380
* * *
Çəkin, halay düzülsün.
Xumar gözlər süzülsün.
Hər kim halay çəkməsə,
Əli yardan üzülsün.
Mahmudavar kəndində halay
Öz qərarıynan Mahmudavar kənd klubuna rəhbər oldu o
vaxtı. Həmin ili anam rayon yığma ansanbılıynan Respub-
likaya çox gözəl bir müsabiqəyə qatılır, müğənni kimi. Orda
çıxış eliyəndən sonra musiqiçilərin diqqətini cəlb edir özünə,
yəni çox bəyənirlər onu və bu musiqiçilərin içində oturur arıq
bir qadın, anamın dediklərini deyirəm. Səhv eləmirəmsə, hə-
min müsabiqədə Zeynəb xanım Xanlarova da müsabiqədən
çıxır. Deməli, 55-ci ildə həmin müsabiqədən çıxır. Onu Bakı-
da saxlamaq istəyirlər müğənni kimi. Anam deyir mənim işim
var, molla qızı olduğuna görə, ağır seyidlər nəsli olduğuna
görə rədd edir bu təklifi. Deyir ki, mən qala bilmərəm, razı-
laşmır. Münsiflərdən biri uzun arığ xanım anama təklif edir
ki, sənə baxıram sən gəncsən, gözəlsən, bacarıqlısan, sən öz
bölgənizin, cənub bölgəsinin qədim folklor bayatılarından
ibarət kollektiv yarada bilərsən. Orada cənub bölgəsinin rəqs-
ləri, mahnıları olar. Anam deyir ki, həmin an halay düşün-
düm, bilirsiz nəyə görə, çünki mənim nənəm bədahətən baya-
tı, qəzəl deyən olubdur. Onun savadı olmuyubdu, yazı yaza
bilməyib. O vaxtı biz körpə olmuşuq, yəni tez-tez onun yanı-
na gələrmişlər. O, bədahətən bayatılar deyərmiş. Deyir ki, nə-
nəm o vaxtı o kəndin sahə kənd işindən uzaq oladuğuna görə,
o vaxtı avtomobili olmuyubdu onun, o qadınları helə bil iki
381
hissəyə bölürdü. İki cərgəyə ayırırdı onları, oxuya-oxuya nə-
nəm də rəhbərlik eliyərmiş ki, başçı kimi başçılıq edərmiş.
Onlar da oxuyarmışlar bunlar da gedərmiş həmin əkin yerinə
ki, məsafə onlar üçün tez gəlsin, yəni halay o dövrdən qalıb
halay, yəni haray kimi bir şeydi. Halay çoxluqdu, bir yerdə
rəqs etməkdir, birlikdi. Yəni bir cərgə deyir, o biri cərgə ca-
vab verir, yəni ki yallı getmək bir yerdə, oxuya-oxuya bu
cərgə cavab verir. Deyir ki, saylar istədiyi qədər ola bilər, tək
olmamalıdır.Yəni həmin vaxt anamın ağlına bu gəlib anam
deyərdi ki, halay gedirlər. Sonra nənəm ilə 5-6 qadın olub-
durlar. Hələ 30-cı illərdən söhbət gedir. Əlli beşinci ildə ana-
mın fikirlərini dedim. Nənəmin o qadınlarnan hələ 30-40 ci
illərdə halay çəkdiyini anam yadıma salır. O dövrdə nənəm
hələ 5-6 qadından ibarət bir kollektiv formasında öz araların-
da xına gecələrinə gedərlərmiş. O vaxtı xına ev şəraitində
olubdu. Qadınlar yığışıblar, qızlar, qonşular gə
linin başına.
Yəni qarmon çala-çala oxuyarmışlar, yəni o dövrlər anamın
yadına gəlir. O dövrün bayatılarıdı bizə gəlib çıxıb. Bir yaşlı
Xumar nənə vardı kəndimizdə, o da nənəm kimi bədahətən
bayatılar deyirdi. Yəni anama təklif olunanda onun yadına nə-
nəmin dedikləri düşür. Vaxt gəlir halay yaranır.
İlk dəfə artıq 56-cı ildə burda Mahmudavar kulubunda
baxış keçirilir. Halaya Qəmbər Hüseynli gəlir, Ənvər Abdulla-
yev gəlir. Mahmudavarda iki nəfər bayatılarnan, geniş bir re-
pertuarnan çıxış ediblər. Deyiblər ki, sayı artırın, üç nəfərnən
müsabiqəyə qatılmaq olmaz, bir az sayı artırın. 57-ci ildə artıq
festival keçirilir, onlar həmin festivala qatılırlar. 59-cu ildə hə-
min festival ikinci dəfə keçirilir o dövrdə artıq on iki nəfər olur.
Bunlar on iki nəfər həmin festivala qatılırlar. O festivalın bütün
üzvləri, halayın bütün üzvləri halay diplomuna, nişanına layiq
382
görülürlər, həm də diplom verilir onlara, yəni o gündən bu gü-
nə festivallarda, müsabiqələrdə xarici ölkələrdə olurlar. 52-ci
ildən anam işləyibdi. Bunun 55 ilini halay, yaratdığı kollektiv
ilə məşğul olubdu. Uzun illər şəkər diabetindən əziyyət çəkirdi
anam. Onu mən əvəz edirdim, mən də bir övlad kimi fəx
i
-
383
Biz avropalaşmayaq. Mədəniyyətimiz yaşası,n folklor yaddan
çıxmasın deyə veteranları başıma yığdım ki, əsl folklorumuz
qalsın. Gənclər pul alırlar hələ ki, veteranlar yox.
Belə mahnılar oxunur, deməli, mənim az-çox informasi-
yam var. Deməy, halay deyəndə nə başa düşülür? Bu qadınla-
rın toplaşdığı yer olur halay. Mən deməzdim, elə kişilər də
halay gedirlər. Türklərdə kişilər halay gedir. Tək-tək halay
yoxdur. Meydan ki yaranır halay çəkilir:
Çəkin, halay düzülsün.
Xumar gözlər süzülsün.
Kim halaya gəlməsə,
Əli yardan üzülsün.
Yəni o bayatı elə bil ki, insanları qorxudur. Burada de-
yirlər ki, kim halaya gəlməsə əli yardan üzülsün. Heç bir qa-
dın istəməz ki, yarsız qalsın. Yəni bu halay sözü qarğışdan
qorxurlar. Meydançanı dəyişmək olar. Yəni halay yallı forma-
sında gedir. Orada birləşirlər, iki qrupa ayırırlar. Biri girir or-
talığa, həmin səhnə gələndə həmin bayatı gələndə.
Ay yordu yordu yordu,
Görək kim kimi yordu?
Bu formada bir nəfər qalır ayaq üstə, əl çala-çala həmin
bayatıları deyirik, sonra o biri cərgə cavab verir. Elə bu for-
mada yallı gedə-gedə səhnədən çıxırlar səhnəni tərk edirlər.
Elə bil sadə bir şeydi hərəkətlər.
Mübarək, ay mübarək
I
Nəqarət:
I dəstə: Mübarək, ay mübarək, qardaş toyun mübarək.
II dəstə: Mübarək, ay mübarək, qardaş toyun mübarək.
Dostları ilə paylaş: |