Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə8/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

38 
 
terlərdən birinin ekranı başlıq şəkillə işıqlanırdı. O, Kristanın 
masasının üzərində idi, amma qızın özü görünmürdü.  
Masaya  yaxınlaşan  Ceyson  baş  barmağı  ilə  klaviaturaya 
toxundu.  Başlıq  şəkil  itdi  və  əvəzinə  açıq  elektron  poçt  pən-
cərəsi gəldi. Bu da Kristanın poçtu idi...  
Ceyson həyəcanla ətrafa nəzər saldı.  
Belə görünürdü ki, Krista qaçmışdı, amma hara?  
Ceyson  cəld  özünün  elektron  poçtuna  daxil  oldu  və 
atasının  Kapitoliya  təpəsindəki  xidməti  ünvanını  yığdı.  O, 
nəfəsini dərməyə çalışıb, hücumu təsvir edən tələsik bir neçə 
qısa cümlə yazdı. Əgər o, xilas ola bilməsə, qoy baş verənlər 
barədə  məlum  olsun.  Ceyson  artıq  “göndərmək”  düyməsini 
basmağa  hazırlaşırdı  ki,  ağlına  bir  fikir  gəldi.  İş  masasına 
Kristanın  hansısa  faylları  qoyulmuşdu.  Ceyson  onları  öz 
məlumatına qatdı və yalnız bundan sonra göndərdi. 
Elektron  məlumat  ünvana  dərhal  getmədi.  Qatılmış 
fayllar  çox  böyük  idi;  onların  çatdırılması  bir  dəqiqədən  az 
vaxt  aparmayacaqdı.  Lakin  Ceyson  daha  gözləyə  bilməzdi. 
Ümid  etmək  qalırdı  ki,  məlumatı  tam  göndərmək  üçün  ak-
kumulyatorun enerjisi çatacaq. 
Burda yubanmaqdan qorxan Ceyson qapıya tərəf döndü. 
O,  Kristanın  hara  yox  olduğunu  onsuz  da  bilməyəcəkdi. 
Ümid etmək istəyirdi ki, qız səhrada gizlənməyə macal tapıb. 
O  da  indi  ora  tələsəcək.  Orada  yarğanların  və  qurumuş  çay 


39 
 
məc-ralarının böyük labirinti var. Lazım gəlsə orada bir neçə 
gün gizlənmək də olar. 
 Ceyson qapıya tərəf atıldı və bu zaman qapı yerini qara 
siluet tutdu. Ceyson ah çəkib, geriyə çəkildi. Fiqur anbara ad-
dımladı və təəccüblə pıçıldadı: 
 − Ceys, bu sənsən? 
Ceyson yüngüllük hiss etdi. 
− Krista... 
Ceyson  qucağını  açaraq,  ona  tərəf  atıldı.  Onlar  birlikdə 
xilas olacaqlar. 
 − Ah, Ceyson, şükürlər olsun! 
Onun sevinci Kristanın hiss etdiyi sevincə bərabər idi, ta 
ki,  Krista  tapancanı  qaldırıb  onun  sinəsinə  üç  güllə  atdı. 
Güllələr  ağır  yumruq  kimi  Ceysonu  vurub  yerə  sərdi.  Sonra 
isə  onu,  gecəni  daha  qaranlıq  edən,  yandırıcı  ağrı  bürüdü. 
Hardasa  uzaqlarda  atışmalar,  partlayışlar,  qışqırıqlar  eşi-
dilirdi.  
Krista onun üzərinə əyildi: 
 −  Sənin  çadırın  boş  idi.  Biz  fikirləşdik  ki,  sən  qaçmağa 
macal tapmısan. 


40 
 
Ceyson öskürdü, ağzı qanla dolduğuna görə, cavab verə 
bilmədi. 
Çox  güman  ki,  onun  susmasından  razı  qalan  Krista 
çevrilib  geriyə    −  ölüm və  alovun  kabusuna qayıtdı.  O,  alov-
lanan  tarlaların  fonunda  qara  siluet  kimi  görünərək,  qapıda 
bir an dayandı, sonra isə gecədə yox oldu.  
Ceyson əbəs yerə nəyisə başa düşməyə çalışırdı. 
“Niyə?” 
Zülmət  onu  sürükləyirdi.  Ceyson  başa  düşdü  ki,  bu 
sualın  cavabını  tapa  bilməyəcək.  Amma,  hər  halda, 
ölümündən  əvvəl  nəsə  eşidə  bildi.  Qonşu  masadakı 
kompyuter ciyildədi. Mə-lumat göndərilmişdi. 
 
 

 
 
 10 oktyabr,  
Saat 07: 04 
 Şahzadə Uilyamın meşə parkı 


41 
 
 Virciniya ştatı 
 
  
 O, sürətini artırmalı idi.  
 Kommander  Qreyson  Pirs  motosiklin  sükanına  doğru 
əyilərək,  sərt  viraj  etdi.  Altıfutluq  bədənını  döngənin  mər-
kəzinə  tərəf  əyərək  o,  sözün  əsl  mənasında,  motosikli  ho-
rizontal yerləşdirərək, az qala dizini yerə sürtüb dağıdacaqdı.  
 Mühərrik  axıradək  açılmış  drossel  qapağa  cavab  olaraq 
guruldadı. Motosikl irəli yönələrək dik durdu. Hədəf əlli yard 
uzaqlıqda  axarlı  “Honda”da  sürətlə  gedirdi.  Qrey  isə  onu 
köhnə  “Yamaha”da  izləyirdi.  Hər  iki  motosikl  dördsilindrli 
mühərriklə  təchiz  edilmişdi,  amma  Qreyin  maşını  daha  ağır 
və  böyük  idi.  “Honda”ya  çatmaq  üçün,  o,  bütün  məharətini 
göstərməli idi. 
 Bəlkə bir az da bəxti gətirməli idi. 
 Hər  iki  motosikl  meşə  massivini  bölən  qısa  düz  yola 
çıxdılar.  Yolun  hər  iki  tərəfində  enliyarpaqlı  ağacların  sıx 
cəngəlliyi uzanırdı. Hündür fıstıq və göyrüş ağaclarının ahən-
gi həyəcanlı mənzərə yaradırdı, ələlxüsus indi, yarpaqlar rən-
gini  dəyişdiyi  vaxt.  Təəssüf  ki,  axşamüstü  güclü  tufan  ol-
muşdu  və  külək  yarpaqları  qopararaq,  asfaltı  sürüşkən  yaş 
ləkələrlə örtmüşdü. 


42 
 
  Qrey yenidən tam qaz verdi. Bu sürətlənmə, əsl mənada, 
onu  kürəyindən  itələdi.  Motosikl  azca  oyan-buyana 
dartınaraq raket sürətilə irəli şütüdü. Qırıq-qırıq yol nişanları 
bütöv xəttə çevrildi. 
 Lakin o biri motosiklçi də düz yolun açdığı üstünlükdən 
istifadə  etdi.  Hələ  ki,  619  nömrəli  şossenin  böyük  hissəsi 
başgicəlləndirici  “amerikasayağı  dağlıqlar”ın  gözlənilməz 
döngələrini,  sərt  yoxuşlarını  və  ölümcül  enişlərini  təmsil 
edirdi.  Bir  saat  davam  edən  ötüşmə  çox  sərt  keçirdi,  lakin 
Qrey ikinci yarışçıdan geri qalmağı heç ağlına gətirmirdi. 
 Növbəti  döngəyə  keçəndə  hədəf  sürətini  azaltdı  və  mo-
tosikllər  arasındakı  məsafə  qısaldı.  Qrey  isə  tormozlamadı. 
Bəlkə  bu,  ehtiyatsızlıq  idi,  ancaq  o,  öz  “Yamaha”sının  im-
kanını  bilirdi.  Motosikl  Qreydə  olandan  bəri,  o,  həmişə 
“METİPPİ”    mühəndislərinə  müraciət  edirdi,  onlar  da  kons-
truksiyaya yeni təkmilləşmələr əlavə edirdilər.  
Onlar Qreyə borclu idilər.  
Qreyin  xidmət  etdiyi  “Siqma”  dəstəsi  METİPPİ-nin  güc 
bölməsini  təmsil  edirdi.  Bu  bölmə  keçmiş  xüsusi  təyinat 
qoşunu  döyüşçülərindən  ibarət  idi.  Onlar  operativ  işlər  təc-
rübəsilə  yanaşı  həmçinin  elmin  bu  və  ya  digər  sahəsində  də 
ciddi  biliklərə  malik  idilər.  Motosiklin  təkmilləşmələrindən 
biri  dəbilqəyə  yerləşdirilmiş  displey  idi.  Dəbilqə  üzlüyünün 
solunda  cihazların  göstəriciləri  işıqlanırdı:  sürət,  dövrlərin 
tezliyi,  yağın  dərəcəsi.  Sağ  hissəsində  naviqasiya  xəritəsi, 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə