«Цмуми идаряетмя нязяриййяси» фянниндян тест суаллары


Bazisi ikiyə bərabər olan kristallik fəza qəfəsi hansıdır?



Yüklə 1,1 Mb.
səhifə3/7
tarix05.03.2018
ölçüsü1,1 Mb.
#30406
1   2   3   4   5   6   7

205. Bazisi ikiyə bərabər olan kristallik fəza qəfəsi hansıdır?

a) həcmi mərkəzləşdirilmiş kub

b) yan səthləri mərkəzləşdirilmiş kub

c) heksoqonal qəfəsin

d) romoeder qəfəsin

e) kub
206. Bazisi altı olan hansı kristallik qəfəsdir?

a) heksoqonal qəfəs

b) həcmi mərkəzləşdirilmiş kub

c) yan sərtləri mərkəzləşdirilmiş kub

d) romboeder qəfəs

e) kub
207. Bazisi dörd olan hansı kristallik qəfəsdir?

a) yan səthləri mərkəzləşdirilmiş kub

b) həcmi mərkəzləşdirilmiş kub

c) heksoqonal qəfəs

d) romboeder qəfəs

e) kub
208. Perlit + sementit strukturu hansı polada məxsusdur?

a) evtektoiddən sonrakı polada

b) evtektoid poladına

c) evtektoidə qədər olan polad

d) evtektika

e) evtektikadan sonrakı
209. Tablandırılmış poladdan qalıq austenitini ləğv etmək üçün hansı əməliyyat seçilir?

a) mənfi temperaturda emal etmək

b) normallaşdırma

c) tabalma

d) tablandırma

e) tab əksiltmə


210. «Б» qrupuna məxsus olan adi keyfiyyətli poladlar hansı xassələrinə görə digər poladlardan fərqlənir?

a) mexaniki + kimyəvi xassələrinə görə

b) plastikliyinə görə

c) kimyəvi xassəsinə görə

d) fiziki xassəsinə görə

e) bərkliyinə görə


211. Manqan poladın hansı xassəsinə təsir edir?

a) bərkliyinin və möhkəmliyini artırır

b) kövrəkliyini artırır

c) plastikliyini artırır

d) termik emala qarşı həssaslığını azaldır

e) zərbə özlülüyünü azaldır


212. У-12 poladı hansı poladlar qrupuna aiddir?

a) alət poladı

b) legirlənmiş poladı

c) konstruksiya poladı

d) evevtektoidə qədər olan polad

e) evtektoid poladı


213. A 30 poladı necə adlanır?

a) avtomat poladı

b) konstruksiya poladı

c) karbonlu alət poladı

d) manqanlı polad

e) maqnitli polad


214. Aşağıda göstərilən polad markalarından hansı tez kəsən poladdır?

a) 65


b) 38XMЮA

c) X28


d) 35XГ

e) P12
215. «A» qrupuna məxsus adi keyfiyyətli karbonlu poladlar hansı termik emal prosesinə uğradılır?

a) uğradılmır

b) tab əksiltmə

c) tab alma

d) normallaşdırma

e) tablandırma
216. Diffuzion tabalmaya başlıca olaraq hansı poladlar uğradılır?

a) legirlənmiş polad külçələri

b) alət poladları

c) karbonlu poladlar

d) yay-ressor poladları

e) orta karbonlu poladları


217. Kükürdün poladın tərkibində normadan artıq olması ona hansı xassəni verir?

a) isti sınıq xassəsini yaradır

b) yeyilməyə davamlılığını azaldır

c) yeyilməyə davamlılığını artırır

d) tablandırmaya təsir edir

e) onun mexaniki xassəsini yaxşılaşdırır


218. Nə üçün fosfor polad üçün zərərli aşqar hesab edilir?

a) likvasiyanın inkişaf etməsinə səbəb olur

b) likvasiyanın qarşısını alır

c) zərbə özlülüyünü artırır

d) kövrəkliyini aşağı salır

e) polada «isti sınıq» xassəsi verir


219. Karbonlu poladın tərkibində 0,8%-ə qədər karbon var, belə poladlar təyinatına görə hansı poladdır?

a) konstruksiya poladı

b) legirlənmiş polad

c) alət poladı

d) evtektoiddən sonrakı polad

e) evtektoid poladı


220. Elektrotexniki poladların tərkibini əsasən hansı kimyəvi elementlə legirləyirlər?

a) silisiumla

b) alüminiumla

c) manqanla

d) xromla

e) volframla


221. Elektrotexniki polad markalarının qarşısında hansı hərf yazılır?

a) Э


b) A

c) B


d) R

e) X
222. Bərk ərintilərin tərkibində hansı metal karbidi üstünlük təşkil edir?

a) volfram

b) titan


c) tantal

d) xrom


e) nikel
223. Bişirilmiş bərk ərintinin tərkibində kobalt hansı rolu oynayır?

a) əlaqələndirici

b) bərkidici

c) yumşaldıcı

d) legirləyici

e) tablandırıcı


224. ВK2 bərk ərintisində 2% kobalt var, ərintidə qalan faizi hansı birləşmə təşkil edir?

a) volfram karbidi

b) volfram

c) volfram oksidi

d) titan birləşməsi

e) xrom karbidi


225. 12 X 17 markalı korroziyaya qarşı davamlı polada karbonun və xromun miqdarı neçə faizdir?

a),12% C, 17%-ə qədər Cr

b) 0,12% C, 0,17% Cr

c) 0,12% C, 17% Cr

d) 12% C, 17% Cr

e) 0,012% C, 0,017% Cr0


226. Elektrik qızdırıcılarını və reostatların hazırlanmasında hansı poladlardan istifadə olunur?

a) Fe + Cr + Al

b) Fe + Ni + Cr

c) Fe + Mg + Mn

d) Ni+ Mn + Zn

e) Mn + Mg + Ti


227. Aşağıda göstərilən alüminium ərintilərindən hansı təyinatına görə ştamplama prosesinə uğradılır?

a) AK 6


b) D1

c) AМг 3


d) AЛ 4

e) AЛ 5
228. Strukturu ledeburit və birinci sementitdən ibarət olan çuqunlardan sənayenin hansı sahələrində istifadə olunur?

a) polad istehsalında

b) toxuculuq sənayesində

c) məişətdə

d) maşınqayırmada

e) gəmiqayırmada
229. Təkrar emal olunan çuqunlarda karbonun miqdarı neçə faiz olur?

a) 3,8-4,0%

b) 2,5%

c) 3%


d) 2,15%

e) 2,6%
230. Diffuziya prosesinin sürətlə getməsinə təsir göstərən əsas amil nədir?

a) yüksək temperatura

b) isti hava

c) tablandırma temperaturu

d) qaynar su

e) məmulatın qalınlığı
231. Austenitin izotermik çevrilmə diaqramında bir əyrisi nəyi göstərir?

a) izotermik çevrilmənin başlanğıcını

b) izotermik çevirmədən inkubasiya

dövrünün başlanğıcını

c) izotermik çevrilmənin sonunu

d) ferritin yaranmasının sonunu

e) sementitin yaranmasının başa

çatmasını



232. Austenitin izotermik çevrilmə diaqramında ikinci əyri nəyi göstərir?

a) izotermik çevrilmənin sonunu

b) izotermik çevrənin başlanğıcını

c) inkubasiya dövrünün sonunu

d) austenit strukturun yaranmasını

e) ledeburit strukturunun yaranmasını



233. Austenitin izotermik çevrilmə diaqramına əsasən 1 əyrisinə qədər olan zonada poladın strukturu nədən ibarətdir?

a) austeniddən

b) ferritdən

c) ferrit + sementitdən

d) perlitdən

e) sementitdən



234. Austenitin izotermik çevrilmə məhsullarının bərkliyi artır, baxmayaraq ki, onların hamısı ferrit + sementitdən ibarətdir. Burada bərkliyin artması nə ilə bağlıdır?

a) ferrit – sementit dənələrinin dispersliyinə görə

b) strukturuna görə

c) austenitin çox olmasına görə

d) ferritin çox olmasına görə

e) sementitin çox olmasına görə


235. Termik emal zamanı poladlarda allotropik çevrilmə baş verirmi?

a) verir


b) vermir

c) nə isə mane olur

d) kimyəvi birləşmə əmələ gəlir

e) mexaniki qarışıq yaranır


236. Kristal fəza qəfəslərinin parametrləri as hərfləri ilə işarə edilir. Burada a – atom müstəviləri arasındakı məsafə, s isə qəfəsin tilinin uzunluğudur. Əgər s/a olan nisbəti 1,633-dürsə, bu hansı qəfəsdir?

a) heksoqonal

b) həcmin mərkəzləşdirilmiş kub

c) kub


d) üzləri mərkəzləşdirilmiş kub

e) rombaeder


237. Armatur poladları möhkəmliyinə görə siniflərə bölünürlər. Onların möhkəmliyini artırmaq üçün onları hansı termik emal prosesinə uğradırlar?

a) suda tablandırılır və 300-4000C-də tab əksiltməyə uğradılır

b) yağda tablandırılır

c) duzların sulu məhlullarında tablandırılır

d) suda tablandırılır

e) normallaşdırma prosesinə uğradılır


238. Kriogen poladlardan harada istifadə edilir?

a) maye qazların daşınmasında

b) duzların daşınmasında

c) turşuların daşınmasında

d) qələvilərin daşınmasında

e) qazların daşınmasında


239. Bərk məhlulları təşkil edən komponentlərin biri həlledici, digərləri isə həll olunan komponent olurlar. Titan ərintilərində titan özünü necə aparır?

a) həlledici kimi

b) həll olan kimi

c) oksidləşdirici kimi

d) reduksiyaedici kimi

e) neytral komponent kimi


240. Titan elementinin α və β modifikasiyaları mövcuddur. Müəyyən temperaturda α, β-ya və əksinə çevrilir. Bunların çevrilməsi hansı temperaturda baş verir?

a) 8820C

b) 6500C

c) 7000C

d) 6000C

e) 9820C


241. Hansı çuqunlar ən yaxşı tökmə xassələrinə malikdir?

a) ağ çuqun

b)döyüləbilən çuqun

c) poladlar

d) yüksək möhkəmlikli çuqun

e) boz çuqun


242. Dirsəkli valların hazırlanması üçün hansı materialdan istifadə edilir?

a) polad


b) ağ çuqun

c) döyüləbilən çuqun

d) yüksək möhkəmlikli çuqun

e) boz çuqun


243. Tab alma prosesinin mahiyyəti nədən ibarətdir?

a) daxili gərginliyin aradan qaldırılması və özlülüyünün artırılması

b) tablandırmadan sonra bərkliyin azaldılması

c) tablandırma gərginliyinin aradan qaldırılması

d) tablandırma temperaturunun aşağı salınması

e) tabəksiltmə temperaturunun təyini


244. Elektrik armaturlarında işlədilən kiçik ölçülü vintlərin hazırlanması üçün hansı material götürülür?

a) A12


b) CT 1

c) MCT 1


d) BCT

e) 40 poladı


245. Hansı aşqardan istifadə edilərsə, poladın metalkəsmə dəzgahlarında emal prosesini yaxşılaşdırır?

a) P və S

b) Mn və Si

c) P


d) S

e) Mn
246. Ağ çuqunlarda qrafit hansı halda olur?

a) bu çuqunda qrafit yoxdur

b) plastik

c) kürə şəkilli

d) iynəvari

e) kilkə şəkilli
247. Perlit + qrafit strukturlu boz çuqundan karbonun miqdarı nə qədərdir?

a) 2,8% - 3,8%

b) 1,2%

c) 4,3%


d) 0,83%

e) 2,14%
248. Həcmi mərkəzləşmiş kub şəkilli qəfəs neçə atoma malikdir?

a) 2

b) 17


c) 6

d) 8


e) 14
249. Üzləri mərkəzləşmiş kub şəkilli qəfəs neçə atoma malikdir?

a) 4


b) 17

c) 18


d) 8

e) 10
250. Heksoqonal qəfəs neçə atoma malikdir?

a) 6

b) 8


c) 14

d) 12


e) 9
251. bu formula vasitəsilə metalların hansı xassəsi öyrənilir?
a) bərkliyini

b) kristallaşma prosesini

c) fiziki xassələrini

d) kimyəvi xassələrini

e) zərbə özlülüyünü
252. Həcmi mərkəzləşmiş kub şəkilli qəfəs neçə atoma malikdir?

a) 2


b) 17

c) 6


d) 8

e) 14
253. Polad və çuqunların şərti sərhədi hansı tərkibdə olduğuna uyğun gəlir?

a) 2,14%

b) 3,6%


c) 0,83%

d) 4,2%


e) 6,67%?
254. Keyfiyyətli poladların tərkibində P və S miqdarı nə qədər olmalıdır?

a) 0,03%

b) 0,2%

c) 0,01%


d) 1,2%

e) 0,08%?


255. göstərilən düstur vasitəsilə metalların hansı xassəsi öyrənilir?
a) zərbə özlülüyü

b) bərkliyini

c) kristallaşma prosesi

d) texnoloji xassələrini

e) kimyəvi xassələrini
256. Yüksək temperaturdan austenit soyudularkən perlit hansı temperaturda alınır?

a) 727°


b) 1130°

c) 1600°


d) 1130°

e) 910°
257. Yüksək karbonlu poladları tablandırarkən hansı soyutma mühitindən istifadə edilir?

a) duzlu su

b) turşu


c) hava

d)yağ


e) su
258. Soyutma mühitləri nəyi ifadə edir?

a) soyutma sürətini

b) kristallaşma prosesini

c) kristal dənələrinin böyüməsini

d) austenitin parçalanması

e) kristal mərkəzlərinin yaranması


259. Sementləmə prosesi nəticəsində poladların hansı xassələri yaxşılaşır?

a) bərklik və yeyilməyə davamlılığı

b) mexaniki xassələri

c) turşu və qələvilərə davamlılığı

d) texnoloji xassələri

e) zərbə özlülüyü


260. Sementləmə prosesində polad səthinə hansı element diffuziya edir?

a) C


b) Si

c) Mn


d) N

e) S
261. Sementləmə prosesinə polad səthinə nüfuz edən C, səthə hansı qalınlıqla sementləşmiş qat yaradır?

a) 0,9...1,2 mm

b) 1,0...3,0 mm

c) 0,2...0,4 mm

d) 3,0...4,5 mm

e) 0,02...0,2 mm
262. Sementləməyə hansı poladlar uğradılır?

a) azkarbonlu poladlar (0,12...0,25%C

b) diyircəkli yastıq poladları

c) yüksək karbonlu poladlar

d) azotlaşdırılan poladlar

e) alət poladları


263. Sementləmədə işlədilən əsas komponentlər necə adlanır?

a) karbürizator

b) paterizotor

c) karbonlaşdırıcı

d) stabilləşdiricilər

e) karbonat duzları


264. Azotlaşdırma prosesində məqsəd nədən ibarətdir?

a) korroziyaya, turşuya, qələvilərə davamlılıq

b) zərbə özlülüyünü artırmaq

c) bərkliyin artırılması

d) yeyilməyə davamlılıq

e) yüksək möhkəmlik


265. Azotlaşdırma prosesi hansı temperaturda aparılır?

a) 950...1200°C

b) 550...600°C

c) 50...100°C

d) 300...400°C

e) 150...250°C


266.Bərk sementləmə prosesi hansı temperaturda aparılır?

a) 900...950°C

b) 250...300°C

c) 50...100°C

d) 250...260°C

e) 300...400°C


267. Bərk sementləmə prosesi harada aparılır?

a) ağzı möhkəm bağlanmış qutuda

b) isti hava axınında

c) soyuq suyun içərisində

d) isti suyun içərisində

e) sobada


268. Sianlaşdırma prosesində məqsəd nədən ibarətdir?

a) səthi C və N-lə doldurmaq

b) səthi C və Mn-la doydurmaq

c) səthi Mn və Si doydurmaq

d) səthi N və S-lə doldurmaq

e) səthi H və N-la doldurmaq


269. Altirləmə prosesi nədən ibarətdir?

a) Al-lə örtmək

b) Mn-la örtmək

c) C-lə örtmək

d) N-lə örtmək

e) Si ilə örtmək



270. Bürünc hansı elementlərdən hazırlanır?

a) Cu və Zn

b) Cu və Mn

c) Cu və Pb

d) Cu və Al

e) Cu və Fe


271. Tunclar hansı elementin köməyilə hazırlanır?

a) Sn + Cu

b) Sb

c) Mn


d) Fe

e) Si
272. Hansı struktura poladın yüksək bərkliyə malik olmasını təmin edir?

a) austenit

b) martensit

c) perlit

d) troostit

e) sorbit
273. Tərkibində 1,2% karbon olan poladın optimal tablandırma temperaturu nə qədər olmalıdır?

a) 900°C


b) 730°C

c) 680°C


d) 770°C

e) 560°C
274. Səthi tablandırmadan sonra hansı temiki emal aparılır?

a) heç bir termiki emal tələb olunmur

b) tabəksiltmə

c) tab alma

d) normallaşdırma

e) tablandırma
275. Kimyəvi termik emal zamanı hansı proses gedir?

a) dissosiasiya + adsorbsiya + diffuziya

b) adsorbsiya

c) kimyəvi birləşmələrin parçalanması

d) dissosiasiya

e) atomlar kristal faza qəfəsinə daxil olur


276. Sementlənmədən sonra termiki emal prosesi aparılırmı?

a) termiki emal tələb olunur

b) tablandırma

c) tablandırma və tabəksiltmə

d) birinci növ tab alma

e) ikinci növ tab alma


277. Yan səthləri mərkəzləşdirilmiş kub qəfəsinin koordinasiya ədədi necədir?

a) K12


b) K8

c) K10


d) K9

e) K11
278. Yan səthləri mərkəzləşdirilmiş kub qəfəsinin (bir qəfəsin) payına neçə atom düşür?

a) 4 atom

b) 2 atom

c) 3 atom

d) 5 atom

e) 7 atom
279. Kip sıxılmışheksoqonal qəfəsin koordinasiya ədədi necədir?

a) Q12


b) Q8

c) Q17


d) Q34

e) Q30
280. Kip sıxılmış heksoqonal qəfəsin payına (bir qəfəsə) düşən atomların sayı neçədir?

a) 6 atom

b) 12 atom

c) 7 atom

d) 10 atom

e) 5 atom
281. Sistemin sərbəstlik dərəcəsi hansı düsturla hesablanır?

a)

b)

c)

d)

e)


282. Allotropik çevrilmə nədir?

a) qəfəsdəki atomların miqdarının dəyişməsi

b) qəfəsin həcminin dəyişməsi

c) qəfəsdəki atomların miqdarının dəyişməsi

d) metalın müxtəlif temperaturlarda müxtəlif qəfəslərə malik olması

e) qəfəsin periodunun dəyişməsi


283. Metalların qeyri-metallardan fərqi nədir?

a) elektriki, istiliyi yaxşı keçirir və döymək mümkündür, kristallik fəza qəfəsinə malikdir

b) amorfdur

c) ərimə temperaturu sabit deyildir

d) ərintidir

e) kristallik fəza qəfəsinə malik deyil


284. Kristallik fəza qəfəsinin koordinasiya ədədi nədir?

a) qəfəsdə seçilmiş ixtiyari atomdan ən yaxın məsafədəki atomların sayı

b) qəfəsin təpə nöqtəsindəki atomların sayı

c) qəfəsin səthlərində yerləşən atomların sayı

d) qəfəsin daxilində yerləşən atomların sayı

e) elementar qəfəsdəki atomların sayı


285. Qəfəsin bazisi nədir?

a) qəfəsdəki atomun 1/8 hissəsi

b) bir qəfəsin payına düşən atomların sayı

c) qəfəsdə seçilmiş atoma ən yaxın atomların sayı

d) qəfəsdəki atomların həcmi

e) bir atomun həcmi


286. Qəfəsin periodu nədir?

a) qəfəsin paralel atom müstəviləri arasındakı məsafə

b) qəfəsdəki qonşu atomlar arasındakı məsafə

c) qəfəsin bütün tərəflərinin cəmi

d) qəfəsin mərkəzindəki atom ilə qəfəsin təpə nöqtələri arasındakı məsafə

e) iki qəfəs arasındakı məsafə


287. Qəfəsin kipləşmə dərəcəsi nədir?

a) qəfəsdəki atomların ümumi həcminin qəfəsin həcminə olan nisbəti

b) qəfəsdəki atomların ümumi həcmi

c) qəfəsdəki atomların sayı

d) qəfəsin həcmi ilə onu təşkil edən atomların ümumi həcmi arasındakı fərq

e) qəfəsin həcmi


288. . Həcmi mərkəzləşdirilmiş kub qəfəsinin koordinasiya ədədi necədir?

a) K8


b) K9

c) K6


d) K10

e) K12
289. Həcmi mərkəzləşdirilmiş kub qəfəsinin (bir qəfəsin) payına neçə atom düşür?

a) 2 atom

b) 7 atom

c) 9 atom

d) 3 atom

e) 6 atom
290. Döyülə bilən çuqunlar boz çuqunlardan nə ilə fərqlənir?

a) kimyəvi tərkibinə görə

b) strukturuna görə

c) qrafitin miqdarına görə

d) metallik əsaslılığına (özülünə) görə

e) sərbəst qrafikin formasına görə


291. Ağ çuqunları boz çuqunlara çevirmək üçün hansı əməliyyatlardan istifadə edilir?

a) tablandırmadan

b) döymə üsulundan

c) tab əksiltmədən

d) soyuqda emal etməklə

e) tab almadan


292. Misin sulfidli birləşmələrindən (CuS·FeS), Cu2S, CuS hansı üsullarla qara mis istehsal olunur?

a) mis şteynini (Cu2S) konverterləməklə maye mis şteyninə hava üfürməklə

b) əksetdirici sobalarda yenidən əritməklə

c) mis filizlərini oksidləşdirici mühitdə oksidləşdirməklə

d) elektroliz üsulu ilə çökdürməklə

e) pirometallurgiya üsulu ilə


293. Qara misin saflaşdırılması hansı üsulla aparılır?

a) ilə elektroliz üsulu ilə

b) kristallaşdırma yolu

c) may qara misə hava üfürməklə

d) posa yaratmaqla

e) vakuumda əritməklə


294. Metallik alüminium almaq üçün gil-torpaqdan (Al2O3)? Istifadə olunur. Yüksək keyfiyyətli boksitlərdən hansı üsulla gil-torpaq istehsal olunur?

a) Bayer üsulu

b) elektro-termik üsulla

c) turşu üsulu

d) bişirmə üsulu

e) filizi karbonla reduksiya etməklə


295. Metal alüminiumun tərkibinin ziyanlı birləşmələrdən təmizləmək üçün hansı üsuldan istifadə edilir?

a) maye alüminiuma xlor qazı üfürməklə

b) maye alüminiuma oksigen üfürməklə

c) vakuumda əritməklə

d) qarışıqları posaya keçirməklə

e) maye metalı kristallaşdırmaqla


296. Misin hansı komponentlə ərintisinə bürünc deyilir?

a) sinklə

b) dəmirlə

c) qalayla

d) qurğuşunla

e) alüminiumla


297. Misin hansı komponentli ərintisinə tunc deyilir?

a) qalayla

b) sinklə

c) dəmirlə

d) qurğuşunla

e) alüminiumla


298. Siluminin tərkibində hansı komponentin miqdarı 13% olmalıdır?

a) silisium

b) titan

c) mis


d) dəmir

e) sink
299. Deformasiyaya uğradılan alüminium ərintilərinin hansı markaları vardır?

a) D16, D18

b) A60, AC59-1

c) C412, K430-6

d) U7, U8

e) X18H9T, ŞX15
300. Termik üsulla möhkəmləndirilən alüminium ərintisindəki elementlər alü­mini­um­la hansı birləşmələri əmələ gətirir?

a) dəyişən tərkibli bərk ərinti

b) kimyəvi birləşmə

c) allotropik çevrilmə

d) sabit tərkibli bərk ərinti

e) evtektika



301. Tökmə alüminium ərintiləri hansı xassələrə malik olmalıdır?

a) yüksək axıcılıq həddinə

b) xüsusi çəkisi az olmalıdır

c) oturma koğuşu az olmalıdır

d) yüksək qəlpəyə qarşı davamlılığa

e) yüksək bərkliyə


302. Yüksək oda davamlılığa malik alüminium ərintisində (SAP) göstərilən birləşmələrin hansı üstünlük təşkil edir?

a) Al2O3

b) Fl2O3

c) Mg2O

d) SiO2

e) TiO2


303. БpOФ 6,5-0,15 markalı tunca hansı kimyəvi elementlər daxildir?

a) Sn və P uyğun olaraq – 6,5 və 0,15%

b) Fe və Cd uyğun olaraq – 6,5 və 0,15%

c) Zn və Pb uyğun olaraq – 6,5 və 0,15%

d) Al və Ni uyğun olaraq – 6,5 və 0,15%

e) Fl və Sn uyğun olaraq – 6,5 və 0,15%


304. Antifriksion ərintilər hansı struktura malik olmalıdırlar?

a) heterogen

b) homogen

c) evtektika

d) əvəzetmə bərk məhluldan

e) təmiz elementdən və evtektikadan


305. Poladların tərkibində neçə faizə qədər C ola bilər?

a) 2,14%


b) 0,8%

c) 1,2%


d) 0,5%

e) 6,67%
306. Çuqunların tərkibində neçə faizə qədər C ola bilər?

a) 6,67%

b) 3,2%


c) 2,14%

d) 0,8%


e) 2,6%
Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə