Onkologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə ÇƏNBƏr bağirsaq xəRÇƏNGİ



Yüklə 1,34 Mb.
səhifə1/14
tarix17.11.2017
ölçüsü1,34 Mb.
#11020
  1   2   3   4   5   6   7   8   9   ...   14

Onkologiya ixtisası üzrə nümunəvi test sualları

Bölmə 2. ÇƏNBƏR BAĞIRSAQ XƏRÇƏNGİ

1) Mədə xərçəngi daha çox hansı yaşlarda təsadüf edir?
A) 51-70 yaş arası

B) Bütün yaş qruplarında eyni

C) 70 yaşdan yuxarı

D) 21 yaşdan 50 yaşa kimi

E) 20 yaşa kimi
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
2) Mədənin xərçəngönü xəstəliyinə aid deyil :
A) Atrofik qastrit

B) Pilorospazm

C) Xroniki qastrit

D) Mədənin polipozu

E) Mədə xorası
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
3) Mədə xərçəngi mədənin aşağıda göstərilən hissələrinin hansında daha çox rast gəlir?
A) Mədə dibi

B) Böyük əyrilik

C) Kiçik əyrilik

D) Mədənin arxa divarı

E) Mədənin ön divarı
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
4) “Virxov metastazı” termini altında anlaşılan metastaz hansıdır?
A) Yumurtalıqlara

B) Pararektal toxumalara

C) Sol körpücüküstü limfa düyününə

D) Ağciyərlərə

E) Göbəyə
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
5) Mədə xərçəngi üçün metastaz vermənin hansı yolu daha çox xarakterikdir?
A) Hematogen + implantasion

B) Hematogen

C) Implantasion

D) Limfogen

E) Implantasion + limfogen
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
6) Mədə xərçənginin endoskopik diaqnostikası üçün daha çox çətindir
A) Yuxarıda sadalanmış bütün lokalizasiyalarda mədə xərçənginin diaqnostikası çətindir

B) Mədənin dibi

C) Mədənin çıxacaq hissəsi

D) Mədənin cismi

E) Mədənin kardial hissəsi
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
7) Hansı lokalizasiyalı mədə xoraları daha çox hallarda maliqnizasiyaya uğrayır?
A) Böyük əyrilik

B) Mədənin cismi

C) Kiçik əyrilik

D) Xoranın maliqnizasiya ehtimalı lokalizasiyadan asılı deyil

E) Mədənin çıxacaq hissəsi
Ədəbiyyat: Клименков А.А. «Опухоли желудка» - Москва, 1998, 168 с.
8) Mədə xərçəngi zamanı “Virhov metastazı” necə anlaşılır?
A) İmplantasion metastaz kimi

B) Reqionar limfogen metastaz kimi

C) Uzaq retroqrad limfogen metastaz kimi

D) Uzaq hematogen metastaz kimi

E) Uzaq ortoqrad limfogen metastaz kimi
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
9) Mədənin poliplərində mualicə taktikası

A) Endoskopik polipektomiya

B) Mədənin pazvari rezeksiyası

C) Mədənin polipektomiyası, mukozektomiya ilə

D) Polipin cərrahi üsulla kəsib götürülməsi

E) Bütün onkoloji prinsiplərinə riayət etməklə mədənin distal subtotal rezeksiyası


Ədəbiyyat: Блохин Н.Н. «Клиническая онкология, том II» - Москва, 1971, 440 с.
10) Mədənin proksimal subtotal rezeksiyası hansı halda göstərişdir?
A) Mədənin kardial hissənin şişində, inkişaf tipindən asılı olmayaraq

B) Sadalananların hamısı göstərişdir

C) Mədənin subkardial hissənin ekzofit şişində

D) Mədənin kardial hissənin infiltrativ şişində

E) Mədənin kardial hissənin kiçik ölçülü ekzofit şişində
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
11) Mədə xərçənginin histolojı quruluşuna görə daha çox rast gəlinəni hansıdır?

A) Qaşlı üzük hüceyrəli xərçəng

B) Sadalananların hamısı eyni tezlikdə rast gəlinir

C) Yastı-hüceyrəli xərçəng

D) Qarışıq vəzili-yastıhüceyrəli xərçəng

E) Vəzili xərçəng


Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
12) Mədə xərçənginin TNM-təsnifatına görə şişin ətraf üzvlərə sirayəti hansı simvolla göstərilir?
A) Т4

B) Т3


C) Т2

D) Т1


E) Тis
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
13) Mədə xərçənginin TNM-təsnifatına görə şişin intraepitelial yayılması hansı simvolla göstərilir?
A) Т3

B) Тis


C) Т2

D) Т4


E) Т1
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
14) Mədə xərçənginin TNM – təsnifatına görə şişin subseroz qatına kimi sirayəti hansı simvolla göstərilir?
A) Тis

B) Т3


C) Т2

D) Т1


E) Т4
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
15) Mədənin distal subtotal rezeksiyası hansı halda göstərişdir ?
A) Mədə dibinin infiltrativ xərçəngində

B) Mədənin multisentrik xərçəngində

C) Mədənin kardial hissəsinin ekzofit xərçəngində

D) Mədə cisminin infiltrativ xərçəngində

E) Mədənin distal hissəsinin ekzofit xərçəngində
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
16) Mədə xərçəngi zamanı “Şnitsler” metastazı altında nə başa düşülür ?
A) Göbəyə metastaz

B) Yumurtalıqlara metastaz

C) Düz bağırsaq ətrafı toxumalarına metastaz

D) Sol körpücüküstü limfa düyünlərinə metastaz

E) Dalağa metastaz
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
17) Menetriye xəstəliyi necə anlaşılır?
A) Hiperasid qastrit

B) Mədənini xroniki xorası

C) Mədənini polipozu

D) Nəhəng xroniki hipertrofik qastrit

E) Xroniki atrofik qastrit
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
18) Mədə xərçənginin TNM – təsnifatına görə şişin seroz qişasına sirayəti hansı simvolla göstərilir?
A) Т4

B) Т2


C) Т1

D) Тis


E) Т3
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
19) Mədə xərçənginin TNM – təsnifatına görə şişin selikli qişaya və selikaltı qata infiltrasiyası hansı simvolla göstərilir?
A) Тis

B) Т1


C) Т2

D) Т3


E) Т4
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
20) Qaraciyərin birincili xərçənginin inkişafında risk qrupuna aid deyil
A) Xroniki daşsız xolesistit

B) Tərkibində oflotoksin olan qida məhsullarının işlədilməsi

C) Qaraciyərin sirrozunun olması

D) B – viruslu hepatitin daşıyıcıları

E) Opistorxozla yoluxma
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
21) Qaraciyərin xoşxassəli şişləri arasında ən çox rast gəlinən hansıdır ?
A) Hepatoma

B) Hemangioma

C) Endotelioma

D) Xolanqiosellüloma

E) Adenoma
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
22) Qaraciyərin birincili xərçəngi daha çox hansı yolla metastaz verir
A) Hematoqen

B) Limfoqen

C) İmplantasion

D) Orqandaxili

E) Yuxarıda sadalanan bütün yollarla
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
23) Qaraciyərin xərçəngi zamanı sadalanan simptomlardan əsas obyektiv simptom hansıdır?
A) Portal hipertenziya əlamətləri

B) Dəri örtüyünün sarılığı

C) Hepatomeqaliya

D) Kurvuazye simptomu

E) Dəri örtüyünün avazıması
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
24) Qaraciyərin hepatosellülar xərçəngində testlərdən hansının aktivliyinin yüksəlməsi daha çox xarakterdir ?
A) α-fetoprotein

B) Qlutamintranspeptidaza

C) Bütün sadalananlar

D) Laktatdehidroqenazalar

E) Alanin və asparaqintransaminazalar
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
25) Qaraciyərin bədxassəli şişlərinin təsdiqi hansı müayinə metoduna əsaslanmalıdır?
A) Kompüter tomoqrafiya müayinəsi

B) Maqnit rezonans tomoqrafiya müayinəsi

C) α- fetoproteinin təyin edilməsi

D) Laparaskopiya şişin biopsiyası və histomorfoloji tədqiqatı ilə

E) Ultrasəs müayinəsi
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
26) Qaraciyərin birincili xərçənginin diaqnostikasında çətin hallarda ən sonuncu istifadə olunan metod hansıdır?
A) α- f etoproteinin təyin edilməsi

B) Şişin perkutan biopsiyası

C) Maqnit rezonans tomoqrafiya müayinəsi

D) Kompüter tomoqrafiya müayinəsi

E) Ultrasəs müayinəsi
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
27) Qaraciyərin bədxassəli şişləri arasında ikincili xərçəngin rast gəlmə tezliyi hansıdır?
A) 90%

B) 10-15 %

C) 50 %

D) 30 %


E) 0,5-1 %
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
28) Qaraciyərin bədxassəli şişləri arasında hansi daha çox rast gəlir?
A) Qaraciyərin ikincili xərçəngi

B) Hemanqiosarkoma

C) Xolanqiokarsinoma

D) Hepatosellyulyar xərçəng

E) Embrional sarkoma
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
29) Qaraciyərin birincili xərçəngi daha çox uzaq metastaz hara verir?
A) Ağciyərə

B) Divararalıq limfa düyünlərinə

C) Böyrəklərə

D) Sümüklərə

E) Peritonarxası limfa düyünlərinə
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
30) Qaraciyərin birincili xərçənginin ən effektiv müalicə metodu hansıdır ?
A) İmmun terapiya

B) Sistem kimyaterapiya

C) Cərrahi üsul

D) Reqionar kimyaterapiya

E) Şüa müalicəsi
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
31) Öd kisəsinin xoşxassəli şişləri arasında ən çox təsadüf edilir:
A) Mioma

B) Bütün sadalananlar eyni tezlikdə

C) Adenoma

D) Fibroma

E) Lipoma
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
32) Mədəaltı vəzin xərçəngi bu üzvün hansı hissəsini daha tez-tez zədələyir?
A) Mədəaltı vəzin quyruq hissəsi

B) Mədəaltı vəzin cismi

C) Total zədələnmə

D) Mədəaltı vəzin başı

E) Mədəaltı vəzin bütün hissələri eyni tezlikdə zədələnirlər
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
33) Biliopankreatoduodenal sahənin hansı hissəsinin xərçənglə zədələnməsi mexaniki sarılığa səbəb olmur?
A) Mədəaltı vəzin başının

B) Ümumi öd axarının distal hissəsinin

C) Ümumi qaraciyər axarının

D) Öd kisəsinin

E) Fater məməciyinin
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
34) Mədəaltı vəzin xərçənginin diaqnostikasında ən informativ müayinə metodu hansıdır?
A) Fibroqastroduodenoskopoiya

B) Relaksasion duodenoqrafiya

C) İrriqoskopiya

D) Kompüter tomoqrafiya müayinəsi

E) Ultrasəs müayinəsi
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
35) Mədəaltı vəzin xərçənginin inkişafında risk qrupuna aiddir :
A) Mədə altı vəzin makrokistik adenoması

B) Parazitar kista

C) Hepatit

D) Kəskin pankreatit

E) Qaraciyərin sirrozu
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
36) Mədəaltı vəzin xərçəngi zamanı praktiki olaraq hər bir orqan metastazla zədələnə bilər, lakin birinci növbədə adətən zədələnir:
A) Sümük

B) Ağciyərlər

C) Qaraciyər

D) Böyrəküstü vəzilər

E) Baş beyin
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
37) Mədəaltı vəzin başının xərçəngi zamanı sadalanan simptomlardan daha çox rast gəlinəni hansıdır ?
A) Ümumi zəiflik

B) Dərinin və görünən selikli qişaların sarılığı

C) Ürəkbulanma

D) Qarında küt ağrı

E) Bədən hərarətinin qalxması
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
38) Mədəaltı vəzin xərçəngində daha çox rast gələn histoloji forma hansıdır ?
A) İnsulinoma

B) Yastıhüceyrəli xərçəng

C) Asinarhüceyrəli xərçəng

D) Apudoma

E) Andenokarsinoma
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
39) Mədəaltı vəzin baş hissəsinin xərçənginə sarılığın hansı növü daha çox xarakterikdir ?
A) Hemolitik

B) Parenximatoz

C) Obstruktiv

D) Hemolitik parenximatoz

E) Yuxarıda sadalananların hamısı
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
40) Mədəaltı vəzin cisminin və quyruq hissəsinin xərçəngində daha çox rast gələn simptom hansıdır ?
A) İshal

B) Qusma


C) Epiqastral nahiyyədəki daimi, sızıldayıcı ağrı

D) Bədən hərarətinin qalxması

E) Sarılıq
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
41) Mədəaltı vəzin xərçənginin TNM – təsnifatında 12 barmaq bağırsağa sirəyət T – simvolla necə qimətləndirilir ?
A) Т1a

B) Т1b


C) Т2

D) Т3


E) Тx
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
42) “Kurvuazye” simptomunun əlamətləri hansılardır ?
A) Sarılıq fonunda ağrısız, böyümüş öd kisəsi

B) Qaraciyərin böyüməsi

C) Öd kisəsi nahiyyəsində ağrılı palpasiya

D) Sarılıq fonunda bədən hərarətinin qalxması

E) Kəskin ağrılı ,böyümüş öd kisəsi
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
43) Mədəaltı vəzin və Fater məməciyinin xərçəngi zamanı hansı laborator testlər daha informativdir?
A) α- fetoproteinin təyin edilməsi

B) Karbohidrat antigeni (CA 19.9)

C) Qanın ümumi analizi

D) Kanser – embrional antigen (CEA)

E) Biokimyəvi göstəricilər ( ALT , AST , xolesterin və.s)
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
44) Biliopankreatoduodenal sahə orqanlarına hansılar aiddir?
A) Fater məməciyi, 12-barmaq bağırsaq, mədəaltı vəz, öd kisəsi, qaraciyərxarici öd yolları

B) Qaraciyərdaxili öd yolları, öd kisəsi, 12-barmaq bağırsaq, mədəaltı vəz, qaraciyər

C) Qaraciyər, qaraciyərxarici öd yolları, öd kisəsi, Fater məməciyi, 12-barmaq bağırsaq

D) Mədəaltı vəz, qaraciyər, 12-barmaq bağırsaq, öd kisəsi, dalaq

E) Mədəaltı vəz, qaraciyər, 12-barmaq bağırsaq, mədə, öd kisəsi
Ədəbiyyat: Петерсон Б.Е. «Атлас онкологических оперций» - Москва, 1987, 536 с.
45) Mədəaltı vəzin xərçənginin müasir dövrdə radikal müalicə üsulu hansıdır ?
A) Kimyaterapiya müalicə üsulu

B) İmmunoterapiya müalicə üsulu

C) Cərrahi müalicə üsulu

D) Şüa müalicə üsulu

E) Kimya – şüa müalicə üsulu
Ədəbiyyat: Əmiraslanov Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s
46) Biliopankreatoduadenal zona orqanlarının xərçəngi zamanı daha çox istifadə olunan radikal cərrahi əməliyyat hansıdır ?
A) Splenektomiya

B) Qastropankreatoduodenal rezeksiya

C) 12-barmaq bağırsağın ekstirpasiyası

D) Fater məməciyinin genişləndirilimiş rezeksiyası

E) Qastrektomiya
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
47) Mədəaltı vəzin xərçənginin şüa müalicə metodu hansı müalicə metoduna aiddir?
A) Kombinəolunmuş

B) Müştərək

C) Palliativ

D) Radikal

E) Şərti - radikal
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.
48) Peritonarxası şişlərin kliniki təzahürü ilk növbədə şərtlənir:
A) Şişin histoloji strukturası ilə

B) Şişin histoloji strukturası və ölçüləri ilə

C) Şişin lokalizasiyası ilə

D) Şişin ölçüləri və lokalizasiyası ilə

E) Şişin ölçüləri ilə
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
49) Mədə - bağırsaq traktının və sidik çıxarıcı sisteminin rentqenkontrast müayinəsi peritonarxası şişlərinin diaqnostikasında imkan verir ki:
A) Şişin orqan məxsusluğunu və ya qeyri orqan xarakterli olmasını təyin etmək

B) Şişin periton daxili və peritonxarici lokalizasiyasını təyin etmək

C) Bütün cavablar düzgündür

D) Düzgün cavab yoxdur

E) Şişin qonşu orqanlara yayılmasını təyin etmək
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
50) Peritonarxası şişlərdə daha tez- tez rast gəlinir
A) Residivlərin rast gəlməməsi

B) Şişin müxtəlif orqanlara sirayəti və orqanların şişlə yerini dəyişməsi və sıxılması eyni tezlikldə rast gəlinir

C) Orqanların şiş hesabına yerini dəyişməsi və sıxılması

D) Şişin müxtəlif orqanlara sirayəti

E) Düzgün cavab yoxdur
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 с.
51) Peritonarxası şişlərdə cərrahi əməliyyata qədər diaqnozun morfoloji təsdiqi hansı yollarla alına bilər?
A) Retroperitoneoskopiya zamanı şişin punksiyası və biopsiyası yolu ilə

B) B) və E) cavabı düzgündür

C) Laparoskopiya zamanı şişin punksiyası və biopsiyası yolu ilə

D) Kompyuter tomoqrafiya nəzarəti altında şişin punksiyası yolu ilə

E) USM – in nəzarəti altında şişin punksiyası yolu ilə
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
52) Peritonarxası qeyriorqan mənşəli bədxassəli şişlərdə histologi guruluşuna görə ən çox rast gəlinir
A) Leyomiosarkoma

B) Rabdomiosarkoma

C) Fibrosarkoma

D) Miksoma

E) Liposarkoma
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
53) Peritonarxası şişlərin kliniki gedişi xarakterizə olunur:
A) Uzunmüddətli simptomsuz periodla və tez-tez residiv verməsi ilə

B) Uzunmüddətli simptomsuz gedişlə

C) Residiv zamanı şişn bədxassəli əlamətlərinin artması ilə

D) Erkən və tez- tez metastazvermə ilə

E) Tez – tez residiv verməsi ilə
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 с.
54) Peritonarxası şişlərdə şişin yerli yayılmasının qiymətləndirilməsi üçün daha informativdir:
A) Anqioqrafik müayinə

B) Ekskretor uroqrafiya

C) Kompüter tomoqrafiyası

D) Yuxarıda sadalanan bütün metodlar eyni informativliyə malikdirlər

E) Mədə - bağırsaq traktının rentqenkontrast müayinəsi
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 с.
55) Peritonarxası şişlərdə differensial diaqnoz daha tez- tez hansı üzvlərin patoloqiyası ilə aparmaq lazımdır?
A) Böyrəklərin

B) Mədəaltı vəzlə

C) Peritonarxası limfadüyünlərinin zədələnməsi ilə

D) Dalağın

E) Böyrəküstü vəzilərin
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 с.
56) Peritonarxası qeyriorqan mənşəli şişlər zamanı residivlərin yaranma tezliyi:
A) Əməliyyatdan 5 il sonra

B) Əməliyyatdan sonra birinci 2 il ərzində

C) Əməliyyatdan 2 il sonra

D) Residivin yaranma tezliyi əməliyyatdan sonra keçən vaxtdan asılı deyil

E) Əməliyyatdan 7 il sonra
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
57) Peritonarxası şişlərin cərrahi əməliyyatlar zamanı intraoperasion ağırlaşmalar arasında daha tez rast gəlinəni nədir?
A) Şişin mobilizasiyası zamanı xırda qan damarlarının zədələnməsi

B) Boşluqlu üzvlərin zədələnməsi

C) Müsariqə damarların zədələnməsi

D) Parenximatoz üzvlərin zədələnməsi

E) İri maqsitral qan damarlarının zədələnməsi
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 с.
58) Peritonarxası şişləri olan xəstələrin müalicəsində hal-hazırda istifadə olunan ən effektiv müalicə üsulu hansıdır?
A) Kombinə olunmuş müalicə üsulu

B) Şüa terapiyası

C) Cərrahi üsul

D) Kimyaterapiya

E) Yuxarıda sadalanan bütün müalicə üsulları eyni dərəcədə istifadə olunur
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 с.
59) Peritonarxası şişlərdə residivlər daha çox yaranır:
A) Peritonarxası qeyriorqan mənşəli şişlərdə residivlər həm xoş, həm də bədxassəli şişlər zamanı nadir hallarda rast gəlinir

B) Düzgün cavab yoxdur

C) Xoşxasssəli şişlərdə

D) Bədxassəli şişlərdə

E) Həm xoş, həm də bədxassəli şişlər eyni dərəcədə residiv verir
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 с.
60) Peritonarxası şişlərin təkrarı residivləri zamanı onların yaranması arasındakı vaxt bir gayda olaraq:
A) Əvvəlki kimi qalır

B) Qısalada bilər, uzanada bilər

C) Qısalır

D) Düzgün cavab yoxdur

E) Uzanır
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
61) Peritonarxası şişlərə xas olan kliniki simptomlardan ilk növbədə rast gəlinəni hansılardır?

A) Qusma


B) Ağrılar və səbəbsiz yorulma

C) Ürəkbulanma

D) Başgicəllənmə

E) Yuxusuzluq


Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
62) Peritonarxası şişin residivinin yaranması zamanı məqsədə uyğundur:
A) Kimyaterapiyasına cəhd

B) Cərrahi müalicə ancaq xəstəliyin fəsadlarının aradan qaldırılması məqsədi ilə

C) Simptomatik terapiyanın aparılması

D) Onun cərrahi yolla çıxarılmasına cəhd

E) Şüa terapiyasına cəhd
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
63) Peritonarxası şişlərin residivlərinin yaranması zamanı təkrarı cərrahi əməliyyatın yerinə yetirilməsi nə vaxt məqsədə uyğun hesab edilə bilər?
A) Xəstəliyin fəsadlarının inkişafı zamanı

B) Residiv şişinin “ən sürətli” inkişafı zamanı

C) Residivin təyin olunmasından dərhal sonra

D) Residiv şişin “ən sürətli” inkişafı zamanı və xəstəliyin fəsadlarnın inkişafı zamanı

E) Residiv şişin “ləng” inkişafı zamanı
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 с.
64) Peritonarxası şişlər zamanı kliniki və proqnostik amillərdən hansı daha çox əhəmiyyətlidir ?
A) Şişin birincili və yaxud residivli olması

B) Şişin histoloji strukturası

C) Şişin lokalizasiyası

D) Şişin ölçüləri

E) Şişin yayılma dərəcəsi
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
65) Bütün onkoloji xəstəliklər strukturasında peritonarxası şişlər neçə faiz təşkil edir?
A) 8-10 %

B) 4-8 %


C) 0,03-0,3 %

D) 0,5-1 %

E) 1-4 %
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.
66) Peritonarxası şişlərin dəqiq topik diaqnostikası hansı müayinə əsasında qoyulur?
A) Mədə - bağırsaq traktının rentgenkontrast müayinəsi

B) Ultrasəs müayinəsi

C) Kompyuter tomoqrafiyası

D) Qanda CEA onkomarkerin təyini

E) Anqioqrafiya
Ədəbiyyat: Даниель-Бек К.В. и др. «Забрюшинные опухоли» - Москва, 1976, 192 с.
67) Hansı yaş qrupunda çənbər bağırsaq xərçəngi daha çox təsadüf edilir?
A) 50 – 70 yaş

B) 20 – 30 yaş

C) 30 – 40 yaş

D) 70 yaşdan yuxarı

E) 40 – 50 yaş
Ədəbiyyat: Ганичкин А.М. Рак толстой кишки. Л.: Медицина, 1970, 398с.
68) Çənbər bağırsaq xərçənginin əmələ gəlməsində yüksək risk qrupuna aiddir ?
A) Xroniki xoralı kolit

B) Diffuz ailəvi polipoz

C) Bütün cavablar düzgündür

D) Tək və qrup şəklində poliplər

E) Qardner, Peyts – Yeqers, Turqo sindromları
Ədəbiyyat: Ганичкин А.М. Рак толстой кишки. Л.: Медицина, 1970, 398с.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə