ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə5/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   2   3   4   5   6   7   8   9   ...   100

 

16 


3. Folklorun bəzi janrları, bəzi folklor hadisələri zaman-

la əskiyir, icra olunmaqdan çıxır. Məsələn, rituallarla bağlı ic-

ra  edilən  janrlardan  halay  toyların,  xınayaxdıların  müasirləş-

məsi  ilə  istər-istəməz  əskiyir.  Kənd  yerlərində  uşaqların  oy-

nadığı dirədöymə, ənzəli, aşıq, çilingağac və s. oyunlar sosial 

mühitin dəyişməsi ilə tarixə qarışmışdr. 

 

Son Söz 

 

Bir  zamanlar  Türkiyədə  Qaziantep  Universitetində 



müəllim işləyərkən Güney-Doğu Anadolu bölgəsində 18 aylıq 

toplama,  sistemləşdirmə,  dəyərləndirmə  və  mədəni  kimlik 

məsələləri  ilə  bağlı  bir  layihə  çərçivəsində  Yavuz  elində  bir 

ağsaqqaldan,  nədən  insanlarımızın  yaddaşında  nağıl,  əfsanə, 

rəvayət  kimi  folklor  janrları  çox  az  qalıb, –  deyə  soruşduqda 

söyləyici  “O  atlılar  ki,  vardı,  gözəl  atlarına  minib  getdilər” 

kimi çoxanlamlı bir cavab vermişdi. Bugünkü folklorun duru-

munu  obrazlı  şəkildə  atlarına  minib  gedən,  yerində  piyadalar 

qalan bir topluma bənzətmək mümkündür. 

Texnologiyanın  sürətlə  məişətimizi  işğal  etdiyi  bir  za-

manda piyadalaşan,  mənəvi dünyası kiçilən bir  cəmiyyət for-

malaşır ki, bu bizi biz edən, bizi özgələşməyə qoymayan folk-

lorun  faciəsidir.  Folklorun  sahəsi  hər  gün  daha  da  daralır, 

mənəviyyatımızın  aynası,  kimliyimizin  pasportu  olan  klassik 

folklor  sürətlə  ölür,  icra  ortamından  (auditoriyasından)  çıxır. 

Ölən folklorun yerini süni kişilik, süni namus, süni ailə müna-

sibətləri  haqqında  çəkilən  dizilər  (seriallar)  tutur.  Mənşəyi 

məlum  olmayan,  məqsədi  isə  bizi  yadlaşdıran,  özgələşdirən 

teleşoular,  teleseriallar,  əyləncə  proqramları  və  daha  nələr 

təhkiyə folklorunu sıxışdırıb ortadan çıxarır. 




 

17 


Son  olaraq  demək  lazımdır  ki,  folklorun  regional  kon-

tekstdə bölgələr üzrə toplanması gələcəkdə folklor atlaslarının 

yaranmasına, folklor fondunun tərkibinin  təyin  və təsbit edil-

məsinə, janrların yayılma sahəsinin və tezliyinin öyrənilməsi-

nə yardım edəcəkdir. 

Sonda  Masallı  folklorunun  toplanmasında,  hazırlanma-

sında  mənə  yardım  etmiş  insanlara  –  başda  İctimai-siyasi  və 

humanitar  məsələlər  üzrə  Masallı  Rayon  İcra  Hakimiyyəti 

başçısının  müavini  Nəsir  Muxtarlıya,  Rayon  mədəniyyət  və 

turizm  şöbəsinin  müdiri  Lətifə  Mövsümovaya,  Masallı  şəhər 

mədəniyyət evinin direktoru Vəkil İsmayılova, Masallı Rayon 

İcra Hakimiyyəti Hüquq Şöbəsinin məsləhətçisi Hikmət Xəli-

lova,  Masallı  Rayon  İcra  Hakimiyyətinin  Yetkinlik  Yaşına 

çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissi-

yanın məsul katibi Qulam Şükürova,  İctimai-siyasi  və huma-

nitar şöbəsinin baş məsləhətçisi Gülşən Xəlilovaya, dostlarım 

Lətif Babayevə, Arif Fərzəliyevə təşəkkür edirəm. 

Ayrıca  Masallı  Folkloru  kitabını  hazırlama  layihəsini 

dəstəkləyən  Folklor  İnstitutunun  direktoru  Muxtar  İmanova, 

toplama  və  hazırlama  prosesində  Folklor  İnstitutunun  əmək-

daşlarından Çiçək Əfəndiyevaya, Nailə Rəhimbəyliyə, Nuridə 

Muxtarzadəyə, Qurban Əliyevə, Tünzalə Məmmədovaya, Vü-

salə  Kərimovaya,  İlahə  Heybətovaya  və  digərlərinə  də  tə-

şəkkür etməyi özümə borc bilirəm.  

  

Füzuli Bayat 

 



 

18 


 1. İNANCLAR 

 

Namazın növləri 

 

Günəş  tutulanda  bizdə  namaz  qılıllar,  ayət  namazı. 



“ƏssAllah”nan  başlıyır,  “Həmd”dən  sonra  beş  dəfə  “İxlası” 

oxuyursan,  ya da “İxlası” beş  yerə bölürsən. Gündü, küləydi, 

qara küləkdi, bulara ayət namazı qılınır. İnsan rəhmətə gedən-

nən sora, mən  əgər  rəhmətə getmişəmsə, namazı qılmıramsa, 

heç namaz qılmamışamsa, mənim  yaşımdan on beş  yaş çıxır-

lar, on beşi vurullar ikiyə. Ayət namazı qılırlar küləydi, zəlzə-

lədi belə-belə şeylərə.  

Vəhsət namazı vacibdi, ona görə ki,

 qəbir evində birinci 

gecə  qəbir  əzabı  onun  üçün  hasan  keçsin.  O  ölüm  ki,  Allah-

tala  yazıb, nə bir saniyə bu üzə ola bilər, nə bir saniyə o üzə. 

Başqa deyimlər hamısı boş şeydi. 



 

Çillələr haqqında 

 

Kiçik  çillə  deyir  ki,  ömrüm  az,  qabağım  yaz.  Böyük 



çillə  qırx  gündü,  dekabrın  21-i  başlıyır.  Yanvarın  30-da  qur-

tarır. Böyük çilləynən kiçik çillənin arasında Xıdır  var. Xıdır 

dörd gün böyük çillədən götürür, üç gün kiçik çillədən. Kiçik 

çillə  çaxmaq  olur,  kiçik  çillə  müsübət  olur.  Ona  görə  deyir 

ömrüm az, qabağım  yaz. Sonra  var oğrubığ, doğrubığ. Oğru-

bığdan sora doğrubığ gəlir. 

 

Şeytan haqqında 

 

Öz  ənənəmizdə  deyirik  ki,  şeytan  pis  adamlardı  –  bizi 



azdırır,  bizi  yolundan  eliyir.  Məsələn,  şeytan  girir  qəlbimizə 


 

19 


bir  də  görürsən,  yolumuzu  azırıq.  Ondan  sora  oğurruğa  ge-

dirik, pis əməllərə gedirik. Onu şeytan eliyir.  



 

Göy qurşağı 

 

Göydə  yeddi  dənə  rəng  belə  gedir  a,  göy  qurşağı  odur. 



Bax, Əlinin Fatiməynən evlənmə  mərasimidi. Yeddi rəng or-

dan  qalıb.  Onnarın  toylarında  asiman  bəzənib.  Səmada  olub 

onnarın  toyları.  Olar  əmiqızı,  əmioğludular.  Ona  görə  deyir-

lər:  əmiqızı  əmioğlu  məhrəm  olar.  Kəbinnəri  göydə  kəsilər. 

Yeddi  rəng  olarındı.  Göy  qurşağının  altından  keçəndə  xoş-

bəxtlik  gətirər.  Ona  baxarsan,  salavat  çəkərsən.  Onnan  sora 

ürəyindən xoş şeylər keçər.  

 

Müqəddəs quşlar 

 

Müqqəddəs  quşdu  qaranquş.  Qaranquşu  vurmaq  olmaz. 



Qaranquş  Kərbəladan  xəbər  gətirib.  Hacıleyleyin  ayağı  niyə 

qırmızıdı? Orda qana batıb gəlib. Göyərçin də Kərbəla müsübə-

tini görüb. Ona görə müqqəddəsdi. Vurmaq, öldürmək olmaz.  

 

Arı 

 

Arı Allah-talanın ən gözəl nemət verən həşəratlarından-



dı. Arının əzaları dəvənin əzaları ilə eynidir. Onun verdiyi bal 

dünyada hər şeydən yüksəkdi. Arıdan xəbər alıblar ki, sən ge-

dirsən  acı  çiçəylərdən  acı  çəkirsən,  bal  əmələ  gətirirsən. 

Deyir: 


– Mən hər xortumumu salıb onun şirəsini çəkəndə, mən 

bir salavat çəkirəm, ona görə o, bala çevrilir, şirin olur. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə