CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə24/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
84
kimi güclü bir ordu ilə qarşıdurmaya cəlb edir və beləliklə, dövlət 
müstəqilliyimizi tam mənası ilə yox etmək istəyir. Azərbaycanın xarici 
işlər naziri F.Xoyski öz cavab notasında bildirirdi: 
“...Azərbaycan 
hökuməti çar generalı Denikinin Azərbaycan xalqının 
müstəqilliyinə xəyanətinə qarşı gərgin mübarizə aparmışdır... 
Azərbaycan hökuməti hər iki tərəfin suverenlik prinsipi əsasında 
danışıqlar yolu ilə Azərbaycan və rus xalqları arasında mehriban 
qonşuluq əlaqələri yaratmağa hazırdır”.
93
Lakin RSFSR-in xarici işlər komissarı G.V.Çiçerin 23 yanvar 1920-
ci il tarixli ikinci notasında Azərbaycanın müstəqilliyinə konkret 
münasibət bildirməkdən boyun qaçıraraq Azərbaycan hökumətini 
beynəlxalq hüquq normalarına uyğun olmayan, hədələyici tərzdə 
Denikin əksinqilabına qarşı mübarizə aparmaqdan boyun qaçırmaqda 
təqsirləndirirdi. Çiçerinin notasında daha sonra deyilirdi: 
“Rusiyanın 
sovet hökuməti böyük təəssüf hissi ilə etiraf etməyə məcburdur ki, 
Azərbaycan Respublikasının xarici işlər naziri F.Xoyskinin radio-
teleqramında Rusiya-Azərbaycan hərbi komandanları arasında 
Denikin ordularına qarşı birgə hərbi əməliyyatlara başlamaq 
üçün saziş bağlanması təklifinə bilavasitə cavab verilmir... 
nazir Fətəli xan Xoyskinin radio-teleqramında Rusiyada gedən 
mübarizəyə qarışmamaq prinsipinə işarəni isə Denikinin Bakı 
üzərinə hücum etmədiyi halda ona qarşı bir mübarizə təklifinə 
rədd cavabı kimi qəbul etmək olar...”.
94
F.Xoyski öz cavab notasında sovet hökumətinin notasının çox 
nəzakətsiz tonda olmasını qeyd edərək bildirirdi: “
Rusiyanın xalq 
xarici işlər komissarı Çiçerinin gətirdiyi faktların bir neçəsi, 
ümumiyyətlə, yoxdur. Azərbaycan hökuməti Rusiyada gedən 
mübarizəyə neytral münasibətini bildirsə də, general Prjevalskini 
öz qərargahı ilə birgə Bakıdan qovmuş və nəinki Azərbaycan 
torpağındakı rus zabitlərinin Denikin ordusuna daxil olmasına 
imkan verməmiş, hətta general Prjevalskinin rus zabitlərinin 
Petrovskdə çağırışı haqqında qəzetlərdə elan verməsini 
qadağan etmişdir. Prjevalski ƏMT tərəfindən AXC dövründə 
93   “Azərbaycan” qəzeti, 23 may 1991-ci il.
94 
 
Çıraqzadə V. İstiqlal yollarında. Bakı, 1992, s. 72. 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
85
ifşa edilmişdir. Azərbaycan hökuməti heç vaxt Dağıstan və 
Şimali Qafqaz dağlılarının general Denikinlə öz azadlıqları və 
istiqlaliyyətləri uğrunda apardıqları mübarizəyə qarşı heç bir 
addım atmamış, əksinə bütün mümkün vasitələrdən istifadə 
edərək dağlıların mübarizəsinə kömək göstərmiş və göstərir. Hər 
vasitə ilə Denikin ordularının onların ərazisindən çıxarılmasına 
nail olmağa çalışır... Denikin ideologiyası və onun əsl məqsədi 
Azərbaycan hökumətinə yaxşı bəllidir. Azərbaycan hökuməti 
dərin təəssüf hissi ilə qeyd edir ki, xalq xarici işlər komissarı 
Çiçerinin heç bir radio-teleqramında aydın və qəti şəkildə 
sovet hökumətinin Azərbaycanın istiqlaliyyətini tanımaq fikri 
ifadə edilmir, baxmayaraq sovet hökuməti, Polşa, Finlandiya, 
Estoniya və s. dövlətlərə öz münasibətini açıq bildirib... Bu və ya 
digər bir məsələ haqqında danışıqlar, yalnız sovet hökumətinin 
Azərbaycanın suverenliyini və istiqlaliyyətini qeydsiz–şərtsiz 
tanıdığı halda aparıla bilər...”.
95
G.Çiçerin mübahisələri davam etdirərək F.Xoyskinin tələbinə 
cavabında bildirirdi: “
Azərbaycanın istiqlaliyyətini tanımaq yalnız 
sovet hökuməti ilə Azərbaycanın qarşılıqlı münasibətlərinə aid 
bir çox məsələləri əhatə edən mürəkkəb danışıqlar nəticəsində 
əldə edilə bilər”
96
. Bütün bunlardan aydın olur ki, Sovet Rusiyası 
Azərbaycanın suverenliyini tanımır və onun ərazisinə Çar Rusiyasının 
ərazisi kimi baxırdı. Bu fikir V.İ.Leninin İ.Smilqa və Q.Orconikidzeyə 
1920-ci il 17 mart tarixli teleqramında daha aydın görünür: 
“Bakını 
almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna 
verin. Həm də bəyanatlarda son dərəcə diplomatik olmaq və 
möhkəm yerli sovet hakimiyyəti hazırlandığını tamamilə yəqin 
etmək lazımdır”.
97
Mənbələr təsdiq edir ki, çevrilişin baş tutması üçün V.İ.Leninin 
tapşırığı ilə Bakı bolşevik komitəsinin sərəncamına 15 milyon manat 
pul göndərilmişdi.
98
 
Azərbaycanda soyqırımların təşkilatçılarından olan A.Vikoyan 
95   Yenə orada, s. 73
96 
 
Yenə orada
97   Lenin V.İ. Əsərlərin tam külliyyatı. 5-ci nəşr, 51-ci cild, s. 191
98   Köçərli X. Azərbaycan 1920-1940-cı illərdə. Bakı, 2003, s. 17


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
86
yazırdı: 
“Biz artıq Azərbaycanın müxtəlif guşələrində hərbi dayaq 
bazaları yaratmışıq. Biz Qarabağda işi gücləndiririk”.
99
 
Göründüyü kimi, Azərbaycanın işğalı bilavasitə V.İ.Leninin iştirakı 
ilə xeyli əvvəlcədən hazırlanmışdı. Qafqaz cəbhəsinin komandanlığı XI 
Ordunun Volqa–Xəzər donanmasının komandanlığına Bakıya hücum 
edilməsi barədə hələ 1920-ci il aprelin 21-də Petrovsk şəhərində verilən 
490 saylı direktivində aprelin 27-də Azərbaycan sərhədlərini keçmək
qəti hücumla Bakı quberniyasını tutmaq, Zaqafqaziya dəmir yolunun 
Kürdəmirdəki hissəsini, XI Ordu hissələrinin Abşerona yaxınlaşdığı 
vaxt Ələt stansiyası rayonuna desant çıxararaq neft daşıyan donanmanı 
ələ keçirmək əmri verirdi. Daha sonra isə yalnız Bakı quberniyasının 
deyil, Azərbaycanın bütün ərazisinin işğal edilməsi XI Ordunun son 
vəzifəsi kimi qarşıya qoyulurdu. 
Bu, suveren dövlətə qarşı onu zorla ilhaq məqsədi güdən 
işğalçılıq aktı idi. Çiçerinin hələ 1919-cu ilin avqustunda Azərbaycan 
hökumətinə verdiyi 
“Sovet Rusiyası heç vaxt Azərbaycana silahlı 
hərbi yürüş etmək və bu yolla orada öz hakimiyyətini bərpa 
etmək fikrində olmayacaq”
100
 vədindən nə qədər uzaq olduğunu 
açıq göstərdi. 
Dinc və günahsız əhalinin qırğınına və qan tökülməsinə yol 
verməmək üçün Azərbaycan parlamentinin fövqəladə iclası çağırıldı. 
Parlament aprelin 27-də axşam saat 23:00-da aşağıdakı şərtlərlə 
hakimiyyəti kommunistlərə verməyi qərara aldı: 
1. Rus ordusu Bakıya daxil olmadan, dəmir yolu ilə Türkiyəyə 
köməyə gedəcəkdir. 
2. AXC-nin müstəqilliyi və ərazi bütövlüyü hər cür irtica 
hərəkətindən və ilhaqdan lazımi səviyyədə qorunacaqdır. 
3. Azərbaycan ordusu saxlanılacaqdır. 
4. Azərbaycandakı bütün siyasi partiyaların azad fəaliyyəti 
təmin ediləcəkdir. 
5. Azərbaycanın keçmiş dövlət xadimləri, hökumətin və 
parlamentin inzibati üzvləri təqib edilməyəcək, hökumət 
idarələrinin xidmətçiləri öz vəzifələrində saxlanılacaqlar. Yalnız 
99   “Dirçəliş XXI əsr” jurnalı. Bakı, 1998, № 5
100   Azərbaycan Respublikası MAİ, fond 130, iş 4, siy. 496, v. 25


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə