407
Kənəfçilik
Bu kənəf bitkisini biçiblər, qurudublar, qurudannan sora
bu alətlə onun saçağını lif hissəsini döyüblər. Döyənnən sora
həmin saçaxdan alınmış lifdi bu. Sora bunu təzədən abrabotka
edərək onnan iplik alıblar. Bu da həmin lifdən alınmış iplikdi.
Bundan yalnız ipəkçilikdə istifadə olunub. Bu isə gördüyünüz
baramadan alınmış iplikdi. Bu həmin kənəf bitkisinnən alın-
mışdır. Bu bitkilərin qarışığınnan qədim buriya həsiri olan hə-
sir hazırlanıb, sora bizdə ciyə toxumaxçin, kəndir toxumaxçın
bundan istifadə olunub. Müxtəlif corab toxumaxçün istifadə
olunub, sora rəngə salarax xalça toxumaxçın istifadə olunub.
Qədim xalça imenni kənəf bitkisinnən toxunmuş xalçadı. İpək
kimi olub, daha doğrusu kətan. Kətan hissəsi ki, var xalçanın,
bax o bu kənəf bitkisinnən toxunub. Hal-hazırda bu kənəfçilik
sənəti ölüb gedib tamamilə, istifadə olunmur. Bitkinin özu də
yetişdirilmir, onun dənəsi küncüt dənəsinə oxşuyur.
Kəndirçilik
Bu kəndir toxumaxçin alətdi. Ciyə toxumaxçin. Deməh
bunu necə toxuyullar? Xırda nazih iplihləri 3 dənə, 4 dənə, 5
dənə, yəni yoğun, ya da nazik eləmək istiyirsənsə, bunu 100
metir, 200 metir, sənin məsafənnən asılıdi, yəni nə qədər isti-
yirsən də, cəmi uzunnuğu olsun. Xırda həmin ipliklər o başdan
bu başa bağlanılır, aşağı hissədə belə burulur, bura salınannan
sora. Həmin o 3-lük burc hissəsi, əsas hissəsi, ipliklər bax
burdan salınır və o burulduxca bunu çəkillər və hazır ip, yəni
ciyə hazırdır. Bu sənət də çoox qədimdir, amma bunnan məş-
ğul olan bizim kənddə var idi, o da iki il olar rəhmətə gedib.
Amma başqa kəndlər var ki, hələ bunnan məşqul olanlar var.
408
Camçılıq
Bu isə hac ziyarətinə gedəndə geyilən geyim dəstidir.
Amma bizdə dinə bağlılıq zərdüştlük dövründən başladığından,
ən əsasda dualardan istifadə olunurdu. O, siz dediyiniz kimi
qızları köçürdəndə 40 açarlı camlar var, belə camlar hazırlanıb,
o camları su ilə doldururdular. O qızları bir evdən başqa evə
koçürərkən onların başı üstündə tutardılar. Onun içi butun ərəb
yazısıyla yazılmış dualardı. Bunun adına da 40 açarlı cam de-
yirlər. Yəni qizi 40 gün müddətində həmin duaların qoruması.
Söyləyicilər:
Zöhrab Nuriyev, doğum tarixi 1975, təhsili orta, Ərkivan kəndi
Mədinə Kərimova, doğum tarixi 1942, təhsili 7-illik, Şərəfə kəndi
Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7-illik, Musaküçə
kəndi
Gülsaba Rəsulova, doğum tarixi 1928, təhsili 7-illik, Hişkədərə
kəndi
Kişvər Abbasova, doğum tarixi 1927, təhsili yoxdur, Ərkivan kəndi
İqamət Kərimov, doğum tarixi 1949, təhsili ali, Mollahəsənli kəndi
İbrahim Sadıqov, doğum tarixi 1950, təhsili ali, I Seybətin kəndi
Qasım Qafarov, doğum tarixi 1923, təhsili 7-illik, Hişkədərə kəndi
Əntiqə Tağıyeva, doğum tarixi 1971, təhsili ali, Hişkədərə kəndi
Toplayanlar:
Füzuli Bayat (Gözəlov)
Nuridə Muxtarzadə
Ağanənə Məmmədova
409
İÇİNDƏKİLƏR
Tarixini folklorunda,
sözünü tarixində yaşadan diyar ..3
1. İNANCLAR ..................................................................18
2. DİNİ RƏVAYƏTLƏR .................................................27
İmam Hüseynlə ərəb.....................................................27
Hz. Əlinin borcu...........................................................31
Halallıq və ya dişlənmiş alma.......................................34
Qonaq...........................................................................38
İmam Hüseynlə Əli Əkbər ...........................................39
Nuh peyğəmbərin yazısı...............................................44
Peyğəmbərin məsləhəti.................................................44
Nuh Peyğəmbər............................................................47
Qarı əhvalatı .................................................................47
Hz. Məhəmmədin Namaz Ricası..................................48
Mansurla Hüssam.........................................................50
Qəbr əzabı ....................................................................52
Bir anbar xurma............................................................53
Alicənab kişi.................................................................53
Gəlin-məleykə ..............................................................56
Naxələf oğul.................................................................57
Allaha şükr etmək.........................................................58
İnsan Nəfsi ...................................................................59
Peyğəmbərin uzaqgörənliyi ..........................................59
Loğmanın şağirdi..........................................................60
Loğmanın möhləti ........................................................61
Qarışqanın balasına yemək verirəm,.............................62
sənin balana yemək vermiyəcəm? ................................62
Böyük gələndə ayağa durarlar ......................................63
Daş ...............................................................................64
Hələ nəzəri üstümdədi..................................................64
Dostları ilə paylaş: |