Çixiş hazir 44 GÜNLÜk zəFƏr yüRÜŞÜ: tarixi ədalətin təNTƏNƏsi və beynəlxalq hüququn bərpasi



Yüklə 30,07 Kb.
səhifə2/2
tarix29.11.2023
ölçüsü30,07 Kb.
#143332
1   2
2 HAZIR 44 GÜN SAVAŞ ÇIXIŞ

3. NƏTİCƏ
Məqalədən gəlinən ümumi qənaət budur ki, 2020-ci ilin 10 noyabr tarixi – tarixi ədalətin təntənəsi, beynəlxalq hüququn bərpası, hər haldan öncə isə Azərbaycan xalqının qürur ünvanı olaraq daim xatırlanacaq. Diqqətə çatdırılır ki, II Qarabağ müharibəsi xalqımızın öz ata-baba torpaqları uğrunda cihada qalxdığı zamanlar civarında zəfər qazandığı ilk müharibədir.
Bu gün inkişafımızın bütün sahələrində olduğu kimi, II Qarabağ müharibə­sindəki qalibiyyətimizdə də ümummilli lider Heydər Əliyevin müdrik siyasəti­nin izlərini görürük. Fikrimizcə, Ulu öndər I Qarabağ müharibəsində ATƏŞKƏS`ə nail olmaqla töküləcək çox sayda qanların, ərazi itkisinin qabağını almaqla yanaşı, həm də II Qarabağ müharibəsindəki qələbəmiz üçün də zəmin yaratmış, bünövrə qoymuşdu.
XX əsrin 70-ci illərində Azərbaycan dilində tərcüməsini oxuduğum Zaparojye kazaklarının xalq hərəkatından bəhs edən Ukrayna yazıçısı Taras Şevçenkonun “Taras Bulba” əsərində belə bir məqamı xatırlayıram: Komandan öldürülür, atasının öldürüldüyünü görən böyük oğul Ostap öz mühafizə dəstəsi ilə mühasirəni zorla yarıb canını qurtara bilir. Aradan yarım ildən artıq bir müddət ötür. Əsərin sonuncu abzası təxminən aşağıdakı məzmunda yekunlaşır: “Üfüqdə toz dumana qarışdı. Ostap 300 minlik ordu ilə ğöründü”.
(Xüsusi qeyd: Təəssüf ki, məqaləni çapa hazırladığım müddətdə T.Şevçenkonun bu adda əsərini heç bir ünvandan, hətta Azərbaycan Milli kitabxanasından da əldə edə bilmədim. Axtarışa verdik, internetdə müəllif olaraq yalnıız rus yazıçısı Nikolay Qoqol göstərilib, Hadisələr isə çox-çox fərqlidir. Halbuki, T.Şevçenkonun “Taras Bulba” adında romanının Azərbaycan dilində tərcüməsi (kiril əlifbası ilə) zamanında şəxsən mənim özümün şəxsi kitabxanasında olub. Üzü göy rəngli, qalın cilddə, 350-400 səhifəlik kitab idi. Yaşlı nəsil nümayəndələrindən (hətta kitabxana işçiləri də) T.Şevçenkonun eyni adlı romanı haqqında məlumatlı olduqlarını bildirdilər. Ancaq, təəssüf ki, hansı naməlum səbəbdənsə bu əsərin mövcudluğu haqda bilgi əldə edə bilmədik...
...Azərbaycanımızın II Qarabağ müharibəsinin qələbə ilə sonlandırması təxminən eyni məntiqi ardıcıllığı xatırladır: Ümummilli lider Heydər Əliyev I Qarabağ müharibəsində ATƏŞKƏS`ə nail olmaqla Azərbaycanın daha böyük bir ərazisinin işğal altına düşmək təhlükəsinin qabağını almışdısa, onun həm bioloji, həm də siyasi varisi olan Azərbaycan Prezidenti İlham Əliyev 17 il apardığı düşünülmüş müdrik siyasət sayəsində təkcə erməni faşizminə yox, dünyanın bütün ermənipərəst qüvvələrinə meydan oxudu, 28 il işğal altında qalmaqla, bəlkə də, unutdurulmağa məhkum torpaqlarımızı işğaldan azad etdi.
SON


Yüklə 30,07 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə