Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə4/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   2   3   4   5   6   7   8   9   ...   19

18 
 
Gənc  müstəntiq  dəmirçixanaya  qayıtmaq  istəmirdi.  Oğ-
lanı fransız qəssabının ixtiyarına buraxmışdı. Kənddən keçən-
də Martin pilləkənləri qalxdı və katolik rahibinə qoşuldu.  
– Nə məsələdir, abbat Orren?  
Rahib dönərək, kilsənin içərisinə doğru irəlilədi.  
– Bu, əsl kafirlikdir! – irland abbat dedi. – Baxın görün, bu 
insanlar  müqəddəs  yeri  necə  təhqir  ediblər!  Təəccüblü  deyil 
ki, onlar hamısı Allahın bəlasına düçar olublar!  
Martin  abbatın  ardınca  tələsdi.  Əyninə  böyük  olan  isti 
plaşında  skelet  kimi  arıq rahib  xəyalətə  bənzəyirdi.  Yalnız  o, 
İrlandiya  sahilindəki  ölü  adaya  ayaq  basmış  və  oradakı 
viranlığın şahidi olmuşdu.  
– Müqəddəs ata, siz axtardığınızı tapdınız? – Martin ma-
raqlandı. Cavab vermək yerinə rahib kilsə zalının içinə doğru 
irəlilədi.  Martinin  onun  ardınca  getməkdən  başqa  yolu  yox 
idi.  Onun  daxilində  qəmgin  qaranlıq  hökm  sürürdü.  Torpaq 
döşə-məni saman qatı örtürdü. Skamyalar yox idi, sıx çatıların 
arxa-sında alçaq dam görünürdü. Yeganə işıq uzaqdakı ensiz, 
hün-dür pəncərələrdən mehrabın – sadə daş lövhənin üstünə 
dü-şürdü. Ehtimal ki, çılpaq daşı əvvəllər mehrab parçası ör-
türdü, lakin indi o dağıılıb ətrafa atılmışdı. Görünür bunu ax-
tarış aparan rahib etmişdi.  
Mehraba  yaxınlaşan  abbat  Orren  əsən  əli  ilə  iri  daş  par-
çasını göstərdi. O qəzəbindən əsirdi.  


19 
 
 – Bu əsl kafirlikdir! – o təkrarladı, – Allahın evində büt-
pərəst simvollarından naxış çəkmək!  
 Martin  yaxın  gəldi  və  mehrabın  qarşısında  diz  çökdü. 
Lövhənin  üzündə  çox  güman  ki,  bütpərəstlərə  aid  yayılan 
şüalar ilə günəş diskləri və dolaşıq spirallar, dairələr və qəribə 
naxışlar əks olunmuşdu.  
 – Niyə möminlər belə bir günah işləyiblər?  
 – Mən fikirləşmirəm ki, Hayqlen sakinlərinin əməlidir, – 
Martin etiraz etdi.  
 O,  əlini  mehrabın  üstü  ilə  apardı.  Onun  barmaqları  ya-
rısilinmiş  şəkillərin  qədimliyini  hiss  etdi.  Şübhəsiz  onlar  çox 
qədim  idilər.  Martin  arabaçının  bu  yerlərin  lənətlənmiş, 
qədim  keltlər  üçün  isə  müqəddəs  olduğu  və  onların  nəhəng 
daşlarını  əvvəlkitək  təpələrin  başındakı  dumanlı  meşələrdə 
tapmağın  mümkünlüyü  haqqında  dediyi  sözləri  xatırladı. 
Martin  qa-mətini  düzəltdi.  Görünür,  bu  daşlardan  birini 
Hayqlenə gəti-rib, kilsənin mehrab daşına çeviriblər.  
 –  Əgər  bu  kənd  sakinlərinin  işi  deyilsə,  bəs  bunu  kim 
edib? – abbat soruşdu.  
 O, mehrabın arxasındakı daşa yaxınlaşıb əli ilə onun üzə-
rindəki böyük şəkli göstərdi. Xaçla dörd yerə ayrılmış dairəni 
təsvir edirdi.  


20 
 
 Martin buna bənzər rəsimləri qədim başdaşılarda və xa-
rabalıqlarda əvvəllər də görmüşdü. Kelt kahinləri bu şəkilləri 
müqəddəs sayırdılar.  
 – Bütpərəst xaçı, – Martin mızıldandı.  
– Bunun eynisini biz həmin adada tapdıq. Bütün qapıla-
rın üzərində qeyd olunmuşdu.  
  
 
 
 – Bəs bunun mənası nədir? 
 Abbat boynunda asılan gümüş xaça toxundu.  
 – Hər şey kralın qorxduğu kimi oldu. İrlandiyada qayna-
şan,  müqəddəs  Patrik  tərəfindən  adadan  qovulan  ilanlar 
bizim sahillərə keçiblər.  
 Martin  başa  düşdü  ki,  rahib  gerçək  meşə  ilanlarını  yox, 
ilanabənzər  –  druidləri,  qədim  keltlərin  başçılarına  bənzər 
əyilmiş əsa gəzdirən, bütpərəst kahinləri nəzərdə tuturdu.  


21 
 
Müqəddəs Patrik bütpərəstləri imana gətirdi və ya İrlan-
diyadan qovdu. 
 Bu, altı əsr əvvəl baş vermişdi. 
 Martin  dönərək  kilsənin  açıq  qapısından  ölü  kəndə 
baxdı.  Onun  beynində  Jirarın  sözləri  canlandı:  “Oğlan  dolu 
mədə ilə aclıqdan tələf olub”. 
Bunda heç bir məna yox idi.  
 – Bütün bunları yandırmaq lazımdır, – abbat arxada don-
quldandı. – Torpağı isə günəş yandırar.  
 Martin  sakitcə  başını  tərpətdi.  Ancaq  onun  içində  həyə-
can artırdı. Burda yaradılmış hər şeyi alov yox edə bilərdi? O 
bu suala cavab tapa bilmirdi, ancaq bir şeydən əmin idi: Sona 
hələ çox var.  
 
 
 Müasir zaman 
8 oktyabr, 23:55 
Vatikan 
 
 Marko Covanni ata qaranlıq daşlıq meşədə gizlənirdi.  


22 
 
Müqəddəs  Pyotr  kilsəsinin  tavanını  saxlayan  ağır 
mərmər  sütunlar  döşəməni  ayrı-ayrı  kapellalara,  zallara, 
taxçalara  bö-lürdü.  Müqəddəs  məkanı  böyük  ustadların  əl 
işləri  bəzəyirdi:  Mikelancelonun  “İsanın  yasını  tutmaq”, 
Bernininin “Müqəd-dəs Pyotr taxtda” adlı tunc heykəli.  
Marko  bilirdi  ki,  bu  daşlıq  meşədə  tək  deyil.  Hardasa 
buralarda, təxminən kilsənin dərinliyində uyğun məqam göz-
ləyən ovçu gizlənib.  
Üç  saat  əvvəl  Covanni  ata  Romanın  Qriqoryan  Univer-
sitetində  təhsil  alarkən  keçmiş  rəhbəri  və  həmçinin  kilsə  xa-
dimi  olan  həmkarı  –  arxeoloqdan  məktub  almışdı.  O  adam 
Markonu gecəyarısı burada görüşməyə dəvət edirdi.  
Lakin məlum oldu ki, bu, tələ imiş.  
Marko  sütuna  söykənib  qanaxmanı  bir-təhər  saxlamağa 
çalışaraq sağ əli ilə sol böyrünü sıxırdı. Yumşaq toxumalar qa-
bırğalaracan  kəsilmişdi.  Qaynar,  yapışqan  maye  barmaq-
larının  arasından  axırdı.  Keşiş  sol  əlində  ona  çox  lazım  olan 
sübutu – ölçücə pul kisəsindən böyük olmayan qədim dəri ki-
səciyi tuturdu. O, bu kisəciyi elə sıxırdı ki, sanki bütün həyatı 
ondan asılı idi.  
Marko  ehtiyatla  sütunun  arxasından  nefi    nəzərdən  ke-
çirmək  üçün  azca  yan  tərəfə  çəkildi  və  qanaxma  gücləndi. 
Ağır  damcılar  mərmər  döşəməyə  töküldü.  Gözləmək 
olmazdı,  yoxsa,  o,  daha  da  zəifləyəcəkdi.  Ürəyində  dua 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə