28
Bu ad müqəddəs Malaxiyanın peyğəmbərlik siyahısında
sonuncu idi. Hazırkı katolik kilsəsinin başçısını əvəz edib, yer
üzündə sonuncu papa olacaq adamın adı idi.
Marko uğursuzluğa düçar olduğundan belə nəticənin
qar-şısını almaq mümkün deyildi.
Markonun gözləri qarşısında hər şey qaraldı. O, eşitmə
qabiliyyətini itirdi. Onun danışmağa gücü qalmadı. O
yanıüstə düşərək apsidanın üzərindən papa Urbanın
sərdabəsinə, qə-birdən çıxan bürünc skeletə baxırdı. Covanni
atanın çox qo-ruduğu bapbalaca kisəcik skeletin sümüklü
barmağından asıl-mışdı. Marko dəridə yandırılmış qədim
simvolu təsəvvür etdi.
Onun içində dünya üçün yeganə ümid var idi. Son nə-
fəsində Marko bunun kifayət olması üçün dua etdi.
29
Birinci hissə
Spiral və xaç
Çərşənbə axşamı,
9 may
Təcili nəşr üçün
“VİATUS” ƏRZAQ ÇATIŞMAZLIĞI PROBLEMİNİN
HƏLLİ ÜÇÜN İSTİQAMƏT ALIR
Oslo, Norveç (“İşgüzar xəbərlər”). “VİATUS İnter-
national”, dünya bazarında qabaqcıl neft-kimya kompaniyası,
bu gün yeni şöbənin yaradılması haqqında məlumat verdi. Bu
kompaniya dənli bitkilər sahəsində biogenetik tədqiqatlarla
məşğul olacaq.
“Yeni şöbənin vəzifəsi kənd təsərrüfatı məhsuldarlığının
kəskin surətdə artmasına kömək edən texnologiyaların
30
hazırlanmasından ibarət olacaq və dünyanın ərzaq və
yanacağa artan ehtiyacını ödəməyə imkan verəcək, − deyə
“VİATUS International” kompaniyasının prezidenti İvar
Karlsen elan etdi. – Dənli bitkilərin biogenetik tədqiqatlar
şöbəsini təşkil edərək biz “Manhetten layihəsi”nin kənd
təsərrüfatı ekvivalentini yaradıb, bu təhlükə ilə mübarizəyə
bütün gücü-müzü sərf etməyə hazırlaşırıq. Heç bir
uğursuzluqdan söhbət gedə bilməz – bunda bizim kompaniya
kimi bütün dünya da maraqlıdır.”
Son illər kompaniya tərəfindən patentləşdirilmiş hib-
ridləşmənin və transgenli texnologiyaların yeni üsulları
dənlilərin, qarğıdalı və düyü məhsuldarlığının otuz beş faiz
artmasına imkan vermişdir. Karlsenin sözlərinə görə, “VİA-
TUS” yaxın beş ildə bu göstəricilərin iki dəfə artacağını göz-
ləyir.
Buenos-Ayresdə keçirilən ərzaq problemləri üzrə bu-
günkü konfransdakı nitqində Karlsen bu yeni şöbənin ya-
ranması zərurətini izah etdi. Ümumdünya səhiyyə təşkilatını
məlumatlarına əsaslanaraq, Karlsen xatırlatdı ki, dünyanın
üçdə biri üçün aclıq təhlükəsi var. “Biz qlobal ərzaq böhranı
qarşısındayıq, – o, dedi. – Aclıq çəkənlərin çoxu üçüncü
dünya ölkələrində yaşayır. Aclıq iğtişaşları onsuzda qeyri-
stabil olan regionlarda vəziyyəti daha da gərginləşdirərək
bütün Yer kü-rəsinə yayılır.
31
Karlsen etiraf edirdi ki, ərzaq çatışmazlığı problemi yeni
minillikdə içməli su və enerji ehtiyatlarını qabaqlayaraq
birinci yerə çıxır: “Yeni biotexnologiyalar hesabına ərzaq
məh-sullarının istehsalını qlobal təhlükəsizlik, həmçinin sırf
hu-manitar nöqteyi-nəzərdən xeyli artırmaq israrla vacibdir.”
Kənd təsərrüfatı yeniliklərində aparıcı rol: “Fortune” jur-
nalının “yüz böyük şirkət” siyahısına daxil olan “VİATUS in-
ternational” şirkətinin Osloda mənzil qərargahı var. 1802-ci
ildə
yaranmış
kompaniya
öz
məhsullarını
həyatın
keyfiyyətini və davamlılığını tədqiqatlar və innovasiyalar
sayəsində artı-raraq dünyanın yüz səksən ölkəsinə çatdırır.
Onun səhmləri Nyu-York Fond Birjasında “Vİ” simvolu
altında satılır. “VİATUS” adı latınca iki sözdən: “Via” – yol.
və “vita” – həyat sözlərindən yaranmışdır.
1
32
9 oktyabr, saat 04:55
Mali, Qərbi Afrika
Ceyson Qormeni atışma səsi oyatdı. O, ölü kimi yatmışdı
və ona bircə an lazım oldu ki, harda olduğunu xatırlasın. Yu-
xuda görürdü ki, atasının Nyu-York ştatının kənar hissəsində
yerləşən bağ evindədir və göldə çimir. Lakin, çarpayısını ba-
rama kimi bürüyən ağcaqanadlara qarşı tor və səhranın sübh
soyuğu onu gerçəkliyə tez qaytardı.
Bu, eləcə də qışqırıqlar.
Dəlicəsinə çırpınan ürəklə, Ceyson nazik yorğanı ayağı
ilə üstündən atdı və toru çəkdi. Qırmızı Xaç çadırının
içərisində zülmət hökm sürürdü, lakin brezentdən titrəyən
tünd qırmızı işıltılar görünürdü. Bunlar qaçqın düşərgəsinin
şərqində yan-ğının başladığından xəbər verirdi. Hardasa
yaxınlıqda ye-nə nəsə alışdı və alov dilləri çadırın dörd
tərəfini bürüdü.
“Aman Allah!” …
33
Təlaşa baxmayaraq, Ceyson nə baş verdiyini o saat
anladı. Afrikaya yola düşməzdən əvvəl onu ətraflı təlimat-
landırmışdılar. Bütün keçən il boyu tuareqlərin üsyançı dəs-
tələri qaçqın düşərgəsinə hücum edirdilər, ilk növbədə ər-zaq
ələ keçirmək üçün. Mali Respublikasının paytaxtında
iğtişaşlar səngimirdi, düyünün və qarğıdalının qiyməti üç qat
artmışdı. Şimal rayonlarında ərzaq yeni qızıla çevrilmişdi. Üç
milyon insanı aclıq gözləyirdi.
Məhz buna görə də Ceyson bura gəlmişdi.
Onun atası eksperimental fermanın qurulmasına dəstək
göstərirdi. Hansı ki, düşərgədən şimalda altmış akrlıq sahəni
əhatə edirdi. Əsas maliyyələşməni “VİATUS” korporasiyası
həyata keçirirdi. İşlərə Kornell Universitetindən bioloqlar və
genetiklər nəzarət edirdi. Burada xüsusən bu cür günəşdən
yanmış və quraqlıq yerlər üçün genetik şəkli dəyişmiş yeni
qarğıdalı növlərinin yetişdirilməsi sınaqları keçirilirdi. İlk
tarladan məhsul yalnız keçən həftə yığılmışdı; qarğıdalı adi
halda lazım olan suvarmanın üçdə biri qədər su ilə
yetişmişdi. Deyəsən, bu kiminsə heç xoşuna gəlmirdi.
Ceyson ayaqyalın çadırdan çıxdı. O, dünən gecə
çarpayıya uzandığı şortda və geniş köynəkdə idi. Sübh çağı
ala-qaranlıqda işıq mənbəyi yalnız yanğınların alovu idi.
Güman ki, generatorlar sıradan çıxmışdı.
Dostları ilə paylaş: |