağı

E) Vəba
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh
1522) Profilaktik peyvəndlər üçün aşağıdakılardan hansı istifadə olunur?
A) Diri vaksinlər

B) Anatoksinlər

C) Kimyəvi vaksinlər

D) Bütün sadalananlar

E) Öldürülmış vaksinlər
Ədəbiyyat: Ədəbiyyat : Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1523) Qarın yatalağının bakterioloji diaqnostikası üçün aşağıdakılardan hansı istifadə olunmur?
A) Nəcis və sidik

B) Qan


C) Onurğa beyin mayesi

D) Sümük iliyi

E) Öd
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1524) Qida toksikoinfeksiyalarının epidemiologiyası aşağıdakılardan hansı ilə xarakterizə olunmur?
A) Çox zaman epidemik alovlanmalar şəklində təsadüf edilr

B) Qida maddələrinin endogen infeksiyalaşması mümkündür

C) Yoluxma yolu alimentardır

D) Parenteral yoluxma mümkündür

E) Törədici qidaya xarici mühitdən düşür
Ədəbiyyat: Ədəbiyyat :Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə