Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Arerial təzyiqin qolda artması və ayaqlarda azalması hansı xəstəlik üçün xarakterikdir?



Yüklə 2,35 Mb.
səhifə19/24
tarix17.11.2017
ölçüsü2,35 Mb.
#10730
1   ...   16   17   18   19   20   21   22   23   24

1199) Arerial təzyiqin qolda artması və ayaqlarda azalması hansı xəstəlik üçün xarakterikdir?
A) İtsenko-Kuşinq sindromu

B) Takayasu sindromu

C) Aortanın koarktasiyası

D) Feoxromositoma

E) Konn sindromu
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1200) Miokard infarktından sonra çapıq EXO-KQ-də necə görünür?
A) Lokal akinez

B) Mitral qapaq çatışmazlığı əlaməti

C) Diffuz hiperkinez

D) Diffuz hipokinez

E) Lokal hiperkinez
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1201) Səyrici aritmiyanın xarakterik əlaməti nədir?
A) Ölüm qorxusu

B) Ürək döyünmənin və nəbzin qeyri müntəzəmliyi

C) Taxikardiya

D) Bradikardiya

E) Sol böyrü üstə əyildikdə ürək döyünmə
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1202) Xəstədə idiopatik taxisistolik forma daimi səyrici aritmiya var. Müalicə üçün seçim preparatı aşağıdakılardan hansı ola bilər?
A) Kardiket

B) Metoprolol

C) Korinfar

D) Nıtroqliserin

E) Kaptopril
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1203) Supraventrikular AV düyün taxikardiyasının müalicəsində aşağıdakılardan hansı istifadə olunmur?
A) ATF

B) Metoprolol

C) Kordaron

D) Lidokain

E) Verapamil
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1204) Aortal qapaq çatışmazlığı üçün xarakterik arterial təzyiq hansıdır?
A) Sistolik təzyiqin qalxması, diastolik təzyiqin azalması

B) Sistolik və diastolik təzyiqin qalxması

C) Sistolik və diastolik təzyiqin azalması

D) Sistolik təzyiqin azalması, diastolik təzyiqin qalxması

E) Sistolik və diastolik təzyiqin normal olması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1205) Aortal qapağın stenozu üçün xarakterik arterial təzyiq hansıdır?
A) Sistolik və diastolik təzyiqin normal olması

B) Sistolik və diastolik təzyiqin qalxması

C) Sistolik təzyiqin azalması, diastolik təzyiqin normal olması

D) Sistolik təzyiqin qalxması, diastolik təzyiqin azalması

E) Sistolik təzyiqin normal olması, diastolik təzyiqin qalxması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1206) Arterial hipertenziya zamanı xroniki böyrək çatışmazlığının morfoloji substratı hansıdır?
A) İkincili böyrək büzüşməsi

B) Xronik qlomerulonefrit

C) Birincili böyrək büzüşməsi

D) Hidronefroz

E) Nefrolitiaz
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1207) Tireotoksikoz zamanı hipertenziv sindrom aşagıdakılardan hansı ilə müştərək rast gəlinir?
A) Bradikardiya, qəbzlik

B) Səyrici aritmiya, ekzoftalm, subfebril temperatur

C) Striyalar, aypara sifət

D) Kardialgiya, göbək ətrafında küy

E) Piylənmə, yaddaşın zəifləməsi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1208) Konn sindromunun differensial diaqnostikasında hansı müayinə daha informativdir?
A) Hipofizin kompyuter tomoqrafiyası

B) Qanda kaliumun təyini

C) Sidikdə vinilbadam turşusunun təyini

D) Qanda kalsiumun təyini

E) Qanda metanefrinin təyini
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1209) Revmatik qızdırmada ikincili proflaktika məqsədilə aşağıdakılardan hansı istifadə olunur?
A) Bisillin - 5

B) Seftriakson

C) Siprofloksasin

D) Eritromisin

E) Azitromisin
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1210) Vazospastik stenokardiyada aşağıdakılardan hansı işlədilmir?
A) Verapamil

B) β - blokatorlar

C) Nitratlar

D) Diltiazem

E) Nifedipin
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1211) Aşağıda göstərilən aritmiyalardan hansı daha ağırdır?
A) I dərəcə AV blokada

B) Politrop mədəcik ekstrasistoliyası

C) Qulaqcıq ekstrasistoliyası

D) Monotop mədəcik ekstrasistoliyası

E) Sinus taxikardiyası
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1212) Epiqastral sahədə pulsasiya aşağıdakılardan hansını göstərir?
A) Sağ qulaqcığın hipertrofiyası və dilatasiyasını

B) Sağ mədəciyin hipertrofiyasını

C) Ağ ciyər arteriyasının genişlənməsi

D) Sol mədəciyin hipertrofiyasınnı

E) Sol mədəciyin hipertrofiyası və dilatasiyasını
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1213) Ürəyin palpasiyasında zirvədə arteriya carotis ilə üst-üstə düşməyən diastolik titrəmə hansı qüsur üçün xarakterikdir?
A) Mitral çatışmazlıq

B) Aortal qapaq çatışmazlığı

C) Aortal stenoz

D) Üçtaylı qapaq çatışmazlığı

E) Mitral stenoz
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1214) Aşağı ətrafı amputasiya olmuş xəstə üçün hansı yük sınağı məsləhət görülür?
A) Veloerqometriya

B) Tredmil test

C) Sakitlikdə çəkilmiş EKQ

D) Erqometrin testi

E) Dobutamin stress exokardioqrafiyası
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1215) Mitral stenoz üçün aşağıdakılardan hansı xarakterik deyil?
A) Qanhayxırma

B) EKQ - də sol mədəciyin hipertrofiyası

C) EKQ - də P dişində dəyişiklik

D) Bildirçin ritmi

E) EKQ - də sağ mədəciyin hipertrofiyası
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1216) Xroniki Ürək Çatışmazlığının patogenezində aşağıdakılardan hansı əsas rol oynayır?
A) Xronotrop funksiyanın pozulması

B) Batmotrop funksiyanın pozulması

C) İnotrop funksiyanın pozulması

D) Dromotrop funksiyanın pozulması

E) Ürəyin avtomatizmi funksiyanın pozulması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1217) Xroniki Ürək Çatışmazlığının(XÜÇ) daha çox rast gəlinən səbəbi hansıdır?
A) Hipertrofik kardiomiopatiya

B) Dilatasion kardiomiopatiya

C) Arterial hipertenziya

D) Ürəyin işemik xəstəliyi

E) Ürəyin amiloidozu
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1218) Hansı dərman hipertrofik kardiomiopatiya zamanı qəbulu məqsədəuyğun deyil:
A) Propranolol

B) Hamısını işlətmək olar

C) Amiodaron

D) Nitroqliserin

E) Verapamil
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1219) Miokardın diastolik funksiyasının pozulması hansıdır?
A) Miokardın oyanması

B) Miokardın yığılması

C) Ürəyin kənardan sıxılması

D) Diastolada mədəciyin qanla dolmasının pozulması

E) Miokardda keçiriciliyin pozulması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1220) Miokard infarktlı xəstənin uzun muddət hərəkətsiz saxlanılması aşağıdakılardan hansını yarada bilər?
A) Arterial hipertenziya

B) Stenokardiya tutması

C) Ürək çatışmazlığı

D) Tromboembolik ağırlaşma

E) Bradikardiya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1221) Ateroskleroz və Ürəyin İşemik Xəstəliyinin ( ÜİX) inkişafına hansı xəstəlik səbəb ola bilər?
A) Şəkərli diabet

B) Qaraciyər sirrozu

C) Ağciyər ürəyi

D) Tireotoksikoz

E) Revmatoid artrit
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1222) Hansı xəstəlik və ya sindromun adı ürəyin işemik xəstəliyinin nisbi nadir səbəbi kimi ingilis dilli ədəbiyyatda çəkilmir?
A) Koronar arteriyalarda anadangəlmə inkişaf anomaliyaları

B) Irsiyyət və emosional stres

C) Döş aortasının laylanan anevrızması

D) Sifilitik aortit

E) Iltihablaşmış koronaritlər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 368
1223) Sabit stenokardiyanın müalicəsində istifadə olunan β-adrenoblokatorların (betaksolol, lokren, betak) əsas sutkalıq dozasını (mq) göstərin.
A) 5 - 7, 5

B) 10 - 20

C) 40 - 60

D) 60 - 80

E) 1, 25 - 2, 5
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 42
1224) Sabit stenokardiya adlanan klinik sindrom nə vaxt meydana çıxmır?
A) Emosional stressdə

B) Fiziki gərginlikdə (hərəkət, yüksəkliyə qalxma, ağırlıq qaldırma)

C) Soyuqda, çoxlu miqdarda qida qəbulunda

D) Arterial təzyiqin yüksəlməsində

E) Sakitlikdə, çox vaxt gecələr yuxuda
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 7
1225) Son zamanlar stenokardiya simptomlarını və işemiya əlamətlərinin (gizli işemiya daxil olmaqla) aradan qaldırılmasında əlavə hansı antiişemik preparatlardan istifadə olunur?
A) Α-adrenerqik blokatorlar

B) Kalium kanalları aktivatorları

C) Α-adrenergik antaqonistlər

D) Sinus düyününün inhibitorları

E) Birbaşa renin inhibitorları
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22
1226) Bronxial astmalı hamilə qadınlara aşağıdakı preparatlardan hansının istifadəsi tövsiyə edilmir?

A) Kromoqlisiy turşusu preparatları

B) Leykotrien reseptorlarının antoqonistləri

C) Budesonid

D) β2 - reseptorlarin aqonistləri

E) Beklametazon


Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
1227) Hansı preparat bronxial astma zamanı tutmaları dərhal aradan qaldırmır?
A) Berodual

B) Aminofillin

C) Seretid

D) Berotek

E) Formaterol
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
1228) Atopik dermatitlərdə yerli isifadə uçün nəzərdə tutulan yüksək dərəcəli aktivliyə malik olan qükokortikosteroidlərə hansı aid deyil?
A) Hidrokortizon 17 - butirat

B) Fluosinol asetonid

C) Mometazon furoat

D) Hidrokortizon

E) Betametazon
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
1229) Aşağıdakılaarın biri Layella sindromunun sinonimidir?

A) Epidermal toksik nekroliz

B) Eksfoliativ dermatit

C) Angionevrotik ödem

D) Epidermal toksik ödem

E) Allergik dermatomiozit


Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
1230) Dərman allergiyası törədən preparatların əlavə təsirlərinə hansı əlamət aid deyil?
A) Preparatın ləğv edilmsindən 3 - 5 gün sonra reaksiyanin xeyli azalması yaxud tam keçməsi

B) Preparatla təkrar müalicəyə başladıqda reaksiyanın yenidən yaranması

C) Reaksiyanın ilk dozadan sonra baş verməsi

D) Reaksiyanın preparatın kiçik dozasında belə yaranması

E) Reaksiyanın preparatın yalnız təkrar dozasından sonra yaranması
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
1231) Layell sindromunun müalicəsində yüksək dozada istifadə olunan qlyukokortikosteroidləri hansı preparatlar qrupu ilə birgə təyin etmək məsləhət görülmür?
A) Proteoliz inhibitorları ilə

B) Dezintoksikasiya edici təsirli məhlullarla

C) Sidik qovucularla

D) Dekstranlarla

E) Analgetiklərlə
Ədəbiyyat: Рациональная фармакотерапия аллергических заболеваний: Рук. для практикующих врачей /Р.М.Хаитов и др. – М.:Литтерра,2007. – 504 с
1232) I tip allerqik reaksiyaların iştirak etdiyi allerqik xəstəliklərə hansı aid deyil?
A) Anafilaktik şok

B) Kvinke ödemi

C) Autoimmun hemolitik anemiya

D) Övrə


E) Atopik bronxial astma
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.12
1233) II tip allergik reaksiyaların iştirak etdiyi allergik xəstəliklərə hansı aid deyil?
A) İnterstisial nefrit

B) Allergik dərman aqranulositozu

C) Atopik bronxial astma

D) Trombositopeniya

E) Autoimmun hemolitik anemiya
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.13
1234) III tip allergik reaksiyaların iştirak etdiyi allerqik xəstəliklərə hansı aid deyil?
A) Ekzogen allerqik alveolit

B) Artyus fenomeni

C) Qlomerulonefrit

D) Zərdab xəstəliyi

E) Övrə
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.13
1235) IV tip allergik reaksiyaların iştirak etdiyi allergik xəstəliklərə hansı aid deyil?
A) Kontakt allerqik dermatit

B) Cüzam


C) Vərəm

D) Allergik rinit

E) Brusellyoz
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.15
1236) Ev tozunun ən çox allergiya verən tərkibi nədir?
A) Bakteriyaların həyat məhsulları

B) Gənəciklər

C) Kif göbələyi

D) Həşəratların həyat məhsulları

E) İnsan epidermisi
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.17
1237) Aşağıda göstərilən simptomlardan hansı bronxial astmaya xas deyil?
A) Gecələr pasientdə əzab verici öskürəyin olması

B) Pasiyentdə allergenlərlə kontakdan sonra fitverici xırıltıların, döş qəfəsində tutqunluq hissiyyatının və ya öskürəyin olması

C) Fiziki işdən sonra pasientdə fitverici xırıltılar və ya öskürəyin olması

D) Fiziki gərginlik zamanı döş sümüyünün arxasında yanğı hissinin olması

E) Pasiyentdə fitverici xırıltıların olması
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.35
1238) Aşağıda qeyd olunanlardan hansı bronxial astmanın diaqnostikasında mühüm rol oynamır?
A) Veloerqometriya

B) Spirometriya

C) Histaminlə bronxoprovokasiya testi

D) Pikfluometriya

E) Fiziki yük bronxoprovokasiya testi
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.36
1239) 32 yaşlı xəstə Həsənov vaxtaşırı ekspirator təngnəfəslikdən və quru öskürəkdən şikayət edir. Bədən t ° C normaldır. Qanın analizində hipereozinofiliya (12 %) tapılıb. Rentgen müalicəsində isə patologiya aşkar olunmur. Bronxkeçiriciliyinin göstəriciləri gün ərzində 30 % dəyişir. Xəstəyə hansı diaqnoz yazarsınız?
A) Xronik obstruktiv bronxit

B) Bronxial astma

C) Ağciyərlərdə eozinofil infiltratı

D) Sarkoidoz

E) Allerqik alveolit
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1240) Aşağıdakı amillərdən hansı bronxial astma tutmasını törətmir?
A) Adrenoreseptorların fəallaşması

B) Dərman qəbulu

C) Heyvanların tükü

D) Sürətli tip allergiya

E) Kimyəvi qıcıqlandırıcı maddələr
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1241) Bronxial astmanın müalicəsində istifadə olunmayan preparat hansıdır?
A) Proteolitik fermentlər

B) Ketotifen

C) İntal

D) Kalsium antoqonistləri

E) Qlükokortikoidlər
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1242) Bronxial astmanın müalicəsində hansı preparat bronxspastik təsir göstərir?
A) Obzidan

B) İntal


C) Seretid

D) Prednizolon

E) Metoprid
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1243) Xəstə Həsənov bronxial astma ilə yanaşı, hipertoniya xəstəliyindən də əziyyət çəkir. Belə halda xəstəyə aşağıdakı preparatlardan hansını təyin etmək lazımdır?
A) İzosorbid 5 - mononitrat

B) Amlodipin

C) Propranalol

D) Nebivalol

E) Raunatin
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1244) Ağciyərlər üzərində fitvari xırıltının eşidilməsi hansı patoloji proses üçün xarakter əlamətdir?
A) Bronxkeçiriciliyinin pozulması

B) Ağciyər toxumasının bərkiməsi

C) Ağciyərlərdə boşluq olması

D) Plevra boşluğunda mayenin olması

E) Ağciyərlərdə havanın çox olması
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1245) Kvinke ödemi üçün nə xarakter deyil?
A) Səsin batması

B) Qaşınma

C) Asfiksiya ilə gedən tənəffüs sisteminin zədələnməsi

D) Boğulma tutmaları

E) Hürücü öskürək
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8
1246) Anafilaksiyanın klinik təzahürlərindən asılı olaraq anafilaktik şokun neçə gediş variantı ayırd edilir?
A) 1

B) 2


C) 5

D) 4


E) 3
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8
1247) I dərəcə (yüngül) anafilaktik şokun göstəricilərinə aid deyil?
A) Başgicəllənmə

B) Taxikardiya

C) Bu vəziyyət şok əleyhinə terapiya ilə asnlıqla aradan qaldırılır

D) Huşu aydındır

E) Sistolik A/T 60 mm c.s aşağı enir
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8
1248) III dərəcə (ağır) anafilaktik şokun göstəricilərinə aid deyil?
A) Sistolik A/T 90 mm c.s qədər enir

B) A/T 60 mm c.s aşağı enir

C) Şok əleyhinə terapiya çox zaman az effektivdir

D) Huşun itməsi

E) Kəskin tənəffüs və ürək – damar çatışmazlığı
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8
1249) IV dərəcə (çox ağır) anafilaktik şokun göstəricilərinə aid deyil?
A) Komatoz vəziyyət

B) A/T - nın sıfıra qədər kəskin şəkildə enməsi

C) Sapvari nəbz

D) Sistolik A/T 90 - 70 mm c.s arasındadır

E) İldırımvari şəkildə kollaps
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı-2010, s.8
1250) Sistem autoimmun xəstəliklərə aiddir:
A) Ürəyin işemik xəstəliyi

B) Haşimoto tiroiditi

C) İnsulindən asılı şəkərli diabet

D) Qırmızı qurd eşənəyi

E) Hipertoniya xəstəliyi
Ədəbiyyat: Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Аллергические болезни. Диагностика и лечение. Москва. Гэотар. Медицина. 2000
1251) Mərkəzi limfoid orqanlara nə aiddir?
A) Damaq badamcıqları

B) Limfa düyünləri

C) Peyer piləkləri

D) Timus


E) Dalaq
Ədəbiyyat: Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Аллергические болезни. Диагностика и лечение. Москва. Гэотар. Медицина. 2000
1252) Bronxial astma tutması zamanı xəstələrin əsas ölüm səbəbi hansıdır?
A) Generalizə olunmuş bronxospazm

B) Bronx mənfəzinin özlü sekretlə generalizə olunmuş tutulması

C) Bronxların selikli qişasının generalizə olunmuş ödemi

D) Ağciyərlərin kəskin şişməsi

E) Ağciyər ödemi
Ədəbiyyat: Чучалин «Руководство по клинической пульмонологии»
1253) Fəsilli allergik riniti zamanı hansı kliniki əlamət qeyd olunmur?
A) Müsbət dəri sınaqları

B) Konyuktivit

C) Qızdırma

D) Fəsil kəskinləşmələri

E) Anamnezdə allergiya
Ədəbiyyat: «Иммунопатология и аллергология. Стандарты диагностики и лечения». Под ред. Акад. РАМН, проф. Хаитова Р.М. Москва, 2001
1254) Hansı faktorlar anafilaktik şokun ağırlığını gücləndirir?
A) AÇF - inhibitorları ilə müalicə

B) Beta-adrenoblokatorlarla müalicə

C) Yanaşı gedən ürək-damar xəstəlikləri

D) Hamısı

E) Xəstədə bronxial astmanın olması
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000
1255) 63 yaşlı xəstədə ÜİX, hipertoniya və aspirin formalı bronxial astma olduğu zaman arterial təzyiqin nəzarəti üçün sadalanan hansı preparatdan istifadə etmək məsləhət deyil?
A) Propranolol

B) Kaptopril

C) İzosorbid dinitrat

D) Nifedepin

E) Eufillin
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000
1256) Hansı xəstəliklərdə hemolitik anemiya müsbət Kumbs reaksiyası ilə müşahidə olunur?
A) Sistemli qırmızı qurd eşənəyində

B) Düyünlü periarteriitdə

C) Dermatomiozitdə

D) Trombositopenik purpurada

E) Sistemli sklerodermiyada
Ədəbiyyat: В.И.Маколкин, С.И.Овчаренко. «Внутренние болезни».М., 1999 г
1257) Anafilaktik şokda təcili yardım nədən başlayır?
A) 2 - 4 ml laziksi yeritməkdən

B) antihistamin dərmanlardan

C) oksigen ilə inhalyasiya

D) çox miqdarda məhlulları yeritməkdən

E) adrenalinin hər hansı məhlulda damardaxili yeritməkdən
Ədəbiyyat: «Лечение внутренних болезней».Справочник., под редакцией Г.П.Матвейкова, Минск, 1997
1258) Layyel – sindromu hansi tip allergik reksiyasına aiddir?
A) sitotoksik

B) hüceyrəvi

C) immunokompleksli

D) qarışıq

E) reagin
Ədəbiyyat: «Лечение внутренних болезней».Справочник., под редакцией Г.П.Матвейкова, Минск, 1997
1259) Bronxial astma zamanı inhalyasiya formalı ß2 adrenomimetikləri istifadə edən zaman yadda saxlamaq lazımdır:
A) Qlükokortikosteroidlərlə birlikdə istifadə etmək məsləhət görülmür

B) Ardıcıl olaraq 3-5 gündən artıq təyin etmək məsləhət görülmür

C) Effekt olmadıqda dozanı tədricən artırmaq lazımdır

D) Yalnız bronxial obstruksiya olduqda təyin etmək lazımdır

E) Tam remissiya dövründə kəskinləşmənin profilaktikası məqsədilə göstərişdir
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə